Category: İdman

  • Bred Pittin çəkildiyi “F1” filmi 545 milyon dollar gəlir əldə edib

    Bred Pittin baş rolda oynadığı “F1” filmi 545 milyon dollar qazanc əldə edib.

    Bu, Pittin karyerasında ən yüksək göstəricidir.

    Bu vaxta qədər rekord 540 milyon dollardan bir qədər çox gəlir əldə edən “World War Z” filmi olub.

    Aktyorun ən çox gəlir gətirən ilk beş filmi sırasına “Troya” (497 milyon dollar), “Cənab və xanım Smit” (487 milyon dollar) və “Ouşenin on bir dostu” (450 milyon dollar) daxildir.

    Bred Pittin 786 milyon dollar gəlir əldə edən “Deadpool 2” filmi siyahıya salınmayıb. Çünki ulduz aktyor həmin filmdə yalnız epizodik rolda yer alıb. İlk 5-liyə daxil olan bütün digər gəlirli filmlərdə aktyor baş və ya baş rollardan birini oynayıb.
    //oxu.az

  • “Levski” “Sabah”la oyuna ciddi itki ilə çıxacaq

    “Levski” Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah”la ilk oyununa ciddi itki ilə çıxacaq.

    Median.Az “Tema Sport” nəşrinə istinadən xəbər verir ki, “göylər”in yarımmüdafiəçi Georgi Kostadinov matçı buraxmalı olacaq.

    Bu isə baş məşqçi Xulio Velaskes üçün ciddi itkidir. O, yalnız ən təcrübəli yarımmüdafiəçisini deyil, həm də komandanın liderini itirib.

    34 yaşlı Kostadinov Avropa Liqasında “Braqa” ilə cavab oyununda zədə alıb və sonradan “Slaviya” ilə yerli liqadakı matçın (2:0) heyətinə də daxil edilməyib. “Levski”nin tibbi heyəti Kostadinovu “Sabah”la oyuna qədər sağaltmaq üçün əllərindən gələni edir. Lakin futbolçunun meydana çıxması demək olar ki, mümkün olmayacaq.

    Kostadinovun yoxluğunda mərkəz xəttində Qasper Trdinə tərəfdaş olaraq kapitan Venderson Tsunami, Asen Mitkov və Karloss Ohene namizəddirlər. Son iki oyunçu “Slaviya” ilə bazar günü keçirilən görüşdə start heyətində meydana çıxmışdı, Tsunami isə müdafiədə oynamışdı.

    Qeyd edək ki, “Levski” ilə “Sabah” arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.

  • UEFA Avropa Liqası: Növbəti mərhələyə start verilir

    Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşlərinə start veriləcək.

    İlk oyun günündə cəmi bir qarşılaşma baş tutacaq.

    Belə ki, Malta təmsilçisi “Hamrun” doğma meydanında İsrailin “Makkabi Təl-Əviv” klubunu qəbul edəcək.

    Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

    5 avqust

    UEFA Avropa Liqası

    III təsnifat mərhələsi

    Saat 21:00, “Hamrun” – “Makkabi Təl-Əviv”.

  • Azərbaycanlı güləş hakimi karyerasını başa vurub

    Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında iştirak edən azərbaycanlı hakim Natiq Hacıyev karyerasını başa vurub.

    Bu, təcrübəli referinin son beynəlxalq yarışı kimi əlamətdar olub.

    Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz fitini və qolçaqlarını rəsmi şəkildə təhvil verərək, beynəlxalq hakimlik fəaliyyəti ilə vidalaşıb. Ali qurum yarışın son günündə bu münasibətlə referiyə xatirə hədiyyəsi təqdim edib.

    Qeyd edək ki, N.Hacıyevlə yanaşı, Elman İsmayilov da mundialda ədaləti qoruyub.

  • Rusiyada triatlonçu yarış zamanı vəfat edib

    Rusiyada triatlonçu Andrey Pulyayev yarış zamanı vəfat edib.

    Bu barədə yarışı təşkil edən “İronstart 113″ün mətbuat xidmətindən bildirilib.

    O, Nijni Novqorodda triatlon yarışı zamanı məsafənin su hissəsini keçərkən vəfat edib. Finişə yaxın halı pisləşən idmançı təcili yardım briqadasına təhvil verilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    İdmançının müvafiq təcrübəyə və hazırlığa malik olduğu, əvvəllər 113 və 226 km məsafələrdə triatlon yarışlarında iştirak etdiyi, digər iştirakçılar kimi yarışlara buraxılış üçün tibbi müayinədən keçdiyi qeyd olunub.

  • Azərbaycan çempionatında son dörd mövsümün azarkeş sayı açıqlanıb

    Misli Premyer Liqasında son dörd mövsümün tamaşaçı sayı açıqlanıb.

    “Report” Peşəkar Futbol Liqasının hesabatına istinadən xəbər verir ki, 2021/2022 mövsümündə 112 oyunda ümumilikdə 89 010 azarkeş matçları tribunadan izləyib.

    Orta göstərici 795 tamaşaçı olub.

    2022/2023 mövsümündə bu rəqəm 261 564 (orta göstərici 1453), 2023/2024 mövsümündə 276 487 (orta göstərici 1536), 2024/2025 mövsümündə isə 275 933-ə (orta göstərici 1533) çatıb. Hər üç mövsümdə 180 qarşılaşma baş tutub.

    Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.

  • Rusiyalı MMA döyüşçüsü PFL kəmərini Həbib Nurməhəmmədova hədiyyə etdi

    Rusiyalı MMA döyüşçüsü Movlid Xaybulayev qazandığı PFL kəmərini sabiq UFC çempionu Həbib Nurməhəmmədova hədiyyə edib.

    Xaybulayev Nurməhəmmədova hörmət əlaməti kimi bu addımı atıb.

    O, ötən gecə “PFL World Tournament 8” turnirində perulu Xesus Pinedo ilə qarşılaşıb.

    Yarımyüngül çəki dərəcəsində Qran-prinin finalı çərçivəsində keçirilən döyüşün beşinci raundunda Xaybulayev rəqibini boğucu fəndlə məğlub edərək qələbə qazanıb.

    Bu nəticə ilə rusiyalı döyüşçü PFL çempionu adına yiyələnib.

  • Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb

    Azərbaycan təmsilçisi Qazaxıstanın Almatı şəhərində keçirilən atletika üzrə XXXIV Qosanov Memorialında bürünc medal qazanıb.

    İlk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən Nazim Babayev uzunluğa tullanma növündə 7.48 metr göstərici ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

    Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 15 ölkəni təmsil edən 150-dən artıq idmançı iştirak edir.

    Qeyd edək ki, Nazim Babayev sabah üç təkanla tullanma növündə də mübarizə aparacaq.

  • UEFA “Sabah”ın rəqibini cərimələyib

    UEFA “Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstanın “Levski” (Sofiya) klubunu cərimələyib.

    Paytaxt təmsilçisi evdə İsrailin “Hapoel” (Beer-Şeva) kollektivinə qarşı keçirdikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda (0:0) yaşananlara görə ziyana düşüb.

    Sofiya klubu ictimai keçidlərin bağlanması ucbatından 14000 avro ödəyəcək. Bundan əlavə, “Levski” azarkeşlərin pirotexniki vasitələrdən istifadəsi və fanatların meydana yad əşyalar atmasına görə 6000 avro cərimələnib.

    Qeyd edək ki, “Sabah” bu rəqiblə ilk matçı avqustun 7-də səfərdə, cavab görüşünü isə 14-də evdə keçirəcək.

  • Azərbaycanda geniş mənada pul kütləsi 8 %-ə yaxın artıb

    Bu il iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 468 milyon manat təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3 %, ilin əvvəli ilə müqayisədə 4,2 %, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur.

    O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 36 milyard 817,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 2,9 %, ilin əvvəli ilə müqayisədə 0,5 %, ötən ilin eyni dövrünə nisbətən 4,8 % çoxdur.

    Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 430 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 3,8 % çox, ilin əvvəli ilə müqayisədə 0,7 % az, ötən ilin eyni dövrünə nisbətən 3,1 % çoxdur.

    İyulun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 16 milyard 513,5 milyon manat olub ki, bu da aylıq müqayisədə 2,1 %, ilin əvvəli ilə müqayisədə 4,1 %, ötən ilin eyni dövrünə nisbətən 5,9 % çoxdur.