Category: İqtisadiyyat

  • Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub

    2019-cu ilin yanvar ayında Azərbaycan əhalisinin gəlirləri 3 milyard 800,0 milyon manat təşkil edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, əhalinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən gəlirlər 385,2 manat olub.

    Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 milyard 475,4 milyon manatlıq vəsait qalıb.

  • Azərbaycan yanvarda 18 milyon dollarlıq dərman alıb

    2019-cu ilin yanvar ayında Azərbaycana 18 mln. 465,35 min dollar dəyərində əczaçılıq məhsulları idxal olunub.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, xaricdən ölkəyə 955,27 ton həcmində əczaçılıq məhsulları gətirilib.

    Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar ayında Azərbaycana 13 mln. 61,12 min dollar dəyərində, 844,89 ton həcmində əczaçılıq məhsulu idxal olunub.

    Yəni bu ilin yanvar ayı ərzində sözügedən məhsulların ölkəyə idxalı çəki ifadəsində 13,1%, dəyər ifadəsində 41,4% artıb.

    Ümumilikdə, 2018-ci ildə Azərbaycana 290 mln. 184,22 min dollar dəyərində 16 min 933,78 ton əczaçılıq məhsulu idxal edilib.

  • “Müsbət nəticələr əldə ediləcək…” – Aİ və Azərbaycan arasında aviasiya sazişi

    Gələn ay keçiriləcək görüşdə hava nəqliyyatı sahəsində Avropa İttifaqı və Azərbaycanın əməkdaşlıq məsələsinin müzakirəsi gözlənilir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololey deyib.

    H.Hololeyin sözlərinə görə, bu gün aviasiya sazişinin imzalanması üçün hazırlıq çərçivəsində hansı irəliləyişlərin olduğu bilinəcək:

    “Bu mövzuda qeyri-rəsmi müzakirələr davam edir. Əldə olunmuş razılığa əsasən tərəflər danışıqların növbəti mərhələsi barədə qərar qəbul edəcəklər. Bu barədə spekulyasiya etmək istəmirəm, amma hesab edirəm ki, növbəti görüş gələn ay keçiriləcək. Ümid edək ki, bu istiqamətdə müsbət nəticələr əldə ediləcək”.

  • Martdan Azərbaycanda minimal pensiya 160 manat olacaq

    “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    Bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

    O qeyd edib ki, bu dəyişikliklə ölkədə əmək pensiyalarının minimum həddi müəyyənləşdiriləcək və bundan sonra əmək pensiyaları 116 manat yox, 160 manat olacaq:

    “Bu artım ümumilikdə ölkədə 233 minə yaxın əmək pensiyaçısına, xüsusilə əlil olan pensiyaçılara şamil olunacaq. Dəyişikliklər qəbul olunduqdan sonra martın 1-dən qüvvəyə minəcək. Bunun üçün bu ilin dövlət büdcəsindən 41 milyon, gələn il isə 49 milyon ayrılacaq”.

    Dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib.
    //oxu.az

  • Yanvarda bahalaşma olub – STATİSTİKA

    2019-cu ilin yanvar ayında əhalinin gəlirləri 3 milyard 800 milyon manata çatıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə, bu, 6,1 faiz artım deməkdir.

    Bu barədə dövlət Statistika Komitəsi məlumat yayıb.

    2018-ci ilin ilkin məlumatlarına əsasən, muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilə nisbətən 3 faiz artaraq, 544,1 manat təşkil olub.

    2019-cu ilin yanvar ayında 2018-ci ilin yanvar ayı ilə müqayisədə, istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,4 faiz artıb.

  • Nazir: Azərbaycanda pensiya yenə qalxacaq

    Yaxın aylarda Azərbaycanda indeksasiya nəticəsində orta aylıq əmək pensiyası 5% artacaq.

    Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya məbləği 222 manatdan 228-229 manata, yaşa görə orta aylıq pensiya isə 240 manatdan 250 manata qalxacaq.

    “233 min pensiyaçının əmək pensiyasının minimum məbləğinin 160 manatadək artırılacağını nəzərə alsaq, yaxın aylarda orta aylıq əmək pensiyasının 5% artacağını proqnozlaşdırmaq olar. Real mənzərə ilin ortalarında aydın olacaq”, – deyə nazir bildirib.
    //oxu.az

  • Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı

    Azərbaycanda yığılan verginin böyük bir hissəsi sosial sahəyə xərclənir. Buna görə də hesabatlılıq mühüm əhəmiyyət daşıyır.

    Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, vergi ödəyiciləri ödədikləri vəsaitin necə xərcləndiyini görməlidir, bu məqsədlə hesabatlılıq yüksək olmalıdır.

    “Təbii ki, hər bir vergi ödəyicisinin qarşısında tam şəffaf məlumatlar olmalıdır. Bu məqsədlə korrupsiya hallarının qarşısının alınması, vətəndaş-məmur təmasının azaldılması üçün addımlar atırıq. Yeni yaradılacaq “DOST” Mərkəzi maksimum elektronlaşmış şəkildə olacaq və regionlar da daxil olmaqla, 31 “DOST” Mərkəzi yaradılacaq. E-sosial portalında Azərbaycanda bütün məşğul əhalinin şəxsi kabineti var və burada ödənilən bütün vəsaitlər barədə məlumatlar öz əksini tapır”.

    Nazir vurğulayıb ki, minimum əməkhaqqının, pensiyaların artırılması və digər sosial qərarlarla bağlı Azərbaycan dövləti büdcədən əlavə 500 milyon manat ayırıb və məşğulluq strategiyası, yeni qanun, işsizlik sığortası haqqında qanunvericiliyin dəyişməsi baş verib.

    O bildirib ki, “İşsizin dostu” layihəsi çərçivəsində 26 min nəfər ödənişli ictimai işlərə cəlb edilib, eyni zamanda, özünüməşğulluq proqramı ilə 5 min 800 mikrobiznes yaradılıb.

  • SOCAR mətbuatda yayılan xəbərləri təkzib edir

    Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) vergi yoxlamaları nəticəsində pozğunluqlar aşkarlandığı və şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin saxlanıldığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Bu barədə “Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

    O qeyd edib ki, vergi yoxlamaları ilə bağlı yanvar ayında SOCAR və Vergilər Nazirliyi birgə məlumat yaymışdı və həmin məlumatda bildirilmişdi ki, bütün şirkətlərdə, o cümlədən SOCAR-da yoxlamaların aparılması Vergilər Nazirliyinin əsas və birbaşa funksional vəzifələrindən biridir:

    “Vergilər Nazirliyi hər il planlı şəkildə iri vergi ödəyicilərində, o cümlədən SOCAR-da müvafiq yoxlamalar aparır və bu il keçirilən yoxlama da növbəti səyyar vergi yoxlamasıdır.

    Bu yoxlamaların SOCAR-ın inzibatı strukturunda aparılan hər hansı dəyişikliklərlə əlaqələndirilməsi yanlışdır və kütləvi informasiya vasitələrində yer alan bir sıra məlumatlar ümumiyyətlə, əsassız və uydurmadır. Vergi yoxlamaları hər iki strukturun iş fəaliyyətinə təsir etməyən adi bir prosesdir və şirkətin vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirirlər”.

  • Nazir: Obyektlərdə milyonlarla manat vergidən yayınma halı aşkarlanıb

    Vergi və sahibkar münasibətləri təmiz səhifədən başlamalıdır. Bu gün dövlət-biznes münasibətlərində yeni bir mərhələ start götürüb. Vergi qanunvericiliyində ciddi dəyişikliklər edilib.

    Bunu vergilər naziri Mikayıl Cabbarov bu gün keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda konfransda söyləyib.

    Nazirin sözlərinə görə, 2019-cu ildə qarşıda duran hədəflərin mühüm bir hissəsi vergi sistemi ilə bağlıdır və verginin iqtisadi tənzimləmədə rolu artıb.

    “Şəffaflığın təmin edilməsi istiqamətində yeni yanaşmalar işgüzar mühitdə yeni gözləntilər yaradır. Bu transformasiya dərhal baş vermədi və təbii ki, zaman tələb olunurdu”, – deyən Mikayıl Cabbarov ədalətli biznes mühitinin yaradılması üçün səylərin gücləndiyini vurğulayıb.

    “Elə bir vəziyyət yaranmışdı ki, intizamlı işləmək istəyən şirkətlər bazar paylarını itirməklə üzləşirdilər. Kölgə iqtisadiyyatı, uçotun olmaması vəziyyəti pisləşdirmişdi. 2018-ci ildə kölgə iqtisadiyyatımın səviyyəsinin azaldılması üçün uçot sistemi ilə bağlı işlərimiz bəzən müqavimətlə və bir günlük şirkətlərin yaradılması halları ilə belə qarşılaşdı. Bunların aradan qaldırılması üçün görülən işlər artıq öz müsbət nəticəsini verməyə başlayıb. Şəffaflıq iqtisadiyyatı rəqabətqabiliyyətli edir, ona görə də haqsız rəqabətin qarşısının alınması üçün lazım olan addımları atırıq”.

    Nazir bildirib ki, hökumətin qarşısında iki yol olub: vergi yükünün artırılması yolu ilə daxilolmaları yüksəltmək və ya vergi yükünün azaldılması ilə kölgə iqtisadiyyatında qalan subyektləri dövriyyəyə cəlb etmək.

    Azərbaycan hökuməti isə bu iki ssenaridən ikincini seçib. 2019-cu ildə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində işlərin davam edəcəyini qeyd edən nazir 2018-ci ildə aparılan yoxlama zamanı ortaya çıxan rəqəmləri açıqlayıb:

    “İri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon manat, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındırılma halı aşkarlanıb. Bunlar hələ vergi yoxlamasına cəlb edilənlərdir”.

    M.Cabbarovun fikrincə, 2019-cu ildə bəyan edilən dövriyyələrin sayı və daxilolmaların həcmi artıb:

    “Sənədləşməni tam yoluna qoya bilsək, iqtisadiyyatın ağarması baş verəcək, bu isə ədalətli biznes mühiti yaradacaq”.
    //oxu.az   

  • Vergi ombudsmanı niyə yaradılır?

    Azərbaycanda vergi ombudsmanı institutu yaradılacaq. Bu, sahibkarların şikayətlərinə operativ baxılması, onlara hüquqi yardımın göstərilməsi baxımından əhəmiyyətlidir.

    Vergilər naziri Mikayıl Cabbarovun sözlərinə görə, vergi ombudsmanının fəaliyyətə başlaması vergi ödəyicilərinin ədalətli şikayətlərinin araşdırılmasına və vergi sisteminin inkişafına təkan verəcək.

    Nazir 2018-ci ildə vergi yoxlamalarının kəskin azaldığı vurğulayıb.

    “Hər min aktiv fəaliyyət göstərən vergi ödəyicisindən cəmi dördündə səyyar yoxlama aparılıb, bu isə 0,4 faiz deməkdir. Kiçik sahibkarlıq subyektlərində isə yoxlamalar dayandırılıb. Vergi potensialının daha dəqiq qiymətləndirilməsinin həyata keçirilməsinə başlanıb”, – nazir qeyd edib.
    //oxu.az