Category: İqtisadiyyat

  • Azərbaycanda 5 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

    Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 78,319 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçıların ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam etdirilir. Ötən 5 ayda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 12,848 milyon manat olub.

  • Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub

    Azərbaycan Mərkəzi Bankı (AMB) qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar edib.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna uyğun olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC-nin lisenziya almadan ödəniş xidmətləri göstərdiyi üzə çıxıb. Müvafiq pozuntu halı ilə əlaqədar şirkət barədə “Mərkəzi Bank haqqında” qanununun 51.3-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 62.10-cu maddələrində nəzərdə tutulan tədbirlər görülüb, o cümlədən quruma ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib.

  • Bu ilin 5 ayında 21 mindən çox şəxsə pensiya təyin olunub

    2025-ci ilin yanvar-may ayları ərzində 21 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

    Bildirilib ki, onların 55,87%-ni kişilər, 44,13%-ni isə qadınlar təşkil edib.

  • Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 0.32 ABŞ dolları və ya 0.45% artaraq 72.17 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti isə 71.85 ABŞ dolları təşkil edib.

  • Sabit tarifi necə ödəyəcəyik?- Video

    Xəbər verdiyimiz kimi, energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı sabit tarif barədə danışıb.

    Sabit tarifin məbləği hələlik müəyyən edilməsə də, cəmiyyətdə müzakirələrə yol açıb.

    Sabit tarifin mənzili olub, amma orada yaşamayanlara da tətbiq olunacağı fikri də birmənalı qarşılanmayıb.

    Sabit tarif təkcə elektrik enerjisinə deyil, qaz və digər komunallara da şamil olunacaq.

    Bəs, ekspertlər nə deyir?

    Mövzu ilə bağlı ATV-nin hazırladığı süjeti təqdim edirik:

  • Azərbaycan nefti bahalaşmaqda davam edir

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 1.06 ABŞ dolları və ya 1.5% artaraq 71.85 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.79 ABŞ dolları təşkil edib.

  • İşıq, qaz “sabit tarifə” keçir: nə deməkdir və nə olacaq?

    Uzun müddətdir Azərbaycanda elektrik enerjisi və təbii qazın verilməsində limitlərin ləğv olunması məsələsi müzakirəyə çıxarılırdı. Ancaq limitlərin ləğv olunması nə ilə nəticələnə bilər və bunun qiymət dəyişikliklərinə səbəb olub-olmaması sual yaradır. Azərbaycan enerji ölkəsidir və biz elektrik enerjisini istehsal etməklə yanaşı, ixrac da edirik – o cümlədən də qaz. Ona görə də limitlər ləğv olunmaldır. Amma ümid edirəm ki, limitlərin ləğv olunması ilə paralel qiymət artımı həyata keçirilməz.

    Median.Az bildirir ki, bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli Milli Məclisdə müzakirə olunan elektrik enerjisi və qaz təchizatı ilə bağlı sabit tarif təklifini şərh edərkən deyib.
    Ekspertin sözlərinə görə, limit ləğvi və sabit tarifə keçid zamanı qiymətlərin 20% civarında artma ehtimalı var:
    “Hesab edirəm ki, qiymət artımı olarsa, bu, biznesə də mənfi təsir göstərəcək və ümumilikdə ölkədə inflyasiyaya təkan verəcək. Ona görə də ümid edirəm ki, bahalaşma olmayacaq”, – ekspert bildirib.
    Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” yeni qanun layihəsində sabit aylıq tarif tətbiq edilməsi təklif olunub. (Axar.az)

  • Gələn aydan hansı ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq?

    Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, gələn aydan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır”.

    Bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib:

    “Eyni zamanda, bu, mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.

    Artıq iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDVcashback”) geri qaytarılacaq. Yəni mədəniyyət xidmətləri üzrə də keşbek tətbiq olunacaq.

    Digər dəyişiklik mədəniyyət sektorunda beş il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faizdən 90 faizə qaldırılır. Mövcud qanunvericilik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib”.

  • Azərbaycan nefti BAHALAŞDI

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.63 ABŞ dolları və ya 0.90% artaraq 70.79 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.16 ABŞ dolları təşkil edib.

  • Gümüşün qiyməti son 13 ilin ən yüksək həddinə çatdı

    2025-ci ilin iyul ayında tədarük üçün nəzərdə tutulan gümüş füçerslərinin qiyməti 29 fevral 2012-ci ildən bəri ilk dəfə 37 dolları ötüb.

    Bunu “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qeydə alınmış ticarət məlumatları sübut edir.

    Məlumata görə, qiymətli metalın dəyəri 1 troya unsiyası üçün 37,025 dollar təşkil edib.

    Eyni zamanda, 2025-ci ilin avqustunda çatdırılacaq qızıl füçerslərinin qiyməti 0,69% artaraq 1 troya unsiyası üçün 3 353,5 dollar olub.