Category: İqtisadiyyat

  • Fransa Azərbaycandan neft alışını 3 dəfədən çox artırıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib.

    “Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dolları təşkil edib.

    İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 3,1 dəfə, dəyəri isə 2,5 dəfə çoxdur.

    Fransaya ixrac edilən xam neftin Azərbaycanının ümumi neft ixracında payı 1,35 % olub.

    Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumi dəyəri 10 milyard 849 milyon 719,29 min ABŞ dolları olan 20 milyon 754 min 593,06 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

    Hesabat ayında Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb.

  • “Bitcoin”in qiyməti aprel ayından bəri ilk dəfə 90000 dollardan aşağı olub

    “Bitcoin”, təxminən, 6% ucuzlaşıb və dəyəri aprelin 22-dən etibarən ilk dəfə 90 000 dollardan aşağı olub.

    Ticarət platformalarından əldə edilmiş məlumatlardan belə bəlli olur.

    Kriptovalyuta hərraclarının həcminə görə lider olan “Binance” platformasında Bakı vaxtı ilə səhər saat 7:35 üçün qiymət 89 700 dollar təşkil edib.

  • Azərbaycan neftinin qiyməti cüzi azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti cüzi azalıb.

    Dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 0.01 ABŞ dolları, yaxud 0.01% artaraq 67.93 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.94 ABŞ dolları təşkil edib.

  • Azərbaycanda 10 ayda büdcədən 280 milyon manata yaxın vəsait geri qaytarılıb

    2025-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 279 milyon 913,4 min manat məbləğində vəsait geri qaytarılıb.

    Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

    “Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb”, – deyə məlumatda qeyd edilib.

  • Əhali restoran və kafelərdə nə qədər pul xərcləyib?

    İctimai iaşə sektorunda 19%-dən çox artım qeydə alınıb.

    Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə xidmətlərinin ümumi dövriyyəsi 2 milyard 239 milyon 272,7 min manat təşkil edib.

    Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 362 milyon 258,5 min manat və ya 19,30% artım deməkdir. 2024-cü ilin müvafiq dövründə dövriyyə 1 milyard 877 milyon 14,2 min manat olub.

    Dövriyyənin 18 milyon 480,5 min manatı dövlət, 2 milyard 220 milyon 792,2 min manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

    Ötən ilin eyni dövründə bu göstəricilər dövlət sektoru üzrə 17 milyon 67,3 min manat, qeyri-dövlət sektoru üzrə isə 1 milyard 859 milyon 946,9 min manat təşkil edib.

    Beləliklə, dövlət mülkiyyəti üzrə dövriyyə 1 milyon 413,2 min manat və ya 8,28%, qeyri-dövlət sektoru üzrə isə 360 milyon 845,3 min manat və ya 19,40% artıb.

  • Azərbaycan bentonit istehsalını 37 %-dən çox artırıb

    Bu ilin ilk yanvar-oktyabr aylarında Azərbaycanda 264,1 min ton bentonit istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,2 % çoxdur.

    Bu il noyabr ayının 1-nə, ölkədə 243,1 min ton hazır məhsul ehtiyatı olub.

    2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə çoxdur.

  • “Bitcoin”in qiyməti 95 min dolların altına düşdü

    “Bitcoin”in qiyməti 2025-ci il mayın 6-dan bəri ilk dəfə 95 min dollardan da az olub.

    Bu barədə TASS “Binance” platformasına istinadən məlumat yayıb.

    Bakı vaxtı ilə saat 16:41-ə olan məlumata görə, “Bitcoin” 7.97% ucuzlaşaraq 94.863 min dollar səviyyəsində olub.

    Bakı vaxtı ilə saat 16:45 üçün “Bitcoin”in qiyməti 94.9 min dollar (-8.01%) təşkil edib.

  • Bazarda satışa çıxarılan dana əti basdırmasında at DNT-si aşkarlanıb (FOTO)

    Ucuz kolbasa məhsullarının satışı ilə bağlı mediada yayılan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus bazarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib.

    Bu barədə AQTA məlumat yayıb.

    Ət məhsullarından nümunələr götürülərək mikrobioloji göstəriciləri və tərkibindəki ətin mənşəyinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində dana əti basdırması məhsulunda at DNT-si aşkarlanıb.

    Bununla əlaqədar, bazarda fəaliyyət göstərən fiziki şəxs Azad Rza oğlu Rzayeva məxsus anbar və satış obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

    Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan kolbasa, dana əti basdırması, çaxır, konyak və pendirlərin satışa çıxarıldığı, “Nemiroff” əmtəə nişanlı araq, konyak və çaxır məhsullarının idxal sağlamlıq aktının olmadığı, həmçinin pendir və dana əti basdırması məhsullarının soyuducudan kənarda, temperatur rejimi gözlənilmədən saxlanıldığı, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu müəyyən edilib.

    Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, satışa çıxarılan ət məhsulu, alkoqollu içki və pendirlərdən nümunələr götürülərək müayinələrə cəlb edilib.



  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.85 ABŞ dolları və ya 1.3% artaraq 66.28 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.43 ABŞ dolları təşkil edib.

  • Bitkoinin qiyməti ucuzlaşdı

    Kapitallaşma baxımından ən çox qiymətləndirilən iki kriptovalyutanın – “Bitcoin” və “Ethereum”un (ETH) qiyməti aşağı düşür.

    Bu barədə “Binance” platformasından məlumat verilib.
    Saat 20:51-ə olan məlumata əsasən, “Bitcoin” 0,48 faiz ucuzlaşaraq 101.015 min dollara çatıb. Saat 20:59 üçün “Bitcoin” 100,612 min dollara (-0,84%) qədər ucuzlaşıb.
    “Ethereum”un qiyməti 1,27 faiz azalaraq 3350 dollara düşüb. Kriptovalyutanın qiyməti enişini sürətləndirib və 3325 dollara (-2,23%) çatıb.
    “Coinmarketcap”ın 13 noyabr tarixinə olan məlumatına əsasən, kriptovalyuta bazarının ümumi kapitallaşması 3,39 trilyon dollar təşkil edib. Bunun 2,006 trilyon dolları (59,2%) “Bitcoin”, 401,313 milyard dolları (11,8%) isə “Ethereum”un payına düşür.