Category: İqtisadiyyat

  • Azərbaycan hansı ölkələrdən soğan alır? – Kiloqramı 68 qəpikdən

    2025-ci ilin yanvar-mart aylarında Azərbaycan təzə və ya soyudulmuş şalğamaoxşar soğan, səpmə soğan və soğan-şalotun həm ixracını, həm də idxalını həyata keçirib.

    Valyuta.az xəbər verir ki, hesabat dövründə ümumilikdə 4628,8 ton məhsul idxal olunub. İdxalın ümumi dəyəri 1860,12 min ABŞ dolları təşkil edib.

    Məlumata görə, əsas idxal ölkələri Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran və Niderland olub.

    Belə ki, Qazaxıstandan 1691,14 ton məhsul gətirilib. Bunun üçün 676,46 min ABŞ dolları ödənilib. 1 kiloqramın orta qiyməti 0,40 dollar, yəni 68 qəpik olub.

    Ən çox Özbəkistandan – ümumilikdə 1796,57 ton soğan idxal olunub. Məhsulun dəyəri 718,63 min dollar təşkil edib. Beləliklə, 1 kiloqram üçün orta qiymət 0,40 dollar və ya 68 qəpik olaraq hesablanıb.

    Türkmənistandan alınan məhsulun həcmi 23 ton olub. Bunun müqabilində 9,2 min dollar ödənilib. Bu ölkədən 1 kiloqram sğan almaq 0,40 dollar və ya 68 qəpiyə başa gəlib.

    İrandan 101,41 tonlıq idxal həyata keçirilib. Məhsulun ümumi dəyəri 45,53 min dollar olub. Hər kiloqram üçün orta qiymət 0,449 dollar, yəni 76 qəpik hesablanıb.

    Niderlanddan isə 23,75 ton məhsul gətirilib. Bu ölkədən gətirilən soğanın dəyəri 13,12 min dollar təşkil edib. 1 kiloqramın qiyməti isə 0,552 dollar – təxminən 94 qəpik olub.

  • Paytaxtda ticarət dövriyyəsinin həcmi 5 %-ə yaxın artıb

    Bu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 10 milyard 860,4 milyon manat olub.

    Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

    Bildirilib ki, bu, 2024-cü ilin 4 ayı ilə müqayisədə 4,7 % çoxdur.

    Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-aprel ayları ilə ilə müqayisədə 2,3 % artaraq 6 milyard 5,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 % artaraq 4 milyard 854,5 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 39,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,7 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 9 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

    Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 %, qeyri-ərzaq malları üzrə 6,4 % artıb.

  • Bu ilin 4 ayında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 19 %-dən çox artıb

    Bu ilin yanvar-aprel aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 545,3 milyon manat olub.

    Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

    Bildirilib ki, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə real ifadədə 19,3 % çoxdur.

    Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 313,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 57,5 %-ini təşkil edib.

    Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7 % artaraq 764 milyon manat olub.

  • Dünya bazarlarında neft ucuzlaşıb

    ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0,23% azalaraq 1 barelə görə 66.32 ABŞ dolları təşkil edib.

    Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0.19% azalaraq 64.46 ABŞ dollarına bərabər olub.

    ///APA

  • Bakıda orta aylıq əməkhaqqı doqquz faizdən çox artıb

    Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357.3 manat təşkil edib.

    Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

    Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-mart ayları ilə nisbətən 9.1% artıb.

    Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10% artaraq 1 083.8 manat təşkil edib.

  • Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

    Ötən il Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.

    2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 5,73 milyard manatlıq pul nişanı çıxarıb, dövriyyəyə 5,86 milyard manatlıq pul nişanı buraxıb. Bu barədə qurumdan bildirilib. Məlumata görə, son nəticədə tədavüldə nağd pul kütləsi 0,13 milyard manat və yaxud 0,8 % artaraq ilin sonuna 17,44 milyard manat təşkil edib. Hazırda milli valyuta üzrə ehtiyatlar 8,9 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonuna qədər tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir.

    Nağdsız əməliyyatların məbləği 60,9 % artıb

    Məlumatda AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti də açıqlanıb. Belə ki, mərkəz üzərindən milli valyutada 30,6 milyard manat, xarici valyutada isə 69,3 milyon ABŞ dolları və 29,6 milyon avro dəyərində əməliyyat emal olunub. Ötən il ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız əməliyyatların məbləği əvvəlki ilə nisbətən 60,9% artaraq 78,9 milyard manat təşkil edib. Əvvəlki illə müqayisədə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 83,4%, məbləği isə 69,8% artıb. İl ərzində ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin xüsusi çəkisi 8,6 faiz bəndi artaraq 64,2% olub. İnternet bankçılıq əməliyyatlarının məbləği 20,7%, mobil bankçılıq əməliyyatlarının həcmi isə 38,2% artıb.

    AMB-nin valyuta ehtiyatlarının tərkibi

    AMB-nin rəsmi valyuta ehtiyatlarının tərkibi də açıqlanıb. Bildirilib ki, bu ehtiyatların 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.

    Bütövlükdə, valyuta ehtiyatları yüksək gəlirlilik və geosiyasi/geoiqtisadi reallıqlardan irəli gələn yüksək qeyri-müəyyənlik mühitində, pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib, alternativ valyutalara investisiya edilməsi istiqamətində işlər aparılıb.

    379 ədəd saxta manat tədavüldən çıxarılıb

    Həmçinin, AMB 2024-cü ildə də pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizəni, onun hüquq mühafizə orqanları ilə koordinasiyasını diqqət mərkəzində saxlayıb, 882 saxta pul nişanını tədavüldən çıxarıb.

    Məlumata görə, ötən il milli valyutada 379 ədəd (32 611 manat), xarici valyutada isə 503 ədəd saxta pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib. İl ərzində əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə AMB-nin Bakıda və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirib, vətəndaşlardan 155,2 min ədəd (6,7 milyon manat) pul nişanı qəbul edilərək dəyişdirilib.

    Sığorta şirkətləri və brokerlərində yoxlamalar

    Bundan əlavə, AMB 2024-cü ildə dörd sığorta şirkətində və dörd sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirib. Azərbaycan Prezidentinin 31 yanvar 2024-cü il tarixli fərmanı əsasında Dövlət Sığorta Kommersiya Şirkəti – “Azərsığorta” ASC-yə, eləcə də könüllü müraciət əsasında “Bakı Sığorta” ASC-yə verilmiş lisenziyalar ləğv edilib, sığortalıların və kreditorların hüquqlarını qorumaq məqsədilə mütəmadi nəzarət tədbirləri həyata keçirilməkdədir.

    Hesabat ilində sığorta sektoru üzrə beynəlxalq qanunvericiliyə və sığorta prinsiplərinə uyğun olaraq hazırlanan bir sıra normativ-hüquqi sənədlər təsdiq edilib.
    //kaspi.az

  • Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

    Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində məlumat verilib. Bildirilib ki, Səudiyyə Ərəbistanının “ACVVA POVVER” şirkəti Azərbaycanda içməli su istehsalı üçün dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinin sənədləşdirilməsinə hazırlıq işlərinin yekunlaşdırır.

    Ekoloq Zaur İmrani bildirir ki, dəniz suyunun duzsuzlaşdırılması su qıtlığı ilə üzləşən bəzi bölgələrə alternativ və dayanıqlı mənbə təmin edə bilər. O, həmçinin qeyd edib ki, sözügedən layihə Azərbaycanın su təhlükəsizliyini təmin etmək və ehtiyatları səmərəli idarə etmək məqsədi daşıyan strateji bir addımdır.

    Ekoloq Rövşən Abbasov isə bildirir ki, iri şəhərlərə, xüsusilə Bakı və Abşeron yarımadasına içməli su digər rayonlardan nəql olunur. Bu isə həmin rayonlarda həm içməli, həm də kənd təsərrüfatı üçün suvarmaya lazım olan suyu azaldır.

  • Azərbaycan neftinin qiyməti son iki ayın REKORDUNU QIRDI

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.92 ABŞ dolları və ya 1.3 % artaraq 70.16 ABŞ dollarına çatıb.

    Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68.47 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin qiyməti aprel ayından sonra ilk dəfə 70 dolları ötüb. Sonuncu dəfə “Azeri Light” (CIF) markalı neftin qiyməti bu ilin aprel ayının 4-də 73.48 dollar təşkil edib.

  • Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlandı

    Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 33,559 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

    “Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,5 % azdır.

    Təkcə mayda Türkiyə Azərbaycana 7,49 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,9 % azdır.

    Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri 5 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artaraq 16 milyard 581 milyon ABŞ dollarına, mayda isə 22,9 % artaraq 3,948 milyard ABŞ dollarına çatıb.

  • Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri AÇIQLANDI

    Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 20,09 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

    Median.Az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,5 % azdır.

    Təkcə mayda Türkiyə Azərbaycana 4,525 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,7 % azdır.

    5 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,3 % azalaraq 6,929 milyard ABŞ dollarına, mayda isə 7,3 % azalaraq 1,52 milyard ABŞ dollarına enib.//report