Category: İqtisadiyyat

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1.37 ABŞ dolları və ya 2% artaraq 69.49 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68.12 ABŞ dolları təşkil edib.

  • İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş

    Naxçıvan Şəhər İcra Hakimiyyəti “mövcud işıqlandırma sisteminin istismarı ilə əlaqədar texniki baxım xidmətləri”nin satın alınması ilə bağlı tenderə yekun vurub.

    Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Parlaq Elektrik” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 543 744 manatdır.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Parlaq Elektrik” MMC 13 aprel 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Kəngərli rayonunun Xok kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Novruzov Rza Məmmədqulu oğludur.

    Açıq mənbələrdə Rza Novruzov haqqında heç bir məlumat yoxdur. “Parlaq Elektrik” MMC barəsində də heç bir məlumata rast gəlinmir. Şirkətin nə internet səhifəsi, nə də əlaqə telefonları var. Bu baxımdan, “Parlaq Elektrik” MMC-nin maddi texniki bazasının hansı səviyyədə olduğu, işin öhdəsindən gələ bilib-bilməyəcəyi məlum deyil.

    2023-cü ildə yaradılan “Parlaq Elektrik” MMC artıq 2024-cü ildə 3 tenderin qalibi seçilib. Bu tenderləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Şəhər İcra Hakimiyyəti keçirib.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.90 ABŞ dolları və ya 1.3% azalaraq 68.12 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.02 ABŞ dolları təşkil edib.

  • Azərbaycanda əhalinin sayı açıqlandı

    2025-ci ilin yanvar-iyul aylarında əhalinin sayı 20654 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il avqust ayının 1-i vəziyyətinə 10245543 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

  • Azərbaycanda bağlanmış 5 bankın əmlakları hərraca çıxarılır

    Sentyabrın 17-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Zamin Bank”, “Günaybank”, “Texnika Bank”, “Amrahbank” ASC-lərin, sentyabrın 24-də “Muğanbank”ASC-nin, oktyabrın 1-də isə “Texnika Bank” ASC-nin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

    Bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Söhbət “Zamin Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 190 min manat olan 80,3 kv. metrlik, dəyəri 326 min manat olan 143,4 kv. metrlik və dəyəri 491 min manat olan 216,3 kv. metrlik qeyri-yaşayış sahələrindən, “Günaybank”a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanındakı dəyəri 800 min manat olan 270,6 kv. metrlik qeyri-yaşayış sahəsindən, “Texnikabank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 394 min manat olan 187,8 kv. metrlik qeyri-yaşayış sahəsindən, “Amrahbank”a məxsus Bərdə şəhəri, Molla Pənah Vaqif küçəsi, 4-cü döngə, ev 7 ünvanındakı dəyəri 25,5 min manat olan 0,03 ha torpaq sahəsində yerləşən 94,9 kv.metrlik fərdi yaşayış evindən, “Muğanbank”a məxsus dəyəri 46 min manat olan 2 ədəd “Diebold Nixdorf DN 150D” markalı bankomatdan və “Texnikabank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 525 min manat olan 252,6 kv. metrlik qeyri-yaşayış sahəsindən gedir.

  • Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

    Bu ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,7 %-i ərzaq məhsullarının, 4,3 %-i içkilər və tütün məmulatlarının, 12,9 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 %-i avtomobil benzini və dizel yanacağının, 4,8 %-i elektrik malları və mebellərin, 2,4 %i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

    Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

    Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2025-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8 %, fərdi sahibkarlar üzrə 1 %, bazar və yarmarkalarda isə 3,9 % artıb.

    Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 493,6 manatlıq, o cümlədən 271,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 222,2 manatlıq qeyri-ərzaq malları alıb.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.32 ABŞ dolları və ya 0.5% artaraq 69.02 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68.7 ABŞ dolları olub.

  • Ətin bahalaşmasını necə dayandırmalı? – Ekspert açıqladı

    “Bu gedişlə ətin qiyməti davamlı olaraq artacaq. Çünki Azərbaycanda ətin qiymətinin artımı sadəcə bazar oyunlarının nəticəsi deyil. Məsələyə bir az dərindən baxanda görürük ki, əsas problem torpaq sahəsi, onun idarəçiliyi və əhali amillərində gizlənir”.

    Median.Az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

    “Rəsmi statistika göstərir ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi 20 il əvvəl 4 milyon 758 min hektar idi, bu gün isə cəmi 4 milyon 774 min hektardır. Yəni ümumi rəqəm demək olar dəyişməyib. Amma eyni dövrdə əhalimiz 8,5 milyondan artaraq 10,2 milyonu keçib. Nəticədə adambaşına düşən yararlı torpaq 0,56 hektardan 0,47 hektara enib. Bu isə çox ciddi fərqdir.

    Əhali artır, yararlı torpaq sahəsi isə artmır. Əvəzində bu 20 ildə əkin yerləri 237 min hektar artıb. Dincə qoyulmuş torpaqlar 14 min hektar artıb. Çoxillik əkmələr 53 min hektar artıb. Hətta meşə örtüyü də 5 min hektar artıb.
    Göründüyü kimi, hər sahəyə ayrılan ərazi artıb. Amma ölkənin yararlı torpaq sahəsi artmayıb. Deməli, bu artımlar hansısa sahənin azalması hesabına baş verib. Bu azalan hissə isə örüş və otlaq sahələridir. Bu isə o deməkdir ki, kənd təsərrüfatında heyvandarlığın əsas dayağı olan sahələr getdikcə daralır. Nəticədə yem bazası zəifləyir, otlaq imkanları məhdudlaşır, bu da birbaşa ətin maya dəyərinə təsir göstərir və ət qiyməti davamlı yüksəlir”, – deyə iqtisadçı fikrini əsaslandımağa çalışıb.

    Ekspertin fikrincə, çıxış yolları kimi genetik seleksiya, məhsuldar cinslərin gətirilməsi, aqrotexniki innovasiyalarla daha az torpaqda daha çox məhsul əldə etməklə bağlı təkliflərə baxılmalı, daha ciddi addımlar atılmalıdır:

    “Torpaq idarəçiliyi islahatına ehtiyac var. Torpaq bölgüsü və istifadəsində şəffaflıq artırılmalı, istifadəsiz qalan torpaqlar mütləq kənd təsərrüfatına cəlb olunmalıdır. Ən vacib məsələlərdən biri isə böyük həcmli süni yem istehsalına keçiddir. Dünyanın aparıcı ölkələrində intensiv heyvandarlığın əsası süni yem istehsalıdır. Eyni zamanda kiçik fərdi təsərrüfatlar resurs çatışmazlığı yaşayır. Kooperasiya və iri təsərrüfatlar həm yem istehsalını, həm də heyvandarlığı daha səmərəli edə bilər. Su resurslarından ədalətli istifadə isə problemin digər ağrılı tərəfidir. Nə qədər ki su resurslarının bölgüsündə bu problem qalacaq, o qədər kənd təsərrüfatının əksər sahələri əziyyət çəkəcəkdir.

    Beləliklə, ət qiymətini 17 manata qaldıran “17” səbəbdən sadəcə bir neçəsinə toxunduq. Necə əmin olmaq olar ki, qısa müddətdə 20 faizədək artan ət qiymətləri bir gün 30 manata da çatmayacaq? Çünki səbəblər təkcə iqtisadi qanunlarla bağlı olmadığından “ətin gələcək taleyini” proqnoz etmək mümkün deyil.

    Əslində, qlobal infilyasiya, artan əhali sayı və məhdud torpaq resursları bu artımı şərtləndirən obyektiv səbəblərdir. Lakin bunun da üzərinə subyektiv səbəbləri gəldikdə risklər böyüyür. Buna görə də bu prosesin qarşısını almaq mümkün deyil. Onsuz da obyektiv səbəblər qiymətin qalxmasını məcburi hala gətirəcək. Sadəcə ciddi tədbirlərlə subyektiv faktorları aradan qaldırmaqla bu artımın sürətini azaltmaq mümkündür”.

  • Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir

    Azərbaycanla Rusiyanın birgə yaratdığı “AzRusTrans” QSC fəaliyyətini dayandırır.

    Bu barədə “Vergilər” qəzetində məlumat dərc edili

    Şirkətin ləğv olunması ilə bağlı elanda kreditorlardan öz tələblərini iki ay müddətində Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirmələri istənilir.

    Qeyd edək ki, “AzRusTrans” 2016-cı ildə yaradılıb və onun əsas məqsədi Azərbaycan, Rusiya, İran, Gürcüstan və Türkiyə arasında yük daşımalarının dəmir yolu ilə payını artırmaq olub. Nizamnamə kapitalı 150 min manat təşkil edən QSC-nin qanuni təmsişçisi Heydərov Orxan Qasım oğludur.

  • Azərbaycan və Latviya arasında strateji dialoqun dördüncü iclası keçirilib

    Azərbaycan və Latviya arasında strateji dialoqun dördüncü iclası keçirilib.

    Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyində dövlət katibinin müavini İvars Lasis rəhbərlik edib.

    İclas zamanı ikitərəfli münasibətlər, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

    Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə səyləri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşünün nəticələri, eləcə də ATƏT-in Nazirlər Şurasının ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanmasına dair cari ilin 1 sentyabr tarixli qərarı barədə ətraflı məlumatlandırılıb.

    İclasda həmçinin qarşılıqlı maraq doğuran digər qlobal, regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.