Category: İqtisadiyyat

  • Dövlət büdcəsinin gəlirləri açıqlandı

    2025-ci ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 550 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.

    Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

    Qeyd olunur ki, cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çoxdur.

    Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 843,3 milyon manat təşkil edərək proqnozdan 423 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 589,5 milyon manat təşkil edərək proqnozdan 2,5 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18 milyon manat təşkil edərək proqnozdan 3,7 milyon manat və ya 25,9 faiz, Dövlət Neft Fondundan transfert isə 6 033,8 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz və sair daxilolmalar isə 398,4 milyon manat təşkil edərək proqnozdan 297,2 milyon manat və ya 3,9 dəfə çox icra edilib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 255 milyon manat təşkil edərək proqnoza qarşı 86,7 milyon manat və ya 25,4 faiz az icra edilib. 

    2025-ci ilin 5 ayı üzrə dövlət büdcəsinin xərcləri 14 195 milyon manat proqnoza qarşı 13 691,8 milyon manat, yəni 96,5 faiz icra edilib.

  • Azərbaycan nefti UCUZLAŞDI

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1.4 dollar və ya 2 faiz azalaraq 68.47 dollar olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.87 ABŞ dolları təşkil edib.

  • Dövlət layihələrində vergi pozuntuları – Podratçı və subpodratçılara ciddi XƏBƏRDARLIQ

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsi hesabına maliyyələşdirilən layihələrdə iştirak edən podratçı və subpodratçılara ciddi xəbərdarlıq edib.

    Bu barədə xidmət məlumat yayıb.

    Dövlət xidməti qeydə alınan əsas pozuntuları da sadalayıb:

    – Əmtəəsiz və riskli əməliyyatlar;

    – Layihə ilə əlaqəsiz məqsədlərlə vəsaitin istifadə olunması;

    – Əmək müqaviləsiz işçi çalışdırılması;

    – Sənədsiz mal və xidmət təqdimatı.

    “Bu hallar riskli vergi ödəyicisi statusu almağa, maliyyə sanksiyası və hətta cinayət məsuliyyəti ilə üzləşməyə səbəb ola bilər.

    Vergi Xidməti layihələrdə iştirak edən bütün tərəfləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır”, – deyə məlumatda bildirilib.

  • Azərbaycan nefti BAHALAŞDI

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.05 ABŞ dolları və ya 1.53% artaraq 69.87 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.29 ABŞ dolları təşkil edib.

  • Metro 3 ayda nə qədər qazanıb?

    2025-ci ilin yanvar-mart aylarında metro nəqliyyatı vasitəsilə 52 milyon 837,1 min sərnişin daşınıb.

    Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 677,8 min nəfər və ya 1,3% azdır. Qeyd edək ki, ötən ilin ilk üç ayında metro ilə daşınan sərnişinlərin sayı 53 milyon 514,9 min idi.

    Cari ilin ilk rübündə metro sərnişindaşımalarından 25 milyon 595,2 min manat gəlir əldə olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 772,7 min manat və ya 22,9% çoxdur.
    2024-cü ilin yanvar-mart aylarında bu göstərici 20 milyon 822,5 min manat təşkil edib.

    Beləliklə, illik müqayisədə metro nəqliyyatı ilə daşınan sərnişinlərin sayında azalma müşahidə olunsa da, əldə olunan gəlirlərdə artım qeydə alınıb.

  • Çin şirkəti Xəzərdə külək enerjisi layihəsinin həyata keçirilməsini araşdırır

    Çin şirkəti Azərbaycanda dənizdə külək enerjisi ilə bağlı 200 MVt gücündə layihənin həyata keçirilməsini araşdırır.

    Bunu “China Energy Engineering Corporation Limited”in vitse prezidenti Van Bo jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, Çin şirkəti dünyada elektrik enerjisi sahəsində investor və sənaye podratçısı kimi ən böyük şirkətdir: “İndiyə qədər Azərbaycan Energetika Nazirliyi ilə günəş enerjisi və dəniz külək enerjisi sahəsində investisiyası üzrə əməkdaşlıq edirik. İndi həmçinin Energetika Nazirliyi və digər enerji qurumları ilə Azərbaycanda daha çox bərpa olunan enerji mənbələrini qəbul etmək üçün elektrik şəbəkəsinin təkmilləşdirilməsini müzakirə edirik. İndiyə qədər biz Füzulidə 160 MVt günəş enerjisi layihəsini irəli sürürük və həmçinin 200 MVt dəniz külək enerjisini öyrənəcəyik”.

    O qeyd edib ki, şirkət həmçinin bərpa olunan enerjinin növbəti inkişafı üçün elektrik şəbəkəsinin başlanğıcını təmin etmək üçün Energetika Nazirliyi ilə Anlaşma Memorandumu imzalayıb.
    //report

  • “SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

    Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti “İtaliana Petroli”ni almaq uğrunda rəqabət aparacaq.
     
    Median.Az bildirir ki, müsabiqədə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Bin Butti Group” şirkəti də iştirak edəcək. BƏƏ şirkətinin təklifi maraqla gözlənsə də müsabiqədə onun qalib gəlmək şansının az olacağı güman edilir. Çünki şirkət satış prosesinə yeni qoşulub və bu sahədə geniş təhlillər aparmaq üçün az vaxtı olub.
     
    Mənbələr satışa çıxarılan şirkətin ötən il təxminən 500 milyon avro əsas mənfəəti olduğunu, onun bazar dəyərinin təxminən 3 milyard avro (3,4 milyard dollar) qiymətləndirildiyini bildirir.
     
    “Gunvor” və “Italiana Petroli” mövzu ilə bağlı şərh verməkdən imtina edib. “SOCAR” və “Bin Butti” də hələ ki, açıqlama verməyib.

    Qeyd edək ki, İtaliyada ötən il özəl investorların getdikcə qeyri-sabit olan biznes sahəsindən geri çəkilmək istəyi müşahidə edilib. Bu baxımdan, “Italiana Petroli”nin satışı xüsusi əhəmiyyətə malikdir.
     
    Onu da qeyd edək ki, “UniCredit” tərəfindən tövsiyə edilən “Italiana Petroli”, gündə təxminən 200.000 barel ümumi emal gücünə, həmçinin 4600 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir.
     
    Qrup 2023-cü ilin sonlarında “Exxon Mobil”in (XOM.N) alınmasını yekunlaşdırdıqdan sonra emalı və yanacaq saxlama qabiliyyətini artırıb.
     
    “Italiana Petroli” hazırda İtaliyanın şərqindəki Ankonada neft emalı zavodunun sahibidir. Şimalda “Trecate SARPOM” neft emalı zavodu və şimal-şərqdə, Ravennadakı Alma neft emalı zavodu üçün tollinq müqaviləsi var.
     
    “Trecate” müxtəlif növ yanacaqların, o cümlədən aviasiya yanacaqlarının istehsalı ilə məşğul olur, digər iki zavod isə bitum istehsal edir.


    Mənbələr bildiriblər ki, həm “SOCAR”, həm də “Gunvor” şirkətlə bağlı dərin təhlillər aparıb və son təkliflərini hazırlamaq üçün “Italiana Petroli”nin sənaye sahələrinə baş çəkib.
     
    “SOCAR” ın məsləhətçisi İtaliyanın “Intesa Sanpaolo IMI CI” şirkətidir.
     
    Mənbə: Reuters

  • Bakıda ortaaylıq əməkhaqqı 1350 manatı ötüb

    2025-ci ilin yanvar-mart aylarında Bakı şəhərində muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9.1 faiz artaraq 1 357.3 manat təşkil edib.

    Median.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

    Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1 083.8 manat təşkil edib.

  • Bakı sakinləri dörd ayda 10 milyard manat xərcləyiblər

    2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.7 faiz artaraq 10 milyard 860.4 milyon manat olub.

    Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

    Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 2.3 faiz artaraq 6 milyard 5.9 milyon manat, qeyri-ərzaq malları isə 7.7 faiz artaraq 4 milyard 854.5 milyon manat olub. İstehlak məhsullarının 39.3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51.7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 9 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

    Qeyd edilib ki, bu dövrdə Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11.2 faiz artaraq 3 milyard 3.7 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 458.4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 81.8 faizini təşkil edib.

  • Azərbaycan qızıl ixracından gəlirini 3 dəfə artırıb

    Bu ilin yanvar-aprel aylarında Azərbaycan 95,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilir.

    Məlumata görə, bu, ötən ilin 4 ayı ilə müqayisədə 64 milyon ABŞ dolları və yaxud 3 dəfə çoxdur.

    Təkcə apreldə isə Azərbaycan 30,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,3 dəfə çoxdur.

    Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.