Category: İqtisadiyyat

  • Azərbaycan neftinin qiyməti 95 dollara çatdı

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 6.72 ABŞ dolları və yaxud 7.6% artaraq 94.62 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 87.90 ABŞ dolları təşkil edib.

  • Ramiz Mehdiyevin bankı bağlanır, aktivləri və öhdəlikləri ABB-yə ötürülür

    Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, “Bank BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

    Median.Az AMB-yə istinadən xəbər verir ki, bu çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.

    Bu çərçivədə, “Bank BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb.

    Bu müqaviləyə uyğun olaraq “Bank BTB”də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq.

    Həmçinin, Bank “BTB”yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcək.

    Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və “Bank BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.

    Beləliklə, Bank “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır. Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.

    Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, Səbail Rayon Məhkəməsinin qərarı ilə ağır cinayətlərdə ittiham olunaraq barəsində cinayət işi açılmış Ramiz Mehdiyevin gəlinidir.//iqtisadiyyat.az

  • Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi – 600 mindən çox vergi borcu da var

    Mərkəzi Bank “Resurs İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) yenidən cərimələyib.

    Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində 19 yanvar 2026-cı ildə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

    Məhkəmədə məlum olub ki, “Resurs İnşaat” MMC 2023-cü il tarixində Azərbaycandan 156750 min ABŞ dollarını kənara qabaqcadan ödəniş etməklə köçürüb. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 156750.00 dollar hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.

    Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs MMC nümayəndəsinə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iclasa gəlməyib. Məhkəmənin hökmü ilə “Resurs İnşaat” MMC 31350.00 dollar məbləğində inzibati cərimə edilib.

    Qeyd edək ki, ötən il də Mərkəzi Bank tərəfindən sözügedən şirkət 105954,64 ABŞ dollarının 20 faizi, yəni 21190,928 ABŞ dolları məbləğində cərimə olunmuşdu.

    Onu da bildirək ki, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi Qarayev Elməddin Nazim oğlu olan “Resurs İnşaat” MMC-nin hazırda Dövlət Vergi Xidmətinə 622013.27 manat vergi borcu var.

  • Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 5.61 ABŞ dolları və ya 6.82% artaraq 87.90 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82.29 ABŞ dolları təşkil edib.

  • YAP: “İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir”

    “İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain təxribat cəhdidir, regionda hərbi-siyasi gərginliyin artmasına xidmət göstərir”.

    Bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) bəyanatında yer alıb.

    Qeyd edilib ki, martın 5-də İran silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, YAP-ın üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olub:

    “Ərazi bütövlüyü və mütləq suverenliyini bərpa etməklə yeni reallıqlar yaradan müstəqil Azərbaycan dövləti hər zaman mehriban qonşuluq prinsipinə sadiq olub. Azərbaycanın bu gün milli maraqlar və qlobal çağırışları nəzərə almaqla həyata keçirdiyi konstruktiv siyasət və sülh diplomatiyası regionda etibarlı təhlükəsizlik və çoxşaxəli əməkdaşlıq kontekstində etimad quruculuğuna hədəflənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti kimi hərbi-strateji potensialını daha da gücləndirən Azərbaycan milli və regional təhlükəsizliyə yönəlmiş istənilən təhdidin qarşısını almağa qadirdir”.

    Partiya İranın bu hücum aktını qətiyyətlə pislədiyini bəyan edib:

    “Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı qərəzli təbliğata və bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmasını tələb edirik!”

    Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində dron hücumları həyata keçirilib. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

  • Azərbaycandan Ermənistana növbəti dizel və gübrə partiyası yola salınıb – Video

    Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

    Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

    Rusiya gübrəsi Azərbaycandan tranzitlə Ermənistana göndərilir.

    Xatırladaq ki, sonuncu dəfə fevralın 25-də Azərbaycandan Ermənistana 4 500 ton dizel daşıyan 39 ədəd çən vaqon yola salınıb. Bundan əvvəl isə yanvarın 11-də Azərbaycandan Ermənistana 979 ton “Aİ-92” markalı avtomobil yanacağı yüklənmiş 18 vaqon yola düşüb. Bundan əvvəl isə yanvarın 9-da Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu göndərilib. Daşınan yüklərə 1 742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel yanacağı daxil olub.

    Bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı tədarük edilib.

    Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

  • Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 3.87 ABŞ dolları və ya 4.7% azalaraq 82.29 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiymət 86.16 ABŞ dolları təşkil edib.

  • İran qida ixracını dayandırdı: Azərbaycan bazarında qiymətlər artacaq? – Video

    İran hökuməti bütün qida və kənd təsərrüfatı məhsullarının ixracının dayandırılması ilə bağlı qərar qəbul edib.

    İran mediasının yaydığı məlumata görə, əhalinin əsas, zəruri və həyati əhəmiyyətli mallarla təminatına üstünlük verilməsi ilə əlaqədar sözügedən məhsulların ixracı növbəti qəraradək qadağan edilib.

    Median.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

    Qeyd edək ki, İran Azərbaycanın ən çox idxal həyata keçirdiyi ölkələrin ilk onluğuna daxildir. Bu ölkədən gətirilən məhsullar arasında qida və kənd təsərrüfatı məhsulları da yer alır.

    Maraqlıdır, İranın ixraca qoyduğu qadağanın digər ölkələrə, o cümlədən Azərbaycana təsiri ola bilərmi?

    İqtisadçı Xalid Kərimli bildirib ki, İran üzərindən həyata keçirilən idxal Azərbaycan üçün qiymət baxımından ən əlverişli variantlardan biri idi:

    “Çünki məsafə qısa olduğuna görə daşınma xərcləri daha az olurdu. Həmçinin İran məhsulları sanksiyalar səbəbindən daha ucuz qiymətə əldə edilirdi. Bu məhsullar ölkə daxilində qiymətlərin sabitləşməsinə də kömək edirdi. Nəticə etibarilə, İran məhsulları bazara daha əlverişli və ucuz şərtlərlə təqdim olunurdu. Lakin məhdudiyyətlər tətbiq edildikdə bu, qiymət artımına səbəb ola bilər”.

    Ekspertlər hesab edirlər ki, İranda baş verənlərin təsiri təkcə bu qadağa ilə məhdudlaşmayacaq. Belə ki, İranın tranzit imkanlarının məhdudlaşması beynəlxalq daşımalar üçün alternativ marşrutların axtarılmasını zəruri edir. Azərbaycanın bir sıra istiqamətlər üzrə ticarətinin İran üzərindən həyata keçirildiyini nəzərə alsaq, bu proses ölkəmiz üçün də aktualdır və qiymətlərə təsir göstərə bilər.

  • Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək?

    Son günlər ABŞ-İSrail qüvvələrinin İrana hücumu nəticəsində dünya gündəminin Yaxın Şərqə, məhz Azərbayanın cənubuna yönəlməsi bir sıra təsirlərlə özünü göstərir. Beynəlxalq dairələrdə hadisələrin İranın istəkləri üzrə cərəyan etməsi nəticəsində müharibənin öz ərazisindən ətrafa səpələnməsi baş verə bilər. Bu isə regionda təkcə geosiyası yox, həm də iqtisadi sabitliyin də çökməsinə gətirib çıxaracaq.

    Bu gün Azərbaycan nefti dünya birjaında 86 dollara təklif olunur və 2026-cı il üçün ən yüksək məbləğdir. Cəmiyyəti narahat edən məsələ isə ölkə neftinin qiymətinin hansı həddə qalxacağı, digər tərəfdən isə bu artımın nə qədər müddət davam edəcəyidir.

    Mövzu ilə bağlı iqtisadçı ekspert İlham Şaban Avtosfer.az-a açıqlmasında bildirib ki, neftin qiymətinin artımı istənilən halda Azərbaycan üçün xeyirlidir.

    “Nəyə görə? Çünki Azərbaycan iqtisadiyyatı üçün bir nümrəli ixrac məhsulu məhz xam neftdir. Ondan sonra təbi qaz, sonra artıq neft məhsullarıdır. Bu baxımdan da onun qiymətinin artımı əlavə gəlirlər deməkdir. Əlavə gəlirlər o deməkdir ki, Azərbaycan iqtisadiyyatı proqnozdan daha çox gəlir əldə edə bilər.

    Ancaq bu indiki zaman kəsiyindədir. Yanvar ayında “Brent” markalı neftin orta qiyməti 64 dollardan da ucuz olub. Yəni, hesab edək ki, Azərbaycan nefti de 64-dən bir qədər baha olsun. Bu, cari il üçün dövlət büdcəsindəki qiymətdən aşağıdır. Bəli, fevral ayında haradasa 65-70 dollar arasında qiymətlər dəyişdi. İndi martın əvvəlindən orta qiymət artıq 75-80 dollar arasındadır.

    Nə qədər davam edəcək bu qiymət artımı? Bu, müharibədən asılıdır. Ona görə də real olaraq iqtisadiyyatımıza verdiyi töhvəni biz rübün yekunları ilə açıqlanan qiymətdən biləcəyik. Bunu Maliyyə Nazirliyi istəsə, açıqlayacaq.

    Ancaq rübdə bir dəfə Azərbaycan Mərkəzi Bankı tədiyyə balansında bu gəlirləri göstərir. Ancaq bunu da maydan tez bilmək mümkün deyil”.

  • “Bitcoin” sürətlə bahalaşdı

    “Bitcoin” sürətlə bahalaşır.

    Bunu “Binance” ticarət platformasının əməliyyat məlumatları əks etdirir.

    Bakı vaxtı ilə saat 13:15-ə olan məlumata görə, bir “Bitcoin”in qiyməti 71 209 dollar (6.27% artım) təşkil edib.

    Saat 13:30-a isə “Bitcoin”in qiymət yüksəlişi sürətlənib və 71 292 dollar (7.02% artım) səviyyəsində alqı-satqı həyata keçirilib.