Category: Kriminal

  • Sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edən şəxs tutuldu – VİDEO

    Sosial şəbəkələrdə avtoxuliqanlıq edərək canlı yayıma çıxan “Ağdamlı Faiq” tapılıb.

    Hadisə ilə bağlı Ağdam rayon Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildiriblər ki, sözügedən şəxslə bağlı məlumat efirə gedəndən 10 dəqiqə sonra həmin şəxs aşkarlanıb. Onun barəsində toplanmış materiallar Ağdam rayon məhkəməsinə göndərilib.

    Sabah (həftənin bazar ertəsi) sürücü barədə məhkəmə qərar qəbul edəcək.

    Qeyd edək ki, sürücü və atası Ağdamda kondisioner ustasıdır. O, bu hərəkətlərini çılğınlıq adlandırıb və “cavanlıq” etdiyini deyib.

  • Bakıda film kimi olay: Üzərinə it hücum edən şəxs, onu bıçaqladı, itin sahibi ölümdən döndü

    Dünən gecə saatlarında paytaxtın Xətai rayonu ərazisində, Ukrayna dairəsində, Həzi Aslanov metrosuna gedən yolun bağlanmasına səbəb olan hadisə yaşanıb.

    Azxeber.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sahibi ilə yol gedən it naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Buna səbəb itin sahibinin əlindən çıxaraq, ona hücum etməsi olub. Hadisə nəticəsində it ölüb. Nəticədə həmin yol bağlanıb.

    Bunu görən itin sahibi huşunu itirib və şok keçirib.

    Hadisə yerinə tibbi yardım, polis əməkdaşları gəlib və həmin şəxs xəstəxanaya aparılıb.

  • Goranboy polisi piyadanı vurub, qaçan sürücünü saxlayıb

    Median.Az xəbər verir ki, Goranboy RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Kamal Məmmədovu saxlayıblar.

    Müəyyən edilib ki, K.Məmmədov idarə etdiyi “VAZ 21103” markalı avtomobillə iyulun 20-i saat 21 radələrində Xanqərvənd kəndi ərazisində kənd sakini Ziyəddir Rüstəmov vurub və hadisə yerindən qaçıb. Piyada Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

    Goranboy RPŞ İstintaq bölməsində istintaq aparılır.

  • Babək prospektində avtomobil piyadanı vuraraq, qaçıb

    Median.Az xəbər verir ki, iyulun 22-nə keçən gecə Babək prospektində müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakini Tofiq Abbasovu vurulub və hadisə yerindən qaçıb. Nəticədə xəstəxanaya çatdırılmış piyada orada ölüb.

    Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

  • Abşeronda paytaxt sakinini öldürən 5 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, iyulun 19-na keçən gecə Nübar qəsəbəsindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-dəşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Abşeron RPİ-nə məlumat daxil olub.

    Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişi amburla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları – Misir Abdullayev, Araz Heydərov, Zamiq Orucov və Ərşad İsayev saxlanılıblar.

    Abşeron rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Sarayda evləri qarət edən şəxslər tutulub

    Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkadşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Elməddin Əliyevi, Tural Dəmiroğlunu və Yusif Əbdülhəsənovu saxlayıblar.

    İlkin araşdırma nəticəsində müəyyən edilib ki, onlar Saray qəsəbəsində 9 fərdi evdən oğurluq ediblər. Saxlanılan E.Əliyevin və T.Dəmiroğlunun sözlərinə görə, ev sahiblərinin olmadığı vaxtda yaşayış sahələrinə daxil olmaqla, əllərinə keçən məişət avadanlıqlarını, qiymətli əşyaları və pulları oğurlayıblar. Taksi sürücüsü kimi fəaliyyət göstərən Y.Əbdülhəsənov tanışlarının qarət etdikləri əşyaları idarə etdiyi avtomobillə daşıdığını, onların oğurluq olduğunu bilmədiyini deyib.

    Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

  • Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu… – AZƏRBAYCANDA

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Rasim Zəkaryayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az virtualaz.org-a istinadən xəbərinə görə, məhkəmənin hökmü ilə Rasim Zəkaryayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
    İttihama görə, Rasim Zəkaryayev əldə etdiyi 2 kiloqramdan artıq heroini satmaq məqsədlə icarəyə kafe işlədən Ulduz Məmmədovun yanına gəlib, ondan alıcı tapmasını xahiş edib.

    U.Məmmədov onun bu təklifindən sonra dərhal Nizami Rayon Polis İdarəsinə gedərək R.Zəkaryayevdə narkotik vasitə olması barədə məlumat verib.

    Təqsirləndirilən, 59 yaşlı R.Zəkaryayev ona elan olunmuş ittihamla özünü özünü təqsirli bilməyib.İfadəsində daimi yaşayış yeri olmadığını, narkotik vasitlərdən istifadə etmədiyini, həbsxanaya düşmədiyini göstərib. Saxlanılarkən əlindəki sellofanın ona məxsus olmadığını deyən R.Zəkaryayev həbs olunmazdan bir gün öncə Qara Qarayev prospektindəki kafelərdən birinə gedib, yemək yeyib, spirtli içki qəbul edib:
    “Bir neçə dəfə ora gedib yemək yemişdim.

    Kafenin sahibi Ulduz adlı şəxs mənə sellofan torba verdib dedi ki, qarşıdakı binanın yanında səni qarşılayacaqlar. İçərisində nə olduğunu bilmirdim. Kafedən çıxıb bir neçə metr getmişdim ki, polislər yaxınlaşdılar. Ömrümdə narkotik vasitə görməmişəm. Amma polislər narkotik olan sellofanı əlimdə tutmuşdular. Polislər mənə təzyiq etmədilər. Sellofanı mənə Ulduzun verməsi aydın idi”.

    Daimi yaşayış yeri olmayan, saxlanılarkən cibində 1 manat belə aşkarlanmayan şəxsin 2 kiloqramdan çox heroini haradan əldə etməsi suallar doğurub. Baş əməliyyat müvəkkili Xəlil Atakişiyev ifadəsində Ulduz Məmmədovun idarəyə verdiyi məlumat əsasında əməliyyat keçirilib. Keçirilən əməliyyat zamanı Rasim Zəkaryayev saxlanılıb.

    Baş leytenant Murad Soltanov da anoloji ifadə verib. O, əlavə olaraq göstərib ki, əməliyyata gedən zaman Ulduz Məmmədov da onlarla gedib və kənardan Rasim Zəkaryayevi göstərib:”Ulduz bizə Rasimi göstərdi və oradan uzaqlaşdı. Biz də yaxınlaşıb Rasimi saxladıq”.

    Şahid qismində dindirilən Ulduz Məmmədov ifadəsində Nizami rayonu ərazisində icarəyə kafe götürdüyünü, təqsirləndirilən şəxsin həmin kafeyə müştəri kimi gəlib-getdiyini göstərib. Şahidin ifadəsinə görə, sonuncu dəfə kafeyə gələn R.Zəkaryayev ona heroin satmağı təklif edib. O da öz növbəsində bu haqda polisi məlumatlandırıb:”Hər şeyi polisə dedim. Çünki gənclərimizin çoxu narkotik vasitənin qurbanı olurlar”.

    Təqsirləndirilən R.Zəkaryayev isə şahidin yalan danışdığını, həbs olunmamışdan bir gün əvvəl Ulduzun ona kafedə qalmağı təklif etdiyini deyib:”Bilirdi ki, gedəcək yerim yoxdur. Həmin gecə oturacaqların üstündə yatdım. Səhər də selofan torba verdi, sonra da tutuldum. Mənim heç bir günahım yoxdur”.

  • Astara və Tərtərdə çətənə yetişdirən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Astara RPŞ-nin əməkdaşları Tüləgivan kənd sakini Elçin Eyvazovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 58 ədəd çətənə kolu aşkar ediblər.

    Bundan əlavə, Tərtər RPŞ-nin əməkdaşları Qaradağlı kənd sakini Hüseyn Hüseynovun həyətyanı sahəsindən 11 ədəd çətənə kolu aşkar edərək, götürüblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib

    İki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın, Penitensiar Xidməti əməkdaşlarının, Əli Ağaminin və digərlərinin barəsində istintaqı yekunlaşan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Median.Az xəbər verir ki, F.Məmmədovanın (Fədayə Laçın) vəkili bildirib ki, iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

    Xatırladaq ki, ötən il noyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır CinayətlərəDair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qaçan məhbuslarla bağlı Penitensiar Xidmətin 10 əməkdaşı orqanlardan xaric edilib, 3 nəfər isə vəzifəsindən azad edilib.

    Onların barəsində CM-nin 304.2.1- və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılmaqla istintaq qrupu yaradılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, Şirvan şəhər sakini, CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, “Qoca” ləqəbli Etibar Məmmədov isə əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərdiyi üçün atışmada məhv edilib.

    Cinayət işi üzrə 13 nəfər təqsirləndirilən şəxs var, 1 nəfər barəsində axtarış elan olunub.

  • Qadınları Türkiyəyə aparan Güllər tutuldu

    DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

    Median.Az İdarəyə istinadən məlumatına görə, iyulun 20-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü, Ağdam rayon sakini Məmmədova Güllər Kamal qızının Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.