Category: İqtisadiyyat

  • Manatın dövretmə sürəti azalıb

    Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin avqustun 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,06 bənd və ya 1,7% azalıb.

    Belə ki, bu ilin avqustun 1-nə manatın dövretmə sürəti 3,39 bənd, ötən ilin sentyabrın 1-nə isə 3,44 bənd təşkil etmişdi.

    Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.1 ABŞ dolları və ya 1.58% azalaraq 68.51 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.61 ABŞ dolları təşkil edib.

  • Azərbaycanda manatla verilmiş kreditlər bahalaşıb

    Cari ilin sentyabr ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18.52% təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ilin əvvəli ilə müqayisədə 1.96 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2.40 faiz bəndi artıb.

    Qeyd edək ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28 milyard 704.9 milyon manata bərabər olub.

    Kredit portfelinin 15 milyard 91.8 milyon manatı biznes kreditləri, 9 milyard 114.5 milyon manatı istehlak kreditləri, 4 milyard 498.6 milyon manatı isə ipoteka kreditləri təşkil edib.

  • Gümüşün qiyməti son 14 ildə ilk dəfə 48 dolları ötdü

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi – red.) 2025-ci ilin dekabr ayı üzrə gümüş füçerslərinin qiyməti 2011-ci il mayın 2-dən bəri ilk dəfə 1 Trua unsiyası üçün 48 dollardan yuxarı olub.

    Bunu ticarət platformasının məlumatları göstərir.

    Bakı vaxtı ilə saat 17:12-yə olan məlumata görə, gümüşün qiyməti 1.45% artaraq 1 Trua unsiyası üçün 48.01 dollar təşkil edib.

    Eyni zamanda, “Comex” birjasında qızıl füçerslərinin qiyməti 3 917.9 dollar (+0.68%) səviyyəsində olub.

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.25 ABŞ dolları, yaxud 0.36% azalaraq 69.61 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.86 ABŞ dolları təşkil edib.

  • Azərbaycandan turist axını 3 %-ə yaxın azalıb

    Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % azalaraq 1 milyon 419,2 min nəfər olub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, Azərbaycan vətəndaşlarının 41,9 %-i Türkiyəyə, 14,8 %-i Rusiyaya, 11 %-i Gürcüstana, 8,8 %-i İrana, 23,5 %-i digər ölkələrə səfər edib, gedənlərin 63,6 %-ni kişilər, 36,4 %-ni qadınlar təşkil edib.

    Son 1 ildə Gürcüstana gedənlərin sayı 23,7 %, İrana gedənlərin sayı 1,5 % artıb, Rusiyaya gedənlərin sayı 30 %, Türkiyəyə gedənlərin sayı isə 4,4 % azalıb.

    Azərbaycan vətəndaşlarının 70,5 %-i hava, 27,5 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

  • Azərbaycan neftinin qiyməti 70 dollardan az olub

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.79 ABŞ dolları və ya 1.12% azalaraq 69.86 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.65 ABŞ dolları idi.

  • Gəncədə 991 min manatlıq tender ləğv edildi

    Gəncə şəhəri, Atatürk prospektində inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün ərazinin şəhərsalma əsaslandırılması və inşa ediləcək yaşayış binalarının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender baş tutmayıb.

    Valyuta.az xəbər verir ki, Ərazi Tikinti-Plamlaşdırma Mərkəzinin elan etdiyi tender müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması səbəbindən ləğv edilib.
    Bu tender üzrə satınalma predmetinin 991 337,59 manata başa gələcəyi proqnozlaşdırılırdı.

  • 161 min manat vergi borcu olan şirkət kimindir?

    “Popikon” MMC-nin xeyli miqdarda vergi borcu yaranıb.

    Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 161 818,24 manat təşkil edir.
    “Popikon” MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Ağayev Ziya Yaşar oğludur. 
    Açıq mənbələrdə şirkət haqqında heç bir məlumata rast gəlinmir. 

  • Azərbaycan manatının dövretmə sürəti avqustda azalıb

    Bu il sentyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,07 bənd, ötən il sentyabrın 1-nə nisbətən isə 0,06 bənd azdır.

    AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.