Category: İqtisadiyyat

  • Dollar Yaxın Şərqdə gərginliyin yeni dalğası fonunda yüksəlir

    ABŞ dolları martın 23-ü, bazar ertəsi günü Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda möhkəmlənib. Bu vəziyyət investorların riskə marağını azaldaraq təhlükəsiz aktivlərə tələbatı artırıb.

    Valyuta.az “Reuters”ə istinadən xəbər verir ki, paralel olaraq Asiya fond bazarları eniş göstərib, qlobal əhval-ruhiyyənin ənənəvi göstəricisi sayılan Avstraliya dolları isə nəzərəçarpacaq dərəcədə zəifləyib. Yapon yeni də mövqelərini itirib və bu, Yaponiya hökumətini valyuta bazarını sabitləşdirmək üçün müdaxiləyə hazır olduğunu bəyan etməyə vadar edib.

    Həftəsonundan sonra münaqişənin deeskalasiyası ilə bağlı ümidlər puça çıxıb. ABŞ prezidenti Donald Tramp İranın enerji infrastrukturuna zərbələr endirməklə hədələyib. Tehran isə cavab olaraq qonşu ölkələrdəki obyektlərə hücum edəcəyini və neft təchizatının əsas marşrutu olan Hörmüz boğazını bağlı saxlayacağını bildirib.

    Bazar ertəsi qarşıdurma daha da genişlənib: İsrail Tehrana genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb, Səudiyyə Ərəbistanı isə Ər-Riyada iki ballistik raketin atıldığını bəyan edib. Bu fonda Beynəlxalq Enerji Agentliyinin direktoru Fatih Birol xəbərdarlıq edib ki, mövcud böhran miqyasına görə artıq 1970-ci illərin enerji şoklarını geridə qoyur və dünya iqtisadiyyatı üçün ciddi risk yaradır.

    Analitiklər bildirirlər ki, bazarlar enerji şokundan qazanan və zərər çəkən ölkələri daha aydın şəkildə fərqləndirməyə başlayıb. Enerji daşıyıcılarının yüksək qiymətlərindən faydalanan iqtisadiyyatlar daha üstün mövqedədir, idxalçılar – xüsusilə avrozona və Yaponiya – isə təzyiq altındadır.

    Valyuta bazarında dolların əsas valyutalara qarşı məzənnəsini əks etdirən indeks 0,29% artaraq 99,83 səviyyəsinə yüksəlib. Avro 1,1526 dollara, funt sterlinq 1,329 dollara qədər ucuzlaşıb, yeni isə dollara qarşı 159,55 səviyyəsinə qədər zəifləyib.

    İnvestorlar artıq monetar siyasətlə bağlı gözləntilərini yenidən nəzərdən keçirirlər. Əgər əvvəllər bazar bu il ABŞ Federal Ehtiyat Sistemi tərəfindən ən azı iki faiz endirimi gözləyirdisə, indi hətta bir endirim belə az ehtimallı görünür. Əvəzində, enerji qiymətlərinin bahalaşmasının yaratdığı inflyasiya təzyiqi səbəbindən mərkəzi banklar daha sərt siyasətə meyl edir.

    “Əgər bazarlar ABŞ-da monetar siyasətin sərtləşmə dövrünü nəzərə alsa, bizim fikrimizcə, ABŞ dolları bütün valyutalara qarşı əhəmiyyətli dərəcədə möhkəmlənəcək”, deyə “Commonwealth Bank of Australia”nın beynəlxalq iqtisadiyyat üzrə rəhbəri Cozef Kapurso bildirib.

  • Qızıl və gümüş ucuzlaşdı

    COMEX ticarət birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) aprel ayı üçün çatdırılma qızıl füçerslərinin qiyməti yanvarın 5-dən bəri ilk dəfə Trua unsiyası üçün 4 400 dollardan aşağı düşüb.

    Bu, qlobal ticarət məlumatlarında öz əksini tapıb.

    Bakı vaxtı ilə saat 04:35-ə olan məlumata görə, qızılın qiyməti -2,7 faiz geriləyərək bir Trua unsiyası üçün 4 370.7 dollar olub. Növbəti üç dəqiqə ərzində qiymətli metalın qiyməti enişini sürətləndirib. Yanvarın 2-dən bəri ilk dəfə bir Trua unsiyası üçün 4 350 dollardan aşağı düşərək 4342.7 dollara (-3.32%) çatıb.

    Gümüşün qiymətində də azalma müşahidə olunub. COMEX birjasında 2026-cı ilin mart ayı üçün çatdırılma gümüş füçerslərinin qiyməti fevralın 5-dən bəri ilk dəfə bir Trua unsiyası üçün 65 dollardan aşağı düşüb. Bakı vaxtı ilə saat 04:38-ə olan məlumata görə, gümüşün qiyməti bir Trua unsiyası üçün 64.83 dollar olub. (-4,39%). Bakı vaxtı ilə saat 04:55-ə qədər qiymətli metalın qiymətində enmə yavaşlayıb və 66.15 dollara (-2.45%) çatıb.

  • Azərbaycan nefti yenidən bahalaşıb

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,2 ABŞ dolları və ya 0,16 % artaraq 122,9 ABŞ dolları təşkil edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 116,94 ABŞ dolları təşkil edib.
    Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,49 ABŞ dolları və ya 0,41 % azalaraq 118,29 ABŞ dolları təşkil edib.
    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

  • Azərbaycan neftinin qiyməti 120 dolları ötdü

    Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 4.91 ABŞ dolları və ya 4.17% artaraq 122.7 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 117.79 ABŞ dolları təşkil edib.

  • Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər

    İranın enerji infrastrukturuna genişmiqyaslı hücumlar davam edərsə, “Brent” markalı neftin qiyməti 200 dollara qədər arta bilər.

    Bunu ABŞ-nin “Citigroup” bankının analitikləri bildiriblər.

    Onların fikrincə, qiymət artımına İranın enerji obyektlərinə yeni zərbələr və ya Hörmüz boğazının bağlanması səbəb ola bilər.

    Ekspertlər hesab edirlər ki, optimist ssenariyə görə (30% ehtimalla), “Brent” nefti 150 dollara qədər bahalaşa bilər. Daha genişmiqyaslı hücumlar və ya boğazın iyun ayınadək bağlanması halında isə qiymət 200 dollara çata bilər.

    Mövcud münaqişə fonunda yaxın günlərdə neftin 110-120 dollar aralığına yüksələcəyi gözlənilir.

    Qeyd olunur ki, İranın enerji obyektlərinə ABŞ və İsrail tərəfindən zərbələr endirilməsi xəbərlərindən sonra “Brent” neftinin qiyməti sürətlə artaraq 107,9 dollara çatıb.

  • İsveçrə Azərbaycana birbaşa investisiyaları 5 dəfə artırdı

    İsveçrənin Azərbaycan iqtisadiyyatına 2025-ci ildə birbaşa xarici investisiyaları (BXİ) 326,378 milyon ABŞ dolları təşkil edib.

    “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, investisiyaların həcmi il ərzində 5,07 dəfə və ya 262,009 milyon ABŞ dolları artıb.

    Azərbaycana qoyulan birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrədən olan investisiyaların payı 4,9 % təşkil edir.
    Azərbaycan ötən il İsveçrə iqtisadiyyatına 37,833 milyon ABŞ dolları investisiya yatırıb (il ərzində 99,94 % azalıb), Azərbaycanın bu ölkəyə birbaşa xarici investisiyaların ümumi BXİ-nin həcmindəki payı isə 1,5 % təşkil edib.

    Xatırladaq ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dolları (il ərzində 6,4 % azalıb) təşkil edib, Azərbaycan isə xaricə 2,528 milyard ABŞ dolları (43,4 % artımla) investisiya yatırıb.

  • Əhalinin nominal gəlirləri nə qədər artıb?

    Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 12 milyard 573.8 milyon manat təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur.

  • 91 milyon manata yaxın ƏDV geri qaytarılıb

    Bu il martın 1-nə qədər Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 90,7 milyon manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, hesabat tarixinə müvafiq portal üzərindən vətəndaşlardan ümumilikdə 28 237 müraciət daxil olub. Bu müraciətlərdən 17 072-si üzrə ƏDV-nin vətəndaşlara ödənilməsi təmin olunub. Eyni zamanda, 9 234 müraciətə müvafiq qaydaların tələblərinə uyğun olaraq imtina edilib və yaxud ödəniş üzrə əməliyyatlar uğursuz olub.

    Bu ilin yanvar-fevral aylarında isə portal vasitəsilə ümumilikdə 1 265 müraciət daxil olub. Həmin müraciətlərdən 964-ü üzrə 6 milyon manatdan çox vəsaitin ödənilməsi təmin olunub. 206 müraciət üzrə isə imtina qərarı verilib və yaxud əməliyyatlar uğursuz olub.

    Vətəndaşların müraciətləri üzrə imtina hallarına səbəb olan əsas məqamlar aşağıdakılardır:

    1. Son ödəniş tarixindən etibarən 90 gün ərzində müraciətin edilməməsi;

    2. Ödəniş təyinatında e-qaimə məlumatlarının əks olunmaması;

    3. Ödəniş zamanı ƏDV və əsas məbləğin ayrı-ayrılıqda ödənilməməsi;

    4. Ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi.

    Ödənişn tam və yaxud bir hissəsini alıcı deyil, başqa şəxs apardıqda, müraciətlər ödəniş tarixinə həmin nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən etibarnamə olduğu halda nəzərə alınır. Bundan əlavə, yaşayış və qeyri-yaşayış sahəsinin dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının depozit hesabına ödənildiyi təqdirdə, məbləğ geri qaytarılır.

    Dövlət Vergi Xidməti mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericiliyə uyğun qaydada təqdim etmələrini tövsiyə edir.

    Portal istifadəyə verildikdən sonra bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 3 914 sayda müvafiq məlumat forması təqdim edilib. Bu istiqamətdə vergi orqanları müvafiq monitorinq və təhlil işləri aparır.

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarında “Azeri Light” markalı neft ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1.03 ABŞ dolları və ya 0.94% azalaraq 108.16 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 109.19 ABŞ dolları təşkil edib.

  • ABŞ-dən Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb

    2025-ci ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 76,397 milyon ABŞ dolları təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ildəki göstərici ilə müqayisədə 15,972 milyon ABŞ dolları və ya 26,4% çoxdur.

    Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində ABŞ-nin payı 15,1% təşkil edib. Bununla da ABŞ Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında Türkiyədən sonra ikinci pillədə qərarlaşıb.

    Həmçinin 2025-ci ildə ABŞ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 100,718 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 35,7 milyon ABŞ dolları və ya 55% artım deməkdir.

    Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində ABŞ-nin payı 8,6% təşkil edib.

    2024-cü ildə Azərbaycandan ABŞ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 60,425 milyon ABŞ dolları, əks istiqamətdə isə 64,984 milyon ABŞ dolları təşkil edib.

    Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

    Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.