Category: İqtisadiyyat

  • Bu il daşınmaz əmlak bazarında ən çox bahalaşma hansı layihədə baş verib?

    “Bu il daşınmaz əmlak bazarında ən çox bahalaşma “Sea Breeze” layihəsində baş verib. Orada olan fərdi evlər, torpaqlar və yaşayış evlərinin qiymətində ötən illə müqayisədə orta hesabla 30-35% artım qeydə alınıb”.

    Bunu Qaynarinfo-ya açıqlamasında əmak eksperti Elnur Azadov deyib. Elnur Azadovun sözlərinə görə, “Sea Breeze” ilə yanaşı Ağ şəhər layihəsində də ən azı 20-25% qiymət artımı müşahidə olunub.

    Elnur Azadov paytaxtın digər ərazilərində isə seqmentdən asılı olaraq qiymətlərin müxtəlif səviyyədə artdığını vurğulayıb:

    “Daşınmaz əmlak sektoru olduqca genişdir. Bazar tək mənzillərdən deyil, yaşayış fondu və fərdi evlərdən ibarətdir. Eyni zamanda Bakı şəhərinin kəndləri, qəsəbələri, mərkəzi hissələri də var. Həmin ərazilərdə qiymət artımı 5%-dən başlayaraq orta hesabla 15% arasında dəyişir”.

    Ekspert bu ərazilərin hər birində qiymətin fərqli olduğunu xatırladıb.

  • Əhali restoranlara 757,7 milyon manat xərcləyib

    2025-ci ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14 faiz artaraq 1495,9 milyon manat olub.

    Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

    Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 757,7 milyon manat təşkil edib.

  • Azərbaycanda nə qədər işsiz insan var?

    2025-ci il avqustun 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 231,3 min nəfər olub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, onların 49,7 faizini qadınlar təşkil edib.

    İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437,1 manat olub.

  • Unun topdansatış qiymətləri açıqlandı

    Avqustun 14-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26,5-27 manat civarında dəyişib.

    Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

    “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 25,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

  • Azərbaycanda qızıl istehsalı 50%-ə yaxın artıb

    2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1 862.7 kq qızıl, 2 533.5 kq isə gümüş istehsal edilib.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49.2%, gümüş istehsalı isə 32.9% artıb.

    Qeyd edək ki, 2025-ci il avqust ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 167.5 kq və 577.3 kq təşkil edib.

    Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2 663.5 kq qızıl, 3 184.9 kq isə gümüş istehsal edilib.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.38 ABŞ dolları və ya 2.07% artaraq 68.1 ABŞ dollarıı təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.72 ABŞ dolları təşkil edib.

  • Azərbaycan 7 ayda xarici vətəndaşlara 6 milyon manata yaxın ƏDV geri qaytarıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 5 milyon 874 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarıb.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, geri qaytarılan vəsait xarici vətəndaşların ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.

  • Ethereum qiymətləri üçün yeni rekord proqnozu

    Standard Chartered Bankı Ethereum (ETH) qiymətinə dair gözləntilərini yeniləyib.

    Bankın hesabatına görə, son vaxtlar Ethereum ekosistemində yaranan və Ethereum xəzinə şirkətləri adlandırılan qurumlar qiymət proqnozlarının yüksəlməsinə təsir göstərib. Bu meyl ETH-nin institusional investorlar tərəfindən mənimsənilməsini sürətləndirir.

    Bank uzunmüddətli proqnozunu da dəyişərək 2028-ci ilin sonu üçün ETH qiymətini əvvəlki 7 500 ABŞ dolları səviyyəsindən 25 000 dollara qaldırıb. Bu rəqəm, Ethereumun qarşıdakı illərdə dəyər qazanacağı gözləntisini gücləndirir.

    Hazırda bazar dəyərinə görə dünyanın ikinci ən böyük kriptovalyutası olan Ethereum noyabr 2021-də gördüyü 4 679,47 dollarlıq zirvəyə yaxın qiymətlərlə ticarət olunur.
    //qaynar.az

  • Azərbaycanda abortların sayı açıqlandı – Yeniyetmələr də var

    Azərbaycanda erkən yaşda qadınlar arasında abort sayı artıb.

    Bu barədə məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.

    Statistik məcmuədə bildirilir ki, 2024-cü ildə Azərbaycanda 78 245 abort qeydə alınıb. Onlardan 72 abort 15-17 yaş qrupuna aiddir.
    Statistik rəqəmlərdən də görünür ki, 2023-cü illə müqayisədə 2024-cü ildə 15-17 yaş qrupunda abort sayında artım baş verib. Belə ki, 2023-cü ildə bu yaş qrupu üzrə abort sayı 68 olub.

    15-19 yaşlılar arasında isə aborta müraciət sayı 2751 nəfərdir.

    2024-cü ildə bu yaş qrupu üzrə də abortların sayında artım müşahidə olunur. Belə ki, 2023-cü illə müqayisədə 15-19 yaş qrupu üzrə aborta müraciət edənlərin sayı 155 nəfər çox olub.
    Abort üçün müraciət edənlərdən 2 679 nəfər 18-19 yaş qrupuna aiddir. Bu yaş qrupu üzrə də 2023-cü ildə 2024-cü illə müqayisədə abort üçün müraciət edənlərin sayı 151 nəfər çox olub.
    Statistik mənzərə ümumilikdə Azərbaycanda erkən yaşlarda abort hallarının artdığını göstərir.

  • Bakıda bina tikintisi üçün torpağın qiyməti 30 milyon manatı ötüb

    Bakıda torpaq bazarında ildən-ilə qiymətlərin artımı baş verir. Torpaq bazarına təsir edən amil əsasən tikintilərdir.

    Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

    O bildirib ki, şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə boş torpaq sahələri tapmaq demək olar böyük problemə çevrilib:

    “Mövcud olan torpaq sahələri də qiymətindən baha təklif edilir. Artıq torpaq sahələri sotla deyil, kvadrat metrlə satılır. Əvvəllər kiçik torpaq sahələri daha baha qiymətə satılırdısa, indi əksinədir. Misal üçün, bir hektar sahəsi olan torpaq sotla olan torpaqdan daha baha qiymətə satılır. Çünki bina tikintisi üçün qoyulan tələb bir bina üçün minimum 60 sot torpaq sahəsidir. Yəni 1.2 hektar torpaq sahəsində ikibloklu bir bina tikilə bilər”.

    “Yəni az sahəli torpaq sahələri daha ucuzdur. Əvvəllər 15-20 sot torpaq sahələri daha baha qiymətə satılırdı. Ancaq indi hektarla olan torpaq sahələri daha baha qiymətə təklif olunur. Nərimanov, Nəsimi, Xətai rayonunun bir hissəsində demək olar ki, boş torpaq sahələri yoxdur. Bu baxmdan şəhərin mərkəzində torpaq sahəsinin bir sotu 500-650 min manat dəyərində təklif olunur. Bina tikintisi üçün torpaq sahələrinin bir hektarının qiyməti isə 25-30 milyon manat və daha yuxarı təklif olunur”, deyə ekspert bildirib.