Category: İqtisadiyyat

  • Azərbaycanda markalanmalı olan məhsulların ilkin siyahısı açıqlandı

    “Bu ilin sonunadək Azərbaycanda markalanmalı olan məhsulların siyahısının təsdiq edilməsi planlaşdırılır”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

    Onun sözlərinə görə, siyahı artıq Nazirlər Kabinetinə təqdim edilib:

    “İlkin siyahıya aksizə düşən mallar – spirtli içkilər, energetik içkilər, dərman preparatları, su və digər məhsullar daxil ediləcək. Bu, uzun və qəliz prosesdir. Vaxt keçdikcə siyahı genişləndiriləcək”.

    Nazir müavini əlavə edib ki, hazırda siyahı razılaşdırılma prosesindədir:

    “Markalama gömrük məntəqələrindən keçirilmiş malların ölkə ərazisində hərəkətini izləməyə imkan verəcək”.

  • Problemli kreditlərlə bağlı sərəncamın icrası başa çatdı

    Prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixli 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası başa çatdırılıb.

    Bununla bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası birgə açıqlama yayıb.

    Açıqlamada deyilir ki, 31.05.2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib. Bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edir.

    Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və s.) kompensasiyaların alınması üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların 20,5 minə yaxını lisenziyası ləğv edilmiş bankların və bank olmayan kredit təşkilatlarının, 7 minə yaxını isə fəaliyyətdə olan bankların payına düşür.

    Həmin vətəndaşlar 31.05.2019-cu il tarixindən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər.

    Bundan əlavə, 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcək.

    İcra edilmiş ödənişlər Maliyyə Nazirliyi tərəfindən 6 tranş çərçivəsində ayrılmış 600,1 milyon manat məbləğində vəsait hesabına həyata keçirilib. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.

    Bütövlükdə Fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinmiş və bu proses davam etməkdədir.

    Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanmış, restrukturizasiya proseslərinə start verilməklə bu günə 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilmiş və bu proses cari ilin sonunadək davam edəcək.

    Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Palata tərəfindən yaradılmış xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçi tərəfindən 1.7 milyon sorğu daxil olub.

    Ümumilikdə həmin portal üzrə cəmi baxış sayı 3 milyona yaxın olub. Palatanın 966 çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılıb.

  • Nazirdən pensiya açıqlaması: Beş illik plan hazırlanır

    Azərbaycanda pensiya sisteminin inkişafına dair beş illik fəaliyyət planı hazırlanır. Bura beynəlxalq təşkilatları, xarici şirkətləri cəlb edərək bu planın hazırlanmasına başlamışıq.

    Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

    Onun sözlərinə görə, hazırlanan planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır:

    “Qanunvericiliklə onların fəaliyyətinə heç bir qadağa yoxdur. Onların fəaliyyət mexanizmi, fəaliyyət dairəsi və tətbiq olunma, hüquqi, maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlər hazırlanacaq”.

  • Azərbaycanın baş naziri Türkmənistanda Avropaya qaz nəqlini müzakirə edib

    Aşxabadda MDB ölkələri baş nazirlərinin şura iclasina qatılan Azərbaycanın baş naziri Novruz Məmmədov Türkmənistan prezidenti Qurbanqulu Bərdiməhəmmədovla görüşüb.

    Türkmənistan KİV-lərinin yaydığı məlumata əsasən, görüşdə müzakirə olunan məsələlərdən biridə türkmən qazının Avropaya tranzit nəqli olub.

    Görüşdə qeyd olunub ki, Azərbaycan və Türlkmənistan qədim İpək yolunda yerləşən, neft və qaz ehtiyantları ilə zəngin olan ölkələrdir. Əlverişlı coğrafi vəziyyət, Xəzərdəki dəniz limanları, nəqliyyat və loqistika infrastrukturunun inkişaf etdirilməsi, “Şərq-Qərb” və “Şimal-Cənub” tranzit dəhlizlərinin reallaşması iki ölkə üçün ticarət və energetika sahələrində effektiv əməkdaşlıq imkanları yaradır.

    Türkmənistan prezidenti xüsusi qeyd edib ki, ölkələr arasında əməkdaşlıq iki xalqın qədim dostluq və qardaşlıq ənənəsinə arxalanıb.

    Görüşdə həmçinin Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov da iştirak edib.

  • Gəncədən Gürcüstana gedən yol genişləndirilir – FOTO/VİDEO

    Gəncə – Qazax – Gürcüstan magistral avtomobil yolunda əlavə iki zolağın tikintisinə start verilib.

    Hazırda magistral yolun Gəncə-Zəyəm hissəsində köpü və su ötürücü boruların tiknti işləri aparılır. Bu istiqamətdə aparılan işlərin demək olar ki, 20 faizi yekunlaşıb.

    Əvvəllər iki zolaqlı olan yolda çoxlu qəza halları yaranırdı. Yeni salınacaq əlavə 2 zolaq insanların rahatlığına xidmət edəcək.

    İşlərə yanvar ayından başlanılıb. Layihəyə əsasən, avtomobil yolunun müəyyən hissəsində 5 çay üzərindən keçməklə 12 körpünün tikintisi planlaşdırılır. Ən böyük körpü Şəmkir çayı üzərində salınacaq. Bundan əlavə 22 yeraltı keçid inşa ediləcək. Layihədə ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir.

    Qeyd edək ki, Gəncə – Qazax – Gürcüstan yolunun ümumi uzunluğu 130 kilometrdir. Avtomobil yolu ən müasir tələblərə cavab verəcək və bütün beynəlxalq standartlar tətbiq olunacaq.

  • Salyanda elektrik enerjisinin verilişi bərpa edilib

    Salyan rayonunda elektrik enerjisinin verilişi bərpa edilib.

    Median.Az xəbər verir ki, bu barədə Reporta “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

    T.Mustafayevin sözlərinə görə, qurumun əməkdaşları və texnikası hadisə olan yerlərdə olub. Hazırda baş verə biləcək qəzaların qarşısını almaq üçün hazır vəziyyətə gətirilib.

  • Özümüz istehsal edirik, amma sata bilmirik – Çıxış yolu isə sadədir

    Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3 milyon 768 min ABŞ dolları dəyərində 2734 ton süd idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 459 min dollar (13,9%), həcm baxımından isə 465 ton (20,5%) çoxdur. Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.08%-ni təşkil edib.

    Süd idxalının artımını kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a şərh edib.

    Ekspert bildirib ki, Azərbaycanda kifayət qədər süd istehsalı var, amma heyvandarlar südü sata bilmirlər: “Çünki emal müəssisələri südü qəbul etmir və ya elə qiymətə qəbul edirlər ki, bu da istehsalçıya sərf etmir. Ölkədə kifayət qədər süd var, məsələ onu satmaqdır. Düzdür, Rusiyadan, Belarusdan kifayət qədər süd idxal edilir. Amma bunlar Azərbaycana konkret süd şəklində gətirilmir. Süd məhsulları (qatılaşdırılmış süd, yoqurt və s.) da buraya daxildir”.

    Onun fikrincə, ölkədə istehsal olunan südü daxili bazara çıxara bilsək, qablaşdıra bilsək, xaricdən süd gətirməyə ehtiyac qalmaz: “Burada əsas problem xırda heyvandarlıq təsərrüfatlarındadır. Xırda heyvandarlıq təsərrüfatlarında modernizasiya görmürük. 10-50 baş heyvan saxlayanlar ancaq süd satmağa öyrəşiblər. Bu da mövsümi amillə bağlı olan bir məsələdir. Hava istiləşəndə insanlar süd istehlak etmirlər və bu da alıcılıq qabiliyyətinə təsir edir. Ona görə də, xırda heyvandarlıq təsərrüfatları özləri emal müəssisəsinə, emal bazasına çevrilsə, çox yaxşı olar”.

    O, bildirib ki, dövlət tərəfindən çox ciddi güzəştlər edilir: “Elə avadanlıqlar var ki, 60-70 faiz güzəşt tətbiq edilir, amma xırda heyvandarlar buna maraq göstərmirlər. Xırda ailə təsərrüfatları məhsulları xammal şəklində satdığına görə, nəticədə bu, ölkədə məhsul dövriyyəsinə təsir etmir. Ümumilikdə əhalinin tələbatında iri müəssisələr ciddi rol oynamır, əsas rol oynayan xırda təsərrüfatlardır. Xırda təsərrüfatlarda modernizasiyanın olmaması, itkilərin hesablanmaması, uçotun aparılmaması bu problemi ortaya çıxardır”.

    Ekspert qeyd edib ki, kifayət qədər dövlət tərəfindən güzəştlər edilir, amma heyvandarların fəal şəkildə sağım avadanlıqlarına keçməsini, xəstəliklərdən mühafizə sisteminin tətbiqini görmürük: “Ən müasir sağım avadanlığı 550 manatdır və 60 faiz güzəştlə verilir. Heyvandarların iqtisadi təşəbbüskarlığın olmaması problemdir, yeniliklər tətbiq etmək istəmirlər. Ona görə də xaricdən süd alırıq, bəzən süd idxalında artımlar, bəzən azalmalar olur”.

    “Örüş sahələrində ekoloji vəziyyətin bərpa olunması ilə bağlı işlər aparılmalıdır. Hazırda heyvandarlığın inkişafı və örüş sahələrinin bərpa olunması ilə bağlı Dövlət Proqramı hazırlanır. Bu məsələlər sənəddə öz əksini tapacaq” – deyə o bildirib.

    Ekspertin qənaətincə, artıq otarılma sistemindən imtina etmək lazımdır: “Bütün dünyada heyvanların bəslənməsi qapalı şəkildədir. Otarılan zaman heyvan kifayət qədər qidalana bilmir, uzun məsafə qət edir, bioloji qocalma dövrü sürətlə gedir. Tədricən heyvanların qapalı saxlanma rejiminə keçilməlidir. İlk növbədə iribuynuzlu sonra isə xırdabuynuzlu heyvanları buraya cəlb etməliyik. Bizdə ənənəvi yanaşma var ki, heyvanı tövlədə saxlamaq olmaz, amma bu, belə deyil. Bəsləmə şəraiti varsa, bu, mümkündür. Bizdə yem əkinçiliyi də çox zəifdir”.

    Ekspert bu ilin 4 ayında Azərbaycanın kərə yağı idxalını azaltmasına da münasibət bildirib: “Hər il adətən bu mövsümdə kərə yağı istehlakı aşağı düşür. İdxalı daha da azaltmaq üçün bizdə çoxçeşidli kərə yağları istehsal edilməlidir. Heyvandarlıq təsərrüfatlarının çoxunda ənənəvi istehsal görürük: yəni pendir və qatıq. Xarici ölkələrdə çoxçeşidli kərə yağları, pendirlər və s. istehsal edilir. İri heyvandarlıq təsərrüfatlarında marketinq mütəxəssisi, qida mühəndisi olsa, çoxçeşidli məhsul istehsal edilə bilər, daha çox gəlir götürmək mümkündür”.

    Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycan 20 milyon 588 min ABŞ dolları dəyərində 4115 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 5 milyon 184 min dollar (20,1%), həcm baxımından isə 206 ton (4,8%) azdır. 4 ayda kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,45%-ni təşkil edib.

  • Maaşlar və pensiyalar yenidən arıtırılacaq – Video

    Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətin siyasəti davam etdiriləcək. Son illər maaş və pensiyaların dəfələrlə artmasına baxmayaraq bu proses davam edəcək.

    Bu barədə millət vəkili Musa Quliyev deyib.

    O bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması ölkə prezidentinin daxili siyasətində hər zaman prioritet istiqamət olub. Bunun nəticəsidir ki, bu il Azərbaycanda sosial müdafiə və sosial rifah ili kimi başlayıb.

    Musa Quliyevin sözlərinə görə, təkcə əmək haqqı və pensiyaların artırılması deyil, həmçinin məcburi köçkünlərin problemlərinin həlli, onların mənzillərlə təmin edilməsi kimi məsələlər də mərhələli şəkildə həllini tapır.

    Millət vəkili deyib ki, sosial islahatların aparılması başlıca olaraq iqtisadi inkişafla bağlıdır. Çünki iqtisadi inkişaf nəticəsində maddi imkanların yaranması sosial proqramların həllinə imkan yaradır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Bakıda beynəlxalq konfrans başladı

    Bu gün Bakıda 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransı işə başlayıb.

    Xəzər Neft və Qaz sərgisinin tərkib hissəsi olan konfrans iki gün davam edəcək.

    Builki konfransa dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb.

    SOCAR, BP, “Inpex”, “Petronas”, “SOCAR AQS”, “Dentons”, “Equinor” və digər dünyaca məşhur şirkətlər konfransda iştirak edir.

    Tədbir çərçivəsində yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhsul və xidmətləri barədə məlumat vermək və müzakirə aparmaq üçün ikitərəfli görüşlər də təşkil ediləcək.

  • Müddət başa çatır: Kompensasiya ala bilməyənlərin taleyi necə olacaq

    Ekspert: “Kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq Azərbaycan Prezidentinin imzaladığı fərmanın icra müddəti ilin sonunda başa bitir”

    Bu həftə bəzi problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır. Bu həftə kompensasiya ala bilməyənlər sonrakı aylarda bu güzəştlərdən istifadə edə biləcəklərmi?

    İqtisadçı-ekspert Vüqar Bayramov “Facebook”dakı səhifəsində məsələ ilə bağlı yazıb ki, kompensasiya almaq hüququ olan, amma fərqli səbəblərdən, o cümlədən texniki səbəblərdən pullarını ala bilməyənlər may ayından sonra da bu imkandan istifadə edə biləcəklər: “Məsələn, vətəndaşa 1500 manat kompensasiya hesablanıb, amma onun hələ də almayıb və kompensasiyaların verilməsi müddəti də 2 gündən sonra başa çatır. Bu halda vətəndaşımız may ayında kompensasiya ala bilməsə də ona vəsait hesablandığı üçün növbəti aylarda bu imkandan yararlana biləcək. O baxımdan, may ayında kompensasiya ala bilməyənlər, amma bu hüququ olanlar üçün vəsait ödənişi həyata keçiriləcək”.

    Ekspert problemli kreditlərin restrukturizasiyasının nə üçün yubanması məsələsinə də aydınlıq gətirib: “Kompensasiyaların sürətli verilməsinə rəğmən problemli kreditlərin restrukturizasiyası prosesi nisbətən gec başlayıb. 600 mindən artıq vətəndaşımızın kompensasiya hüququ yaranıb və 300 minədək vətəndaşlarımızın problemli kreditlərin restrukturizasiya olunacaq. Bu baxımdan, birinci mərhələdə diqqət kompensasiyaların verilməsinə yönəldildi və gələn aydan etibarən problemli kreditlərin restrukturizasiyası daha intensiv həyata keçiriləcək. O baxımdan, krediti restrukturizasiyası olunacaq, amma hələ də bu güzəştdən istifadə edə bilməyənlər gələn aydan etibarən güzəştli kredit şərtləri əldə edəcəklər”.

    Onun sözlərinə görə, kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq Azərbaycan Prezidentinin imzaladığı fərmanın icra müddəti ilin sonunda başa bitir: “Buna görə də, müraciətlərinə müsbət cavab alan vətəndaşlarımız növbəti aylarda kompensasiya ilə təmin olunacaqlar”.

    Apellyasiya Komissiyasından mənfi cavab alan, amma kompensasiya almaq hüququnun olduğunu iddia edən vətəndaşlarımız növbəti mərhələdə nə edə bilərlər sualına cavab olaraq ekspert yazıb ki, Azərbaycan qanunvericiliyinə əsasən vətəndaş komissiyanın qərarından məhkəməyə müraciət edə bilər: “Məhkəmə vətəndaşımızın xeyrinə qərar qəbul etdiyi və bütün instansiyalar keçildiyi halda həmin şəxsə kompensasiya ödəniləcək”.