Category: Kriminal

  • Azərbaycanlı qız oteldə iraqlı turistin başına oyun açdı

    Bakıya turist kimi gələn İraq vətəndaşı soyulub.

    Median.Az “report”a istinadən xəbər verir ki, Avat Abdulla Abdalrahman polisə müraciət edərək “Lake Palace” otelində tanış olduğu Səidə adlı qadının onun mobil telefonunu, pulunu və üzüyünü oğurladığını bildirib.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • Bakının gecə klubunda biabırçılıq — Başqa kişilərlə əylənən fahişəni sevgilisi döydü

    Səbail rayonunda yüngül həyat tərzi heçirən qadın döyülüb.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, hadisə Xəqani küçəsi 16-da yerləşən gecə klubunda baş verib. Nailə Əliyeva 39-cu Polis Bölməsinə şikayət edərək bildirib ki, sevgilisi Kamil Mahmudov onu başqa kişilərlə əyləndiyinə görə döyüb.

    Şikayətçinin sözlərinə görə, o, hər gün axşamlar həmin kluba gələrək əylənir və pul müqabilində ayrı-ayrı kişilərlə görüşür. Amma daim yaşadığı kişi isə Kamil Mahmudovdur.

    Hadisə baş verən gündə Kamil onu qısqanıb və bütün klubda olan şəxslərin gözü qarşısında ona müxtəlif bədən xəsarətləri yetirib. 

    Faktla bağlı polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.

  • “Bəy-gəlin” maşınında külli miqdarda narkotik aşkarlandı – FOTO

    Dövlət Sərhəd Xidmətinin sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

    DSX-dan verilən məlumata görə, Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş “Volkswagen” markalı, 90-HC-666 dövlət nömrə nişanlı avtomobillə əraziyə gəlmiş iki nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib.

    Belə ki, həmin şəxslərin sahildən 10-15 metr aralı olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomobildən düşərək aralanması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub.

    Qeyd edilən şəxslər şübhəli şəxs qismində saxlanılıb, avtomobilə qoyulan kisənin içərisində ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə (o cümlədən, 6 kq 115 qram tiryək, 250 qram metafetamin, 1 kq həşiş qətranı, 1 kq 40 qram heroin) aşkar olunub.

    Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləşdirilib, onların Lənkəran rayon sakinləri – 1982-ci il təvəllüdlü Məmmədov Məmməd Əsəd oğlu və 1983-cü il təvəllüdlü Kərimov Aqşin Qubad oğlu olmaları müəyyən edilib.

    Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.




  • Sumqayıt sakinini bıçaqlayıb dənizə atdılar

    Sumqayıtda dənizdən kişi meyiti tapılıb

    Median.Az Report-a istinadla xəbər verir ki, Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində kişi meyitinin olması müəyyən edilib.

    Cəsəd sudan çıxarılaraq, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt Şəhər Şöbəsinə təhvil verilib.

    Meyitin Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğluna məxsus olması məlum olub.

    Dənizdən meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • İraq vətəndaşı barda azərbaycanlı qızlarla görüşdü və… – Bakıda QORXUNC OLAY

    Bakıda quldurluqda təqsirləndirilən Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov, Kamran Vahabov, Elvira Ələsgərova və Çinarə Bəhlulzadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il yanvarın 13-də paytaxtda universitetlərdən birində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb.

    Daha sonra tərəflərlər arasında narazılıq yaranıb və Cumaah Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək onun 400 manat pulunu ələ keçiriblər.

    Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakinləri Anar Kərimov, Elvira Ələsgərova, Fəqan Abdullayev, Nurlan Məmmədov və Kamran Vahabov tutulub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Abdullayev 11 il, Nurlan Məmmədov 9 il, Kamran Vahabov 9 il, Elvira Ələsgərova 4 il, Çinarə Bəhlulzadə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzaların ağır olduğunu, işlərinə ədalətli baxılmasını istəyiblər.

    Təqsirləndirilən şəxslərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

    Şikayət hakim Həsən Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

    Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib./publika.az/

  • Sumqayıtda iki dostdan DƏHŞƏTLİ ƏMƏL: oğlanın gözü qarşısında sevgilisini dəniz kənarına aparıb…

    Sumqayıt şəhərində quldurluq etməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü Asif Allahverdiyev və onun tanışı Şövqü Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az  “publika.az”a istinadən xəbər verir ki, Asif Allahverdiyev tanışı Şövqü Quliyev və istintaqla müəyyən olmayan digər şəxslərlə cinayət əlaqəsinə girib.

    Onlar 23 oktyabr 2016-cı il tarixdə, saat 23.00-da Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasının yaxınlığında dayanan Sadiq Əhmədovun (ad və soyad şərti verilib – red.) icarəyə götürüb və taksi kimi istifadə etdiyi “VAZ-21074” markalı avtomobilə qəflətən miniblər.

    Bu zaman Şövqi Quliyev silah kimi istifadə etdiyi bıçağı Sadiq Əhmədovun boğaz nahiyəsinə dirəyib, xəsarət yetirəcəyi və üzünə çapıq qoyacağı ilə hədələyib. Asif Allahverdiyev isə şillə və yumruq zərbələri ilə Sadiq Əhmədovun bədəninin müxtəlif nahiyələrinə vurub.

    Daha sonra onlar Sadiq Əhmədovla birlikdə olan, qeyri-rəsmi nikahda yaşadığı Samirə Babayevanı (ad və soyad şərti verilib – red.) zorlayacaqları ilə hədələyiblər. Onun üzərini axtararaq 400 manat pulunu götürüblər və sonra onu yerə düşürərək, dəyəri 2500 manat olan avtomobili götürərək, aradan çıxıblar.

    “Sadiq Şövqini cəza çəkdiyi müəssisədən tanıyıb”

    İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Babayeva bildirib ki, atası və anası tez rəhmətə getdiyi üçün ona nənəsi baxıb, baş vermiş hadisədən təxminən 7 ay qabaq o, qeyri-rəsmi yaşadığı Sadiq Əhmədovla təsadüfən tanış olub: “Sonra aramızda yaxın münasibətlər yarandı və həmin vaxtdan Rəşad adlı şəxsin evində, onunla və onun atası, anası ilə birlikdə yaşamışıq. Sadiq Vüqar adlı bir oğlandan “VAZ-21074” markalı avtomobili icarəyə götürüb, həmin avtomobillə taksi kimi fəaliyyət göstərdi. Bu cinayət hadisəsindən qabaq Şövqini və Asifi tanımamışam. Lakin Sadiq Şövqini əvvəllər cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən tanıyıb”.

    “Qaydanı pozduğu üçün polislər saxladı”

    Samirə Babayevanın sözlərinə görə, oktyabrın 23-də, saat 22.00-da Sadiq idarə etdiyi avtomobillə mənim arxamca evə gəldi. Həmin vaxt Sadiqlə birlikdə Saray qəsəbəsində yerləşən bir evə kirayə qalmaq üçün köçməli olduq. Rəşad Sumqayıt şəhəri, 13-cü mikrorayon, “Şərq Bazarı”nın yanında olan dairənin yanında Şövqi ilə görüşməli olduğunu bildirdi. Rəşadla birlikdə onun idarə etdiyi avtomobildə həmin yerə getdik. Dairəni keçən kimi, Sadiq hərəkət qaydasını pozduğu üçün yol polisinin əməkdaşları bizi saxladı. Sadiq avtomobili yolun kənarında saxladı. Sonra yolun kənarında Şövqini gördük. Polis əməkdaşları qaydanı pozduğuna görə təxminən 10 dəqiqə Sadiqin adına protokol tərtib etdikdən sonra oradan getdik”.

    “Tanımadığım oğlanlar arxa oturacaqda əyləşdilər”

    Samirə Babayeva qeyd edib ki, sükan arxasında olan zaman Şövqi Sadiqdən 6 qutu nəşəni necə etdiyini soruşub: “Sadiq isə həmin nəşənin avtomobilin qoltuq altının içərisində olduğunu bildirdi. Bu zaman Şövqi qoltuq altını açdı, oradan 6 ədəd kibrit qutularında olan nəşəni götürdü və cibinə qoydu. Sonradan onların söhbətindən başa düşdüm ki, 1 gün qabaq Sadiq Şövqidən təcili bir həftəlik 300 manat borc pul istəyib, Şövqinin yanında olan tanışı Asif Sadiqə 300 manat borc pul tapa bilməsini söz verib. Sonra isə Sadiqin idarə etdiyi avtomobili Xızı rayonunun Giləzi qəsəbəsində kiməsə girov qoyaraq, 300 manatın əvəzinə ona 6 kibrit qutusu nəşə verib. Şövqi avtomobilə oturandan sonra, avtomobilə sonradan adını Asif kimi tanıdığım və Asifin yanında olan 3 nəfər tanımadığım şəxs yaxınlaşdı, onlar da avtomobilə mindilər. Bu zaman Şövqi avtomobili işə salmaq istədi. Lakin avtomobil işə düşmədi. Şövqinin bir ayağı şikəst olduğundan, o, maşından düşmədi, digərləri yerə düşdü, avtomobili təcili tibbi yardım stansiyasının yanında olan məhəllənin içərisinə itələdilər. Orada yenə də avtomobilə mindilər. Şövqi avtomobilin sükanının arxasında oturdu, Sadiq Şövqinin yanında avtomobilin qabaq oturacağında əyləşdi. Asif və onlarla birlikdə olan 3 nəfər tanımadığım cavan oğlanlar avtomobilin arxa oturacağında əyləşdilər”.

    “Üzünə çapıq atacağı ilə hədələdi”

    Samirə Babayeva bildirib ki, həmin zaman Asif şillə və yumruq zərbələri ilə Sadiqin bədəninin müxtəlif nahiyələrinə vuraraq, ondan pul istəyib: “Şövqidə qoltuq cibindən yekə bir bıçaq-xəncər çıxararaq, Sadiqin boğazına dirədi, onlara pul verməsini bildirdi. Pul verməsə, onun üzünə çapıq atacağı ilə hədələdi. Həmin zaman məndə 400 manat olub. Həmin vəsaiti kirayə pulu üçün saxlamışdım. Sadiq bu pul barədə bilməyib. Ona həmin pul barədə deməmişəm ki, xərclənməsin”.

    “Məni dəniz kənarında zorlayacaqlarını söylədilər”

    Samirə Babayevanın sözlərinə görə, eyni zamanda, Şövqi ilə Asif onu da hədələməyə başlayıblar: “Dedilər ki, əgər onlara pul verməsək, mənim də üzümə çapıq atacaqlar. Sonra onlar Sadiqi avtomobildən düşürdülər, məni dəniz kənarına aparıb, orada zorlayacaqlarını söylədilər. Onlar avtomobilin yanacağının qurtardığını güman etdilər. Şövqi və Asiflə birlikdə gələn oğlanlar avtomobildən düşdülər, onlardan biri hansısa başqa bir maşına oturaraq getdi və bir qədər sonra haradansa iki litr benzin gətirdi. Asif Sadiqə benzini avtomobilin bakına boşaltmağını söylədi. Sadiq də avtomobildən düşərək benzini avtomobilin bakına boşaltdı. Mən isə avtomobilin içərisində qaldım. Sadiq benzini avtomobilin bakına boşaldana kimi Şövqi ilə Asif üstümə qışqıraraq və məni hədələyərək, pul tələb etdilər. Məni öldürücəklərini və zorlayacaqlarını bildirdilər. Dedilər ki, əgər onlara pul verməsək, onu yanlarındakı oğlanlara verəcəklər, həmin oğlanlar da məni dəniz kənarına aparıb, orada zorlayacaqlar. Onlarla olan üç nəfər oğlan isə Asiflə Şövqiyə heç bir günahımın olmadığını və məni buraxmalarını istədilər”.

    “Pulumu qaytarmasını tələb etdim”

    Samirə Babayeva qeyd edib ki, bundan sonra Asif Şövqiyə onun üstünü axtarmasını istəyib: “Şövqi də hər yerimi axtardı. Əynimdəki cins şalvarının arxa cibində 400 manat pulun olduğunu gördü, həmin pulu cibimdən götürdü. Sadiq avtomobilin bakına yanacaq tökəndən sonra keçib, avtomobilin sükanının arxasında əyləşdi. Çünki, Şövqi keçib, sürücü oturan yerin yanında oturmuşdu. Şövqi ilə Asifdən 400 manat pulumu qaytarmalarını tələb etdim. Onlar pulumu qaytarmayaraq, dedilər ki, pul yoxdur. Sadiq onların məndən güclə 400 manat pul aldıqlarını bilməyib. Sadiqə həmin pulu yığıb, kirayə üçün saxladığımı dedim. Sadiq onlardan pulu qaytarmalarını tələb etdi. Lakin, onlar pulu qaytarmadılar. Sonra Sadiq qorxudan onlara başqa heç nə deyə bilmədi. Rəşad avtomobili işə saldı, Şövqi və Asiflə gələn cavan oğlanlardan biri maşından düşdü və Sadiqin düşməyini istədilər. Onun sözü ilə Sadiq yerə düşdü. Həmin oğlan özü avtomobilin sükanının arxasına oturdu, Sadiq isə arxada əyləşdi. Həmin oğlan avtomobili Şövqigilin həyətinin qarşısına sürdü”.

    “Məni aparmaq istədilər”

    Samirə Babayeva bildirib ki, avtomobil hərəkətdə ola-ola Şövqi yenə də Sadiqin boğazına bıçağı dirəyib, Asif isə onu şillə və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurub: Həmin vaxt onlar məni də hədələdilər, yenə də pul istədilər. Onlara pul verməsək, üzümüzə çapıq atacaqları və məni zorlayacaqları ilə hədə-qorxu gəldilər. Şövqinin Sumqayıt şəhəri, Corat qəsəbəsi, TTY stansiyasının yaxınlığında yerləşən kirayə qaldığı evin yanına çatdıqda, orada Şövqi ilə Asif Sadiqin avtomobildən yerə düşməsini bildirdilər. Sadiq avtomobildən yerə düşdü. Sadiq yerə düşəndən sonra, onlar avtomobili sürüb, məni aparmaq istədilər. Bu zaman qışqırmağa başladım. Şövqi və Asiflə gələn oğlanlar mənimlə işləri olmamasını bildirdilər. Şövqi ilə Asif bundan sonra məni də avtomobildən düşürdülər və maşını sürüb getdilər”.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Asif Allahverdiyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu qeyd edib və barəsində ədalətli qərar qəbul olunmasını istəyib.

    Asif Allahverdiyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Asif Allahverdiyevin şikayəti təmin edilməyib.

  • Bakı metrosunda OLAY: Qadına hücum edildi

    Metroda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Median.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Məmmədova iyunun 25-də saat 7 radələrində metronun “Koroğlu” stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

    Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs – Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

    Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

  • Saxta dollar satmaq istəyənlər ələ keçdi

    İyunun 25-də, saat 21:40-da Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gediblər.

    DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, müəyyən edilib ki, banka gəlmiş iki nəfər oranın xəzinədarına manata dəyişmək üçün bir ədəd 100 dollarlıq əskinas verib.

    Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib. Həmin şəxslər mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü Polis Bölməsinə təhvil veriliblər. Araşdırmalarla onların Ağsu rayon sakini Tural Behbudov və Ağdam rayon sakini Emin Aslanov olduqları müəyyən edilib.

    Araşdırma aparılır.

  • Bakıda qadın gənc sevgilisinin boğazını kəsdi – YENİLƏNİB

    Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” hoteldə qətlə yetirilən gənc oğlanın adı məlum olub.

    Median.Az Report-a istinadla xəbər verir ki, bu, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevdir.

    * * * * *

    Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” hoteldə qətl hadisəsi baş verib.

    Median.Az Report-a istinadla xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabunçu rayon sakini Günel Əliyeva təxminən 24 yaşlı sevgilisi ilə (hələlik ad-soyad açıqlanmır) hotelin ikinci mərtəbəsindəki otağı kirayələyib.

    Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə daha sonra hamam otağında davam edib. Bu zaman G.Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub.

    Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

    Əraziyə Binəqədi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

    G.Əliyeva ilkin ifadəsi zamanı sevdiyi oğlanın ona təcavüz edərək bakirəliyinə pozduğunu və bu səbəbdən ona evlənmək vəd etdiyini bildirib.

    Qadının sözlərinə görə, həmin hadisədən sonra onların arasında yaxınlıq davam edib və sonuncu görüşlərində oğlanın vədinə xilaf çıxdığını görərək onu öldürmək qərarına gəlib.

    Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb. G.Əliyeva və “Qrand” hotelin rəhbərliyi saxlanılıb.

  • Qonşular arasındakı mübahisə qadının bıçaqlanması ilə nəticələndi

    Şamaxıda qonşular arasında dava olub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Şamaxı şəhəri 20 Yanvar küçəsi ev 11-də baş verib.

    Həmin ünvanda yaşayan şəhər sakini, 1983-cü il təvəllüdlü İlahə İslam qızı Xudaverdiyeva qonşuluqda yaşayan Fikrət adlı şəxs tərfindən bıçaqlanıb.

    Belə ki, İ.Xudaverdiyevanın qaynanası ilə Fikrətin qaynanası arasında həyətə daş tökülməsi səbəbəbdən mübahisə baş verib. Bu zaman yaranan səs-küyə gələn İ.Xudaveridyeva, həmin həyətdə yaşayan Fikrət adlı şəxs tərfindən bıçaqlanıb.

    Ailə üzvləri yaralını Şamaxı Rayon Xəstxanasına aparıblar. Həkimlər İ.Xudaverdiyevanın vəziyyətini kafi kimi qiymətləndirirlər.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs Şamaxı Polisi tərəfindən tutularaq istintaqa cəlb edilib.

    Faktla bağlı araşdırm aparılır.