Category: Kriminal

  • Sumqayıtda Yevlax sakinindən qumdara və dini kitbalar götürülüb

    Median.Az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Yevlax rayon sakini Mahir Əzizovun Sumqayıt şəhərinədə, kirayədə yaşadığı mənzildə axtarış zamanı 2 ədəd “F-1” tipli əl qumbarası, 15 ədəd dini məzmunlu broşura vəı 19 ədəd CD disk aşkar edilərək, götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Poçtla göndərilən bağlamalardan narkotik aşkar edilib

    Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri ilə Bakı şəhərində yaşayan Azərbaycan vətəndaşının ünvanına göndərilən, ümumi çəkisi 0.051 kq olan bağlama rentgen aparatı vasitəsilə gömrük nəzarətindən keçirilərkən şübhə doğurduğundan gömrük baxışından keçirilib.

    Dövlət Gömrük Komitəsindən oxu.az-a verilən məlumata görə, yoxlama zamanı bağlamadan xiyar toxumları əvəzinə 53 ədəd narkotik xassəli çətənə bitkisi toxumları aşkar edilib.

    Həmin şəxsin ünvanına yenə də Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan və ümumi çəkisi 0.073 kq təşkil edən digər bağlamadan isə 20 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib. Rusiyadan Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşının ünvanına beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən digər bağlamaya da eyni üsullarla gömrük baxışı keçirilib və gömrükçülərin şübhələri təsdiqini tapıb. Ümumi çəkisi 0.800 kq olan bağlamadan 45 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib.

    Aşkar edilən faktlar son dövrlərdə beynəlxalq poçt göndərişləri vasitəsilə ölkəyə daxil olan bağlamalarla bağlı gömrük yoxlamalarının şübhə altına alınmasının, gömrük orqanlarına qarşı irəli sürülən ittihamların əsassız olduğunu bir daha sübut edir.

  • Gədəbəy sakinini döyüb öldürdülər – YENİLƏNİB

    Gədəbəydə törədilən qətlə bağlı cinayət işi başlanıb.

    Rayonun Günəş kəndi ərazisində, “Dəyirman yeri” adlanan ərazidə Cəyir çayından üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib.

    Araşdırmalar zamanı meyiti tapılan şəxsin Ərtəpə kənd sakini, 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlu olması müəyyən edilib.

    Faktla bağlı bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

    Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    * * * * *

    Gədəbəy sakini döyülərək qətlə yetirilib.

    Ötən gün Daşkəsəndə qeydiyyatda olub Gədəbəyin Ərtəpə kəndində yaşayan 1987-ci il təvəllüdlü Bədəlov Emin Kamal oğlunun meyiti Gədəbəy rayonunun Günəş kəndi ərazisində aşkarlanıb.

    İlkin məlumata görə, o, döyülərək qətlə yetirilib.

    Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

  • İcra başçısını güllələyən Yunis Səfərov danışdı – VİDEO

    “Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında baş vermiş hadisəni mən törətmişəm. Hazırda saxlanılmışam və istintaq gedir”.

    Bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş Yunis Səfərov deyib.

    Y.Səfərov qeyd edib ki, hüquqları ona izah olunub və vəkillə təmin edilib.

    Y.Səfərov, sosial şəbəkələrdə ona qarşı güc tətbiq edildiyi və xəsarət yetirildiyi barədə yayılmış görüntülərə də münasibət bildirib.//xezerxeber.az

    Yunis Səfərovun ətraflı açıqlamasını təqdim edirik:

  • Xaçmazda borca görə dostunu öldürən şəxsi yaxınları qız zorlamaqda ittiham edirlər

    Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Ehtiram Hidayətovun (1973-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

    Median.Az xəbər verir ki, bu il fevralın 4-də Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Ehtiram Hidayətov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Əfqan Cəfərova (1973-cü il təv.) xəsarət yetirib. Nəticədə o hadisə yerində ölüb, cinayəti törədən şəxs isə könüllü RPŞ-nə gələrək təslim olub. Onun evinə baxış zamanı “İJ-54” markalı tüfəng aşkarlanaraq, maddi sübut kimi götürülüb.

    İstintaqın gedişatında məlum olub ki, E.Hidayətov uşaqlıq dostu Ə.Cəfərova 700 manat pul borc verib. Bir müddətdən sonra, pulun qaytarılmasını görən Ehtiram Əfqanın yanına gəlib, uşağına müalicə üçün pul lazım olduğunu deyib və borcunu istəyib. Əvəzində Cəfərov onu təhqir edib, bundan hiddətlənən Hidayətov evindən tüfəngini götürərək, geri qayıdıb və atəş açmaqla, sonuncunu qəsdən həyatdan məhrum edib.

    Məhkəmə prosesində E.Hidayətov ittiham üzrə özünü tam təqsirli bilib və istintaqda verdiyi ifadəsini təsdiq edib.

    Zərərçəkmiş şəxsin hüququ varisi Fatma Cəfərova bildirib ki, Ehtiram oğlunu borca görə yox, qız üstündə qətlə yetirib : “Ehtiram bizim qohumumuz olan 18 yaşlı qızı zorlayıb və söz-söhbəti bağlamaq üçün Əfqanı öldürüb. Həmin qızın adını deməyəcəm, özünüz təqsirləndirilən şəxsdən soruşarsınız. Oğlum demişdi ki, bu söhbəti qızın qardaşlarına xəbər verəcək, buna görə də o öldürüldü”. Zərərçəkmiş Əfqanın Ehtiramdan borc pul almadığını deyib.

    Şahid qismində mərhumun qardaşı Nizami Cəfərov da ifadə verib. O bildirib ki, Ehtiram qohumlarını zorlayıb : “Kənddə bu hadisə barədə bütün sakinlər danışırdı. Prokurorluğda bu barədə dindirilərkən bildirmişdik, lakin ittihamda zorlama ilə bağlı heç nə yazılmayıb”.

    Hakim bildirib ki, ittiham aktında zorlama ilə bağlı heç bir məlumat yoxdur.

    Növbəti proses ayın 13-nə təyin olunub.

  • Azərbaycandan 260 kiloqram heroin keçirmək istədilər – FOTO

    Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İrandan Ukraynaya aparılması cəhdinin qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara gömrük keçid məntəqəsində, idxal gömrük nəzarəti xəttində Azərbaycan Respublikasının vətəndaşı Ağayev İmamverdi Abusət oğlunun idarə etdiyi “Mercedes-Benz Axor” markalı, 99DM054/99ZA371 nömrəli yük nəqliyyat vasitəsi risk analizləri nəticəsində saxlanılıb, gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib.

    Həmin nəqliyyat vasitəsində olan “Sodium Karbonat” yükünün Azərbaycandan tranzit keçməklə İranın “Mojtaba Shage Azar” şirkətindən Ukrayna Respublikasının “LLC Lisintra” şirkətinin ünvanına aparılması nəzərdə tutulub.

    Nəqliyyat vasitəsi öncə stasionar rentgen qurğusu ilə yoxlanılıb və avtomobilin qoşqusunda olan “Sodium Karbonat” yükünün arasında şübhəli cizgilər müşahidə edilib.

    Bu səbəbdən qoşqudakı 20 ədəd paletdə, cəmi 800 ədəd polietilen torbada olan “Sodium Karbonat” yükü boşaldılıb və həmin yükə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it yükə reaksiya verdiyi üçün isə bütün polietilen torbalar açılaraq təkrar yoxlanılıb.

    Bu zaman, iki ədəd paletdə – üzərində “Najı Sodium Bicarbonate Fire Extinguıshıng Powder” sözləri yazılmış 25 ədəd polietilen torbada ümumi çəkisi 260 kq narkotik vasitə aşkar edilib.

    Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən aşkar edilən narkotik vasitə kustar üsulla hazırlanmış heroindir.

    Faktla bağlı araşdırma aparılır.


  • Sumqayıtda arvadını balta ilə öldürən şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Famil Abduləzimovun (1987-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az xəbər verir ki, 2016-cı il mayın 18-də Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivində Famil həyat yoldaşı Xalidə Günəşovaya balta ilə zərbələr endirərək, onu qətlə yetirib. Daha sonra o özünün qollarına və qarnına bıçaqla xəsarətlər yetirib, lakin vaxtında Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı üçün həyatı xilas edilib. Sağalana kimi o palatada polis nəzarətində qalıb, sonra isə istintaq təcridxanasına köçürülüb.

    İstintaqda dindirilmiş Famil Abduləzimov Xalidə Günəşovanı güya qısqanclıq zəmnində öldürdüyünü bildirib.

    Məlum olub ki, Abduləzimov ilk dəfə 2009-cu ildə evlənib, iki övladı olub, 2012-ci ildə isə boşanıb. Həmin il Xalidə Günəşova Famil Abduləzimova qoşulub qaçıb. Ailələr əvvəlcə narazı olsa da, sonradan bu evliliyə razılıq veriblər. Lakin təqsirləndirilən şəxsin ilk evliliyini gizlətməsi sonradan ailə münaqişələrinə səbəb olub. Buna baxmayaraq Xalidə və onun ailə üzvləri Famili bağışlayıblar. Birinci arvadına aliment ödəmədiyi üçün 4 ay həbsxanada keçirib.

    Məhkəmə prosesində Famil Abduləzimov ittiham üzrə özünü təqsirli bilməyib və əməlindən peşman olmadığını bildirib. Onun sözlərinə görə, arvadı əvvəlki evliliyini biləndən sonra münasibətlərində soyuqluq yaranıb: “Mənim bir dəfə evləndiyimi öyrənədən sonra münasibəti dəyişdi. Mənimlə çox suyuq davranırdı. Birinci ailəmə aliment ödəmədiyim üçün həbs olundum, 4 ay Şüvəlanda qaldım. Oradan qayıdanda münasibət kəskin vəziyyətə çatmışdır. Bir gün evdə olanda mənə dedi ki, “onsuz da səni yenə tutacaqlar. Ona görə də gedib öz həyatımı yaşayacam”. Əsəbləşdim, baltanı götürüb, vurdum, bir anın içində oldu, bilmədim”.

    Növbəti proses iyulun 10-na təyin edilib.

  • Rəfiqəsini balta ilə hissələrə bölən qadın məhkəmə qarşısında

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İrina Qorlovanın (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Bu il fevralın 16-sı, səhər saat 09:00 radələrində daxil olan məlumat əsasında Binəqədi RPİ-nin əməkdaşları Azadlıq prospekti, 28 ünvanında məişət tullantıları qutusunda hissələrə bölünmüş naməlum meyit aşkar ediblər.

    Hadisə yerinə və meyitə baxış zamanı müəyyən edilib ki, cəsəd qadın cinsiyyətinə aiddir və onun təxminən 50-60 yaşı olub.

    Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçiridikləri əməliyyat-istintaq tədbirləri ilə mərhumun, Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq, istintaqa təhvil verilib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış iyulun 9-na təyin edilib.//oxu.az

  • Türkiyədə azərbaycanlı İŞİD-çi yaxalandı

    Türkiyədə – Yalova Polis İdarəsinin terrorla mübarizə əməkdaşları İŞİD terrorçularına qarşı əməliyyat keçirib.

    Median.Az Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat zamanı 11 nəfər həbs edilib.

    Onlardan doqquzu Türkiyə, biri Azərbaycan və biri Misir vətəndaşıdır. Saxlanılan şəxslər İŞİD terror təşkilatına yardım etməkdə ittiham olunur.

    Həmin şəxslərin qaldığı evə baxış zamanı İŞİD-ə aid çox sayda materiallar ələ keçirilib.

  • Rəfiqəsini balta ilə hissələrə doğrayan qadının məhkəməsi başlayıb – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İrina Qorlovanın (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, bu il fevralın 16-ı səhər saat 9 radələrində daxil olan məlumat əsasında Binəqədi RPİ-nin əməkdaşları Azadlıq prospekti, 28 ünvanında məişət tullantıları qutusunda hissələrə bölünmüş naməlum meyit aşkar ediblər.

    Hadisə yerinə və meyitə baxış zamanı müəyyən edilib ki, cəsəd qadın cinsiyyətinə aiddir və onun təxminən 50-60 yaşı olub.

    Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçiridikləri əməliyyat-istintaq tədbirləri ilə mərhumun, Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq, istintaqa təhvil verilib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış iyulun 9-na təyin edilib.