Category: İqtisadiyyat

  • Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb

    Çindən Azərbaycana Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yola düşən qatar Bakıya çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb.

    TBNM üzrə Yivu-Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.

    Qeyd edək ki, bu dəhlizdən keçən 237-ci qatar Çinin Yivu şəhərindən yola düşmüşdü.

  • Azərbaycanda qatarlarla 11 minə yaxın xarici turist səfər edib

    Yay aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin qatarları ilə 10 min 955 turist səfər edib.

    Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

    Məlumata əsasən, ADY ilə bu yay səfər etmiş xarici sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 % çox olub.

  • Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

    Bu ilin yanvar-avqust aylarında ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 124 milyon 658,4 min manat olub.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, ƏDV ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilib.

    8 ayda xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 6 milyon 944,9 min manat təşkil edib.

  • Sentyabrın pensiyaları bu tarixdə ödəniləcək

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutub.

    Bu barədə DSMF-dən bildirilib.
    Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

  • Məşhur kriptovalyuta platforması qızıla sərmayə qoymaq istəyir

    Dünyanın ən iri steyblkoin operatoru olan “Tether Limited” qızılın hasilatı və ticarətinə investisiya etmək niyyətindədir.

    Valyuta.az “Financial Times”a istinadən xəbər verir ki, mövzu ilə bağlı adları açıqlanmayan mənbələr məlumat verib.

    Mənbələr bildirib ki, şirkət artıq bir neçə qızıl hasilatı və distribusiya şirkəti ilə danışıqlar aparıb.

    “Tether”in rəhbəri Paolo Ardonio daha əvvəl qızılı “təbiətin bitkoini” adlandırmışdı. Hazırda şirkətin hansı tərəfdaşlarla əməkdaşlıq edə biləcəyi və investisiya məbləğinin nə qədər olacağı açıqlanmayıb.

    “Tether”in əsas məhsulu olan USDT tokeninin bazar kapitallaşması təxminən 170 milyard dollardır. Yalnız bu ilin ilk yarısında şirkətin qazancı 5,7 milyard dollara çatıb. Şirkət eyni zamanda ABŞ dövlət istiqrazlarının iri sahibkarlarından biridir və onlardan faiz gəliri əldə edir.

  • Marqarin istehsalı azalıb

    Cari ilin yanvar-iyul aylarında Azərbaycan 27 min 318,7 ton marqarin istehsal edib.

    Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə isə marqarin istehsalı 29 min 932,4 ton olub.
    Statistikaya əsasən demək olar ki, il ərzində marqarin istehsalında 2 min 613,7 ton və ya 8,73% azalıb.

    Qeyd edək ki, avqustun 1-nə hazır məhsul ehtiyatı 3 min 350,1 ton təşkil edib.

  • Bitkoin 2 %-ə yaxın ucuzlaşıb

    Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 111 min ABŞ dollarından aşağı düşüb.

    Kriptovalyuta son 24 saat ərzində 1,88 % ucuzlaşaraq 110,89 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 2 trilyon 208,6 milyard ABŞ dolları həddinə enib.

    Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3,79 % azalaraq 4,3 min ABŞ dolları olub.

    Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 1,51 % azalaraq 3,81 trilyon ABŞ dollarına düşüb.

  • Qəbələdə pilləkəndən yıxılan 90 yaşlı qadın ölüb

    Qəbələdə pilləkəndən yıxılan 90 yaşlı qadın ölüb.

    Qəbələ rayon sakini, 90 yaşlı Rəfiqə Hüseynova yaşadığı evdə pilləkəndən yıxılıb.

    Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaşlı qadın orada ölüb.

  • Mikayıl Cabbarov Ramez Al-Xayyat ilə görüşüb

    İqtisadiyyat naziri Mikayıl Cabbarov “Power International Holding” şirkətinin prezidenti və baş icraçı direktoru Ramez Al-Xayyat ilə görüşüb.

    Bu barədə nazir öz “X” hesabında paylaşım edib.

    Nazir iqtisadi sahədə qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyətini vurğulayıb.

    “Şirkətlə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirdik”, – deyə qeyd edilib.

  • Dünyada ət qiymətləri rekord həddə çatdı – Səbəb nədir?

    Avqust ayında dünya üzrə ət qiymətləri yeni rekorda yüksəlib. Bu artıma ABŞ və Çində mal ətinə yüksək tələbat, həmçinin ümumilikdə iri buynuzlu heyvanların sayının azalması təsir göstərib.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    İyul ayında qeydə alınan əvvəlki rekord avqust göstəriciləri ilə yenilənib. Ət istehsalını məhdudlaşdıran əsas problemlər iqlim dəyişikliyi və xəstəliklərdir.

    Nəticədə bəzi ölkələrdə inflyasiya daha da dərinləşib. Məsələn, Avropa İttifaqının əsas ət ixracatçılarından biri olan Böyük Britaniyada iyul ayında mal və dana əti qiymətləri ötən ilin göstəricilərindən təxminən 25 faiz yüksək olub.

    ABŞ-da inək sürülərinin sayı son onilliklərin ən aşağı səviyyəsinə düşüb. Dünyanın aparıcı ixracatçısı Braziliyada da mal-qaranın sayı azalır. Eyni zamanda, qeyri-sabit hava şəraiti sürülərin bərpasını çətinləşdirir.

    Qiymət artımına təsir edən əlavə amil süd məhsullarının bahalaşmasıdır. Kərə yağı və pendirin yüksək qiymətləri fonunda fermerlər üçün inəkləri ət üçün kəsmək sərfəli deyil.

    2025-ci ilin yayı Böyük Britaniyada fermerlər üçün ən çətin dövrlərdən biri olub. Ölkədə müşahidələrin bütün tarixi ərzində ən yüksək temperatur qeydə alınıb. Bunun nəticəsində otlaq sahələri günəşin yandırdığı quru düzənliyə çevrilib. Fermerlər inəkləri qış üçün saxladıqları yemlə bəsləməyə məcbur qalıb və ciddi zərər görüb.