Category: İqtisadiyyat

  • “Bitcoin”in məzənnəsində yeni rekord müəyyən edilib

    “Bitcoin” 120 min dollar həddini keçərək yeni tarixi rekorda imza atıb.

    Bu barədə “Binance”ın məlumatlarında bildirilir.

    Belə ki, “Bitcoin” artımını sürətləndirərək 121 min dollar həddini keçərək 121 014.73 dollar səviyyəsinə çatıb.

    Xatırladaq ki, “Bitcoin”in qiyməti sonuncu dəfə 2025-ci il mayın 22-də 111 980 dollara qədər yüksələrək bütün zamanların ən yüksək həddinə çatmışdı. Mütəxəssislər “Bitcoin”in artımını ABŞ Prezidenti Donald Trampın kriptovalyuta bazarının inkişafı ilə bağlı təşəbbüsləri, eləcə də digər ölkələrdən ona marağın artması ilə əlaqələndirirlər.

  • Azərbaycanda ətin qiyməti qalxıb – Video

    Son günlər paytaxt bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcıların sözlərinə görə, qiymət artımı təxminən bir həftə öncədən başlayıb. Əvvəl 15 manata satılan ət indi bəzi yerlərdə 15 manat 50 qəpik, bəzi qəssabxanalarda isə 16 manata qədər bahalaşıb.

    Bahalaşmanın səbəbi kimi daxildə danaların azlığı və yay aylarında maldarlığa marağın azalması göstərilir. Hələlik qiymət sabitləşsə də, ucuzlaşma gözlənilmir. Satıcılar bildirirlər ki, yem bazarının qiymətləri, fermerlərin xərcləri qiymətləri artıran əsas səbəblər sırasındadır.

    Qiymətlərin nə zaman səbitləşəcəyi qəssablar üçün də qeyri-müəyyəndir.

  • Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.19 ABŞ dolları və ya 1.6% artaraq 75.59 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74.40 ABŞ dolları idi.

  • Azərbaycan mazut istehsalını 56 dəfədən çox artırıb

    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 56,6 min ton mazut istehsal edilib.

    Bu göstərici 2024-cü ilin ilk 6 ayının göstəriciləri ilə müqayisədə 56,6 dəfə çoxdur.

    Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 2 milyard 565,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % azdır.

    Bu müddət ərzində Azərbaycanda 676,1 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 6 ayının göstəriciləri ilə müqayisədə 5,5 % azdır.

    Bu ilin ilk 6 ayında ölkədə 1 milyon 141,5 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1,4 % azdır.

    Hesabat dövründə 19,4 min ton sürtkü yağları, 115,3 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 6 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 40,9 % azalıb, neft bitumunun istehsalı isə 0,3 % artıb.

    Həmçinin, hesabat dövründə ölkədə 112,6 min ton maye qazlar, 337,8 min ton ağ neft, 105,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 20,2 %, ağ neftin istehsalı isə 8,2 % artıb, neft koksunun istehsalı 5,2 % azalıb.

    Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

  • Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

    Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9.1% artaraq 1 095 manat təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində ortaaylıq nominal əməkhaqqı daha yüksək olub.

    İyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769.2 min nəfər olub, onlardan 873 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896.2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 18.7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.6%-i təhsil, 13.6%-i sənaye, 8.6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.6%-i tikinti, 6.3%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2%-i nəqliyyat və anbar təsərrüfatı, 3.9%-i peşə, elmi və texniki fəaliyyət, 2.4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.3%-i maliyyə və sığorta fəaliyyəti, 14.8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

  • Azərbaycanda məşhur şirkət LƏĞV OLUNDU

    “Danone” MMC ləğv olunduğunu elan edib.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

    Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanına bildirə bilərlər.

    Xatırladaq ki, “Danone” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 390 min manatdır. Şirkət süd məhsulları sektorunda tanınmış brendlərin Azərbaycana idxalı ilə məşğul olub.

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1.62 ABŞ dolları, yaxud 2.13% azalaraq 74.4 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76.02 ABŞ dolları idi.

  • “Bitcoin”in məzənnəsi tarixi maksimumu yeniləməyə davam edir

    “Bitcoin” kriptovalyutasının məzənnəsi 116 000 dollar həddini keçərək, tarixi maksimumu yeniləyib.

    Median.Az bu barədə “Binance” platformasına istinadla xəbər verir.

    Bildirilir ki, “Bitcoin”in qiyməti rekord həddə – 116 173 dollara çatıb.

  • Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb

    Bitkoinin qiyməti 112.000 dolları keçərək tarixinin ən yüksək həddinə çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu “Binance” platformasının məlumatları göstərir.
    Bakı vaxtı ilə saat 20:24-ə olan məlumata görə, kriptovalyuta 112 000 dolları keçərək 112 106 min dollara (+2,7 %) çatıb.
    Bakı vaxtı ilə saat 20:39-da bitkoinin qiymət artımı sürətlənərək 112 682 min dollar (+3,06 %) səviyyəsində olub.

  • Azərbaycan əhalisinin yanacaq xərcləri 6 ayda 8 %-ə yaxın artıb

    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 833,8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

    “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 7,5 % çoxdur.

    Ötən 6 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,2 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

    Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29 milyard 642 milyon manatlıq, o cümlədən 16 milyard 262,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 379,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.