Category: İqtisadiyyat

  • Azərbaycan nefti UCUZLAŞIB

    Dünya bazarında “Azeri Light” markalı neft ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 2.30 ABŞ dolları və ya 1.98% azalaraq 113.70 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116 ABŞ dolları təşkil edib.

  • “Brent”in qiyməti 100 dollardan aşağı düşüb

    “Brent” növlü neftin bir barelinin dəyəri 100 dollardan aşağı düşüb.

    bu barədə “İnterfaks” məlumat yayıb.

    Birləşmiş Ştatların İranla olan gərginliyi tənzimləmək planlarına dair yayılan məlumatlar səbəbindən çərşənbə günü səhər saatlarında neft bazarında kəskin qiymət geriləməsi müşahidə olunub. ICE ticarət platformasında “Brent” markasının may ayı üçün füçersləri 5.09 dollar dəyər itirərək 99.4 dollara, NYMEX birjasında isə WTI markası 3.73 dollar ucuzlaşaraq 88.62 dollara qədər geriləyib.

    KİV-in verdiyi məlumata görə, Vaşinqton danışıqlar prosesi çərçivəsində Tehrana 15 bənddən ibarət təkliflər paketi təqdim etsə də, qarşı tərəf hələlik buna rəsmi münasibət bildirməyib. Ekspertlərin fikrincə, atəşkəs ehtimalları güclənsə də, danışıqların yekun nəticəsi ilə bağlı qeyri-müəyyənlik hələ də qalmaqdadır.

  • Qızıl təxminən dörd faiz BAHALAŞDI

    Qlobal investorların etibarlı investisiya alətlərinə marağının davam etməsi səbəbindən qızılın dəyəri təqribən 4% yüksəlib.

    Bu tendensiya birja göstəriciləri və maliyyə ekspertlərinin təhlilləri ilə təsdiqlənir.

    Bakı vaxtı ilə saat 09:21-də qeydə alınan göstəricilərə əsasən, Nyu-Yorkun “Comex” birjasında iyun füçersləri üzrə qızılın bir trua unsiyasının qiyməti sonuncu bağlanışa nisbətən 159.2 dollar (3.59%) bahalaşaraq 4 593,3 dollar təşkil edib. Eyni zamanda, may ayı üçün gümüş füçersləri də 5.38% artımla 73.315 dollara qədər yüksəlib.

    “ABŞ dollarının dəyərdən düşməsi fonunda etibarlı aktivlərə olan tələbat yenidən canlanır. Bu durum qızılın sığortaedici alət kimi öz cəlbediciliyini qoruduğunu bir daha təsdiq edir”, – deyə “Oversea-Chinese Banking Corp.” təşkilatının strateji eksperti Kristofer Von bildirib.

    Bununla yanaşı, qlobal maliyyə bazarları Yaxın Şərq regionunda cərəyan edən hadisələri də diqqətdə saxlamağa davam edir.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarında “Azeri Light” markalı neft ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.05 ABŞ dolları və ya 0.04% azalaraq 116 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116.05 ABŞ dolları təşkil edib.

  • Qəzaya düşən Yardımlı sakini 9 ay sonra öldü

    Yardımlıda avtoqəza nəticəsində xəsarət alan şəxs ölüb.

    “Unikal” xəbər verir ki, ötən ilin iyul ayında Yardımlı rayon Telavar kənd sakini, Bəhlulov Əfsun Malik oğlu yolu keçən zaman onu avtomobil vurub.

    Uzun müddət aparılan müalicə tədbirlərinə baxmayaraq Ə. Bəhlulov dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan içki ixracını 10%-dən çox artırıb

    Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 9 milyon 424,18 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, eləcə də sirkə ixrac edib.

    Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların ixrac dəyəri 930,03 min ABŞ dolları və ya 10,94% artıb.

    Həmçinin idxalda da artım qeydə alınıb. Belə ki, alkoqollu və alkoqolsuz içkilərvə sirkənin idxal dəyəri 1 milyon 293,21 min ABŞ dolları və ya 8,99% artıb.

    Cari ilin ilk iki ayında ölkəyə 15 milyon 675,66 min ABŞ dolları dəyərində sözügedən məhsul idxal olunub k, ötən ilin eyni dövründə bu göstərici 14 milyon 382,45 min ABŞ dolları təşkil edib.

  • Qızıl və digər qiymətli metallar ucuzlaşır

    Qızılın və digər qiymətli metalların qiymətlərində ucuzlaşma müşahidə olunur.

    Bunu ticarət məlumatları sübut edir.

    Bakı vaxtı ilə saat 09:26-ya olan məlumata görə, Nyu-York Ticarət Birjasının bölməsi olan “Comex”də iyun ayına çatdırılma ilə qızıl füçerslərinin qiyməti 64.96 dollar (1.46%) ucuzlaşaraq trua unsiyası üçün 4 374.54 dollara düşüb. Məlumata görə, son dörd gündə qızlın qiymətli 11.3% ucuzlaşıb.

    May ayına çatdırılma ilə gümüş füçerslərinin qiyməti isə 3.83% ucuzlaşaraq trua unsiyası 66.7 dollara düşüb.

    Aprel ayına çatdırılma ilə platin füçerslərinin qiyməti 2.62% azalaraq trua unsiyası üçün 1 824.65 dollar olub.

    İyun ayına çatdırılma ilə palladium füçerslərinin qiyməti 2.68% azalaraq trua unsiyası üçün 1 400 dollara düşüb.

    Nikel füçerslərinin qiyməti də 1.49% ucuzlaşaraq tonu 16.846 dollara qədər ucuzlaşıb.

  • Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşdı

    Neft qiymətləri ötən gün kəskin ucuzlaşmadan sonra yenidən bahalaşıb.

    Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

    Bakı vaxtı ilə saat 09:13-ə qədər Londonun ICE birjasında may ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 3.84 dollar (3.84%) artaraq bir barel üçün 103.78 dollara çatıb. Dünən isə “Brent” markalı neftin qiyməti 12.25 dollar (10.92%) azalaraq bir barel üçün 99.94 dollara düşmüşdü.

    Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin may ayına çatdırılma ilə füçerslərinin qiyməti 3.39 dollar (3.85%) artaraq bir barel üçün 91.52 dollara çatıb. Bir gün əvvəl isə WTI markalı xam neft 10.1 dollar (10.28%) ucuzlaşaraq bir barel üçün 88.13 dollara düşmüşdü.

    Dünənki ucuzlaşma ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturuna planlaşdırılan hücumları beş gün təxirə salmaq qərarı və iki ölkə arasında məhsuldar danışıqların aparıldığı barədə verdiyi açıqlamadan qaynaqlanıb.

    Tehran bu iddiaları təkzib edərək, bunu maliyyə bazarlarına təsir göstərmək cəhdi adlandırıb. İran ABŞ-nin, İsrail isə İslam Respublikasının hədəflərinə hücumları davam etdirib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarında “Azeri Light” markalı neft ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 6.85 ABŞ dolları və ya 5.57 % azalaraq 116.05 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 122.9 ABŞ dolları idi.

  • Bankların fəaliyyəti dayandırılacaq? – Vacib AÇIQLAMA – Video

    Bu yaxınlarda Azərbaycanda banklardan birinin fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına çevrilməsi bankların bağlanması məsələsini yenidən aktuallaşdırıb.

    Hələ 2015-ci ilin əvvəlində Azərbaycanda 45 bank mövcud olsa da, ötən müddətdə bu göstərici iki dəfədən çox azalaraq 21-ə enib. Təkcə 2016-cı ildə 11 bank fəaliyyətini dayandırıb. Son illərdə isə prosesin bir qədər səngiməsi bank sahəsində islahatların yekunlaşdığı təəssüratı yaradırdı.

    Maraqlıdır, bankların bağlanması prosesi bundan sonra da davam edə bilərmi? İqtisadçı Rəşad Həsənov Baku TV-yə bildirib ki, qısamüddətli dövrdə gözlənilməz qərarların verilməsi ehtimalı aşağıdır:

    “Amma orta və uzunmüddətli perspektivdə, xüsusilə hazırkı dəyişkən və fluktuativ iqtisadi konyunktur şəraitində bankların birləşməsi, bank olmayan kredit təşkilatına çevrilməsi və ya fəaliyyətini dayandırması ilə bağlı müəyyən qərarlar qəbul oluna bilər. Eyni zamanda tənzimləyici tələblərin və normativ öhdəliklərin yerinə yetirilməməsi, eləcə də risklərin artması belə qərarlara səbəb ola bilər. Bəzi hallarda isə risklər minimum tələblərin pozulmasından deyil, gözlənilməz vəziyyətlərin yaranmasından qaynaqlana bilər ki, bu zaman Mərkəzi Bank tərəfindən bankların lisenziyası ləğv oluna bilər”.

    Ekspert xatırladır ki, indiyədək bankların heç də hamısının maliyyə göstəricilərinin pisləşməsi səbəbindən fəaliyyəti dayandırılmayıb. Bir neçə bankın lisenziyası qurumun idarəedici strukturunun müvafiq müraciəti əsasında ləğv olunub. Bu da bank sektorunda iştirakçıların sayının dəyişməsinin təkcə maliyyə göstəricilərindən asılı olmadığını göstərir. Bankların maliyyə göstəricilərinə gəlincə isə 2026-cı ilin əvvəlinə olan məlumata görə, hazırda fəaliyyətdə olan banklardan yalnız birinin cəmi kapitalında azalma olub. Ümumilikdə bankların cəmi kapitalının 83 faizi 10 banka aiddir. Yerdə qalan 11 bankın payı isə 17 faizə bərabərdir.