Category: İqtisadiyyat

  • Azərbaycan nefti ucuzlaşdı

    Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

    “Brent” markalı neftin hərrac yekunundakı son qiyməti 59.61 dollar olub.

    Azərbaycan nefti də paralel olaraq düşüb və bir barelinin qiyməti 0,81 dollar, yaxud 1,31% azalaraq və 61,21 dollar təşkil edib.

    Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  • Azərbaycanın gəliri xərcindən yeddi milyard dollar çoxdur – RƏSMİ

    Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatları üzrə dövriyyəsi 28 milyard 214 milyon 292 min ABŞ dolları olub. Bu rəqəm Azərbaycan dünyanın 182 ölkəsi ilə ticarət əməliyyatları nəticəsində formalaşıb.

    Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,04 faiz, yəni 7 milyard 922 milyon dollar çoxdur.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ötən on bir ayında idxal əməliyyatları 32,15 faiz artaraq 10 milyard 295 milyon 486 min dollar olub. İxrac əməliyyatları üzrə dövriyyə isə ötənilki göstəricini 43,34 faiz üstələyərək, 17 milyard 918 milyon 805 min dollara çatıb.

    İxrac həcminin idxalı üstələməsi nəticəsində ölkənin ticarət balansında 7 milyard 623 milyon 318 min dollar məbləğində müsbət saldo yaranıb. Bu isə 2017-ci ilin on bir ayındakı statistikadan 61,84 faiz çoxdur.

    İxracın strukturunda 81,6 faiz neftin, 2,68 faiz neft məhsullarının, 7,01 faiz təbii qazın, 0,36 faiz elektrik enerjisinin, 2,76 faiz meyvə-tərəvəz məhsullarının, 0,05 faiz çayın, 0,08 faiz bitki və heyvan mənşəli yağların, 0,13 faiz qəndin, 0,08 faiz spirtli və spirtsiz məhsulların, 0,41 faiz kimya məhsullarının, 0,62 faiz plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,4 pambıq, 0,12 faiz pambıq ipliyin, 0,44 faiz qara metal və ondan hazırlanan məmulatların, 0,59 faiz alüminium və ondan hazırlanan məmulatların, 2,67 faiz digər məhsulların payına düşüb.

    İdxal məhsullarının strukturunda isə yenə də ərzaq liderdir: 11,91 faiz. Bundan başqa, ölkəyə gətirilən mal və məhsulların sırasında 1,34 faiz tütün və tütün məhsullarının, 0,09 faiz sementin, 2,59 faiz əczaçılıq məhsullarının, 3,22 faiz plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,63 faiz odun və ağac məhsullarının, 10,83 faiz qara metal və ondan hazırlanan məmulatların, 22,18 faiz maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 7,62 faiz nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,92 faiz mebelin, 36,67 faiz digər məhsulların payına düşüb.

    2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarət əməliyyatlarında 7,002 min özəl və dövlət müəssisəsi və 14,575 min fiziki şəxs iştirak edib.

    Azərbaycandan ixrac edilən məhsulların əsas alıcıları İtaliya (ümumi ixracın 30,98%-i), Türkiyə (8,657%), İsrail (6,16%), Çexiya (4,58%), Almaniya (4,12%), Hindistan (4,18%), Tayvan (3,99%), əsas idxal əməliyyatları isə Rusiya (16,19%), Türkiyə (13,96%), Çin (10,23%), Almaniya (5,67%), ABŞ (463,%), İsveçrə (4,95%), Ukrayna (4,03%) və İranla (3,6%) olub.//oxu.az

  • Azərbaycanda kassa aparatları dəyişdiriləcək

    2019-cu ildən ticarət və ictimai iaşə obyektləri öz fəaliyyətlərini elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidirlər.

    Median.Az xəbər verir ki, bu səbəbdən bütün xidmət və ticarət sektorunda yeni kassalar tətbiq ediləcək.

    Bununla bağlı yeni Vergi Məcəlləsinin tələbi aşağıdakı kimidir:

    16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək.

    Kassaların dəyişdirilməsi prosesi gələn ilin əvvəlindən başlayacaq və müəyyən qədər vaxt aparacaq.

    Aparatların dəyişdirilməsi nəticəsində həyata keçirilən bütün əməliyyatlar onlayn rejimdə sistemdə öz əksini tapacaq və nəticədə “kölgə dövriyyəsi” şəffaflaşacaq. Kassa aparatının söndürülməsi isə artıq ona nəzarətin gücləndirilməsini tələb edəcək və bu zaman xronometraj vergi yoxlaması təyin edilə bilər.

    Ümumiyyətlə, kassaya çek vurmamaq sahibkara çox baha başa gələcək. Vergi üzrə ekspert Anar Səttarovun Oxu.Az-a verdiyi məlumata görə, sahibkar satdığı məhsulun ödənişini kassaya vurmadıqda birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə 6000 məbləğində cərimə ediləcək.

    “Bu isə o deməkdir ki, sahibkar ən azı 50 min manatı kassaya vurmamalıdır ki, həmin 1000 manatı bağlaya bilsin. Ona görə də yeni məcəllə ilk növbədə şəffaf işləməyi, düzgün uçot aparmağı tələb edir. Sahibkarlar öz gəlir və xərclərini düzgün göstərsələr, bu halda vergi yükləri azalacaq, əks halda, ciddi cərimə sanksiyaları ilə üzləşə bilərlər”.

  • Neft ucuzlaşmağa başlayıb

    Dünya bazarında neft ucuzlaşır. “Brent” neftinin düşməsi ilə paralel Azərbaycan neftinin də qiyməti 1% azalıb.

    “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,82 dollar və yaxud 1,3% ucuzlaşıb və 62,19 dollar təşkil edib.

    “Brent” markalı neft bu gün birjalarda 61.63 dollara açılsa da, qiymətlərin düşmə tendensiyası başlayıb və 60.82 dollara qədər enib.

    Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  • Azərbaycanda yeni yol tikiləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, qırx dörd min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,2 milyon (on səkkiz milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Azərbaycan nefti bahalaşdı

    “Brent” markalı neftin 0,45% bahalaşması Azərbaycan neftinin qiymətinə də təsir göstərib.

    Azərbaycanın dünya bazarında satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,49 dollar və yaxud 0,78% artıb və bir barelinin qiyməti 63,01 dollar təşkil edib.

    Bu günə “Brent” markalı neftin qiyməti isə 60.42 dollara satışa çıxarılıb.

    Qeyd edək ki, ekspertlər 2019-cu ilin ilk yarısında qlobal təklif artıqlığının gündəlik 1.28 milyon barel olacağını ehtimal edirlər. Bu həcm isə OPEC və tərəfdaşlarının ötən həftə Vyanada razılaşdığı rəqəm olan 1.2 milyon barelə olduqca yaxındır.

  • Dövriyyədə nə qədər 200 manat var?

    Azərbaycan Mərkəzi Bankı bu il noyabrın 24-dən tədavülə buraxdığı 200 manatlıq əskinasların dövriyyədə olan həcmini açıqlayıb.

    Median.Az xəbər verir ki, qurumdan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qısa müddət ərzində tədavülə buraxılmasına baxmayaraq, 200 manatlıq pul nişanları artım tempinə görə beynəlxalq təcrübə ilə müqayisədə adekvat səviyyədədir və dövriyyədə olan nağd pul kütləsinini 3%-ni (200 mln. manat) təşkil edir.

    Hazırda tədavüldə 200 manatlıq pul nişanları stabil templə artır.

  • Mərkəzi Bankdan 500 avro nominallı pul nişanı ilə bağlı – AÇIQLAMA

    Azərbaycan Mərkəzi Bankı (AMB) son günlər mətbuatda və xəbər portallarında 500 avro nominallı pul nişanı ilə bağlı dərc olunmuş məlumatlarla bağlı açıqlama yayıb.

    AMB-dən verilən məlumata görə, Avropa Mərkəzi Bankı 04 may 2016-cı il tarixdə 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib.

    Bununla əlaqədar, Avropa Mərkəzi Bankının 23 noyabr 2018-ci il tarixli pres-relizinə əsasən Almaniya (Bundesbank) və Avstriya Mərkəzi Bankları tərəfindən 26 aprel 2019-cu il tarixindən (həmin gün daxil olmaqla), Avrozonaya daxil olan bütün digər mərkəzi banklar tərəfindən isə 26 yanvar 2019-cu il tarixindən (həmin gün daxil olmaqla) etibarən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasının dayandırılacağı bildirilib.

    Buna baxmayaraq, həmin tarixlərdən sonra 500 avroluq pul nişanının tədavüldə qanuni pul vahidi kimi qalacağı, ödəniş və yığım vasitəsi kimi istifadəsinin davam edəcəyi qərara alınıb.

    Eyni zamanda, 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əskinaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd

  • Dolların sabaha olan məzənnəsi

    Dekabrın 11-nə manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 11.12.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2018-ci il dekabrın 10-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib

  • Dollarla verilən kreditlərlə bağlı vacib yenilik – VİDEO

    Azərbaycanda xarici valyutada kredit, yalnız xarici valyutada gəliri olanlara və bankda depoziti olanlara veriləcək.

    Median.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası yeni qayda tətbiq edib.

    Bundan başqa, daşınmaz əmlaka görə verilən kredit də yalnız milli valyutada olmalıdır.

    Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni qaydaları xarici valyutada kredit alınması üçün bəzi qadağaları özündə birləşdirir.

    Xarici valyutada kredit almaq üçün istiqrazlardan da istifadə edilə bilər ki, bu şərtlər də kifayət qədər sərtdir.

    Yeni qaydalara əsasən, əmlak kreditləri isə yalnız manatla verilə bilər.