Category: İqtisadiyyat

  • Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yükdaşımaların dəyəri artıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəmiryolu nəqliyyatı ilə 1 milyard 766 milyon 642,68 min ABŞ dolları dəyərində 4 milyon 81 min 101,41 ton yük daşınıb.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadэт xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4 % az və 0,2 % çoxdur.

    7 ay ərzində dəmiryolu nəqliyyatı ilə 490 milyon 64,18 min ABŞ dolları dəyərində 1 milyon 563 min 991,22 ton yük ixrac olunub, 1 milyard 276 milyon 578,5 min ABŞ dolları dəyərində 2 milyon 517 min 110,19 ton yük idxal edilib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan yükün dəyəri 2,9 %, həcmi isə 1,1 % azalıb, idxal olunan yükün dəyəri 1 % azalıb, həcmi isə 1 % artıb.

  • Azərbaycan nefti cüzi bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.25 ABŞ dolları və ya 0.36% artaraq 69.73 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.48 ABŞ dolları idi.

  • Yumurta bahalaşıb, yoxsa ucuzlaşıb? – Fakt və ekspert rəyi

    Azərbaycanda yumurtanın qiyməti qalxıb.

    İri market şəbəkələrində sarı broyler yumurtasının 15 ədədi 2 manat 40 qəpiyə təklif olunur. Sarı rəngli yumurtanın bir ədədi 16 qəpiyə satılır. Bir həftə bundan öncə isə sarı rəngli 15 ədəd yumurta kasetləri 1 manat 90 qəpiyə satılırdı ki, onun da bir ədədinin qiyməti təxminən 13 qəpiyə başa gəlirdi.

    Ağ rəngli 15 ədədlik yumurta alıcılara 2 manat 25 qəpiyə təklif olunur. Onun da bir ədədinin qiyməti 15 qəpikdir.

    “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli isə Qaynarinfo-ya açıqlamasında yumurtanın qiymətinin stabil olduğunu bildirib:

    “Hazırda yumurtanın ölkədəki qiyməti stabildir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hətta deyərdim ki, ucuzdur. Yay aylarında istehsal bir az azalır. İkincisi, yay aylarında kənd toyuqlarının kütləvi yumurtamasından yumurta bolluğu yaranır. Bu səbəbdən qiymətlər düşür”.

    Sədrin sözlərinə görə, yumurtanın ən ucuz qiyməti elə Azərbaycandadır:

    “Hazırda yumurtanın dünyada qiymətinə nəzər salsaq, ən ucuz qiymət regionda elə Azərbaycandadır. Hindistan, Pakistan və bir neçə ölkədən sonra ən ucuzu bizdədir. Qonşu Gürcüstanda yumurta 20, Türkiyədə 24, Amerikada 1 manat 10 qəpikdir. Biz Amerikaya, yaxın Şərq ölkələrinə də yumurta ixrac edirik”.

  • Overçuk: “Moskva və Bakı enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər”

    Rusiya baş nazirinin müavini Aleksey Overçuk Moskva və Bakının birgə fəaliyyət üçün əsas istiqamətləri müəyyən etdiklərini bildirib.

    Median.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

    A.Overçukun sözlərinə görə, hər iki ölkə üçün prioritet sahələr enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafıdır.

    “Prioritetlərimiz sırasında regionda nəqliyyat bağlantılarının inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının möhkəmləndirilməsi, energetika sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı, o cümlədən gəmiqayırma və kənd təsərrüfatı sahəsində və Xəzərdə əməkdaşlıq var,” – deyə Rusiya baş nazirin müavini bildirib.

  • Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.58 ABŞ dolları və ya 0.84% artaraq 69.48 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68.90 ABŞ dolları idi.

  • Bu şirkətin külli miqdarda vergi borcu var

    Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin külli miqdarda vergi borcu var.

    Valyuta.az-ın məlumatna görə, sözügedən idarənin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ümumilikdə 257700.97 AZN vergi borcu var.

    Qeyd edək ki, Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi Lətifov Rövşən Müqabil oğludur. Sözügedən idarə Lənkəran şəhər İcra Hakimiyyətinin tabeçiliyindədir.

  • Azərbaycanda hansı sahələrdə nə qədər maaş verilir? – TAM SİYAHI

    Bu ilin yanvar–iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1097,3 manat təşkil edib.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% artıb.

    Ən yüksək maaşı mədənçıxarma sənayesində işləyənlər alıb. Onların orta aylıq əməkhaqqı 4554,9 manat olub. Xam neft və təbii qaz hasilatı sahəsində isə orta əməkhaqqı 3853 manat təşkil edib. Maliyyə və sığorta fəaliyyəti (3052,6 manat) ilə qumar və mərc oyunlarının təşkili (3044,4 manat) də ən yüksək ödənişli sahələr sırasında yer alıb.

    Ən aşağı maaş isə geyim istehsalı sahəsində qeydə alınıb – cəmi 448,4 manat. Bunun ardınca məşğulluq fəaliyyəti (468,6 manat), çirkli suların yığılması və emalı (499,5 manat) və mebel istehsalı (511,9 manat) gəlir.

    Ən çox artım kompüter, elektron və optik məhsulların istehsalında olub – əməkhaqqı bir ildə 62% artaraq 1734 manata yüksəlib. Daha sonra koks və təmizlənmiş neft məhsullarının istehsalı (48,5%), elektrik avadanlıqlarının istehsalı (29,2%) və hava nəqliyyatı fəaliyyəti (25%) gəlir.

    Ən az artım isə mərkəzi ofislərin fəaliyyəti və idarəetmədə (0,5%), reklam işində (0,1%) və maşınların quraşdırılması və təmirində (0,2%) qeydə alınıb.

    Məlumata görə, ən çox azalma sosial xidmətlər sahəsində baş verib – əməkhaqqı ötən illə müqayisədə 11,5% aşağı düşüb. Bundan başqa, sığorta, təkrar sığorta və pensiya təminatı (-6,7%) və mədənçıxarmanın digər sahələrində (-5,8%) də azalma qeydə alınıb.

    Ayrı-ayrı iqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi olub:

    Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi – 4554,9 manat
    Xam neft və təbii qaz hasilatı – 3853,0 manat
    Mədənçıxarma sənayesi – 3733,9 manat
    Mərkəzi ofislərin fəaliyyəti – 3451,6 manat
    Maliyyə fəaliyyəti – 3092,5 manat
    Sığorta və pensiya təminatı – 3059,0 manat
    Maliyyə və sığorta fəaliyyəti – 3052,6 manat
    Qumar oyunlarının təşkili və mərc fəaliyyəti – 3044,4 manat
    Maliyyə və sığorta sahəsində yardımçı fəaliyyət – 2154,7 manat
    Proqram təminatının işlənməsi – 2124,3 manat
    Memarlıq, mühəndis və texniki məsləhətlər – 2123,3 manat
    Rabitə – 2262,8 manat
    Metal filizlərinin hasilatı – 2380,8 manat
    Su nəqliyyatı – 2364,3 manat
    Reklam fəaliyyəti və bazarın öyrənilməsi – 2306,0 manat
    İnformasiya və rabitə – 1905,9 manat
    İnformasiya xidmətləri – 1891,7 manat
    Peşə, elmi və texniki fəaliyyət – 1846,8 manat
    Kompüter, elektron və optik məhsulların istehsalı – 1734,0 manat
    İctimai birliklərin fəaliyyəti – 1654,1 manat
    Kimya sənayesi – 1573,2 manat
    Nəqliyyat və anbar təsərrüfatı – 1552,7 manat
    Maşın və avadanlıqların quraşdırılması və təmiri – 1538,1 manat
    Dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1482,7 manat
    Tütün məmulatlarının istehsalı – 1484,9 manat
    Biznesin mühafizəsi üzrə əlavə fəaliyyət – 1394,9 manat
    Hüquq və mühasibat uçotu – 1396,4 manat
    Anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti – 1357,3 manat
    Digər xidmətlər – 1297,5 manat
    Digər peşəkar, elmi və texniki fəaliyyət – 1293,0 manat
    Daşınmaz əmlak əməliyyatları – 1273,4 manat
    İxtisaslaşdırılmış tikinti işləri – 1271,9 manat
    Sosial xidmətlər – 1181,2 manat
    Yaşayış üçün yerlərin fəaliyyəti – 1185,8 manat
    Elektrik avadanlıqlarının istehsalı – 1194,2 manat
    Digər qeyri-metal mineral məhsulların istehsalı – 1144,6 manat
    Yaşayışa təminatsız sosial xidmətlər – 1144,7 manat
    Tikinti – 1154,4 manat
    İçki istehsalı – 1137,0 manat
    Metallurgiya sənayesi – 1140,8 manat
    Mülkü təyinatlı inşaat işləri – 1138,5 manat
    Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1099,9 manat
    Binaların tikintisi – 1097,4 manat
    İqtisadiyyat üzrə cəmi – 1097,3 manat
    Mədənçıxarma sənayesinin digər sahələri – 1060,6 manat
    Elmi tədqiqatlar və işləmələr – 1036,7 manat
    İstirahət və idman fəaliyyəti – 1036,7 manat
    Avtomobil, qoşqu və yarımqoşquların istehsalı – 1037,6 manat
    Kirayə və lizinq fəaliyyəti – 1049,3 manat
    İstintaq və təhlükəsizlik fəaliyyəti – 1049,0 manat
    Kağız və karton istehsalı – 1007,6 manat
    Səyahət agentlikləri və turoperator fəaliyyəti – 1010,1 manat
    Kompüterlərin, şəxsi əşyaların və məişət mallarının təmiri – 1016,6 manat
    Hazır metal məmulatlarının istehsalı – 846,1 manat
    Rezin və plastmas məmulatların istehsalı – 850,8 manat
    Nəşriyyat fəaliyyəti – 862,6 manat
    İstirahət, əyləncə və incəsənət – 871,5 manat
    Topdan və pərakəndə ticarət – 983,3 manat
    Avtomobil və motosikletlərin satışından başqa, topdan satış – 964,4 manat
    Səhiyyə və sosial xidmətlər – 941,7 manat
    Səhiyyə fəaliyyəti – 928,8 manat
    Elektrik avadanlıqlarının istehsalı – 924,0 manat (keçid rəqəm)
    Əczaçılıq məhsullarının istehsalı – 1243,2 manat
    Kinofilm, video və televiziya proqramlarının istehsalı – 1178,3 manat
    Proqramların tərtib edilməsi, radio və televiziya fəaliyyəti – 1206,1 manat
    Qida məhsullarının istehsalı – 704,9 manat
    Toxuculuq sənayesi – 796,6 manat
    Turistlərin yerləşdirilməsi və ictimai iaşə – 791,5 manat
    İncəsənət və əyləncə tədbirləri – 770,3 manat
    Baytarlıq fəaliyyəti – 770,0 manat
    Su təchizatı, tullantıların təmizlənməsi və emalı – 762,8 manat
    Topdan satış (avtomobil və motosikletlərdən başqa) – 964,4 manat (təkrar)
    Avtomobil və motosikletlərin pərakəndə satışı – 644,0 manat
    Poçt və kuryer fəaliyyəti – 657,1 manat
    İçki və yeməklərin satışı ilə bağlı xidmətlər – 653,0 manat
    Sair fərdi xidmətlərin göstərilməsi – 667,7 manat
    Tullantıların yığılması, emalı və məhv edilməsi – 686,2 manat
    Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 688,6 manat
    Sair sənaye məhsullarının istehsalı – 700,4 manat
    Meşə təsərrüfatı və bu sahədə xidmətin göstərilməsi – 701,1 manat
    Poliqrafiya fəaliyyəti – 707,2 manat
    İnzibati və yardımçı xidmətlər – 711,3 manat
    Ticarət; nəqliyyat vasitələrinin təmiri – 739,2 manat
    Çirkli suların yığılması və emalı – 499,5 manat
    Mebellərin istehsalı – 511,9 manat
    Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı – 523,0 manat
    Geyim istehsalı – 448,4 manat
    Məşğulluq fəaliyyəti – 468,6 manat

  • Azərbaycanda qadınlar üçün bərabər maaş və məşğulluq imkanları yaradılacaq

    Azərbaycanda qadınlar üçün bərabər maaş və ayrı-seçkilik olmadan məşğulluq imkanlarını təmin edən qaydaların tətbiqi nəzərdə tutulur.

    Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.

    Sənədə əsasən, qadınların kredit və maliyyə imkanlarını genişləndirən qaydaların tətbiqi də planlaşdırılır.

  • TANAP ilə Türkiyə və Avropaya nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb

    Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 83,36 milyard kubmetr Azərbaycan qazı tədarük edilib.

    Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Türkiye” şirkətinə istinadən xəbər verir.

    Məlumata görə, bu həcmlərin 34,18 milyard kubmetri Türkiyəyə, 49,18 milyard kubmetri isə Avropaya çatdırılıb.

    Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

  • Avropada təbii qazın qiyməti artıb

    Avropada təbii qazın birja qiymətləri cümə axşamı səhər saatlarında təxminən 1 % artıb.

    Bu, ICE London birjasının məlumatlarından bəlli olub.

    TTF indeksi (Avropanın Nidelandda yerləşən ən böyük habı) üzrə sentyabr fyuçersləri 1 000 kubmetr üçün 386,9 ABŞ dolları (+0,7 %) səviyyəsində ticarətə başlayıb. Daha sonra qiymət 1 000 kubmetr üçün 389,2 ABŞ dolları (+1,3 %) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə (1 000 kubmetr üçün 384,3 ABŞ dolları) əsaslanır.

    Çərşənbə günü Avropada təbii qazın birja qiyməti təxminən 3 % artıb.