Category: İqtisadiyyat

  • Ağdamda ayaqqabı istehsalı 20 dəfə artıb

    2024-cü ildə Azərbaycanda istehsal olunan ayaqqabının 458 min cütü Bakının payına düşüb.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, 2023-cü ilə nisbətən Bakıda istehsal 144,5 min cüt və ya 46 %, 2020-ci ilin göstərici ilə müqayisədə isə 172,4 min cüt və ya 60,3 % artıb.

    Bununla yanaşı Abşeron rayonunda 81 min cüt (1 il əvvələ nisbətən 57 % az, son 5 ildə – 3,6 % çox), Quba rayonunda 433,7 min cüt (+75 % və +3,3 dəfə), Ağdam rayonunda 112 min cüt (əvvəlki il istehsal olmayıb, son 5 ildə 20 dəfə artıb), Naxçıvan Muxtar Respublikasında 0,2 min cüt (əvvəlki il istehsal olmayıb, son 5 ildə 99,5 % azalıb), digər rayonlarda 1,5 min cüt (+25 % və -83 %) ayaqqabı istehsal edilib.

  • Metroda GEDİŞ HAQQI artırılacaq?

    “Gediş haqqı məsələsi cəmiyyətdə daim müzakirə olunur, amma hazırda konkret məlumat yoxdur”.

    Bu fikirləri jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.

    O, sözlərinə belə davam edib:

    “Bir çox ölkələrdə fərqli yanaşmalar var. Məsələn, aylıq kartlar, təksəfərlik kartlar, məsafədən asılı olan ödənişlər, tələbələrə və sosial həssas qrupa daxil olan insanlar üçün fərqli yanaşmalar və sair. Bunlar daim bizim gündəmimizdədir, müzakirələr olunur. Hələ ki yekun qərar yoxdur”.
    //oxu.az

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 0.3 ABŞ dolları və ya 0.43% azalaraq 69.31 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.61 ABŞ dolları idi.

  • Hacıqabulda minik avtomobillərinin istehsalı son 3 ildə 4 dəfəyə yaxın artıb

    2024-cü ildə Azərbaycanda istehsal olunan minik avtomobillərinin 4 996 ədədi və ya 83,3 %-i Hacıqabul rayonunun payına düşüb.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, 2023-cü ilə nisbətən Hacıqabulda istehsal 1 857 ədəd və ya 59 %, 2022-ci ilin göstərici ilə müqayisədə isə 3 657 ədəd və ya 3,7 dəfə artıb.

    Hacıqabulda ötən il həmçinin 188 ədəd (1 il əvvələ nisbətən 55 % az, son 3 ildə – 8 dəfə çox) yük avtomobili, 120 ədəd (+7 % və +8 %) ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib.

    Ötən il həmçinin Neftçala rayonunda 690 ədəd (+23 % və +1,2 %), Naxçıvan Muxtar Respublikasında isə 312 ədəd (+87 % və +11 dəfə) minik avtomobili istehsal edilib.

    Xatırladaq ki, Azərbaycanda minik avtomobillər Neftçala Avtomobil Zavodunda, Hacıqabul Sənaye Parkındakı avtomobil zavodunda və muxtar respublikada yerləşən Naxçıvan Avtomobil Zavodunda istehsal edilir.

  • Azərbaycanın sığorta bazarı 13 %-ə yaxın böyüyüb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937,658 milyon manat sığorta haqqı toplanılıb.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 % çoxdur.

    Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529,307 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 20,7 % çoxdur.

    7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,6 manat olub.

  • İki valyutadəyişmə məntəqəsinin lisenziyası dayandırıldı

    İki valyuta mübadiləsi məntəqəsinin (“Delta Capital” MMC və “Zuhur” MMC) lisenziyası bir ay müddətinə dayandırılıb.

    Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

    Bildirilib ki, AMB tərəfindən “Delta Capital” MMC-də və Zuhur” MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 4.10-cu və 5.2-ci bəndlərinin tələblərinin pozulması, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsinin və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4-cü, 3.6-cı, 4.7-ci, 6.3-cü və 7.3-cü bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilib.

    Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Delta Capital” MMC-yə verilmiş 08.12.2021-ci il tarixli, VMF-02 nömrəli lisenziyanın qüvvəsi və Zuhur” MMC-yə verilmiş 15.03.2022-ci il tarixli, VMF-03 nömrəli lisenziyanın qüvvəsi 28.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.31 ABŞ dolları və ya 0.45% artaraq 69.61 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.3 ABŞ dolları idi.

  • ABŞ Azərbaycana 20 mlrd. dollara yaxın investisiya yatırıb

    1995-ci ildən 2025-ci ilin mart ayınadək olan dövrdə ABŞ-dan Azərbaycana ümumilikdə 18,9 milyard ABŞ dolları investisiya qoyulub.

    Valyuta.az xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

    “O cümlədən neft-qaz sektoruna investisiyalar 17,4 milyard, qeyri-neft-qaz sektoruna isə 1,5 milyard ABŞ dolları təşkil edib”, – deyə nazir əlavə edib.
    //APA

  • Bakının hansı rayonunda daha çox yeni ev istifadəyə verilib? – SİYAHI

    Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhərində istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 596 327 kvadratmetr təşkil edib.

    Trend-in Bakı şəhər Statistika İdarəsinə istinadən məlumatına görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 91,5% çoxdur.

    Bakının rayonları üzrə göstəricilərə nəzər salsaq, Binəqədi rayonunda bu ilin ilk 6 ayında 68 886 kv.metr yaşayış sahəsi (5,3 dəfə çox), Xətai rayonunda 86 817 kv.metr yaşayış sahəsi (10,2 dəfə çox), Xəzər rayonunda 143 445 kv.metr yaşayış sahəsi (57,9% çox), Qaradağ rayonunda 18 113 kv.metr yaşayış sahəsi (35,5% çox), Nərimanov rayonunda 24 008 kv.metr yaşayış sahəsi (61,3% çox), Nəsimi rayonunda 836 kv.metr yaşayış sahəsi (28,6% çox), Nizami rayonunda 17 503 kv.metr yaşayış sahəsi (10,1 dəfə çox), Pirallahı rayonunda 3 150 yaşayış sahəsi, Sabunçu rayonunda 127 480 kv.metr yaşayış sahəsi (2,7 dəfə çox), Səbail rayonunda 28 299 kv.metr yaşaış sahəsi (42,9% az), Suraxanı rayonunda 72 309 kv.metr yaşayış sahəsi (2,8% çox), Yasamal rayonunda 5 476 kv.metr (4,8 dəfə çox) yaşayış sahəsi istifadəyə verilib.

    Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4,074 milyard manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz az vəsait yönəldilib.

    Əsas kapitala yönəldilmiş vəsaitlərin 2,510 milyard manatı və ya 61,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

    2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,6 faizini inşa, yenidənqurma və bərpa, 6,6 faizini əsaslı təmir, 3,5 faizini cari təmir, 3,3 faizini isə sair tikinti işləri təşkil edib.

    Ümumi inşaat işlərinin 91,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

  • Azərbaycan İran üzərindən Naxçıvana qaz nəqlinin müddətini uzadacaq

    Azərbaycan İran ərazisindən Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqlinin müddətini uzadılması ilə bağlı razılığa gəlib.

    Bu barədə “Report”a SOCAR-dan məlumat verilib. Bildirilib ki, mövcud müqavilənin müddəti bu il başa çatdığından tərəflər arasında yeni razılaşma əldə olunub və hazırda sənədin imzalanma mərhələsi gedir.

    Rəsmi məlumata görə, Naxçıvanın illik qaz tələbatı 260-300 milyon kubmetr təşkil edir. Bu ehtiyacın qarşılanması üçün Azərbaycan 2005-ci ildə İranla svop mexanizminə əsaslanan saziş imzalayıb. Razılaşmaya görə, İran Culfadan Naxçıvana qaz ötürür, əvəzində isə eyni həcmdə qazı Astara üzərindən Azərbaycandan alır.

    SOCAR-ın məlumatına əsasən, 2025-ci ilin yanvarın 1-dən avqustun 21-dək İran üzərindən Naxçıvana 188,5 milyon kubmetr qaz nəql olunub. Ümumilikdə bu marşrutla qaz tədarükünə 2006-cı ildən start verilib.

    Martın 5-də istifadəyə verilən İğdır–Naxçıvan qaz kəmərinə gəlincə, SOCAR bildirib ki, hələlik bu boru xətti ilə qaz nəqli başlamayıb. Kəmərin gündəlik ötürmə gücü 2 milyon kubmetrdir.
    Yeni kəmər Naxçıvan üçün qaz təchizatının şaxələndirilməsinə və enerji təminatının etibarlılığının artırılmasına xidmət edəcək. Beləliklə, muxtar respublika həm İran, həm də Türkiyə üzərindən qaz əldə etməklə artan enerji tələbatını tam şəkildə qarşılaya biləcək.

    İğdır-Naxçıvan qaz kəmərinin ümumi uzunluğu 97,5 kilometr təşkil edir. Bunun 80 kilometri Türkiyə, 17,5 kilometri isə Azərbaycan (Naxçıvan Muxtar Respublikası) ərazisində yerləşir.

    Layihə üzrə illik 500 milyon kubmetr qaz nəqli nəzərdə tutulur ki, bu da Naxçıvanın ümumi qaz tələbatını tam ödəməyə imkan verəcək.