Category: İqtisadiyyat

  • Dövlət büdcəsinin gəlirləri proqnozu 700 mln. manata yaxın üstələyib

    Cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 142,4 milyon manat təşkil edib ki, bu da doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4 faiz üstələyib.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Qeyd edilib ki, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 455,8 milyon manat təşkil edərək proqnozdan 614,2 milyon manat və ya 5,2 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34,5 milyon manat təşkil edərək proqnozdan 8,2 milyon manat və ya 31,2 faiz, sair daxilolmalar 563,2 milyon manat təşkil edərək proqnozdan 304,4 milyon manat və ya 2,2 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 10 860,7 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

    Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 748,0 milyon manat təşkil edərək proqnoza qarşı 98,4 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 480,2 milyon manat təşkil edərək proqnoza qarşı 73,3 faiz icra olunub.

    Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 9 ayı ərzində 24 668,2 milyon manat məbləğində icra edilib.

  • Azərbaycanda 9 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 140 milyon 216 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    9 ayda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 7 milyon 928,2 min manat təşkil edib.

  • Pakistan Azərbaycan bazarına ət tədarükünə başlayacaq

    Pakistan Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə alıb və tədarükün operativ şəkildə həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yerli idxal şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır.

    “Report” Pakistan mediasına istinadən xəbər verir ki, bu barədə Pakistanın Ticarətin İnkişafı İdarəsi (TDAP) məlumat yaylıb.

    Bu, Pakistanın Heyvanların Karantini Departamentinin Azərbaycan tərəfinin müəyyən etdiyi bütün baytarlıq və qida tələblərini uğurla yerinə yetirməsi sayəsində mümkün olub.

    TDAP artıq ət ixracatçıları və müvafiq təşkilatlarla xüsusi iclas keçirərək Azərbaycan bazarına çıxış strategiyalarını ətraflı müzakirə edib.

    Növbəti addımlar çərçivəsində noyabrda Pakistanın ət ixracatçılarından ibarət nümayəndə heyətinin Bakıya gəlməsi planlaşdırılır. Bundan əlavə, birbaşa ticarət və işgüzar əlaqələrin gücləndirilməsi üçün Azərbaycanın aparıcı idxalçıları Pakistanda keçiriləcək sərgidə iştirak etməyə dəvət olunacaqlar.

  • Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatdı

    Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu gün “Comex” birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 1 faiz bahalaşaraq unsiyası 3949 dolları ötüb.

    Bu isə bütün zamanların ən yüksək həddi deməkdir.

  • Əmək pensiyalarının təyin edilməsi yeni qaydada həyata keçiriləcək

    “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilib.

    Nazirlər Kabineti bu barədə qərar verib.

    Dəyişikliyə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq.

  • Azərbaycan bu ölkəyə heyvanı 33 manatdan baha satıb

    Cari ilin ilk 7 ayında Azərbaycan xaricə ümumilikdə 746,82 ton heyva satıb. İxracdan əldə olunan gəlir isə 800,8 min ABŞ dolları təşkil edib.

    Əsas ixrac bazarları sırasında Rusiya, Qazaxıstan və Səudiyyə Ərəbistanı yer alıb.

    Belə ki, Qazaxıstana qeyd olunan dövr ərzində 3,22 ton heyva göndərilib. Bu ixracın dəyəri 1,61 min ABŞ dolları olub. Orta qiymət hər kiloqram üçün 0,5 dollar və ya 0,85 manat təşkil edib.

    Rusiya bazarı isə əsas istiqamət olub. Buraya 742,9 ton heyva ixrac edilib. Dəyəri 785,28 min ABŞ dolları olan məhsulun orta qiyməti hər kiloqram üçün 1,05 dollar və ya 1,79 manat olub.

    Səudiyyə Ərəbistanına isə 0,7 ton heyva satılıb. İxracın ümumi dəyəri 13,91 min ABŞ dolları təşkil edib. Orta qiymət hər kiloqram üçün 19,87 dollar və ya 33,78 manat olub.

    Beləliklə, ixrac olunan heyvanın ən çox həcmi Rusiya bazarına yönəlsə də, ən yüksək qiymət Səudiyyə Ərəbistanına satışlarda qeydə alınıb.
    //valyuta.az

  • Evlərin qiyməti 50 faizə yaxın artıb

    Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) Azərbaycanda ilkin və təkrar mənzil bazarında qiymətlər 46% artıb.

    Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.

    Statistika Komitəsinin məlumatları əsasında tərtib edilən hesabatdan məlum olur ki, ən yüksək artım bu il qeydə alınıb.

    Sənədə əsasən, ilkin və təkrar bazar üzrə mənzil qiymətləri, demək olar ki, paralel şəkildə artmaqda davam edir.

    “2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub, lakin sonrakı illərdə artım meylləri müşahidə edilib. Bu ilin birinci yarısında tikinti sektoruna yönəldilmiş investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlər və onların əsas kapitala yönəldilmiş investisiyalardakı payı artmaqdadır. Son dövrlərdə bu tendensiya daha da güclənib və bazar aktivliyinin yüksəlməsinə səbəb olub. Yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının artması həm yüksək tələblə, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrlə bağlı olub.

    Ümumilikdə, investisiya axınlarının bərpası, ölkədə həyata keçirilən tikinti-quruculuq işləri, o cümlədən Prezidentin Sərəncamı əsasında sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilməsi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksək qalacağı gözlənilir”, – hesabatda qeyd edilib.

  • AMB: Bu il Azərbaycanda maliyyə axınları ötәn ilin maksimum sәviyyәsini üstәlәyib

    Bu ilin II rübündə Azərbaycanda maliyyə axınların həcmi 28,9 milyard manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

    Median.Az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

    Məlumata görə, aprel-iyun aylarında ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (25,6 %), topdan və pərakəndə ticarət (14,7 %) və tikinti (12,6 %) olub.

    Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə tikinti (504,7 milyon manat artım) və mədənçıxarma (490,8 milyon manat artım) olub.

    “Belə ki, II rübdә әvvәlki dövrlәrlә müqayisәdә ödәniş daxilolmaları üzrә dinamikada daha az volatillik müşahidә edilib. Aprel ayında daxilolmalar aşağı sәviyyәyә düşsә dә, may ayından etibarәn sabit artım meyli qeydә alınıb. Nәticәdә, iyun ayının sonlarında daxilolmalar ötәn ilin maksimum sәviyyәsini üstәlәyib”, – AMB bildirib.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.7 ABŞ dolları və ya 1% artaraq 69.21 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68.51 ABŞ dolları təşkil edib.

  • Peşə tanınması imtahanının nəticələri elan olundu

    29 sentyabr 2025-ci il tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 186 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 144 nəfəri imtahanda iştirak edib, yalnız 52 nəfəri keçid balını toplayıb.

    Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) verilən məlumata görə, 14 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 36% təşkil edib. İxtisaslar üzrə iştirak edən və keçid balını toplayan namizədlərlə bağlı statistikanı təqdim edirik.

    Sözügedən imtahana dair statistika ilə keçiddən tanış ola bilərsiniz:

    İmtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq, ən çox imtina alan 4 ixtisasın TKTA tərəfindən ölkələr üzrə təhlili aparılıb.

    Belə ki, peşə tanınması imtahanında “Hüquqşünaslıq” ixtisası üzrə 71 nəfər iştirak edib, onlardan yalnız 24 nəfəri uğurlu nəticə əldə edib.

    47 nəfərin uğursuz nəticəsi qeydə alınıb: