Category: İqtisadiyyat

  • Bayram yarmarkasının günləri və yeri açıqlandı

    Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb.

    “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin mətbuat xidmətinin rəhbəri Mayis Musayevin sözlərinə görə, yarmarka dekabrın 21-30-da, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 154 ünvanında keçiriləcək.

    “Yarmarkanı beş gün müddətində keçirməyi nəzərdə tutmuşduq. Ancaq istəyin çox olduğunu nəzərə alaraq yarmarkanın vaxtını uzatdıq”, – o qeyd edib.

  • Nazir: Azərbaycanın çox güclü manata ehtiyacı yoxdur

    Milli valyutanın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyil.

    Maliyyə naziri Samir Şərifov hesab edir ki, güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir.

    “Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”.

    Nazir əlavə edib ki, son illər ölkədə həyata keçirilən siyasət “makroiqtisadi tarazlığın və davamlı iqtisadi artımın” dəstəklənməsinə yönəldilib.

    2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən iki dəfədən çox ucuzlaşıb. 2017-ci ildə manat AMB tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4%, 2018-ci ilin 11 ayı ərzində 0,01% möhkəmlənib.

  • SOCAR Avro-5 standartlı benzinin istehsalına nə vaxt başlayacq?

    Avro-5 standartlı benzinin istehsalı təxminən 2021-ci ilin əvvəlindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda mümkün olacaq.

    Median.Az xəbər verir ki, bu fikirləri “Trend”ə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

    “Dizel kompleksinin modernləşdirilməsi işlərinin 2020-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulub, Avro-5 standartlı benzinin istehsalı isə 2021-ci ilin əvvəlindən mümkün olacaq”, – Əhmədov bildirib.

    Onun sözlərinə görə, modernləşdirmə daxili bazarı Avro-5 yanacağı ilə təmin etməyə imkan verəcək.

    “Buraya ilk növbədə dizel yanacağı daxildir. Modernləşdirmə 92-95-98 oktanlı, Avro-5 standartlı benzinin və digər məhsulların istehsalına da imkan verəcək”, – Əhmədov deyib.

    O əlavə edib ki, son illər Azərbaycanda yanacağa olan tələbata görə istehsal olunan məhsulların əsas həcmi daxili bazar üçün nəzərdə tutulub.

    Əhmədov qeyd edib ki, istehsal olunan məhsullar daxili bazarda tələbatı tam ödəyəcək, qalan hissə isə ixrac olunacaq.

    Xatırladaq ki, hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda modernləşmə işləri həyata keçirilir və işlərin 2021-ci ildə yekunlaşdırılması proqnozlaşdırılır. Modernləşdirmədən sonra zavodun istehsal gücü illik 6 milyondan 8 milyon tona, istismar müddəti 2040-ci ilə qədər artırılacaq.

    Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda modernləşdirmə işlərinin dəyəri 2,2 milyard dollar qiymətləndirilib.

  • Azərbaycan nefti kəskin bahalaşıb

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 2,1 dollar və yaxud 3,44% artıb.

    “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,23 dollar təşkil edib.

    Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  • Manatın sabaha olan məzənnəsi

    Dekabrın 4-nə manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 04.12.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2018-ci il dekabrın 3-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

  • Ölən şəxsin krediti banklar üçün ümidsiz sayılacaq

    Maliyyə Bazarlarına Nəzarət Palatası gecikmə müddətinə görə aktivlərin təsnifləşdirilməsində və ehtiyat ayırmalarında dəyişikliklər edilib.

    Dəyişikliyə əsasən təminatlı aktivlərdə 31-90 gün gecikənlər nəzarət altında olan, 91-240 gün gecikənlər qeyri-qənaətbəxş, 241-360 gün gecikənlər təhlükəli və 360 gündən çox gecikənlər ümidsiz aktivlər deyə müəyyənləşib.

    Təminatsız aktivlər üzrə 31-90 gün gecikənlər nəzarət altında olan, 91-180 gün gecikənlər qeyri-qənaətbəxş, 181-270 gün gecikənlər təhlükəli və 270 gündən artıq gecikənlər ümidsiz aktivlər kimi müəyyən olunub.

    Qeyd edək ki, bundan əvvəl aktivlər təminatlı, təminatsız deyil, yüksək, orta və aşağı keyfiyyət meyarları ilə bölünmüşdü və 270 gündən artıq gecikmələrin hamısı, bəzi hallarda isə daha az müddətə gecikmələr ümidsiz aktivlər kimi təsnif olunmuşdu.

    Bundan başqa, təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələrində dəyişiklik edilib. Qənaətbəxş aktivlərdə milli valyutada olan istehlak və biznes kreditləri üzrə 1%, xarici valyutada 2%, digər aktivlər üzrə isə 1% müəyyən edilib.

    Nəzarət altında olan aktivlərdə manatla istehlak kreditləri üzrə 5%, xarici valyutada 10%, biznes kreditləri üzrə 2%, xarici valyutada 3%, digər aktivlər üzrə isə 2% müəyyən olunub.

    Qeyri-qənatəbəxş aktivlərdə isə bütün hallarda 25%, təhlükəli aktivlərdə 50%, ümidsiz aktivlərdə 100% müəyyən edilib.

    Qeyd edək ki, əvvəlki qaydaya əsasən isə ehtiyatların dərəcələri aşağıdakı kimi müəyyən edilmişdi: qənaətbəxş aktivlər – 1%, nəzarət altında olan aktivlər – 23.02.2015-ci il tarixindən restrukturizasiya edilmiş və nəzarət altında olan aktiv kimi təsnifləşdirilmiş aktivlər 2%, restrukturizasiya olunmamış nəzarət altında olan aktivlər isə 1%,qeyri-qənaətbəxş aktivlər – 25%, təhlükəli aktivlər – 50%, ümidsiz aktivlər – 100%.

    Həmçinin, dəyişikliyə əsasən artıq istehlak kreditləri aşağıdakı kimi təsnifləşdirilib: 31-90 gün gecikmədə nəzarət altında olan, 91-120 gün olduqda qeyri-qənaətbəxş, 121-150 gün olduqda qeyri-qənaətbəxş, 150 gündən artıq gecikmədə isə ümidsiz aktivlər kimi müəyyənləşdirilir.

    Borcalan vəfat etdikdə, Mülki Məcəllədə müəyyən olunmuş qaydada ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, yaxud öhdəliyini icra etməyən borcalanı tapmaq mümkün olmadıqda (“Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna müvafiq olaraq həmin şəxs haqqında axtarış tədbirlərinə başlandıqda) istehlak krediti ümidsiz aktiv kimi təsnifləşdiriləcək.

    Qeyd edək ki, bundan əvvəl əsas məbləği və ya faiz borclarının ödənilməsi kredit müqaviləsində müəyyən olunmuş tarixdən 31 gündən 60 günədək gecikdirilmiş kreditlər nəzarət altında olan aktivlər kimi, 61 gündən 90 günədək gecikdirilmiş kreditlər qeyri-qənaətbəxş aktivlər kimi, 91 gündən 120 günədək gecikdirilmiş kreditlər təhlükəli aktivlər kimi, 120 gündən artıq gecikdirilmiş kreditlər ümidsiz aktivlər kimi müəyyən edilmişdi.

    Qeyd edək ki, qərar 2019-cu il mayın 29-dan qüvvəyə minəcək.

  • Kimlər vergidən azad olundu? – SİYAHI

    Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəət üç il müddətinə vergidən azad olunub.

    Sənədə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunur.

    Bildirək ki, bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir. Daha anlaşıqlı şəkildə ifadə etsək, bu, o deməkdir ki, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsinə ayrılan sponsorluq vəsaitləri vergidən azad edilib.

    Məcəlləyə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin azı üç il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50%-i, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i vergidən azad olunanlar siyahısına əlavə olunur.

    Bundan başqa, Kiçik Orta Biznes klaster şirkətinin mənfəəti – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən yeddi il müddətinə, KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi yeddi il müddətinə vergidən azad ediləcək.//oxu.az

  • Azərbaycanda əmək pensiyaları ilə bağlı – MÜHÜM DƏYİŞİKLİKLƏR

    Parlamentin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ikinci və üçüncü (sonuncu) oxunuşda müzakirə olunub.

    Layihə barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

    Komitə sədri qeyd edib ki, qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə əlavə edilən yeni – 30-cu bəndə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

    Qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun olaraq hesablanır.

    2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu maddənin tələbləri nəzərə alınmaqla aşadığıdakı qaydada hesablanır:
    2019-2020-cu illərdə bu qanunun 7-ci maddəsi ilə müəyyən edilən (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var) yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

    Əlilliyi müəyyən edilən şəxsə əlliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürməklə hesablanır.

    Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1 maddəsi ilə hesablanır.

    Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu maddədə göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.

    Qeyd edək ki, qanuna dəyişikliklərin 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

    Layihə səsverməyə çıxarılaraq ikinci və üçüncü (sonuncu) oxunuşda qəbul edilib.//oxu.az

  • Milli Məclis dövlət büdcəsini təsdiqləndi

    Milli Məclisin (MM) bu gün keçirilən iclasının gündəliyinə 45 məsələ daxil edilib.

    Məsələlər arasında həm ötən iclasdan qalanlar, həm də yeniləri var.

    İclasda öncə 2019-cu ilin büdcə zərfinin üçüncü – sonuncu oxunuşda müzakirəsi keçiriləcək.

    Qısa müzakirələrdən sonra büdcə zərfi səsə qoyularaq qəbul ediləcək və imzalanması üçün ölkə prezidentinə təqdim olunacaq.

    Qeyd edək ki, iclasa baş nazir Novruz Məmmədov da qatılacaq.

    Müzakirələr açılmadan “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi də daxil olmaqla, bütövlükdə büdcə zərfi səsverməyə çıxarılaraq qəbul edilib.

  • Vergilər Məcəlləsinə dəyişikliklər edildi – YENİ QAYDALAR

    Parlamentin bu gün keçirilən plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunaraq təsdiqlənib.

    Dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8 000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8 000 manatdan çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilir.

    Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.

    Bundan başqa, sənədə əsasən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılır. Minik avtomobillərində mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə –0,30 manat (hazırda 0, 20 manat), mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat) mühərrikin həcmi 4 000kubsantimetrədək olduqda 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat) mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –35 manat (hazırda 20 manat) mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

    Sənəddə o da bildirilir ki, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

    Sənəsə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılacaq.

    Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

    Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

    Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

    Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

    Mühərrikin həcmi 10 000 kubsantimetrdək olduqda 28 000 manat və əlavə olaraq mühərrikin həcminin 8 001- 10 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

    Mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda 44 000 manat və əlavə olaraq mühərrikin həcminin 10 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

    Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən ölkəyə idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

    Dəyişiklik layihəsinə əsasən ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olunur. Belə ki, dəyişikliklə 220.1-1.1 maddə-ticarət fəaliyyəti üzrə 6% ləğv edilir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdrilimiş vergi dərəcəsi isə saxlanılır.

    Qeyd edək ki, hazırda Məcəllənin 218.1.2-ci maddəsində (218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər) göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) aşağıdakı dərəcə ilə hesablanır: ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə 8%.

    Qeyd edək ki, digər dəyişikliyə əsasən, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.

    Qeyd edək ki, hazırda isə bu vergi Bakı şəhəri üzrə 4%, digər rayonlar və Naxçıvan MR-da 2%-dir.

    Digər dəyişikliklə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarıla bilər.

    “Fiziki şəxs olanistehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir”,- layihədə qeyd olunub.

    Bundan başqa, Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəətin 3 il müddətinə vergidən azad olunması təklif olunur.

    Sənəddə bildirlir ki, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisininin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunur. Bildirək ki, bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

    Məcəlləyə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50%-i, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i vergidən azad olunanlar siyahısına əlavə olunur.

    Bundan başqa, KOB klaster şirkətinin mənfəəti- KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə, KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal(iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə vergidən azad ediləcək.

    Həmçinin, dəyişikliyə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar. Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ – 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.

    Bundan başqa, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergiödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.//oxu.az