Category: İqtisadiyyat

  • Azərbaycanın strateji valyuta ehtiyatları 77,7 milyard dollara çatıb

    Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard dollar artaraq 77,7 milyard dollara çatıb.

    Bu barədə Mərkəzi Bankın Statistika Departamentinin rəhbəri Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

    “Bu, ölkənin maliyyə dayanıqlığını bir daha sübut edir. Ölkənin strateji valyuta aktivlərinin reallaşmış hissəsi 275 milyon dolar azalıb”, – deyə Samir Nəsirov əlavə edib.

    Qeyd edək ki, neftin orta qiyməti 70,7 dollar, qazın satış qiyməti isə min kubmetr üzrə 301 dollar olub.

  • “Bank bilməlidir ki, bu vəsaiti verəndə o geri qayıtmayacaq” – Komitə sədri

    “Nə qədər ki, bank sistemimiz bu faizlərlə və şərtlərlə çalışır, yəni əmlak, girov və maaş təminatı olmayan kreditlər verir, 340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz o sistemlə bağlıdır”.

    Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib. O bildirib ki, bank sistemi bu cür yerinə yetirilməyən məhkəmə qərarı durumunu yaradır.

    “Bu prosesə təsir edən ən güclü amil budur. Nə qədər ki, bu prosesin qarşısını kəsməmişik, onda hamımız telefondan asılı qalacağıq, kimlərdənsə xahiş edəcəyik ki, filan qərarlar yerinə yetirilsin və s. Burada məhkəmə qərarı haqqında yeni yaradılacaq icra qurumunun hər hansı məsuliyyəti yoxdur. Onlar selektiv yanaşmırlar ki, bunu yerinə yetirməsinlər və s. Bank özü bilməli idi ki, bu vəsaiti verəndə o geri qayıtmayacaq. Çünki vətəndaşın durumunu bilirdi”.
    //unikal.az

  • Azərbaycanda 1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq?

    Son illər gündəlik ticarət dövriyyəsində kiçik nominallı qəpiklərdən daha az istifadə olunur. İctimai nəqliyyatda, mağazalarda və xidmət sahələrində ödənişlərin böyük hissəsi artıq kart vasitəsilə həyata keçirilir. Xüsusilə də ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması imkanı vətəndaşları nağdsız ödənişlərə daha çox üstünlük verməyə sövq edir. Bunun fonunda 1, 3 və 5 qəpikliklər daha az istifadə edilir.

    Bəs görəsən ölkəmizdə 1, 3 və 5 qəpikliklərin dövriyyədən çıxarılması mümkündür?

    Məsələ ilə əlaqədar Azərbaycan Mərkəzi Bankına sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə açıqlamada bildirildi ki, bu prosesdə əhalinin gündəlik ödəniş vərdişləri, iqtisadi prosesləri və inflyasiya göstəriciləri nəzərə alınmaqla aparılır. Hazırda belə qəpiklər dövriyyədə istifadə edilir:

    “Azərbaycan Respublikasının milli valyutası – manat və onun nominal strukturunun ayrılmaz hissəsi olan metal pul nişanları (qəpiklər) ölkə iqtisadiyyatının nağd ödəniş dövriyyəsində mühüm rol oynayır. Hazırda müxtəlif nominallı metal pul nişanları tədavüldədir və qanuni ödəniş vasitəsi kimi istifadə olunur.

    Nağd pulun tədavülünün təşkili zamanı Mərkəzi Bank iqtisadiyyatın tələbatını, əhalinin gündəlik ödəniş vərdişlərini, iqtisadi prosesləri və inflyasiya göstəricilərini nəzərə alır. Kiçik nominallı 1, 3 və 5 qəpiklik metal pul nişanları hələ də pərakəndə ödənişlərdə istifadə olunmaqdadır və onların dövriyyədə qalması iqtisadi və sosial baxımdan əsaslı hesab olunur”.

    Beləliklə, Mərkəzi Bankın açıqlamasına əsasən, yaxın gələcəkdə 1, 3 və 5 qəpikliklərin dövriyyədən çıxarılması gündəmdə deyil.

  • Bakıda orta aylıq əməkhaqqı 1 370 manatı ötdü

    2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 1375,4 manat təşkil edib.

    Bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

    Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manata bərabər olub.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.25 ABŞ dolları və ya 1.8% artaraq 70.68 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.43 ABŞ dolları idi.

  • Vüqar Bayramov: “Vergi güzəştinin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin”

    Azərbaycanda fiziki şəxslərin gəlirlərinə vergi elə təbiq edilməlidir ki, “kölgə iqtisadiyyatı”na qayıdışı stimullaşdırmasın.

    Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

    O xatırladıb ki, bu ilin sonunda fiziki şəxslərin gəlir vergisi üçün müəyyənlədirilmiş güzəştin müddəti başa çatır.

    “7 ildir ki, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlirinə güzəştlər tətbiq edilir. Kifayət qədər fundamental dəstək idi. Xüsusilə özəl sektrun inkişafına, o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaradıb, eyni zamanda özünü əmək müqavilələrinin sayında da göstərib. Təklif edirəm ki, növbəti dövrdə fizki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər hazırlansın ki, bu yenidən “kölgə iqtisadiyyatı”na qayıdışı stimullaşdırmasın. Məqsədə uyğun olardı ki, güzəştin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin və mərhələli şəkildə vergi dərəcələrinin artırlması həyata keçirilsin. Nisbətən aşağı vergi dərəcəsinin müəyyənləşdirlməsi özəl sektor üçün ciddi yük yaratmaya bilər, bu da, nəticə etibarı ilə özəl sektorda məşğulluğun rəsmiləşdirilməsinə, iqtisadiyyatın “ağardılması”na gətirib çıxaracaq”, – deyə deputat qeyd edib.

  • Bakıda ən ucuz mənzillər bu rayonlarda satılır

    Mənzil bazarının dəyərinə görə paytaxtın bahalı rayonları Nəsimi və Səbail rayonlarıdır. Orta qiymətə mənzillər də daha çox Nizami və Xətai rayonunda təklif olunur. Ucuz mənzillərə gəldikdə isə minimal qiymətlərə Qaradağ, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında rast gəlinir.

    Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

    Onun sözlərinə görə, bu gün Bakda mənzilin 1 kvadratmetrinin orta qiyməti 2500 manatdır: “Əgər əvvəllər bu rəqəm 1500 manat civarında idisə, bu gün artıq orta rəqəm 2500 manat ətrafındadır”.

    Ekspert həmçinin vurğulayıb ki, Bakıda mənzillərin qiyməti ilin əvvəli ilə müqayisədə 10%-dən artıq artıb: “Bəzi seqmentlərdə hətta 15%-dir. Ən çox tələbat yeni tikililərdə 100 kvadratmetrə qədər olan mənzillərədir. 100 kvadratmetrə qədər olan mənzillərdə təxminən 15%-ə qədər qiymət artımı var. Amma, ümumilikdə götürsək, məsələn, 200-300 kvadratmetr olan mənzillərdə bu qiymət 10%-ə qədərdir. Çünki yeni tikililərdə bir amil var ki, böyük kvadratlıq sahələr nisbətən daha ucuzdur”.

    “Məsələn, binada sahəsi 100 kvadratmetrə qədər olan mənzildə 1 kvadratmetri 2500 manata satılırsa, ondan çox sahəyə malik olanlar 2200 və 2300-ə təklif olunur. Mərtəbəsindən asılı olaraq da bu qiymətlər dəyişə bilir. Yeni tikililərdə ən uyğun, ən baha olan mərtəbələr 8 və 12-ci mərtəbələrdir. Ondan aşağı və ondan yuxarı mərtəbələr isə daha ucuz təklif olunur”, – ekspert əlavə edib.

  • Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir

    “Caspian Galaxy” MMC fəaliyyətinə xitam verərək “Baku İnternational Tobacco” MMC-yə qoşulduğunu elan edib.

    Valyuta.az xəbər verir ki, birləşmə nəticəsində “Caspian Galaxy” MMC-nin bütün hüquq və vəzifələri “Baku İnternational Tobacco” MMC-yə keçib.

    Bu proses çərçivəsində “Baku İnternational Tobacco” MMC də yenidən təşkil olunduğunu açıqlayıb.

    Qeyd edək ki, “Caspian Galaxy” MMC 10 mart 2011-ci il tarixində Hüseynov Vasif tərəfindən təsis olunub. Hazırda şirkətin qanuni təmsilçisi Qasımov Tural İsmayıl oğludur. Nizamnamə kapitalı 10 manat təşkil edən şirkət Azərbaycanda “Bakı”, “Azəri”, “Şirvan”, “Freedom” və “Astra” markalarının siqaret brendləri kimi qeydiyyatını təmin edib.

    “Baku İnternational Tobacco” MMC isə 1924-cü ildən fəaliyyət göstərən və siqaret istehsalı sahəsində ixtisaslaşmış fabrikdir.

  • Yararsız pullarını dəyişdirmək istəyənlərin nəzərinə!

    Bakıda keçiriləcək “2025 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 17-18 sentyabrda Azərbaycan Mərkəzi Bankının (AMB) Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.

    Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

    Bildirilib ki, “Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək. Əlavə suallarla bağlı AMB-nin “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

    “Nağd pul ofisi” əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı saat 10:00-dan 13:00-a qədər fəaliyyət göstərir.

  • Pensiya alanlara şad xəbər: Bu tarixdən artım olacaq

    “Gələn il hansı artımların olacağına gəldikdə, mövcud qanunvericiliyə əsasən, 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq”.

    Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək:

    “Bu xərclər büdcədə nəzərə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq”.