Category: İqtisadiyyat

  • Azərbaycanda I yarımildə vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

    Bu ilin I yarısında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin təxminəm 94 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Bundan başqa, yanvar-iyun aylarında xarici vətəndaşlara Azərbaycanda fərdi istehlak məqsədilə aldıqları mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği isə 4 milyon 889 min manat təşkil edib.

  • Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI (FOTO)

    Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox artım uzun düyünün, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, göyərtinin, təbii balın qiymətlərində müşahidə edilib.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Məlumata görə, ötən ay əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından azalma isə yumurtanın, bananın, armudun, alçanın, əriyin, çiyələyin, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub.

    Qeyd edilib ki, 2025-ci ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.1%, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102.7% faiz təşkil edib. İyun ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından artım divar kağızlarının, boyaların, şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, laminat parketin, yumşaq mebelin və ortopedik döşəklərin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2025-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.2%, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107.5% təşkil edib. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən tibbi xidmətlərin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədaxili istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Azərbaycanda məşhur otel adını dəyişdirir

    “Yeni Dinamo Oteli” Məhdud Məsuliyyətli Cəmiyyəti adını dəyişir.

    Valyuta.az xəbər verir ki, hüquqi şəxs kimi qeydiyyatda olan şirkət bundan sonra “Boutique Hotels Company” MMC adı ilə tanınacaq.

    Qeyd edək ki, “Abşeron Hotel Qrup” MMC-nin idarəçiliyində olan “Dinamo Hotel Baku”ya bu ilin may ayında yeni direktor təyin edilmişdi. Bu vəzifəyə Natalia Solovieva gətirilib.

    “Dinamo Hotel Baku” “PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “Abşeron Hotel Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin birbaşa idarəçiliyi altında olan hoteldir. Həmçinin qrup daxilində “Baku Marriott Hotel”, “Boulevard Sheraton Baku Intourist”, “Courtyard by Marriott Baku”, “Shahdag”,”Bilgah Beach Hotel” fəaliyyət göstərir.

  • 1 dollar 2 manat 50 qəpikdir? – RƏSMİ AÇIQLAMA

    Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı məlumatlar paylaşılır. Məlumata “Google” axtarış sistemində rast gəlindiyi qeyd olunur.

    Sözügedən situasiya ilə bağlı oxu.az-ın sorğusunu cavablandıran Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev rəsmi mənbəyə istinad edilməsinin zəruri olduğunu bildirib:

    “Rəsmi məzənnəni açıqlamışıq, hər gün saytda yenilənir”.

    Qeyd edək ki, yayılan məlumatın əksinə olaraq, Mərkəzi Bankın məzənnəsində 1 avro 1,9911 AZN təşkil edir.

  • Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların veriləcəyi tarix açıqlanıb

    İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də Naxçıvan üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 0.53 ABŞ dolları və ya 0.71% artaraq 74.70 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74.17 ABŞ dolları idi.

  • Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir

    Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.

    Sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihədə mövcud qanunvericilikdə olan yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin qazın saxlanmasına icazə ilə dəyişdirilməsi təklif edilir.

    Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
    //oxu.az

  • Azərbaycan I yarımildə xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV geri qaytarıb

    Bu ilin I yarısında Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 4 milyon 889,1 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarıb.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, geri qaytarılan vəsait xarici vətəndaşların ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.

  • İlin birinci yarımilində 130 mindən çox şəxsə pensiya, müavinət və təqaüd təyin edilib

    2025-ci ilin yanvar-iyun ayları ərzində 132 227 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Qeyd edilib ki, onlardan 24 432 pensiya, 107 795 müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.

  • Qanun dəyişir: Ödənilə bilməyən bəzi borcları dövlət qaytaracaq

    “Milli Məclisdə “Dövlət borcu” haqqında Qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olunub.

    Dəyişikliklərə əsasən, dövlət büdcəsindən verilən ssudalar geri qaytarıla bilməyəndə borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılacaq. Yəni bu borclar geri qaytarıla bilməyəndə onun büdcə hesabına ödənilməsi nəzərdə tutulur”.

    Bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşımında qeyd edib.

    Deputat bildirib ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır:

    “Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.

    Yeni dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaqdır”.