Category: İqtisadiyyat

  • Bitcoin canlanır: Trampın açıqlaması qiymətləri artırdı

    ABŞ prezidenti Donald Trampın İranla müharibənin iki-üç həftə ərzində sona çatacağı ilə bağlı bəyanatı riskli aktivlərin, o cümlədən Bitcoinin qiymətində artıma səbəb olub.

    1 aprel çərşənbə günü Avropada səhər saatlarında keçirilən hərrac zamanı Bitcoin 1,5% qalxaraq təxminən 69 000 dollar səviyyəsinə çatıb. İkinci ən böyük kriptovalyuta Ether isə 2 100 dolların üzərində ticarət olunur. Mart ayında Bitcoin 2,2% artaraq sentyabrdan bəri ilk aylıq yüksəlişini göstərib.

    “Bitwise Asset Management”in tədqiqat rəhbəri Rayan Rasmussen bildirib ki, geopolitik və makroiqtisadi risklərin azalması, institusional qəbul və tənzimləyici aydınlıq Bitcoin-in yeni tarixi rekordlara yüksəlməsini təmin edə bilər.

    Mart ayında ABŞ ETF-lərinə Bitcoin üzrə 1,2 milyard dollar daxil olub ki, bu da dörd aylıq çıxışı dayandırıb. Fevralda isə Bitcoin 16 aylıq minimuma – 60 000 dollar səviyyəsinə düşmüşdü və ay ərzində 19%-dən çox itki yaşamışdı.

    “Tokenize Capital”ın tərəfdaşı Heyden Hyuz qeyd edir ki, aprel ayında bazarda volatillik geri dönəcək. O, ilin sonuna qədər tədarük zəncirlərindəki pozuntular, yüksək ev təsərrüfatı borcu və digər risklər səbəbindən qiymətlərin yenidən düşə biləcəyini əlavə edib.

    Bitcoin hələ də öz tarixi maksimumu olan 126 000 dollar səviyyəsindən təxminən 45% aşağıdır, lakin mart ayında müşahidə olunan artım “kriptoyaz”dan çıxış ümidlərini artırır.
    //qaynar.az

  • Bu qurum ləğv edilir

    “Azərbaycan alüminiumu” ASC ləğv ediləcək.

    Bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında bildirilib.

    Bununla bağlı Maliyyə Nazirliyinə “Azərbaycan alüminiumu”nun qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılması üçün Azərbaycan dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edilməsi tapşırılıb.

    Azərbaycan İnvestisiya Holdinqinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməsi tapşırılıb.

    “Azərbaycan alüminiumu”nun aktivləri “Azəralüminium” MMC-nin balansına veriləcək.

  • Mərkəzi Banka yanlış hesabat təqdim edən “Fizza Pay” kimindir?

    “Fizza Pay” MMC-nin vəzifəli şəxsi inzibati qaydada cəzalandırılıb.

    Tiraj.az xəbər verir ki, şirkət tərəfindən Mərkəzi Banka prudensial hesabatların yanlış təqdim edilib. Bu baxımdan, MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü (Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Mərkəzi Banka qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsi, yaxud düzgün təqdim edilməməsi) maddəsi ilə iş başlanıb və o, 1000 manat cərimələnib.

    “Fizza Pay” MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 645 100 manatdır. Şirkətin qanuni təmsilçisi Dursunov Azad Nizami oğludur.
    Ondan əvvəl MMC-nin qanuni təmsilçisi Mirzəməmmədli Orxan Kamran oğlu olub. Azad Dursunov cari ilin aprelin 1-də onu əvəzləyib.
    “Fizza Pay” şirkəti ödəniş əməliyyatlarının ekvayrinqi, eləcə də ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətləri üzrə fəaliyyət göstərir.

  • Ardıcıl 3 gün ardıcıl yenə YAĞIŞ YAĞACAQ – Bu tarixdən…

    Bakı şəhərində qarşıdakı günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir.

    Hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 4, 5 və 6 aprel tarixlərində yağış yağacağı ehtimal olunur.

    Hazırda yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, qeyd olunan günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır.

  • Azərbaycan neftinin qiyməti 132 dolları ötdü – Dörd ilin REKORDU

    Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 4.3 ABŞ dolları və ya 3.36% artaraq 132.35 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 128.05 ABŞ dolları olub.

    Xatırladaq ki, “Azeri Light” markalı Azərbaycan nefti sonuncu dəfə 2022-ci ilin mart ayında 130 dollar həddini keçib.

  • Azərbaycan neftinin qiyməti dörd illik maksimumuna çatdı

    Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 3.81 ABŞ dolları və ya 3.07% artaraq 128.05 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 124.24 ABŞ dolları olub.

    Xatırladaq ki, Azərbaycan nefti (“Azeri Light”) sonuncu dəfə 2022-ci ilin iyun ayında 128 dolları ötüb.

  • ABŞ-də benzin bahalaşdı

    ABŞ-də bir qallon (təxminən 3.7 litr) benzinin orta qiyməti 4 dolları keçib. Bu, 2022-ci ilin avqust ayından bəri rekord həddir.

    Bu barədə yanacaq qiymətlərinin dinamikasını izləyən “GasBuddy” portalı məlumat yayıb.

    Bildirilib ki, ABŞ-nin şərq sahili vaxtı ilə saat 20:45-ə (Bakı vaxtı ilə çərşənbə axşamı 04:45 – red.) olan məlumata əsasən, “Regular” markalı benzinin bir qallonu 4.01 dollara bərabərdir. Yanacağın ən baha satıldığı ərazi isə Kaliforniya ştatıdır, belə ki, burada alıcılar bir qallon benzin üçün 5.86 dollar ödəməlidirlər.

  • Dünya valyuta ehtiyatları tarixi maksimuma çatıb

    2025-ci ilin yekunlarına görə, dünya valyuta ehtiyatlarının həcmi 13 trilyon dollar təşkil edib. Bu göstərici ötən illə müqayisədə 6.5% artaraq tarixi maksimuma çatıb.

    Bu nəticə “RİA Novosti” agentliyinin Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsaslanan hesablamalarından irəli gəlir.

    Hesablamalara görə, ABŞ dollarının ehtiyatlardakı payı 2024-cü ildəki 58.52%-dən 56.77%-ə enib.

    Dolların dünya valyuta ehtiyatlarındakı payı müşahidə olunan bütün dövr üzrə minimum həddə düşüb. BVF bu statistik məlumatları 1995-ci ildən təqdim edir. Yuanın ehtiyatlardakı payı da 1.95%-ə enib ki, bu da 2017-ci ildən bəri ən aşağı göstəricidir.

    Asiya valyutası olan yenin payı isə əksinə, artaraq 5.78%-ə çatıb. Bu, 2020-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Ən böyük pay isə 20.25% ilə avroya məxsusdur.

  • Azərbaycanda şəkər istehsalında ciddi artım qeydə alınıb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 44,2 min ton şəkər və qənd istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 33,5 % artım deməkdir.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son bir ildə ölkədə şəkərli qənnadı məhsullarının istehsalı da yüksələrək 14,1 % artım göstərib və 1 549,2 ton təşkil edib.

    Martın 1-nə olan vəziyyətə görə, hazır məhsul ehtiyatları da əhəmiyyətli dərəcədə çoxalıb. Belə ki, şəkər və qənd üzrə ehtiyatlar 18,9 min tona çataraq əvvəlki illə müqayisədə 9,5 dəfə artıb. Şəkərli qənnadı məmulatları üzrə ehtiyatlar isə 33,1 % yüksələrək 90,1 ton olub.

    Hesabat dövründə ölkədə ümumilikdə 937,7 milyon manat dəyərində qida məhsulu istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % artımın qeydə alındığını göstərir.

  • Bağlanmış bankların əmlakları satışa çıxarılır

    Aprelin 1-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesindəki “Muğan Bank”, aprelin 8-də “NBC Bank”, “Günay Bank”, “Yunayted Kredit Bank”, “AtaBank”, “AGBank”, “Atra Bank”, “Kredo Bank”, “Gəncə Bank”, “Dəmir Bank” və “Muğan Bank” ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

    Bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Söhbət “Muğan Bank”a məxsus dəyəri 33 min manat olan “Toyota Camry” və dəyəri 5 min manat olan “Fiat Doblo” markalı minik avtomobillərindən, “NBC Bank”a məxsus Bakı şəhəri, Azadlıq prospekti, 81 ünvanındakı dəyəri 500 min manat olan 263 kv metrlik qeyri-yaşayış binasından və dəyəri 2,3 milyon manat olan 281,2 kv metrlik qeyri-yaşayış binasından, eləcə də Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 130 ünvanındakı dəyəri 240 min manat olan 140,8 kv metrlik qeyri-yaşayış sahəsindən, “Günay Bank”a məxsus dəyəri 7,5 min manat olan “Seat Ibiza” markalı minik avtomobilindən, eləcə də Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsindəki dəyəri 800 min manat olan 270,6 kv metrlik qeyri-yaşayış sahəsindən, “Yunayted Kredit Bank”a məxsus Xaçmaz rayonu, Şimali qəsəbəsindəki dəyəri 50 min manat olan 107,6 kv metrlik fərdi yaşayış evindən, “AtaBank”a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan 314,7 kv metrlik qeyri-yaşayış binasından, həmçinin Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanındakı dəyəri 490 min manat olan 279,3 kv metrlik qeyri-yaşayış binasından, “AGBank”a məxsus Xətai rayonu, Qədir Məmmədov 7 ünvanındakı dəyəri 220 min manat olan 142,2 kv metrlik qeyri-yaşayış sahəsindən, eləcə də Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanındakı dəyəri 55 min manat olan 36 kv metrlik qeyri-yaşayış binasından, “Atra Bank”a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki dəyəri 1,6 milyon manat olan 436,2 kv metrlik qeyri-yaşayış binasından, “Kredo Bank”a məxsus Quba şəhəri, Qələbə küçəsindəki dəyəri 120 min manat olan 82,1 və 55 kv metrlik qeyri-yaşayış binasından, “Gəncə Bank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 5-ci döngə, ev 10 ünvanındakı dəyəri 55 min manat olan 42 kv metrlik fərdi yaşayış sahəsindən, “Dəmir Bank”a məxsus İmişli şəhəri, Bakı küçəsi, 31 ünvanındakı dəyəri 400 min manat olan 542,31 kv metrlik qeyri-yaşayış binasından, eləcə də Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, 10 / Lermontov 123 ünvanındakı dəyəri 220 min manat olan 120 kv metrlik qeyri-yaşayış sahəsindən gedir.