Category: İqtisadiyyat

  • İrandan təklif: Xəzərdə ticarət tariflərini azaldaq

    İranın birinci vitse-prezidenti İshaq Cahangiri I Xəzər iqtisadi forumunda iştirak edən ölkələrə Xəzərdə ticarət tariflərini azaltmağı təklif edib.

    Bu barədə “RİA Novosti” məlumat verir.

    İ.Cahangiri Türkmənbaşı şəhərində keçirilən Forumda çıxışı zamanı bildirib:

    “Ticarət əlaqələrimiz inkişaf edir, amma potensialımız daha böyükdür. Birgə iqtisadi inkişaf üçün tarifləri azalmalı, əlverişli şərait yaratmalıyıq”.

    Qeyd edək ki, Forumda Türkmənistan Prezidenti, Azərbaycan, Rusiya, Qazaxstan, Özbəkistan və Bolqarıstanın baş nazirləri iştirak edirlər.

  • Baş nazirdən dövlət qulluqçusu olmayan işçilərin maaşı ilə bağlı – QƏRAR

    Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları artırılıb.

    Bununla bağlı Baş nazir Novruz Məmmədov “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarda müvafiq dəyişikliyi təsdiq edib.

    Dəyişiklik Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə olunub.

    “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarın 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:

    “- Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

    Ali kateqoriya dövlət orqanlarında – 310 manat;

    1-ci kateqoriya dövlət orqanlarında – 295 manat;

    2-ci və 3-cü kateqoriya dövlət orqanlarında – 280 manat;

    4-cü və 5-ci kateqoriya dövlət orqanlarında – 260 manat”.

    Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

  • Azərbaycanda əmək haqqı doqquz faizədək artıb

    2019-cu il iyulun 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 1613,7 min nəfər olub. Sputnik Azərbaycan-ın Statistika Komitəsinə istinadən xəbərinə görə, onlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 20,6 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

    2019-cu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 585,2 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • İyulda Azərbaycana gələn turistlərin sayı 10 faiz artıb – Səudiyyə Ərəbistanından gələnlər isə rekord vurub

    Bu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10.6% artım deməkdir.

    Median.Az Trend-ə istinadən bildirir ki, qonaqların üçdə birindən çoxunu, 35%-ni Rusiyadan gələnlər təşkil edib. 2018-ci ilin eyni ayı ilə müqayisədə Rusiyadan 11 min və ya 10% çox qonaq gəlib.

    İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, bu ölkədən ötən ilin eyni ayı ilə müqayisədə 12 min və ya 26% daha çox turist gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.

    Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə – 29 minə çatıb.

    Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7.4% çoxdur.

    Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.

    Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb.

  • Azərbaycanda orta aylıq əməkhaqqı 585 manata çatıb

    Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə, 4,4 faiz artaraq, 1 613,7 min nəfər olub.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, bunlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 20,6 faizi təhsil, 18 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

    Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq, 585,2 manata çatıb.

    İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • AÇG və “Şahdəniz” üzrə gəlirlər açıqlandı

    “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə əldə olunan ümumi gəlirlər 143 366 milyon dolları dəyərindədir.

    Bu barədə oxu.az-a Azərbaycan Respublikası Dövlət Neft Fondundan məlumat verilib.

    Bildirilib ki, qeyd edilən nəticə 2001-ci ildən 31 iyul 2019-cu il tarixinə qədər olan göstəricilərdir.

    AÇG yatağından gəlirlər cari il yanvarın 1-dən iyulun 31-dək 5 160 milyon dollar təşkil edib.

    O cümlədən, bu dövrdə “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 209 mln. dollar olub.

    “Şahdəniz” üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə 2007-ci ildən 31 iyul 2019-cu il tarixinə qədər 2 703 mln. dollar təşkil edib.

  • “Neft ölkələri yeni “neft şoku”na indidən hazırlaşmalıdır”

    “Neftin dünya bazar qiyməti son 8 ayda ən aşağı səviyyəyə düşüb. “Brent” markalı neftin 1 barelinin qiyməti artıq 59 dollardan ucuz satılır. Ötən həftə proqnozlaşdırdığımız kimi, neftin dünya bazar qiymətində azalmaların davam etməsi gözlənilən idi və yeni qiymət düşüşləri də istisna olunmur”.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov öz “Facebook” səhifəsində yazıb.


    O bildirib ki, ABŞ-ın sentyabr ayından etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etmək istəyi ticarət müharibəsində yeni mərhələ başlatdı: “Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq neftə olan tələbi azaldır. Digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur. Bu baş verəcəyi halda neftin 1 barelinin qiyməti 30 dollaradək azala bilər. Şist neft hasilatında da artımların olduğunu nəzərə alsaq, indi qlobal arenda heç nə neft ölkələrinin xeyrinə dəyişmir”.

    Onun sözlərinə görə, neftin dünya bazar qiymətində kəskin enişlər olarsa, ölkəmizə daxil olan valyutanın həcmi yenidən azalacaq: “Azərbaycan ixracatının 90 faizini enerji məhsullarının təşkil etdiyini nəzərə alsaq, “qara qızılın” qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz. Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olmasının fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var. Neftin bir barelinin 2019-cu ilin dövlət büdcəsində qiyməti 60 dollar nəzərdə tutulub”.

    Ekspert bildirib ki, Mərkəzi Bank üçün isə 50 dollardan aşağı neft qiyməti “qırmızı zonaya” daxil olmaq anlamına gəlir: “Çin valyutası ilə yanaşı, Rusiya rublu da mövqeyini qoruyub saxlamaqda çətinlik çəkir. Göründüyü kimi, qlobal və regional valyuta bazarında da volatillik yüksək olaraq qalır. Bu baxımdan neftin qiymətində azalmalar davam edərsə, ölkəmizdə də dollara tələb yüksələcək. Təbii ki, bu halda məzənnənin necə dəyişməsi yenə də Mərkəzi Bankdan asılı olacaq. Amma bütün hallarda neft ölkələri yeni “neft şoku”na indidən hazırlaşmalıdır”.

  • Azərbaycan qızıl ehtiyatları reytinqində yer almadı – Fond səbəbini açıqladı

    Avqustun 1-də Ümumdünya Qızıl Şurasının (World Gold Council) açıqladığı dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının reytinqində Azərbaycan yer almayıb.

    Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikasının əks olunduğu hesabatda Azərbaycanın reytinq cədvəlində yer almamasının səbəblərini göstərib.

    Fondan bildirilib ki, Ümumdünya Qızıl Şurası ölkələrin qızıl ehtiyatları barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir və bu statistika özündə, əsasən, Maliyyə Nazirliyi və Mərkəzi banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını özündə birləşdirir. Bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmayıb.

    Qeyd olunub ki, ARDNF-nin İnvestisiya siyasəti və İnvestisiya qaydalarının tələblərinə uyğun olaraq 30 iyun 2019-cu il tarixinə Fondun investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 356,4 milyon ABŞ dolları) təşkil edir:

    “Nəzərinizə çatdırırıq ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar Fondun rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə açıqlanır”.

  • Azərbaycanda ipoteka kreditinin həcmi tarixi maksimuma çatdı

    2019-ci ilin birinci yarısında Azərbaycanda banklar dövlət xətti ilə 100,7 milyon manat məbləğində ipoteka kreditləri verib ki, bu da ötən ilin altı ay üzrə göstəricisindən 14,2% azdır.

    Bu barədə Mərkəzi Bankın hesabatında deyilir.

    Azərbaycanda banklara ipoteka kreditləri dövlət xətti üzrə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilir.

    Bununla yanaşı, 6 ay ərzində kreditlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 20 mln. manat ayrılıb, daha 40 mln. manat fond tərəfindən buraxılmış istiqrazların payına düşüb, qalan hissə isə yenidən maliyyələşdirmə hesabına olub.

    İpoteka kreditləri üzrə faiz dərəcəsi azalmağa davam edir və iyunun sonuna 6,49% təşkil edib. İlin əvvəlində bu göstərici 6,55% olub. Kreditlər orta hesabla 281 ay müddətinə (ilin əvvəli ilə müqayisədə dəyişikliklər olmadan) verilir, onlar üzrə aylıq ödənişlər 351,8 manat (347,3 manat) təşkil edir.

    İyunda bankların verdiyi bir ipoteka kreditinin həcmi rekord göstəriciyə çatıb – bir borcalana orta hesabla 50 182,3 manat. Bu, fondun bütün fəaliyyəti ərzində, yəni 2006-cı ildən bəri ən yüksək göstəricidir.

  • ABŞ-ın fond birjasının indeksləri azaldı

    ABŞ fond birjasında hərraclar avqustun 2-də əsas indekslərin azalması ilə başa çatıb.

    Bu barədə birjanın yaydığı məlumatda deyilir.

    Beləliklə, “Dow Jones”-un indeksi 0,37%, yaxud 26485,01 bəndədək azalıb, “S&P 500” 0,73 %, yaxud 2932,04 bəndə, “NASDAQ” isə 1,32 %, yaxud 8004,07 bəndədək itirib.