Category: İqtisadiyyat

  • Gümüşün qiyməti tarixi maksimuma yüksəlib

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayında təhvil veriləcək gümüş füçerslərinin dəyəri tarixi maksimumu yeniləyərək, bir troya unsiyası üçün (təqribən 31 qram – red.) 54 dolları ötüb.

    Bunu ticarət məlumatları göstərir.

    Bakı vaxtı ilə 07:55-ə olan məlumatlara görə, qiymətli metalın qiyməti 6.01% artaraq 1 troya unsiyası üçün 54.0350 dollar təşkil edib. Bakı vaxtı ilə 08:20-yə olan məlumata görə isə gümüşün dəyəri bir unsiya üçün 54.2 dollara qədər (+6.34%) artıb.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 2.35 ABŞ dolları və ya 3.47% azalaraq 65.43 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.78 ABŞ dolları təşkil edib.

  • Azərbaycan 2026-cı ildə istehsalçılar üçün tarif güzəştlərini genişləndirməyi planlaşdırır

    Azərbaycan gələn il idxal rüsumlarının azaldılacağı mal mövqelərinin sayını artırmağı planlaşdırır.
    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ticarət və Xarici İnvestisiya Siyasəti Departamentinin Ticarət siyasəti şöbəsinin rəhbəri Həsən Əliyev Bakıda keçirilən “Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025″in (ASM 2025) təqdimat seminarında bildirib.
    Onun sözlərinə görə, ötən il hökumət 272 mal mövqeyi üzrə idxal rüsumlarının dərəcələrini azaldıb. Bunların əksəriyyəti istehsal prosesində istifadə olunan xammal və aralıq mallar təşkil edir.
    “2026-cı ildə bu siyahının genişləndirilməsi və şirkətlərə xərcləri azaltmaqda dəstək göstərilməsi ilə bağlı böyük planlarımız var. Bu, onlara məhsulların keyfiyyətini artırmağa və qlobal bazarlarda öz mövqelərini möhkəmləndirməyə imkan verəcək”, – H.Əliyev qeyd edib.

  • Pensiya alan 123 min şəxsin rəsmi iş yeri də var

    2025-ci ilin 1 yanvar tarixinə olan statistikaya görə yaşa görə əmək pensiyası alan 123 320 nəfər aktiv əmək müqaviləsi ilə işləyir və işsizlikdən sığorta haqqı ödəyir. 2024-cü ilin eyni dövründə bu göstərici 135 511 nəfər təşkil edirdi.

    Bu barədə məlumat Hesablama Palatasının işsizlikdən sığorta fondunun 2026-cı il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.

    Sənəddə bildirilir ki, hazırda yaşa görə əmək pensiyası alan şəxslər işsizlikdən sığorta haqlarını ödəsələr də, işsizlər üçün nəzərdə tutulmuş sosial imkanlardan istifadə edə bilmirlər.

    “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər işsiz kimi qeydiyyata alınmır. Nəticədə, onlar işsizlik sığortası ödənişi, peşə hazırlığı, ictimai işlər və digər məşğulluq proqramlarından yararlana bilmirlər.

    Hesablama Palatası bildirib ki, bu hüquqi ziddiyyətin aradan qaldırılması üçün qanuna açıq norma əlavə edilməli və yaşa görə əmək pensiyası alan şəxslərin işsizlikdən sığorta haqlarına cəlb edilməsindən istisna olunması təmin edilməlidir.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti artıb.

    Median.Az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2.7 dollar artaraq 67.78 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.08 ABŞ dolları olub.

  • Azərbaycan neftinin qiyməti cüzi azalıb

    Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti azalıb.

    “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.02 dollar azalaraq 65.08 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.10 ABŞ dolları olub.

  • Xocavənddə evlərin təmirinə 2,3 milyon xərclənəcək

    Xocavənd rayonunun Qarqar kəndində fərdi yaşayış evləri təmir ediləcək.

    Teleqraf xəbər verir ki, ümumi sahəsi 6 732 kvadratmetr olan 40 evin bərpası planlaşdırılır.

    Bununla bağlı Ağdam , Füzuli VƏ Xocavənd Rayonlarında Bərpa ,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi RTS-TİKİNTİ-TƏMİR MMC ilə 2 milyon 356 min 200,81 manat dəyərində müqavilə imzalayıb.

    Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

    Məlumat üçün bildirək ki, “RTS-TİKİNTİ-TƏMİR” MMC 2021- ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tənifəyev Adəm Ələsgər oğludur.

  • Xocavənddə evlərin təmirinə 2,3 milyon manat xərclənəcək

    Xocavənd rayonunun Qarqar kəndində fərdi yaşayış evləri təmir ediləcək.

    Median.Az xəbər verir ki, ümumi sahəsi 6 732 kvadratmetr olan 40 evin bərpası planlaşdırılır.

    Bununla bağlı Ağdam , Füzuli VƏ Xocavənd Rayonlarında Bərpa ,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi RTS-TİKİNTİ-TƏMİR MMC ilə 2 milyon 356 min 200,81 manat dəyərində müqavilə imzalayıb.

    Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

    Məlumat üçün bildirək ki, “RTS-TİKİNTİ-TƏMİR” MMC 2021- ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tənifəyev Adəm Ələsgər oğludur.//telegraf

  • Azərbaycan nefti bahalaşdı

    Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

    “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,3 dollar və ya 0,46 faiz artaraq 65,1 dollar olub.

    Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində noyabr ayının pensiyaları ödənilib.

    Dövlət Sosial Müdafiə Fondu və Naxçıvan MR Sosial Müdafiə Fondu tərəfindən qeyd edilən ərazilərdə pensiya ödənişləri yekunlaşıb.

    Digər bölgələrdə yaşayan pensiyaçıların, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.