Category: İqtisadiyyat

  • Kart ödənişlərində komissiyalara limit qoyuldu

    Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi təsdiqlənib.

    Bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qərar imzalayıb.

    Qeyd olunub ki, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir:

    “Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;

    “Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;

    “General” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.

    Nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.

    Qərar iyunun 1-dən qüvvəyə minəcək.

    Qeyd edək ki, interçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır. Bu vəsait adətən satıcının banka ödədiyi xidmət haqqından (ekvayrinq) banklar tərəfindən bölünür və loyallıq proqramları (keşbek) üçün istifadə olunur.

  • Neft kəskin bahalaşdı – Qiymət 100 dolları keçdi

    Yaxın Şərqdəki gərginlik fonunda qlobal bazarda neft qiymətlərində kəskin bahalaşma müşahidə edilib.

    Bu, ticarət məlumatlarından aydın olur.

    Bakı vaxtı ilə saat 09:14-də Londonun ICE birjasında 2026-cı ilin iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 6.92 dollar (7.27%) artaraq bir barel üçün 102.12 dollara çatıb.

    Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 8.16 dollar (8.45%) artaraq bir barel üçün 104.73 dollar olub.

  • Kivini İrandan 1,19, İtaliyadan 14 manata almışıq

    Cari ilin yanvar ayında ölkəyə xaricdən 388,67 ton həcmində, 281,6 min ABŞ dolları dəyərində kivi idxal olunub.

    İdxalda əsas pay Çin, İran İslam Respublikası və İtaliyanın payına düşüb.

    Belə ki, Çindən idxal 3 ton həcmində olub və 9,36 min ABŞ dolları dəyərində qiymətləndirilib. Bu isə həmin ölkədən gətirilən kivinin 1 kiloqramının orta hesabla 3,12 ABŞ dolları (5,30 manat) olduğunu göstərir.

    İran İslam Respublikasından idxal olunan kivi 385,43 ton təşkil edib və bunun dəyəri 270,24 min ABŞ dolları olub. Hesablamalara əsasən, bu ölkə üzrə 1 kiloqram kivinin orta idxal qiyməti təxminən 0,70 ABŞ dolları (1,19 manat) təşkil edir.

    İtaliyadan idxal isə xeyli az – 0,24 ton səviyyəsində qeydə alınıb. Bu həcmdə məhsulun dəyəri 1,99 min ABŞ dolları təşkil edib ki, nəticədə 1 kiloqram üçün orta qiymət 8,29 ABŞ dolları (14,09 manat) olub.
    //valyuta.az

  • Azərbaycan nefti ucuzlaşıb – SON QİYMƏT

    Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 5.05 ABŞ dolları və ya 4.04 % azalaraq 119.98 ABŞ dolları olub.

    Xatırladaq ki, “Azeri Light”in əvvəlki qiyməti 125.03 ABŞ dolları təşkil edib.

  • Azərbaycanda maaşın ödənilməsi ilə bağlı yeni qayda

    Azərbaycanda iş yerləri cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Qanun layihəsinə əsasən, cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsi hesab ediləcək.

    İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.

    İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
    //unikal.az

  • Gəlir vergisi artıq belə bəyan ediləcək

    Fiziki şəxslərin gəlir vergisi Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən bəyan ediləcək.

    Median.Az xəbər verir ki, bununla bağlı aidiyyəti dövlət qurumlarına müavfiq tapşırıqlar verilib.

    Belə ki, İqtisadiyyat Nazirliyi oktyabr 1-dək xidmətin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etməlidir.

    Həmçinin, İqtisadiyyat Nazirliyinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə oktyabrın 10-dək xidmətin mövcüd iş axının təqdim edilməsi, noyabrın 10-dək xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması, dekabrın 20-dək xidmətin mygov biznes platformasında istifadəyə verilməsi (istismar mühitində) tapşırılıb.(Trend)

  • “Brent” markalı neft bahalaşdı

    Yaxın Şərqdəki gərginlik fonunda qlobal bazarda neft qiymətlərində cüzi bahalaşma müşahidə edilib.

    Bu, ticarət məlumatlarından aydın olur.

    Bakı vaxtı ilə saat 09:09-da Londonun ICE birjasında 2026-cı ilin iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0.74 dollar (0.77 %) artaraq bir barel üçün 96.66 dollara çatıb.

    Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 0.45 dollar (0.46 %) artaraq bir barel üçün 98.32 dollar olub.

  • Azərbaycan neftinin qiyməti 4 faizə qədər artıb

    Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 4.59 ABŞ dolları və ya 3.8% artaraq 125.03 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 120.44 ABŞ dolları təşkil edib.

  • Qlobal təsir Azərbaycanda da bu məhsulları bahalaşdıracaq – İqtisadçı açıqladı

    Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı Qrupu (DBQ) və Ümumdünya Ərzaq Proqramı (ÜƏP) rəhbərlərinin aprelin 8-də keçirdiyi görüşdə yayılan birgə bəyanatda vurğulanıb ki, Yaxın Şərqdəki müharibə ərzaq qiymətlərinə təzyiq göstərir. Xüsusilə qeyd olunub ki, bu artımın yükü daha çox aşağı gəlirli və idxaldan asılı iqtisadiyyatların üzərinə düşəcək.

    Qlobal təşkilatların xəbərdarlıqları real təhlükəni əks etdirir, yoxsa ehtiyatlı yanaşma xarakteri daşıyır? Bu proseslərin Azərbaycana təsirləri necə ola bilər və qiymət artımı əsasən hansı məhsul qruplarında hiss olunacaq?

    İqtisadçı Asif İbrahimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, qlobal təşkilatların xəbərdarlıqları həm real təhlükəni əks etdirir, həm də hökumətləri və bazar iştirakçılarını qabaqlayıcı tədbirlər görməyə çağırır.

    Dünyada baş verənlərin Azərbaycanın qida bazarına təsirləri haqqında danışan iqtisadçı vurğulayıb ki, ölkəmizə təsirləri əsasən idxaldan asılı məhsul qruplarında baş verəcək:

    “Bu artım daha çox buğda və un məhsulları, qarğıdalı, bitki yağları və qismən süd məhsullarında qiymət artımı daha çox hiss olunacaq”.

    Asif İbrahimov vurğulayıb ki, bundan başqa, aşağı gəlirli ailələr üçün ərzaq xərclərində artım müşahidə oluna bilər:

    “Dövlətin subsidiyalar və qiymət nəzarəti mexanizmləri vasitəsilə bu təsirlərin yumşaldılması mümkündür. Qısaca desək,qlobal ərzaq bazarındakı dalğalanmalar bütün idxalçı ölkələr üçün ciddi xəbərdarlıq rolunu oynayır və ehtiyatlı yanaşmanı zəruri edir”.

  • Azərbaycan nefti 20 dollardan çox UCUZLAŞDI

    Dünya bazarında “Azeri Light” markalı neft ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 20.24 ABŞ dolları və ya 14.38% azalaraq 120.44 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 140.68 ABŞ dolları təşkil edib.