Category: İqtisadiyyat

  • Bu il Azərbaycana neçə turist gəlib?

    “Azərbaycanda daxili turizmdə ciddi artım müşahidə olunur. Ötən il ölkə daxilində 23 milyon səfər qeydə alınmışdısa, bu il göstəricinin 25 milyona çatacağı gözlənilir”.

    Bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri, Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, daxili səfərlərin illik orta hesabla 40 faizi yay mövsümünə təsadüf edir:

    “İyun-avqust ayları Azərbaycanda həm yerli, həm də xarici turistlərin ən çox səyahət etdiyi dövrdür. Hazırkı statistikaya əsasən, 7 ayda ölkəyə 1 milyon 478 min əcnəbi gəlib. Avqust nəticələri ilə bu rəqəmin 1 milyon 700 mini keçməsi proqnozlaşdırılır”.

    Quluzadə əlavə edib ki, ötən illə müqayisədə 1-2 faiz azalma müşahidə olunur. Bu isə əsasən regiondakı geosiyasi dəyişikliklər və münaqişələrlə bağlıdır:

    “Əsas bazarlarımızdan olan Rusiya və Hindistandan gələn turistlərin sayındakı azalma ümumi statistikanı da təsirləndirib. Yaxın Şərqdəki qarşıdurmalar isə uçuşların gecikməsi və səfərlərdə çətinliklər yaradıb. Hazırda digər bazarların – Orta Asiya, Qərbi və Şərqi Avropanın hesabına turizmin dayanıqlığı təmin edilir”.

  • Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycaa 248 min 470 ton meyvə və tərəvəz idxal edib.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 191 milyon 481 min ABŞ dolları olub.

    Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 14 min 80 ton (6 %), dəyər baxımından isə 19 milyon 585 min ABŞ dolları (11,3 %) çoxdur.

    Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,4 %-ni təşkil edib.

    Bundan başqa, 7 ay ərzində Azərbaycan 506 milyon 406 min ABŞ dolları dəyərində 490 min 609 ton meyvə-tərəvəz ixrac edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 122 min 60 ton (33,1 %), dəyər baxımından isə 122 milyon 543 min ABŞ dolları (31,9 %) çoxdur.

    Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində 3,3 % paya malik olub.

  • Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davam etdirilməsinə 10 milyon manat xərclənəcək

    Cəbrayıl rayonunda 150 çarpayılıq mərkəzi xəstəxananın tikintisinin davam etdirilməsinə 9,889 milyon manat xərclənəcək.

    Median.Az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

    Məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyətinin elan etdiyi açıq tenderin qalibi “El-Seym İnşaat” QSC olub.

  • Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycaa 248 min 470 ton meyvə və tərəvəz idxal edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 191 milyon 481 min ABŞ dolları olub.

    Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 14 min 80 ton (6 %), dəyər baxımından isə 19 milyon 585 min ABŞ dolları (11,3 %) çoxdur.

    Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,4 %-ni təşkil edib.

    Bundan başqa, 7 ay ərzində Azərbaycan 506 milyon 406 min ABŞ dolları dəyərində 490 min 609 ton meyvə-tərəvəz ixrac edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 122 min 60 ton (33,1 %), dəyər baxımından isə 122 milyon 543 min ABŞ dolları (31,9 %) çoxdur.

    Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində 3,3 % paya malik olub.

  • Azərbaycan manatının dövretmə sürəti iyulda artıb

    Bu il avqustun 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,39 bənd təşkil edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,02 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,06 bənd az, ötən il avqustun 1-nə nisbətən isə 0,02 bənd azdır.

    AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

  • 2026-cı ildən pensiyalarda bu qədər ARTIM OLACAQ

    Rəsmi statistikaya görə, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə orta aylıq əməkhaqqı 9,4 faiz artıb.

    Əməkhaqqının artımı yalnız maaşların nə qədər yüksəldiyini göstərmir. Qanunvericiliyə əsasən, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq sərəncamı ilə əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq artırılır.

    Başqa sözlə, əvvəlki ildə maaşlar orta hesabla nə qədər artıbsa, növbəti ildə pensiyaların məbləği də həmin göstərici əsasında artırılır.

    Bəs 2026-cı ildə pensiyalar nə qədər yüksələ bilər?

    İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, proqnozlaşdırılan göstəricilər və son yeddi ayın nəticələri nəzərə alınmaqla ehtimal olunur ki, 2026-cı il yanvarın 1-dən pensiyalar təxminən 9 faiz indeksləşdiriləcək. Yəni hər 100 manat pensiyaya əlavə olaraq təqribən 9 manat artım tətbiq olunacaq.

    ///Baku TV

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.43 ABŞ dolları və ya 0.62% artaraq 69.74 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.31 ABŞ dolları idi.

  • Ən ucuz və baha kredit verən iqtisadi rayonlarımız – CƏDVƏL

    Bu ilin 1 avqust tarixinə olan məlumata görə, banklar tərəfindən Azərbaycan iqtisadiyyatına yönəldilən kreditlərin ümumi həcmi 28 milyard 498 milyon 184 min manat təşkil edib.

    Bu barədə məlumat “Mərkəzi Bank” tərəfindən açıqlanıb.

    İqtisadi rayonlar üzrə kredit qoyuluşlarına baxıldıqda, ən yüksək göstərici 21 milyard 742 milyon 888 min manat ilə Bakı olub.

    Aşağı göstərici isə 12 milyon 933 min manatla Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Dağlıq Şirvan iqtisadi rayonu da 197 milyon 759 min manatla ikinci ən az kredit ayrılan region olub.

    Bu ilin ilk 7 ayı ərzində iqtisadi rayonlar üzrə kredit qoyuluşu aşağıdakı kimi olub:

  • Azərbaycanda ödəniş kartlarının sayı 21 milyona çatır

    2025-ci il avqust ayının 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 271 min ədəd artaraq 20 milyon 913 min ədəd təşkil edib.

    Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artıb.

    Ödəniş kartlarında artım debet kartları üzrə 17%, kredit kartları üzrə 7% təşkil edib.

    Qeyd edək ki, ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 152, digər kartlar 2 674 ədəd artıb. Kredit kartlarının sayı isə 163 ədəd azalıb.
    //valyuta.az

  • “Azərxalça” zərərdən xilas ola bilmədi

    Dövlətə məxsus “Azərxalça” ASC 2024-cü ili 2 milyon 118 min manat xalis zərərlə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 746 min manat xalis zərərlə bağlamışdı. Beləliklə, “Azərxalça”nın xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 372 min manat və ya 21.3% artıb.

    Median.Az Marja.az-a istinadla xəbər verir ki, “Azərxalça”nın əsas əməliyyat gəlirləri 2023-cü ildə 4 milyon 339 min manat ikən, 2024-cü ildə 5 milyon 347 min manata yüksəlib (1 milyon 8 min manat və ya 23.2% artıb). Şirkət ötən il 194 min manat da sair gəlirlər, 537 min manat maliyyə gəlirləri də əldə edib (2023-cü ildə müvafiq olaraq 295 min manat və 588 min manat).

    Ötən il “Azərxalça”nın ümumi xərcləri 1 milyon 127 min manat və ya 17.6% artaraq 8 milyon 196 min manat təşkil edib (2023-cü ildə 6 milyon 969 min manat təşkil etmişdi). Cəmi xərclərin artması sair əməliyyat xərclərinin 7 dəfəyə yaxın artması ilə əlaqədardır.

    31 dekabr 2024-cü il tarixində “Azərxalça” ASC-də yığılmış zərər 24 milyon 231 min manata çatıb (2023-cü ilin sonunda 22 milyon 152 min manat). Şirkətdə yığılmış zərər dövlətə məxsus 15 milyon manatlıq nizamnamə kapitalından çoxdur.

    Qeyd edək ki, “Azərxalça” ASC 5 may 2016-cı il tarixində təsis edilib. Şirkətin əsas fəaliyyətinə xalça və xalça məmulatlarının istehsalı və satışı, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, habelə bu sahənin inkişafı ilə bağlı digər işlər daxildir. “Azərxalça” ASC-nın nizamnamə kapitalı – Azərbaycan Respublikası Hökumətinə məxsus və hər birinin nominal dəyəri bir manat olan 15 milyon səhmdən ibarət olmaqla, cəmi 15 milyon manat təşkil edir. Şirkətin 31 dekabr 2024-cü il tarixinə strukturunda 647 nəfər işçisi olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Səlhab oğlu Məmmədovdur.