Category: İqtisadiyyat

  • Beynəlxalq Bank iki daşınmaz əmlakı hərraca çıxarır

    2025-ci il noyabrın 27-də saat 10:00-da “Azərbaycan Beynəlxalq Bankı” (ABB) Açıq Səhmdar Cəmiyyətinin balansında olan iki daşınmaz əmlak hərraca çıxarılacaq.

    Median.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, satışa çıxarılan obyektlərdən biri Şamaxı şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 85 ünvanında yerləşən qeyri-yaşayış binasıdır. Obyektin ümumi sahəsi 273.2 kvadratmetr, torpaq sahəsi isə 0.0233 hektar təşkil edir. Əmlakın start qiyməti 186 385 manatdır.

    Digər obyekt Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 190 ünvanında yerləşən qeyri-yaşayış binasıdır. Binanın ümumi sahəsi 191.8 kvadratmetr, torpaq sahəsi 0.0429 hektardır. Bu əmlakın start qiyməti 210 022 manatdır.

  • Bu tarixdən etibarən ölkədə heyvan bazarları bağlanır

    Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq.

    Median.Az xəbər verir ki, bu barədə Baku.ws-ə AQTA-dan bildirilib.

    Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.

    “Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər”.
    Bildirilib ki, epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir:

    “Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.

    Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”, – deyə məlumatda vurğulanıb.//qaynarinfi.

  • Azərbaycanda qızıl istehsalı kəskin artıb

    2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə metallurgiya sektorunda istehsal göstəriciləri açıqlanıb.

    Bu dövrdə 2 349 kiloqram qızıl istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34.1 faiz çox olub

    Mis konsentratı istehsalı 2 766.6 ton təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24.7% artım deməkdir.

    Eyni zamanda, gümüş istehsalı 2 984.3 kq təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisə 29.3 faiz çox olub.
    //oxu.az

  • Gələn il Bakı üzrə yığılacaq ümumi gəlirlər açıqlandı

    2026-cı ildə şəhər və rayonların büdcə gəlirləri 16.9 milyard manata çatacaq.

    Oxu.Az 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinə istinadən xəbər verir ki, gələn il Azərbaycanın şəhər və rayonları üzrə ümumi gəlirlər 16 milyard 910 milyon manat məbləğində proqnozlaşdırılır.

    Qanun layihəsində paytaxt Bakı şəhəri ölkə üzrə ən yüksək büdcə gəlirlərinə malik şəhər olaraq qalır. 2026-cı ildə Bakı üzrə ümumi gəlirlər 15 milyard 376 milyon 500 min manat planlaşdırılır.

    Rəqəmlərdən aydın olur ki, Bakı istisna olmaqla, ölkənin digər şəhər və rayonlarının ümumi gəlirləri 2026-cı ildə 1 milyard 533 milyon 500 min manat səviyyəsində olacaq.

  • Pensiya sisteminin maliyyə dayanıqlılığında RİSK MÖVCUDDUR? – Nazirlik açıqladı

    “Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk müşahidə olunmur”.

    Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

    Nazirlik bəyan edib ki, ənənəvi olaraq hər il olduğu kimi bu il də qurum fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı müxtəlif sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir.

    Nazirliyin dərc etdiyi “Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin orta və uzunmüddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur.

    “Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin əhatə etdiyi 2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq və bu məsələ daimi nəzarətdə qalacaq.

  • Mis qiymətləri bahalaşır: Treyderlər yeni rekord proqnozlaşdırır

    Mis qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauellin bu ay daha bir faiz endirimi elan etməsindən sonra bərpa olunub. Treyderlər metalın qiymətinin bir ton üçün 12 000 dollara yüksələcəyini yüksək qiymətləndirir.

    Valyuta.az “Bloomberg”ə istinadən xəbər verir ki, mis 1,1 faiz bahalaşıb. Pauellin bəyanatları gərgin geosiyasi vəziyyət fonunda bir neçə günlük güclü dalğalanmalardan sonra əmtəə bazarlarını dəstəkləyib.

    Mis son aylarda tələbi dəstəkləməli olan FED siyasətinin yumşaldılması və bütün dünyada bir sıra böyük mədən kəsilməsi ilə dəstəklənib. Təchizatın azaldılması ilə yanaşı, kəsintilər mədənçilərin artan tələbatı ödəməkdə qarşılaşacaqları əhəmiyyətli çətinlikləri vurğulayır. Mis keçən həftə 2024-cü ilin may ayından bəri ən yüksək səviyyəyə qalxıb.

    Çinin nəhəng mədən şirkəti “CMOC Group”un ticarət rəhbəri Kenni İves ilin sonuna qədər qiymətlərin bir ton üçün 11,000 və hətta 12,000 dollara çata biləcəyini bildirib. Təchizatda fasilələr və əmtəələrə, xüsusən də metallara investisiyaların artması nəzərə alınmaqla qiymətlər kəskin şəkildə çox asanlıqla yüksələ bilər.

    Bu, mis üçün rekord yüksək olacaq. 2024-cü ilin may ayında metal London Metal Birjası tarixində ən yüksək qiymətə – bir ton üçün 11 104,50 dollara çatıb. Oktyabrın 15-də metal 1 faiz bahalaşaraq bir ton üçün 10 687 dollar olub.

    Sentyabrın 1-də London Metal Birjasında mis psixoloji səviyyəyə qalxaraq ton/tonu 10 min dollara çatıb. Avqust ayında metal zəifləyən dollar və nisbətən sabit tələb fonunda bahalaşıb. Mis sonuncu dəfə iyul ayında bir ton üçün 10.000 dolları keçib.

  • Ən çox əməkhaqqını onlar alır (SİYAHI)

    2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1093,8 manat təşkil edib.

    Valyuta.az xəbər verir ki, bu statistika 2024-cü ilin müvafiq dövrünə nisbətən 96,7 manat və ya 9,69% artımın olduğunu deməyə əsas verir.

    Xatırladaq ki, ötən ilin eyni dövründə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 997,1 manat olub.

    Məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

  • Azərbaycanda istehlak bazarı 5 % böyüyüb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 59 milyard manat olub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.

    Hesabat dövründə ümumi dəyərin 78,7 %-ni pərakəndə ticarət dövriyyəsi, 17,9%-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

    Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin 9 ayına nisbətən 4,8 % artaraq 56,6 milyard manat olub, onun 44,2 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

    9 ayda bir istehlakçı orta hesabla ayda 640 manat və yaxud illik müqayisədə nominal ifadədə 57,7 manat çox vəsait xərcləyib.

  • Naxçıvan iqtisadiyyatı 4 %-dən çox böyüyüb

    Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 199,8 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

    Bu barədə “Report”un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çoxdur.

    9 ay ərzində muxtar respublikada əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 1 il əvvələ nisbətən 3,8 % çox – 2 544 manat olub.

  • Azərbaycan TANAP ilə qaz nəqlini 2 %-dən çox artırıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 4,3 milyard kubmetrə yaxın qaz nəql edib.

    Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

    Bildirilib ki, bu, illik müqayisədə 0,1 milyard kubmetr və ya 2,4 % çoxdur.

    Ümumilikdə, bu ilin üç rübü ərzində Azərbaycandan xaricə qaz satışı 18,3 milyard kubmetr təşkil edib ki, bu da daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 milyard kubmetr və ya 0,5 % azdır.

    Eyni zamanda, ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropaya 9,4 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə eynidir.

    Hesabat dövründə Azərbaycandan Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,6 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə eyni qalıb, Gürcüstana qaz ixracı isə 0,1 milyard kubmetr və ya 5,9 % azalıb.

    Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

    TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

    Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

    Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.