Category: İqtisadiyyat

  • Bu qurumlarda maaşlar artırıldı – 2475 manat

    Azərbaycan Hesablama Palatasının üzvlərinin, Konstitusiya Məhkəməsinin sədrinin və hakimlərinin əmək haqları artırılır.

    Median.Az-in Trend-ə istinadla məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişikliklərdə öz əksini tapıb.

    “Hesablama Palatası haqqında” qanuna dəyişikliyə əsasən, Palata üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

    “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliyə əsasən isə, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərləşdirilir. Hazırda isə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manat, Milli Məclis sədrinin maaşı isə 2475 manat təşkil edir.

    Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

  • Hesablama Palatasının sədrinin bir səlahiyyəti əlindən alındı

    Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə Komissiyanın tərkibindən çıxarılıb.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarında müvafiq dəyişiklik edib.

    Beləliklə, baş nazirin birinci müavininin sədri olduğu Komissiyanın tərkibi iqtisadiyyat, malyyə və vergilər nazirləri, Mərkəzi Bankın sədrindən ibarət olacaq.

    Digər dəyişiklik iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının proqnoz göstəriciləri ilə əlaqədardır. Dəyişikliyə əsasən, iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının hesabat ilinin birinci yarımilliyi üzrə icra vəziyyətinin nəticələrinə əsasən əməliyyat fəaliyyətindən cəmi daxilolmalarda proqnoz göstəricisindən 20 faizdən yuxarı kənarlaşma olduğu təqdirdə, Komissiya tərəfindən həmin şirkətlərin gəlirlər və xərclər smetalarına yenidən baxılacaq.

  • Kredit borcu olanlara ŞAD XƏBƏR: Pulunuzu bu yolla alın

    Problemli kreditlərlə bağlı elektron portal hazırlanıb. İstənilən şəxs portaldakı müvafiq bölməyə daxil olmaqla alacağı kompensasiya məbləğini öyrənə bilər. Bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilən təqdimat mərasimində verilib. Qeyd edilib ki, bu gündən aprelin sonunadək vətəndaşlara sms göndəriləcək və onlar növbəli şəkildə banka çağırılacaqlar.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, problemli kreditlərlə bağlı kompensasiya veriləcək şəxslərin siyahısı açıqlandı…

    Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən problemli kreditlərlə bağlı elektron portal hazırlanıb. Təqdimat mərasimində bildirilib ki, portalda hesablanmış kompensasiya məbləği ilə yanaşı, məbləğin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin, restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlər barədə məlumatlar var.

    Problemli krediti olan istənilən şəxs portaldakı müvafiq bölməyə şəxsiyyət vəsiqəsinin məlumatlarını və mobil nömrəsini qeyd edərək ona hesablanan məbləği öyrənə bilər.

    Bu gündən aprelin sonunadək vətəndaşlara SMS göndəriləcək və onlar növbəli şəkildə banka çağırılacaqlar. Bağlanan bankların müştərilərinə isə “Azərpoçt” MMC tərəfindən SMS məlumat göndəriləcək. Kompensasiyaların verilməsinə gələn ayın sonuna kimi başlanılacaq.

  • Kompensasiyaların necə qaytarılacağı məlum oldu

    Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə aprel ayının sonunda başlanılacaq, bununla bağlı hər bir şəxs bankdan SMS alacaq.

    Əgər kompensasiyaların məbləği 500 manatadək olacaqsa, bu halda vətəndaşlar onlara çatacaq vəsaiti pul köçürmə sistemləri vasitəsilə nağd şəkildə də ala biləcəklər.

    Məbləğ 500 manatdan çox olarsa, kompensasiyalar yalnız plastik kartlar vasitəsilə ödəniləcək ki, burada şəffaflıq naminə vətəndaş məmur təması olmasın. Plastik kartların hansı bankda açılması və hesab nömrəsi belə portala daxil olan vətəndaşın şəxsi vərəqəsində öz əksini tapacaq.  

    Hal-hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi portaldan (https://pk.fimsa.az/az/kompensasiya) istifadə edən bəzi vətəndaşlar SMS-lər gəlmədiyindən şikayətlənirlər. Bununla bağlı Palatanın açıqlamasına görə, hazırda yüklənmələr həddən artıq çoxdur və vətəndaşlardan bu məsələyə səbrli yanaşmaları xahiş olunur. 

    Bildirək ki, ölkədə fəaliyyət göstərən hər üç mobil operatordan SMS almaq mümkündür. 

    Qeyd edək ki, problemli kreditlərlə bağlı Azərbaycan Prezidentinin imzaladığı müvafiq fərmanla restruktruzasiyaya 2012-ci il yanvarın 1-dən 2019-ci ilin martın 1-nədək olan gecikmiş kreditlər düşür.

    Kompensasiyalarla bağlı güzəştlər isə 2015-ci il devalvasiyasına məruz qalan kreditlərə şamil edilir, yəni əsas odur ki, 2015-ci ildə devalvasiyalar nəticəsində həmin borcgötürənlərə ziyan dəyib və onlar daha yüksək məzənnə ilə borc qaytarmağa məcbur olublar. 
    //oxu.az

  • Problemli kreditlərlə bağlı yenilik – Adınızın siyahıda olub-olmadığını belə yoxlayın-VİDEO

    Problemli kreditlərlə bağlı elektron portal hazırlanıb.

    Portalda fiziki şəxs ona hesablanmış kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin, restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlər barədə məlumatlar var.

    İşləmə mexanizmi isə belədir: borcu olan şəxs şəxsiyyət vəsiqəsini və mobil nömrəsini qeyd edəcək. Telefona şifrə gələcək və həmin şifrəni qeyd etməklə məlumatlara daxil olacaqsınız.

    Linkə BURADAN daxil ola bilərsiniz.

    Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Orxan İsmayılov deyib ki, kreditləri ödəmiş şəxslər onlara düşəcək kompensasiyanın necə hesablandığı və hesabına yatırılan pul barədə dəqiq məlumat əldə edəcəklər.

    Onun sözlərinə görə, portalda vəsaitin yatırıldığı bank, kart hesabı göstəriləcək. Restrukturizasiya ilə bağlı məlumatlar da eynilə portalda öz əksini tapıb.

    Qeyd edək ki, sistem təqdim olunsa da, hazırda sms-şifrə göndərişində problem yaşanır.

    //oxu.az

  • Vətəndaşlar problemli kreditlərlə bağlı SMS alacaqlar

    Bəzi vətəndaşlara “Sorğunuzla bağlı araşdırma aparılır” cavabı gələcək. Çünki həmin şəxslərlə bağlı araşdırmalar davam edir.

    Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Orxan İsmayılovun sözlərinə görə, bu gündən aprelin sonunadək vətəndaşlara SMS göndəriləcək və onlar növbəli şəkildə banka çağırılacaq.

    Mətbuat katibi Elşən Allahverdiyev deyib ki, o vaxtadək vətəndaşların banka getməsinə ehtiyac yoxdur.

    “Ümumilikdə bir milyon şəxsin hazırda portalda şəxsi vərəqəsi var. Bunlardan 600 mini kompensasiya, 400 mini kreditlərin restruktrizasiyası ilə bağlıdır”.

  • Problemli kreditlərlə bağlı qaynar xətt yaradıldı – ÖZƏL

    Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasında problemli kreditlərlə bağlı qaynar xətt yaradılıb – (966-1-1)

    Qaynar xətt gücləndirilmiş iş rejimində işləyir, axşam saatlarınadək zənglərə cavab verilir.

    Burada hazırda 20 nəfərdən çox işçi çalışır, təkcə 10 nəfər bağlanmış banklarla bağlı suallara cavab verir.

  • Azərbaycan yoxsul ölkələr üçün donor olacaq

    Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) aprel ayında keçiriləcək toplantısında Azərbaycanın yoxsul ölkələrə donor qismində nə qədər vəsait ayıracağı müəyyən olunacaq.

    Median.Az-ın məlumatına görə, bunu Trend-ə müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.

    Regional direktor yoxsul ölkələrə göstərdiyi dəstək və yardıma görə Azərbaycana minnətdarlığını bildirib:

    “Azərbaycan da 1992-ci ildə Dünya Bankına yenicə qoşulanda yoxsul ölkə idi. Bu gün isə Azərbaycan dövləti bir çox sahələrdə əhəmiyyətli dərəcədə uğurlar əldə edib və yoxsul ölkələrə öz yardımını təklif edir. Biz buna görə çox şadıq və Azərbaycana minnətdarıq”.

    Azərbaycanın Dünya Bankının strukturuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) kimi institutlarda səhmlərinin artırılması məsələsinə gəldikdə M.Tembon qeyd edib ki, ölkə buna öz razılığını verib və zəruri sənədləri imzalayıb:

    “Ən əsas məsələ razılaşmanın əldə olunması və Azərbaycanın razılığının alınması idi. Buna da nail olmuşuq. Ancaq biz ölkənin öz payını nə qədər artıracağını bilmirik. Bu, uzun prosesdir və 10 ilə yaxın vaxt apara bilər”.

  • Maşın bazarında ucuzlaşma olacaq – EKSPERT

    Dünyanın bir çox yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə maraq yüksəkdir. Bəzən qiymətlərin qalxması və başqa səbəblər bazarda durğunluğa səbəb olur. Amma bu durğunluq uzun sürmür.

    Bəs hazırda avtomobil bazarında vəziyyət necədir?

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan istisadçı ekspert Vüqar Bayramov deyib ki, hazırda avomobil bazarında canlanma yoxdur, yanvar ayından başlanan durğunluq davam edir:

    “Amma qiymətlərin sabitləşməsi müşahidə olunur. Öncədən proqramlaşdırmışdıq ki, ölkəyə idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi qiymətlərin artmasına gətirib çıxaracaq. Bu baş verdi, amma tələb aşağı olduğu üçün, xüsusilə fevraldan etibarən müşahidə edilən durğunluq nəticə etibarı ilə qiymətlərin müəyyən stabilləşməsinə səbəb oldu. Qiymətlər stabilləşsə də, tələb aşağıdır, bu da durğunluğun davam etməsinə gətirib çıxarır. Qiymət artımlarından sonra biz müşahidə etdik ki, avtomobil satanların sayı artdı, alanların sayı isə azaldı. Avtomobillərə tətbiq edilən aksiz vergisinin artmasından sonra ölkəyə idxal olunan avtomobillərin sayında da azalma qeydə alındı. Hələlik avtomobil bazarında canlanma gözlənilmir. Güman olunur ki, növbəti aylarda qiymət artımı qeydə alınmayacaq, əgər durğunluq davam edərsə, bu, qiymətlərin müəyyən qədər azalmasına səbəb ola bilər”.

    Ekspert bildirib ki, Azərbaycanın istehsal etdiyi avtomobillər hələlik daha çox dövlət sifarişi əsasında istifadə edilir:

    “Bazarda yerli istehsal avtomobilləri olsa da, sayı çox deyil. Hələlik yerli istehsah bazara təsirini göstərmir, bəlkə yerli istehsal gələcəkdə bu vəziyyəti dəyişə bilər. Həmin avtomobillərə olan inamın formalaşması çox vacibdir. İnam yaranarsa, yerli istehsal gələcəkdə bazarda müəyyən paya sahib ola bilər. Hazırda isə bazarda olan vəziyyətə ciddi təsir göstərə bilmir”.

  • Problemli kreditlərlə bağlı yeni xidmət yaradıldı

    Maliyyə Bazarlarına Nəzarət Palatası “Kompensasiya məbləğinin sorğulanması” xidmətinə başlayıb. 

    Xidmətdən Palatanın saytına daxil olaraq istifadə etmək mümkündür.

    Palatanın saytının “Problemli kreditlərin həllinə dair məlumat” hissəsində “Kompensasiya məbləğinin sorğulanması” pəncərəsi yaradılıb. 

    Bank müştərisi adını və parolunu daxil etməklə alacağı kompensasiya məbləğini öyrənə bilər. Keçid üçün link: https://pk.fimsa.az/
    “Kompensasiya məbləğinin sorğulanması” xidmətinin işə salınması kompensasiya alacaq vətəndaşların siyahısının hazır olduğuna işarədir.

    Bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdiriləcəyi açıqlanmışdı.