Category: İdman

  • “Çelsi” futbolçusunu “Sanderlend”ə icarəyə verib

    İngiltərənin “Çelsi” klubu futbolçusu Mark Qiunu Premyer Liqanın digər təmsilçisi “Sanderlend”ə icarəyə verib.

    Bu barədə Sanderlend təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    19 yaşlı ispaniyalı futbolçu ilə 2025/2026 mövsümünün sonuna qədər icarə müqaviləsi imzalanıb.

    Qeyd edək ki, M.Qiu 2024-cü ildə “Barselona”dan (İspaniya) “Çelsi”yə transfer olunub. O, London təmsilçisinin heyətində cəmi 3 matça çıxıb.

  • Beşqat Olimpiya çempionu Norveçin futbol klubuna 80 avroya transfer olundu

    Yohannes Bö Norveçin “Vinqer” futbol klubu ilə müqavilə imzalayıb.

    Median.Az Norveç Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bö beşqat olimpiya, 23 qat dünya çempionu və biatlon üzrə dünya kubokunun beşqat qalibidir. O, aprel ayında karyerasını başa vurub.

    Keçmiş biatlonçu Norveç çempionatının altıncı divizionunda çıxış edən “Vinqer” klubu ilə müqavilə imzaladığını açıqlayıb.

    O, yarımmüdafiəçi qismində çıxış edəcək.

    “Getdik! Yeni klub, sabah ilk oyun”, – deyə Yohannes sosial şəbəkədə transfer məbləğinin 80 avro olduğunu da qeyd edib.

  • Azərbaycan yığmasının gənc üzvü vəfat etdi

    Güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü Mirismayıl Həbibov dünyasını dəyişib.

    Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

  • “Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib

    “Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

    Klubdan verilən məlumata görə, Elnur Məmmədli komandanın mətbuat xidmətinin rəhbəri təyin edilib.

    O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.

    Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.

  • Ukrayna klubunun futbolçusu 26 yaşında vəfat edib

    Ukraynanın “Zorya” klubunun yarımmüdafiəçisi Volodimir Belotserkovets 26 yaşında vəfat edib.

    Bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
    Futolçunun ölümünün səbəbi açıqlanmayıb.
    Qeyd edək ki, S.Belotserkovets Ukraynada “Metallist”in (Xarkov) yetirməsidir və eyni zamanda “İnqulets” klubunda çıxış edib. O, “Zorya”nın heyətində 11 oyun keçirib, bir məhsuldar ötürmə verib.
     
    ///report

  • “Arsenal”ın əməliyyat olunan futbolçuları sıraya qayıdıblar

    İngiltərənin “Arsenal” klubunun zədə səbəbindən əməliyyat olunan müdafiəçiləri Qabriel Maqalyans və Yurrien Timber məşqləri bərpa ediblər.

    Hər iki futbolçu “topçular”ın sonuncu məşqinə qoşulublar.
    Maqalyans apreldə bud nahiyəsindən, Timber isə mayda ayaq biləyindən əməliyyat olunmuşdu.
    Qeyd edək ki, “Arsenal” Premyer Liqanın ilk turunda, avqustun 17-də “Mançester Yunayted”lə qarşılaşacaq.

  • “Şkendiya”və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Şkendiya” (Şimali Makedoniya) və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

    “Todor Proeski” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-də başlayacaq.
    Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
    “Qarabağ”: Kochalski, Silva, Zoubir, Addai, Mustafazade, Leandro Andrade, Kady, T. Bayramov, Pedro Bicalho, Medina, Akhundzade
    “Şkendiya: Gaye, Trumçi, Ramadani, Cake, Alhassan, B. Ibraimi, Krasniqi, Webster, Fetai, Tamba, Latifi.

  • “Qəbələ” iki futbolçusu ilə müqavilə müddətini uzadıb

    “Qəbələ” iki futbolçusu ilə müqavilə müddətini uzadıb.

    Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Qədir Ramazanov və Elnur Mustafayevlə 3 illik müqavilə imzalanıb.

  • Keçmiş FIFA referisi 43 yaşında vəfat edib

    Vyetnamlı keçmiş FIFA referisi Çan Din Tin 43 yaşında vəfat edib.

    Bu barədə Vyetnam Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    Beynəlxalq dərəcəli hakim dözümlülük testi zamanı huşunu itirib. Ona ilk yardım göstərilib, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, referi 2019-cu ildə FIFA-nın bayrağı altında bir sıra matçlarda idarəçilik edib.

  • “Qalatasaray” PSJ-nin qapıçısı üçün danışıqlara başlayıb

    Türliyənin “Qalatasaray” klubu Fransa təmsilçisi PSJ-də çıxış edən qapıçı Matvey Safonovun transferi üçün danışıqlara başlayıb.

    “Report” yerli mətbuata istinadən xəbər verir ki, mümkün sövdələşmənin təfərrüatları hələlik açıqlanmayıb.

    Paris klubu daha əvvəl rusiyalı qolkiperi almağı “sarı-qırmızılar”a təklif edib.

    Qeyd edək ki, Matvey Safonov 2024-cü ilin iyulunda PSJ-yə keçib. O, komandanın heyətində Çempionlar Liqası, Liqa 1, Fransa Kuboku və Superkubokunda qızıl mükafat əldə edib.