Category: İqtisadiyyat

  • İqtisadiyyat Nazirliyi: “Azərbaycan və Tacikistan 700 milyon dollarlıq layihələr hazırlayır”

    “Azərbaycan və Tacikistan ötən ilin may ayında Bakıda keçirilmiş Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində imzalanmış ümumi məbləği 700 milyon ABŞ dolları olan bir sıra layihələrin texniki-iqtisadi qiymətləndirməsini aparır”.

    Bu barədə “Report”a Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən məlumat verilib.

    Bunların arasında Azərbaycan Sənaye Korporasiyası ilə tacikistanlı tərəfdaşları arasında qarşılıqlı ticarət həcminin artırılması, tekstil müəssisələrinin yaradılması, təmizlənmiş yağ istehsalının inkişafı, pambıq yetişdirilməsi üçün torpaqların mənimsənilməsi və pambıq toxumlarının emalı haqqında saziş, “Tacikistan Alüminium Şirkəti” (TALCO) ilə “Azəralüminium” ASC arasında anlaşma memorandumu, “Tajaqropromeksport” ilə Azərbaycan Sənaye Korporasiyası arasında razılaşmalar, həmçinin tekstil sənayesi və pambıqçılıq sahəsində təşəbbüslər var.

    “Biz bu layihələrin həyata keçirilməsində Azərbaycanla fəal əməkdaşlıq edirik və onların sürətləndirilmiş şəkildə reallaşdırılmasına ümid edirik”, – deyə nazirlikdən bildiriblər.

    Həmçinin Tacikistan və Azərbaycan gil torpağı və anod blokları istehsalı üzrə birgə müəssisələr yaratmağı planlaşdırırlar.

    “Gil torpağı tədarükü əməkdaşlığın yeni istiqamətini təşkil edir. Bundan əlavə, biz Tacikistandan Azərbaycana anod bloklarının ixracının təşkilini prioritet hesab edirik. Tərəflər lazımi potensiala malikdirlər və yaxın vaxtlarda yeni sazişlər imzalamağı planlaşdırırlar”, – deyə qurumdan qeyd edilib.

    Xatırladaq ki, 2023-cü ildə keçirilmiş Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclası zamanı tərəflər Azərbaycanın TALCO zavodunun modernləşdirilməsinin maliyyələşdirilməsində mümkün iştirakı barədə razılığa gəliblər. Həmçinin Tacikistandan Azərbaycana alüminium, kriolit və alüminium ftorid tədarükü, eləcə də Azərbaycandan Tacikistana gil torpağı ixracı müzakirə edilib.

    Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 6.54 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə artıb. Azərbaycandan Tacikistana ixrac 6 milyon ABŞ dollarına, idxal isə 534 min ABŞ dollarına çatıb.

  • İqtisadiyyat Nazirliyi: “Azərbaycan və Tacikistan 700 milyon dollarlıq layihələr hazırlayır”

    “Azərbaycan və Tacikistan ötən ilin may ayında Bakıda keçirilmiş Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində imzalanmış ümumi məbləği 700 milyon ABŞ dolları olan bir sıra layihələrin texniki-iqtisadi qiymətləndirməsini aparır”.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi məlumat yayıb.

    Bunların arasında Azərbaycan Sənaye Korporasiyası ilə tacikistanlı tərəfdaşları arasında qarşılıqlı ticarət həcminin artırılması, tekstil müəssisələrinin yaradılması, təmizlənmiş yağ istehsalının inkişafı, pambıq yetişdirilməsi üçün torpaqların mənimsənilməsi və pambıq toxumlarının emalı haqqında saziş, “Tacikistan Alüminium Şirkəti” (TALCO) ilə “Azəralüminium” ASC arasında anlaşma memorandumu, “Tajaqropromeksport” ilə Azərbaycan Sənaye Korporasiyası arasında razılaşmalar, həmçinin tekstil sənayesi və pambıqçılıq sahəsində təşəbbüslər var.

    “Biz bu layihələrin həyata keçirilməsində Azərbaycanla fəal əməkdaşlıq edirik və onların sürətləndirilmiş şəkildə reallaşdırılmasına ümid edirik”, – deyə nazirlikdən bildiriblər.

    Həmçinin Tacikistan və Azərbaycan gil torpağı və anod blokları istehsalı üzrə birgə müəssisələr yaratmağı planlaşdırırlar.

    “Gil torpağı tədarükü əməkdaşlığın yeni istiqamətini təşkil edir. Bundan əlavə, biz Tacikistandan Azərbaycana anod bloklarının ixracının təşkilini prioritet hesab edirik. Tərəflər lazımi potensiala malikdirlər və yaxın vaxtlarda yeni sazişlər imzalamağı planlaşdırırlar”, – deyə qurumdan qeyd edilib.

    Xatırladaq ki, 2023-cü ildə keçirilmiş Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclası zamanı tərəflər Azərbaycanın TALCO zavodunun modernləşdirilməsinin maliyyələşdirilməsində mümkün iştirakı barədə razılığa gəliblər. Həmçinin Tacikistandan Azərbaycana alüminium, kriolit və alüminium ftorid tədarükü, eləcə də Azərbaycandan Tacikistana gil torpağı ixracı müzakirə edilib.

    Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 6.54 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə artıb. Azərbaycandan Tacikistana ixrac 6 milyon ABŞ dollarına, idxal isə 534 min ABŞ dollarına çatıb.

  • Azərbaycanda büdcə qaydası dəyişir

    Azərbaycanda büdcə qaydasnın dəyişdirilməsi nəzərdə tutulur.

    Median.Az report-a istinadən xəbər verir ki, bununla bağlı “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi nəzərdə tutulur.

    Müvafiq qanun layihəsi sözügedən qanunun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının

    rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

    Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə dair Hesablama Palatasının rəylərində ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq

    edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”na əsasən, il ərzində qalıq vəsaitdən birbaşa büdcədənkənar gəlirlərə istifadə olunmasının büdcə qanunvericiliyində təsbit olunan vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinə uyğun gəlmədiyi və icra prosesində, xüsusilə uçotun aparılmasında və hesabatlılıqda bəzi qeyri-müəyyənliklərə səbəb olduğu qeyd olunub.

    Eyni zamanda “Büdcə sistemi haqqında” Qanunun (bundan sonra – Qanun) 5-ci maddəsinin tələblərinə əsasən məqsədli büdcə fondlarının ilin sonuna istifadə edilməmiş vəsaitlərinin onların növbəti ilin gəlirlərinə aid edilməsi eyni gəlirin iki dəfə uçota alınmasına gətirib çıxarır. Qanunun 10.1.3-cü maddəsində dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərin tərkibinə layihələrdə pay iştirakı ilə bağlı xərclər daxil edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamı

    ilə hər il üzrə təsdiq olunan dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə bir sıra

    layihələrdə Azərbaycan Respublikasının pay iştirakı ilə bağlı xərclər nəzərdə tutulur. Bu xərclər dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkib hissəsi kimi dövlət büdcəsinin əsaslı xərclərində nəzərdə tutulur ki, bu da Qanunun 10.1.3-cü maddəsi ilə ziddiyət təşkil edir.

    Bununla yanaşı qeyd olunmalıdır ki, dövlət büdcəsində nəzərpə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından, habelə dövlət büdcəsinin digər ehtiyatlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin fondların və ehtiyatların nəzərdə tutulduğu funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq aparılır, yəni həmin vəsaitlər ayrıldığı təşkilatların büdcəsinde göstərilmir. Bu da nəticədə dövlət büdcəsinin müxtəlif mənbələrindən həmin təşkilatlara cəmi ayrılmış vəsaitlər barədə məlumatı əldə etməkdə çətinlik yaradır.

    Qanunun 20.6-cı maddəsinə müvafiq olaraq dövlət büdcəsinin icrası barədə qanunda funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği öz əksini tapmalıdır. Lakin ölkə Konstitusiyasının 93-cü maddəsinin 4-cü hissəsinə əsasən qanunlarda və Azərbaycan

    Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Ona görə də dövlət büdcəsinin icrası barədə qanunda inzibati təsnifat üzrə dövlət büdcəsinin xərcləri çıxarılmalıdır. Bir qayda olaraq dövlət büdcəsi xərclərinin inzibati təsnifata uyğun olaraq (yəni konkret təşkilat və tədbirlər üzrə) icra göstəriciləri qanun imzalandıqdan sonra ölkə Prezidentinin həmin qanunun tətbiqi ilə bağlı müvafiq Fərmanı ilə təsdiq olunur.

    Digər tərəfdən mövcud qaydaya əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi üzrə yuxarı hədd həm növbəti il və sonrakı üç il üçün ölkə Prezidentinin Fərmanı ilə müəyyən edilir. Lakin ötən dövr ərzində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən bir sıra prioritet vəzifələrin icrası (ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair I Dövlət Proqramı və sosial-iqtisadi inkişaf Strategiyası

    üzrə tədbirlər) büdcə xərclərinin artırılmasını şərtləndirmiş, cari və növbəti illər üzrə təsdiq olunmuş yuxarı hədlərin aşılması təhlükəsi yaranmışdır. Qeyd olunan məqamlar büdcə qaydasının təkmilləşdirilməsini zəruri edir.

    Qüvvədə olan qanunvericilikdə yalnız vahid xəzinə hesabının sərbəst qalığının idarə edilməsi imkanı mövcuddur və vahid xəzinə hesabının qalığında mövcud olan vəsaitin idarə edilməsi məhdudlaşdırılır. Məlum olduğu kimi, dövlət büdcəsinin xərclərinin icrasının faktiki göstəriciləri onu deməyə əsas verir ki, dövlət büdcəsinin aylar üzrə xərcləri hər zaman bərabər olmur və bunun nəticəsində bəzi aylar ərzində vahid xəzine hesabında kifayət qədər vəsait artıqlığı yaranır ki, hansı ki qısa müddət ərzində həmin vəsaitin idarə olunması nəticəsində dövlət büdcəsinə əlavə gəliri qazandırmaq mümkündür.

    Bundan başqa ötən illərin təcrübəsi göstərir ki, Qanunda istifadə olunan bəzi anlayışların dəqiqləşdirilməsinə, həmçinin Qanuna bir sıra yeni anlayışların daxil edilməsinə, eləcə də dövlət büdcəsinin kassa icrası mexanizminin təkmilləşdirilməsinə zərurət vardır. Yuxarıda qeyd olunan məsələlərin tənzimlənməsi üçün hazırlanmış “Büdcə sistemi haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində aşağıdakı müddəalar əks olunub:

    – mövcud Qanunda “ortamüddətli dövr” 4 ili əhatə etdiyinə görə ondan sonrakı dövrü əhatə edən anlayışın açıqlanması üçün layihəyə “uzunmüddətli dövr” ifadəsi daxil edilmiş, həmçinin nizamnamə kapitalında dövlətin payı olan təşkilatlardan daxil olan dividendlərin dövlət büdcəsinin gəlirlərində əks etdirilməsi ilə əlaqədar Qanuna “dividend” anlayışı əlavə edilmiş və “dividendlər” dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi tanınıb;

    – məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsaitinin vahid xəzinə hesabının sərbəst qalığına köçürülməsi; layihələrdə iştirak payı ilə bağlı xərclərin əsaslı xərclərdə əks etdirilməsi, habelə borca xidmət üzrə xərclərin təkmilləşdirilməsi;

    – vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinin dəqiqləşdirilməsi; vahid xəzinə hesabının sərbəst qalığı ilə yanaşı, vahid xəzinə

    hesabının qalığının da idarə edilməsi, büdcə ili ərzində büdcə artıqlığının (profisitin) bir hissəsinin Təminat Fonduna köçürülməsi;

    – Qanunun 10.3 maddəsinə əsasən il ərzində faktiki xərclərin məbləği dövlət büdcəsində təsdiq edilmiş ayırmalardan çox ola bilmədiyini nəzərə alaraq, xəzinə əməliyyatlarının sadələşdirilməsi və əməliyyatların sürətləndirilməsi məqsədilə dövlət (büdcə) öhdəliklərinin götürülməsi prosesi çıxarılır;

    – büdcə qaydasının təkmilləşdirilməsi, o cümlədən büdcə qaydasının tətbiqində çevikliyin artırılması məqsədilə müvafiq yuxarı hedd göstəricisinin hər 4 ildən bir dövrün sonu üçün təsdiq edilməsi, təsdiq olunmayan aralıq hədəflərin isə illik əsasda Nazirlər Kabineti ilə razılaşdırılması; dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnozlaşdırılması prosesinde proqnoz ilə faktiki icra arasında kənarlaşmaların minimuma endirilməsi, həmçinin büdcə vəsaitlərindən səmərəli istifadənin təmin

    edilməsi məqsədilə müəyyən edilmiş qeyri-neft gəlirlərinin ortamüddətli dövr üzrə hədəf göstəricisinin dövlət büdcəsinin layihəsi ilə birlikde hazırlanan və təqdim olunan sənədlərin siyahısına əlavə edilməsi və s.

    Layihənin qəbul edilməsi qanunvericilik aktları arasında uyğunsuzluğun aradan qaldırılması, dövlət büdcəsi vəsaitlərinin şəffaf uçotunun aparılmasında, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılmasında mühüm rol oynayacaq.

  • 3,2 milyon vergi borcu olan şirkət kimindir?

    “Adagio SD” şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb.

    Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 3 271 204,2 manat təşkil edir. “Adagio SD” şirkəti 2019-cu ildə qeydiyyata alınıb.

    Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Cəfərov Fariz Cəfər oğludur. Mediada gedən məlumatlardan aydın olur ki, bir neçə il əvvəl şirkətin 1 629 199,21 manat vergi borcu olub və şirkət rəhbəri ilə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında məhkəmə mübahisəsinə çevrilib. Lakin məhkəmənin nəticəsi barədə məlumat yoxdur.

  • 30 min dollarlıq tender dələduzluğu

    “Paradise M” şirkətini tenderdə qalib etdirəcəyinə dair vəd verərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Ayaz adlı şəxs 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 6 ay 22 gün müddət bir günə iki gün hesablanmaq verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    İş materiallarından məlum olur ki, təqsiləndirilən şəxsin Rövşən adlı tanışı ondan “Paradise M” MMC-ni tenderdə qalib etdirməyi istəyib. Təqsirləndirilən şəxs də 30 000 dollar müqabilində bu işə görəcəyini bildirib. Şirkət zərərşəkənin tanışına məxsus olduğundan tərəflər iş həll olunacağı təqdirdə 30 000 dolları aralarında böləcəklərinə razılaşıblar.

    Lakin iş alınmayıb. Ayaz aldığı 30 000 dollardan 5000 dollarını qaytarıb. Qarşı tərəf isə yerdə qalan məbləği almaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

    Ayaz saxlanılıb və daha sonra ona ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
    Məhkəmə prosesində Ayaz özünü qismən təqsirli bilib. O, həmçinin qeyd edib ki, dəymiş ziyan ailəsi tərəfindən ödənilib.

    Zərəçəkən də təqsirləndirilən şəxsin ziyanı ödədiyini və artıq ondan şikayətçi olmadığını bildirib.

    Araşdırmalarımız zamanı məlum olub ki, “Paradise M” 2019-cu ildə qeydiyyata alınıb. 2021-ci ilə qədər şirkətin adı “Emin 1976” olub. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Niyazov Qadir Adil oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

  • Şirkətin borcu 13 milyon manatı ötdü – Sahibkara “stop” qoyuldu

    “Metal Trader LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu var.

    Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13.115.634,65 AZN vergi borcu yaranıb.

    Qeyd edək ki, “Metal Trader LTD” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Muslim Gassanovdur.

    2021-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bu şirkət də təmsil olunub. Sözügedən borca görə, Muslim Gassanovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

  • Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv edilib

    Azərbaycan Mərkəzi Bankı (AMB) 9 fiziki şəxsə və 1 hüquqi şəxsə (“Gatevay Management Azərbaycan” MMC) verdiyi sığorta agenti lisenziyasını ləğv edib.

    Bu barədə “Report”a tənzimləyici qurumdan bildirilib.

    Məlumata görə, bu qərar iyunun 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

    Qərara əsasən, 3 fiziki şəxsin lisenziyası könüllü müraciət əsasında, 4 fiziki və 1 hüquqi şəxsin lisenziyası onun qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı üçün, 2 fiziki şəxsin lisenziyası isə 12 ay ərzində onun qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, 9 ay ərzində təkrar yarandığı üçün ləğv olunub.

  • Azərbaycanda 3 bağlanmış bankın əmlakları hərraca çıxarılır

    İyulun 1-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin, iyulun 2-də “Atabank” ASC-nin, iyulun 8-də isə “Dəmir Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

    Bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi, 7 ünvanındakı dəyəri 750 min manat olan 247,9 kv.metrlik və “Atabank”a məxsus Yevlax şəhəri, Nizami prospektindəki dəyəri 400 min manat olan 320,65 kv.metrlik qeyri-yaşayış sahələrindən, “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsindəki dəyəri 260 min manat olan 126,5 kv.metrlik qeyri-yaşayış binasından gedir.

  • Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 3.41 ABŞ dolları və ya 4.13% artaraq 82.58 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti isə 79.58 ABŞ dolları təşkil edib.

  • Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırmaq niyyətindədir

    “Azərbaycan Rusiya bazarına kənd təsərrüfatı məhsullarının tədarükünü artırmağı davam etdirmək niyyətindədir”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Rusiya-Azərbaycan” panelində çıxışında deyib.

    “Bu istiqamətdə rusiyalı tərəfdaşlar ilə konstruktiv qarşılıqlı əlaqələrin davam etdirilməsinə ümid edirik. Rusiyanın 2014-cü ildə qeyri-dost ölkələrdən məhsul idxalına embarqo tətbiq etməsindən sonra Azərbaycan Rusiya tərəfinin sorğusu ilə tədarük həcmini əhəmiyyətli dərəcədə artırıb, həmçinin ixrac potensialının inkişafına sərmayə qoyub”, – deyə o bildirib

    Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan Rusiya bazarının ehtiyaclarına cavab olaraq əhəmiyyətli investisiyalar yatırıb və kənd təsərrüfatı məhsullarının tədarükünü xeyli artırıb:

    “İkitərəfli ticari-iqtisadi əməkdaşlıq iki ölkə arasındajı münasibətlərdə başlıca istiqamət olaraq qalır. 2025-ci ilin yanvar-aprel aylarında Rusiyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 10.78 faiz təşkil edib, bu da Rusiyaya respublikanın xarici iqtisadi tərəfdaşları arasında üçüncü yeri tutmağa imkan verib”.