Category: İqtisadiyyat

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarında “Azeri Light” markalı neft ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1.03 ABŞ dolları və ya 0.94% azalaraq 108.16 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 109.19 ABŞ dolları təşkil edib.

  • ABŞ-dən Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb

    2025-ci ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 76,397 milyon ABŞ dolları təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ildəki göstərici ilə müqayisədə 15,972 milyon ABŞ dolları və ya 26,4% çoxdur.

    Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində ABŞ-nin payı 15,1% təşkil edib. Bununla da ABŞ Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında Türkiyədən sonra ikinci pillədə qərarlaşıb.

    Həmçinin 2025-ci ildə ABŞ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 100,718 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 35,7 milyon ABŞ dolları və ya 55% artım deməkdir.

    Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində ABŞ-nin payı 8,6% təşkil edib.

    2024-cü ildə Azərbaycandan ABŞ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 60,425 milyon ABŞ dolları, əks istiqamətdə isə 64,984 milyon ABŞ dolları təşkil edib.

    Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

    Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.

  • Azərbaycan nefti cüzi bahalaşıb

    Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.09 ABŞ dolları və ya 0.08% artaraq 109.19 ABŞ dolları təşkil edib

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 109.10 ABŞ dolları təşkil edib.

  • “Bitcoin” aylıq maksimumunu yenilədi

    “Bitcoin”in (BTC) məzənnəsi həftəyə lokal maksimumunu yeniləməklə başlayıb.

    Bu barədə Median.Az “Coinmarketcap”ın məlumatlarına istinadən xəbər verir.

    Məlumata görə, aparıcı kriptovalyutanın qiyməti fevralın 4-dən bəri ilk dəfə 74 300 dolları keçib.

    Martın 16-da Bakı vaxtı ilə saat 11:30-da “Bitcoin”in məzənnəsi 73 600 dollar ətrafında dəyişib. 24 saat ərzində “Bitcoin” 3.2%, son bir həftə ərzində isə 10% bahalaşıb.

    Ümumi kriptovalyuta kapitalizasiyası son 24 saat ərzində 3.5% artaraq 2.51 trilyon dollara çatıb. “Ethereum”un (ETH) məzənnəsi 7.2% artıb, aparıcı altkoin 2 260 dollar ətrafında ticarət olunur.

    Ən yaxşı 100 kriptovalyuta arasında Pepe (PEPE) memkoini ən böyük artım göstərib – 17%. Ən böyük azalma “DeXe” (DEXE) tokenində qeydə alınıb, son 24 saatda 7% ucuzlaşıb.

  • Bayram öncəsi bazarlarda son qiymətlər – VİDEO

    1 həftə sonra ölkədə bayram bayrama qarışacaq. Bu ərəfəlrdə insanların ən çox üz tutduğu yerlərdən biri də bazardır.

    Bəs qiymətlər necədir?

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, satıcılar deyirlər ki, bayrama az qalsa da, çərəzlərin qiymətində artım yoxdur.

    Meyvə-tərəvəzlərin qiymətində də ciddi dəyişiklik yoxdur. Satıcılar deyirlər ki, hazırda yalnız İrandan idxal edilən meyvə-tərəvəzlərin qiymətində artım müşahidə olunur. Məsələn, kivinin kiloəramı 4-5, portağal isə 3-4 manatadır.

    Pomidorun kiloqramı 4 manat-4,50 qəpik, xiyarın kiloqramı isə 3 manat-3,50 qəpik arasında dəyişir.

    Süfrələri bəzəyəcək səmənilər də artıq satışa çıxıb. Qiymətləri 1 manatdan başlayır, 8 manata qədər davam edir.

  • “Bitcoin” və “Ethereum”un dəyəri artır

    Kapitallaşma baxımından ilk iki kriptovalyuta – “Bitcoin” və “Ethereum” – dəyər artımı göstərir.

    Bu məlumatlar “Binance” platformasından əldə edilib.

    Bakı vaxtı ilə saat 22:12-yə olan məlumata görə, “Bitcoin” 1,06% artaraq 70.959 dollara, “Ethereum” isə 2,1% yüksələrək 2.100 dollara çatıb.

    Saat 22:16-ya olan məlumata görə, “Bitcoin” 1,31% artaraq 71.177 dollara, “Ethereum” isə 2,2% artaraq 2.104 dollar səviyyəsinə yüksəlib.

  • Azərbaycanın bu qədər xarici dövlət borcu var

    2026-cı il 1 yanvar tarixinə olan məlumatlara əsasən, Azərbaycanın xarici dövlət borcu 8183,0 milyon manat olub.

    Bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

    Sənədə əsasən, 2025-ci il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun 537,5 milyon manatı azalıb.
    //unikal.az

  • Orta aylıq əməkhaqqı artıb

    2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 1103,8 manat təşkil edib.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artıb.

    2026-cı il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 782 min nəfər olmuş, onlardan 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

  • Baş nazirdən inflyasiya ilə bağlı AÇIQLAMA

    “2025-ci ildə inflyasiya hədəf diapazonunda olub. Belə ki, illik inflyasiya 5.2%, orta illik inflyasiya isə 5.6% təşkil edib”.

    Bunu baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı çıxışında deyib.

    Hökumət başçısının sözlərinə görə, makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskal dayanıqlılıq göstəricilərində də aydın görünür:

    “2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39.2 mlrd. manat (5.4% çox), xərcləri isə 38,6 mlrd. manat (2.4% çox) icra olunub”.
    //oxu.az

  • Azərbaycan nefti 10 DOLLARDAN ÇOX BAHALAŞDI

    Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 10.15 ABŞ dolları və ya 10.63% artaraq 105.58 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 95.43 ABŞ dolları idi.