Category: Kriminal

  • Elmar Vəliyevi güllələyən şəxsi polis belə yaxaladı – Fotolar

    Gəncənin icra başçısı Elmar Vəliyevi və mühafizəçisi Qasım Aşbazovu güllələyən Yunis Səfərovun yeni görüntüləri yayılıb.

    Median.Az xəbər verir ki, BakuPost-a göndərilən fotolarda Rusiya vətəndaşı olan Y.Səfərovun hadisəni törətdikdən sonra polis tərəfindən yaxalanması əks olunub.

    Həmin fotoları təqdim edirik:



  • Nənədən 4 yaşlı nəvəsinə qarşı dəhşətli əməl: gəlin isə bunun yerinə qayınanasını…

    Cəlilabadın Üçtəpə kənd sakini 1957-ci il təvəllüdlü Feyziyeva Səmiya Əzizağa qızının həyat yoldaşı 1945-ci il təvəllüdlü Telman Feyziyev və 1984-cü il təvəllüdlü Elnurə Fərziyeva tərəfindən döyüldüyünə dair yayılan xəbərin təfərrüatları bəlli olub.

    Telman Fərziyevin publika.az-a verdiyi məlumata görə, 1993-cü ildən ailə qurduğu Səmiya Feyziyeva 6 aydan çox Ruhi Əsəb Dispanserində müalicə alıb:

    “Bu, mənim ikinci ailəmdi. Ayın 2-i mən naxırda növbədə olan vaxtı bu qadın evdə gəlinlə mübahisə edib. Arvad götürüb quyudan su çəkib, 4 yaşlı körpənin üstünə töküb ki, boğulsun ölsün. Gəlin usağı götürmək istəyəndə çaydandan uşağın üstünə qaynar su töküb yandırıb. Səslərinə qonşular gəlib, ayıra bilməyiblər. Gəlin də onu həyətdə döyüb, bir-birinin saçının yolublar. Bu adam xəstədir. 6 aydan çox dispanserində müalicə alıb. Ailəmi dağıtdı, uşaqlarımı evdən qaçırdı. Hər gün bir hadisə ilə gedib məndən polisə şikayət edir. Guya mən onu döyürəm. Neçə dəfə özünü asmaq istəyib, ipdən almışam. Uşaqlara evdə göz verib, işıq vermir. Polisdə də izahat yazmışam. Polis məsələni araşdırır. Daha bezmişəm. Apardım xəstəxanaya, həkimlər yardım göstərdi. Yenə də söz-söhbəti bitmir”.

    Üçtəpə kənd bələdiyyəsindən Publika.az-a verilən məlumata görə, qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

    “O gün gəlin ilə qayınana arasında mübahisə düşüb. Kişi evdə olmayıb. Deyəsən qayınana uşağı döyüb, gəlinə söyüşlər söyüb. Gəlin də təhqirlərə dözməyib, onu döyüb. Arvad bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. 4 yaş yarımlıq uşaq da yaxşı vəziyyətdə deyil. Anadangəlmə qüsurla doğulduğu üçün hərəkət edə bilmir. Bundan 5-6 ay əvvəl də onların ailəsində münqaişə baş vermişdi. Qadın həyat yoldaşından xəbərsiz kişinin pul kartını öz qardaşına vermişdi, aralarında söz-söhbət yaranmışdı. Kənd ağsaqqalları yığışıb barışdırdı. Kənddə hamı onların ailəsini mübahisəli ailə kimi tanıyır”.

    Cəlilabad rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, qadın ayın 2-si xəstəxanaya gətirilib: “Feyziyeva Səmiya Əzizağa qızı ayın 2-si ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Bədənin çoxsaylı travmatik zədələri diaqnozu qoyulub. İlkin ambulator müayinə olunduqdan sonra evə buraxılıb”.

  • Qızıl üçün qətl törədənə ağır cəza

    Bakı Ağır Cinayətlər Məhkəməsində Lerik rayon sakini Maqsud Əliyevin (1974-cü il təv.) CM-nin 120.2.9 (aşkar sürətdə, köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.3.3-cü ( quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Ötən il avqustun 21-də, səhər saatlarında naməlum şəxs Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib.

    O, əvvəlcə ev sahibəsinə özünü usta kimi təqdim edib. Bundan sonra isə evə daxil olaraq Hüseynovanı bıçaqla hədələyib, ondan pul və qızıl əşyalar tələb edib. Qadın qışqırıb, qonşuları çağırdığından məqsədinə nail olmaddan hadisə yerindən qaçıb.

    İki gündən sonra, yəni ayın 23-də Maqsud Əliyev Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı quldurun digər cinayəti də üzə çıxıb.

    Məlum olub ki, o, avqustun 21-də Saray qəsəbəsi, Üzümlük massivində yerləşən fərdi evə açıq pəncərədən daxil olaraq, taxta parçası ilə divanda yatmış ev sahibi Məmməd Sərxanovun başından zərbələr vuraraq, onu öldürüb.

    Səs-küyə gələn mərhumun həyat yoldaşı Zeynəb Sərxanovadan əvvəl qiymətli əşyaların yerini soruşub, sonra isə həmin alətlə qadına da ağır dərəcəli bədən xəsarətləri yetirib, hadisə yerindən uzaqlaşıb. Yaralanan Z.Sərxanova xəstəxanaya yerləşdirilib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Xatırladaq ki, Maqsud Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və əməllərindən peşman olduğunu bildirib.//oxu.az

  • Hamilə gəlinin hamamda başına gətirilən DƏHŞƏT – Azərbaycanda ŞOK ƏMƏL

    “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləmiş Elmir Axundov və Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmiş Famil Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, Elmir Axundov və Famil Şükürovun vəzifəli şəxs olmaqla işlərinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyiblər. Bu səbəbdən onların hərəkəti ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olub.

    Belə ki, onlar Lənkəran rayonunun Şağlakücə kəndində yerləşən İsabala Tağıyevə məxsus fərdi yaşayış evinə təbii qazın verilməsinə nəzarət etməyiblər, qaz borularının bacalarını təmizləməyiblər.

    Nəticədə 21 dekabr 2015-ci il tarixdə saat 13 radələrində həmin evdə yaşayan Təliyə Təqiyeva hamamda çimərkən dəm qazından boğularaq ölüb.

    Bu hadisədən sonra Elmir Axundov öz səhlənkar hərəkətlərini gizlətmək üçün özü və tabeçiliyində olan çilingər Famil Şükürovla cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil ediblər. Onlar hadisədən əvvəl həmin evə baxış keçirmələrini qeyd etməklə vəzifə saxtakarlığına yol veriblər.

    “Ev sahibinin gəlini…”

    İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Elmir Axundov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2015-ci ilin yanvarında Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsinə təyin edilib: “Həmin il dekabrın 21-də, günorta saatlarında mənə Şağlakücə kəndində bir qadının hamam otağında çimərkən dəm qazından zəhərlənərək öldüyü bildirildi. Bu səbəbdən hadisə yerinə getdim. Orada ölən şəxsin ev sahibi İsabala Tağıyevin gəlini Təliyənin olduğu məlum oldu”.

    “İşinə səhlənkər yanaşıb”

    Elmir Axundovun sözlərinə görə, hadisənin baş verdiyi evə təbii qazın nəql olunduğu daxili və xarici qaz xətlərinə, həmin evdə, o cümlədən hamamda yerləşən qaz cihazlarının texniki vəziyyətinə mütəmadi olaraq nəzarət edilməsi və texniki baxış keçirilməsi çilingər Famil Şükürova həvalə edilib: “Lakin Famil Şükürov xidmət etdiyi ərazidə yaşayan abonentlərinin evlərindəki qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini və bu barədə müvafiq jurnalda qeydiyyat aparılmasını təmin etməli olub. O, hadisənin baş verdiyi evə təbii qazın nəql olunduğu daxili və xarici qaz xətlərinə, həmin evdə və hamam otağında yerləşən qaz cihazlarının texniki vəziyyətinə 2015-ci ilin sentyabr və oktyabr aylarında texniki baxış keçirməli olduğu halda, öz xidməti vəzifələrinə səhlənkar yanaşaraq bunu etməyib”.

    “Rəhbərlik tərəfindən töhmət verilib”

    Elmir Axundov qeyd edib ki, sözügedən hadisədən sonra Famil Şükürovdan hadisənin baş verdiyi evə texniki baxış keçirib-keçirmədiyini soruşub: “Famil həmin evə heç vaxt texniki baxış keçirmədiyini bildirdi. Famil Şükürovun səhlənkarlığı barədə dəfələrlə rəhbərliyə yazılı məlumatlar vermişəm. Yazmış olduğum məlumatlar əsasında 2015-ci il ərzində Famil Şükürova rəhbərlik tərəfindən bir dəfə “töhmət”, bir dəfə isə “yazılı xəbərdarlıq” elan edilib”.

    “Saxta aktı yazmaqdan imtina etdim”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, Şağlakücə kəndində baş vermiş hadisədən sonra Lənkəran Regional Qaz İstismarı İdarəsindən Əsədulla Abdullayev ona zəng edib və həmin ünvanda texniki baxış keçirilməsi barədə soruşub: “Mən də ona belə bir aktın olmadığını bildirdim. Bundan sonra Əsədulla Abdullayev idarəyə gələrək belə bir aktın yazılmasını istədi. Saxta aktı yazmaqdan boyun qaçırdım. Bu zaman Familin köçürmək üçün akt nümunəsi yazaraq, ona verməyimi təklif etdi. Mən də onun təklifi ilə razılaşdım. Bundan sonra aktın orta hissəsini qaralama şəklində yazaraq Əsədulla Abdullayevə verdim. Sonradan mənə məlum oldu ki, qaralama şəklində yazdığım aktın qalan hissəsini kimsə doldurub və Familə imza etdirərək aparıb”.

    Elmir Axundov qeyd edib ki, həmin sənədin əsli olmaya-olmaya, sübut kimi işə əlavə olunmuş aktın surətinə əsasən ibtidai istintaq tərəfindən ona ittiham irəli sürülüb: “Hesab edirəm ki, qaralama şəklində yazdığım akt kimsə tərəfindən sonradan fotomontaj vasitəsilə Familin imza etdiyi boş akt blank ilə birləşdirilib və nəticədə saxta akt düzəldilib. Bunu nəticəsində də haqqımda əsassız olaraq ittiham irəli sürülüb”.

    “Hamilə qadının öldüyünü bildirdi”

    Digər təqsirləndirilən Famil Şükürov bildirib ki, 2014-cü ildən idarədə cilingər vəzifəsində işləməyə başlayıb, 2016-cı ildə isə öz ərizəsi ilə işdən çıxıb.

    Təqsirləndirilən şəxs qeyd edib ki, xidmət etdiyi əraziyə Lənkəran rayonunun Şağlakücə, Qurunba, Narbağı, Rvo, Bəlləbur, Lüvəsər, Darquba və Kərgəlan kəndləri aid edilib: “İşə qəbul edilərkən peşə təlimatı ilə tanış edilmişəm. Həmin təlimatın tələbləri və təlimatda göstərilmiş işinin xüsusiyyətləri mənə izah olunub. Dekabrın 21-də günorta saatlarında rəisim Elmir Axundov mobil telefonuma zəng edərək Şağlaküçə kəndində bir hamilə qadının hamam otağında çimərkən dəm qazından zəhərlənərək öldüyünü bildirdi. Mən də dərhal hadisə yerinə getdim”.

    “Bədbəxt hadisə baş verəməyəcəkdi”

    Famil Şükürov bildirib ki, hadisə yerinə baxış zamanı hamam otağının qapısının aşağı hissəsində dəliklərin olmadığı və hamam otağındakı su qızdırıcısının kustar üsulla hazırlandığı müəyyən edilib: “İşimin çoxluğu ilə əlaqədar vəzifəmin öhdəsindən gəlmədiyimə görə həmin evdə, o cümlədən hamamda yerləşən qaz cihazlarının texniki vəziyyətinə 2015-ci ilin sentyabr və oktyabr aylarında texniki baxış keçirməli olduğu halda, bunu etməmişəm. Evə texniki baxış keçirmiş olsaydım, nöqsanları aşkar edilərdi, Nəticədə bədbəxt hadisə baş verməyəcəkdi”.

    “Boş aktı imzaladım”

    Famil Şükürovun sözlərinə görə, bundan bir müddət sonra Elmir Axundov ondan hadisənin baş verdiyi evə texniki baxış keçirib-keçirmədiyini soruşub: “Həmin evə texniki baxış keçirmədiyimi etiraf etmişəm. Dekabrın sonlarında Elmir Axundov məni xidməti otağına çağırdı. O, qarşıma daxili qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işləri keçirilməsi haqqında boş akt qoyaraq imzalamağımı xahiş etdi. Sonra bu aktı özü arxa tarixlə tərtib edəcəyini bildirdi. Mən də həmin boş aktı imzaladım”.

    Famil Şükürov qeyd edib ki, daha sonra Elmir Axundov “Yaşayış evlərində, ictimai binalarda və digər obyektlərdə qaz avadanlıqlarına texniki baxış və profilaktiki xidmət işlərinin keçirilməsinin qeydiyyat və təlimat jurnalı” ondan tələb edib: “Mən də həmin jurnalı Elmir Axundovun yanına gətirmişəm. O, həmin imzalanmış aktı arxa, yəni 10 noyabr 2015-ci il tarixlə tərtib etdi”.

    Günahkarların cəzası

    Lənkəran rayon Məhkəməsinin hökmü ilə Elmir Axundova 2 il, Famil Şükürova isə 3 il 6 ay müddətinə həbs verilib.

    Hökmə əsasən, Elmir Axundov 900 manat, Famil Şükürov isə 700 manat miqdarında da cərimə olunublar. Məhkəmə hər iki təqsirləndirilən şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmələri barədə qərar verib.

    Hökmdən narazı qalan Elmir Axundov apelyasiya şikayət edib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxs isə apelyasiya şikayəti verməyib.

    Elmir Axundovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, birinci instansiya məhkəməsinin hökmü Elmir Axundova aid hissəsində dəyişdirilib.

    Elmir Axundova Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cəza təyin edilməyib. Buna səbəb həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi nəzərə alınıb.

    Elmir Axundov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib və cəzası 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hökm qalan hissədə qüvvədə saxlanılıb.

    Bu qərardan kasasiya şikayəti verilib. Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

    Qərara görə, təqsirləndirilən şəxslərin kasasiya şikayəti təmin edilməyib.

  • Bakıda sevgilisini ayağı ilə boğan sahibkara 17 il cəza

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Fərhad Şaqaliyevin (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

    Ötən il oktyabrın 24-də Bakıxanov qəsəbəsi, Adil Əlibabayev küçəsi 4, mənzil 3-də sərxoş vəziyyətdə olan Fərhad Şaqaliyev qeyri-rəsmi yaşadığı Gülnarə Sadıqovanı (1982-ci il təv.) boğaraq, öldürüb.

    Hadisə qadının azyaşlı oğlunun gözü qarşısında baş verib. Qətldən sonra Şaqaliyev Sabunçu RPİ 13-cü polis bölməsinə təslim olaraq, hadisə barədə məlumat verib.

    İstintaqın gedişatında məlum olub ki, Fərhad Şaqaliyev bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova üçün Bakıxanov qəsəbəsində ev kirayələyib. Ailəli, iki uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşüb. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməsini, ona daha çox diqqət ayırmasını tələb edib.

    Bu səbəbdən də aralarında tez-tez mübahisələr baş verib. Ayın 24-də növbəti münaqişə zamanı Şaqaliyev Sadıqovanı döyüb. Yerə yıxılan qadın onu söydüyü üçün Fərhad ayağını onun boğazına dirəyərək boğub. Məlum olub ki, mərhum əvvəllər ailəli olub, cinayəti törədən F.Şaqaliyev sahibkarlıqla məşğul olub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Bakıda dava zamanı 3 nəfər yaralanıb, “təcili yardım”ın həkimi “girov” götürülüb – FOTO

    Bakının Qaradağ rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Səngaçal qəsəbəsində yerləşən daş karxanasının yanında baş verib.

    1981-ci il təvəllüdlü Elşad Rəhimov, 1988-ci il təvəllüdlü Elməddin Məmmədov və 1979-cu il təvəllüdlü Qulu Bağırov “Qazel” markalı yük maşını ilə Ağsu rayonuna toya gedən zaman yolda maşın xarab olub.

    “Qazel”in sürücüsü Elşad Rəhimov “Report”a bildirib ki, bu zaman onların yanında tanımadıqları “Kamaz” markalı yük maşını saxlayıb.

    Onun sözlərinə görə, E.Rəhimov və digər iki nəfər maşından düşüb “Kamaz”ın sürücüsünə yaxınlaşmaq istəyəndə, hadisə yerinə “Tofaş” markalı avtomobil də gəlib.

    Daha sonra “Tofaş” və “Kamaz”da olan naməlum şəxslər heç bir irad bildirmədən küt alətlər vasitəsilə E.Rəhimov, E.Məmmədov və Q.Bağırovu döyərək onlara ağır xəsarətlər yetiriblər. Hadisə yerinə “təcili yardım” maşını çağrılıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Elmar Əliyev yaralılardan birinə qarşı nalayiq ifadə işlədib. Buna görə də, yaralıların qohumları həmin həkimi yanlarında saxlayaraq getməyə qoymayıblar.

    Həkim “Report”a həmin ifadəni işlədən zaman əsəbi olduğunu bildirib:

    “Xəstəyə ilkin tibbi yardım göstərdim. Lakin o mənə həmin naməlum şəxslərdən pul aldığımı dedi. Mən səhv edib ona qarşı nalayiq ifadə işlətdim. Səhv etdim, gərək elə söz deməzdim. Səhvimi başa düşdüm, yaralının atasından, qardaşlarından üzr istəyirəm”.

    1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Q.Bağırovun vəziyyəti ağır kimi qiymətləndirilir.

    Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Hazırda polis əməkdaşları hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparır.




  • 30 yaşlı qadın ərini qətlə yetirdi – Xaçmazda

    Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

    Rayonun Xudat şəhərində 1988-ci il təvəllüdlü Vüsalə Mirzəyeva həyat yoldaşı Maarif Osmanovu bıçaqla qətlə yetirib.

    V.Mirzəyeva saxlanılıb, fakt üzrə araşdırmalar davam etdirilir.(report)

  • Gəncənin icra başçısına silahlı hücum

    Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.

    Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub.

    Yaralı icra başçısı xəstəxanaya yerləşdirilib.

    Hadisənin təfərrüatları dəqiqləşdirilir.

  • Bakıda dəhşətli olay ANBAAN KAMERADA: 27 yaşlı oğlan 52 yaşlı şəxsi…

    Bakıda qətl törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Amin Kazımovun barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin təqdimatına baxılıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə baş tutan prosesdə müstəntiqin təqdimatı üzrə qərar elan olunub.

    Qərara görə, müstəntiqin təqdimatı təmin edilib və Amin Kazımovun barəsində əlavə istintaq hərəkətləri aparılması üçün həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.

    İttihama görə, bu ilin martın 4-də Amin Kazımov paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib.

    Cinayəti törədən Amin Kazımov hadisədən sonra yaşadığı Ağcabədi rayonuna qaçıb. 25-ci polis bölməsinin əməkdaşları həmin şəxsi elə öz rayonlarında saxlayıb.

    Qeyd edək ki, Amin Kazımov Yaşar Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona 7 zərbə vuraraq qətlə yetirib.

    Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına da düşüb.

    Hadisədən əvvəl qeyd edilən ünvanın qarşısında gözətçi işləyən Yaşar Məmmədov, Amin Kazımova məhəllədə avtomobil yumasını irad tutub.

    Bu zaman tərəflər mübahisə edib. Saxlanılan Amin Kazımov ifadəsində bildirib ki, Yaşar Məmmədov onu söyüb. Hadisə də məhz həmin söyüş üstündə baş verib.

    İstintaq orqanı tərəfindən Amin Kazımovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və həmin vaxt onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Nizami rayon Prokurorluğunda araşdırma aparılarkən Amin Kazımov barəsində əlavə ittihamlar elan edilib.

    Bu üç ay müddətində Amin Kazımova Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə əlavə ittihamlar elan edilib.

    Hazırda istintaq hərəkətləri davam etdirilir.

  • 13 yaşlı şagird müəllimindən hamilə qaldı —Azərbaycanda dəhşətli hadisə

    7-ci sinif şagirdini zorlayan müəllim yenidən məhkəmə qarşısına çıxacaq.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 152.3-cü maddəsi ilə məhkum olunan İbrahimov Elnur Həsənağa oğlunun məhkəmə prosesi iyul ayının 10-da Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

    2016-cı ilin may ayında Şamaxıda sözün əsl mənasında qan donduran cinayət baş verib. Rayonun Pirbəhli kənd məktəbinin 7-ci sinif şagirdi, 13 yaşlı qız müəllimi İbrahimov Elnur Həsənağa oğlundan 7 aylıq hamilə qalıb.
    Kifayət qədər imkansız olan ailənin rayonun hüquq mühafizə orqanlarına etdiyi şikayət hələ ki, nəticəsiz qalıb. Belə ki, Elnur adlı “müəllim”in “səyləri” nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 13 yaşlı şagirdin bakirəliyinin hələ də pozulmadığı haqda rəy verib. Şamaxı rayon məhkəmə tibb ekspertinin rəyinə əsaslansaq, həddi-buluğa çatmamış, 7 aylıq hamilə olan azyaşlının zamanəmizin Məryəm anası olduğu qənaətinə gəlmək olar.

    İlkin olaraq Şamaxı rayon hüquq mühafizə orqanları məsələyə seyirçi mövqe nümayiş etdiriblər. Yalnız bir neçə gün sonra rayon prokurorluğu 13 yaşlı, həddi-buluğa çatmamış şagirdin guya öz müəllimi ilə könüllü intim əlaqədə olması kimi məlumat yayıb. Orta təhsilli olan İbrahimov Elnur Həsənağa oğlu isə şikayətdən bir neçə gün sonra da Şamaxı rayon Pirbəhli kəndində sinif otaqlarına müəllim kimi daxil olub. Ancaq araşdırmaların sonunda Şamaxı rayon prokurorluğunda cinayət məcəlləsinin 152.3 (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və İbrahimov Elnur Həsənağa oğlu təqsirləndirilən şəxs qismində həbs olunub.