Category: Kriminal

  • Azərbaycanda dəhşətli hadisə — Ata qızını zorladı, doğulan körpəni həyətdə basdırdı

    Azərbaycanın Tərtər rayonunda tükürpədici hadisə baş verib.

    Median.Az “Bakupost”a istinadən xəbər verir ki, rayonun Evoğlu kəndinin sakini Şirinov Elnur Feyruz oğlu 14 yaşlı qızını zorlayıb, nəticədə azyaşlı qız hamilə qalıb.

    14 yaşlı qızın hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətdəcə basdırılıb.
    Bu barədə saytımıza məlumat verən mənbə iddia edir ki, adıçəkilən şəxs 14 yaşlı qızını artıq bir neçə ildir, zorlayırmış. Bütün bunlardan xəbərdar olan evin xanımı isə övladlarını tənbeh edərək bu barədə heç kimə deməyə qoymurmuş.

    Bildirilir ki, E.Şirinovun 6 azyaşlı qızı var. Onların ən böyüyü – zorlanan 14 yaşlı qızdır. Mənbəmiz iddia edir ki, hadisəni törədən şəxsin arvadı 6-cı – oğlan uşağına bu yaxınlarda hamilə qalsa da, E.Şirinov arvadını döyüb, həmin uşağın da ana bətnində ölümünə səbəb olub.

    Hüquq-mühafizə orqanlarından faktı təsdiqləyiblər. Bildirilib ki, artıq adıçəkilən cinayəti törədən şəxs həbs zorlama və sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddələri ilə həbs edilib və Gəncədə yerləşən İstintaq Təcridxanasına göndərilib.

  • Azərbaycanda 32 yaşlı şəxs 11-ci sinif şagirdi olan qızı qaçırdı (VİDEO)

    Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızı zorla avtomobilə mindirərək Yevlax rayonuna qaçıran şəxslər tutulub.

    APA TV-nin yerli bürosunun xəbərinə görə, iyunun 12-də rayonun Korarx kənd sakini, 1986-cı il təvəllüdlü Xəlilov Rövşən Marif oğlu qonşusu olan qızı, Korarx kənd orta məktəbinin 11-ci sinif şagirdi A.C.-ni qaçırıb. Rövşən Xəlilov orta məktəbdən evə qayıdan 17 yaşlı qızı küçədə zorla tutaraq rayonun Yuxarı Nemətabad kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Maqsud Əhmədiyə oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobilinə mindirib və Yevlax rayonunun Əkşəm kəndinə aparıb.

    Qızın valideynləri dərhal Ağdaş Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq qızı qaçıran şəxslər tutularaq istintaqa təhvil verilib. Sağ-salamat ailəsinə verilən qız qonşusu Rövşən Xəlilovla ailə qurmaq istəmədiyini, bir kənddə yaşamalarına baxmayaraq, onunla əvvəllər heç bir ünsiyyəti olmadığını və zorla qaçırıldığını bildirib.

    Faktla bağlı Ağdaş RPŞ tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə (adam oğurluğu) cinayət işi başlanılıb.

  • Tanışını yandıranın cəzası dəyişmədi

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Səbuhi Ağayevin CM-nin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Ötən ilin oktyabr ayında Yasamal rayonunda aralarında baş vermiş mübahisə zamanı Səbuhi Ağayev tanışı Anar Muradovun üzərinə yanacaq tökərək, ona od vurub.

    Yaralanan şəxs 5 saylı şəhər klinik xəstəxasına çatdırılıb, həkimlər onun həyatını xilas ediblər.

    Cinayəti törədən Səbuhi Ağayev həmin gün Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o hadisə zamanı sərxoş vəziyyətdə olub. İş üzrə dindirilmiş Ağayev Muradovu öldürmək niyyəti ilə yandırmadığını bildirib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Məhkum hökmdən apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, S.Ağayevin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayıb.

  • Arvadını namaz zamanı bıçaqladı

    Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün axşam saatlarında rayonun Qaraqaşlı kənd sakini, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızı həyat yoldaşı tərəfindən bıçaqlandığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

    O, çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır.

    Məlumata görə, kişi arvadını öldürmək üçün ona kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan qəflətən ona hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxsin tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

    Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Lerikdə yeddinci sinif şagirdi zorlanıb – YENİLƏNİB

    Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən heç bir məlumat yoxdur.

    Bunu oxu.az-a açıqlamasında RİH-nin başçısının müavini Habil Məlikov deyib.

    Onun sözlərinə görə, hadisənin araşdırması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib:

    “Onlar tərəfindən faktın yalan, ya da doğru olması araşdırılır. Biz məlumat vermişik ki, məsələ araşdırılsın. Bu hadisə baş veribsə, bu barədə cinayət işi açılmalıdır. Heç bir şəxsə güzəşt edilməməlidir”.

    Habil Məlikov qeyd edib ki, araşdırmanın nəticəsindən sonra icra hakimiyyəti tərəfində müvafiq işlər görüləcək.

    * * * * *

    Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

    Lerik rayonunda VII sinif şagirdi zorlanaraq şantaj edilib.

    Onun dörd aylıq hamilə olduğu deyilir.

    Qızın ailəsi məsələni yalnız uşaq hamilə olduqdan sonra öyrənib. Ailə utandığından Leriki tərk edib.

    İddialara görə, kənd camaatı 13 yaşlı qıza təcavüz edən şəxsin evinə hücum edib. Kütləvi dava düşüb. Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi açıldığı bildirilib.

    Lerik Rayon Prokurorluğundan Oxu.Az-a bildirilib ki, məsələ barədə cinayət işi açılmayıb:

    “Zorlanma faktı ilə bağlı prokurorluğa heç bir müraciət daxil olmayıb. Hətta polisə də məlumat verilməyib”.

  • Koroğlu metrostansiyasının çıxışında qadınlar arasında kütləvi dava olub

    Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.

    “Report” xəbər verir ki, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.

    Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.

    V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

  • Yol polisini bıçaqladılar – MAŞTAĞADA

    Maştağa qəsəbəsində yol polisi bıçaqlanıb. Hadisə iyunun 14-də baş verib.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, Dövlət Yol Polisi əməkdaşı Qəmbərov Babək Eyvaz oğlu Maştağada xidmət başında olan zaman bıçaqlanıb.

    Yol polisi əməkdaşını bıçaqlayan şəxsin kimliyi barədə məlumat yoxdur.

    Hadisəyə səbəb Babək Qəmbərovun xidmət başında olan zaman yol hərəkəti qaydasını pozan və adı məlum olmayan sürücünü saxlamaq istəməsi olub. Sürücü yol polisinin tələbinə əməl etməyib.

    Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə sürücü Babək Qəmbərovun ayaq nahiyyəsibdən bıçaq zərbəsi endirib. Sürücü daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyyəsindən vurub.

    Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşı hazırda reanimasiyadadır.

    Polis əməkdaşını bıçaqlayan sürücünün saxlanıldığı bildirilir.

  • Bakıda dindar biznesmenlərin qanlı davası – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR ANBAAN KAMERAYA DÜŞDÜ (VIDEO)

    Bakıda dindar biznesmenlər arasında qanlı dava olub.

    Dava bir neçə gün əvvəl Nərimanov rayonu ərazisində baş verib və İran vətəndaşı bıçaqlanıb. Hadisə şahidlərinin Criminal.az saytına verdiyi məlumata görə, dava edən şəxslər həmin ərazidə ətir biznesi ilə məşğul olan şəxslərdir. Onların mübahisəsi ilə qiymətin baha olması üstündə yaranıb. Daha sonra mübahisə əlbəyaxa davaya keçib. Dava edən şəxslərdən biri qaçaraq maşınında bıçağı götürüb və qarşısına çıxan şəxsə xəsarət yetirir.

    Nərimanov rayon Polis İdarəsindən Criminal.az saytına verilən məlumata görə, dava plastik ətriyyat qabları istehsal edən sexin qarşısında baş verib. Dava edənləri sakitləşdirmək istəyən iranlıya bıçaq xəsarəti yetirilib.

    Hazırda iranlını bıçaqlayan şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri görülür.

  • Külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

    Azərbaycanda külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürborakı kənd sakini Vüqar Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu və 1 kiloqram 41 qram marixuana aşkar edilərək götürülüb.

    Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayevdən şəxsi axtarış zamanı 0,165 qram heroin aşkar edilib.

    Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 450 qram marixuana, 0,32 qram “Metadon” və 0,9 qram “Preqabalin” həbləri, 0,877 qram heroin və 0,457 qram tiryək də aşkar edilərək götürülüb.

    Ağdaş RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Tofiq Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

    Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

  • Primitiv dələduzluq sxemi və Bakıdan Dubaya göndərilən qara pullar

    Bakı Ağır Cinayətlər Məhkəməsi daha bir dələduzluq cinayəti üzrə prosesə başlayıb. Məhkəmələrdə son illər dələduzluq əməlləri üzrə cinayət işlərinin qalaqlandığı, asan yolla varlanmaq istəyənlərin tamahından bəzən heç şeytanın da ağlına gəlməyən dolaşıq sxemlər quraraq faydalanan dələduzların hər dəfə məxsusi istedadının ortaya çıxdığı bir vaxtda əslində indiki halda mütəhimlər kürsüsündə əyləşən 29 yaşlı gəncin qurduğu sxem primitiv görünə bilər. Dubaydan ucuz “ayfon” gətirib satmaq və beləcə tər tökmədən qaz vurub qazan doldurmaq. Eyni zamanda bu cinayət işi Azərbaycandan pulların xaricə qeyri-leqal daşınması sxemini də bir daha ortaya çıxarmış olur.

    Külli miqdarda dələduzluqda ittiham olunan 29 yaşlı Bəhruz Muradov bu sxemi təkbaşına qurmayıb, ona 31 yaşlı Sehran Məmmədov və 30 yaşlı Abbas Rəsullu da yardım edib.

    Virtualaz.org-un xəbərinə görə, istintaqla müəyyən edilib ki, Bəhruz Muradov İlkin Tağıyevi, Orxan Süleymanlını, Ruslan Babayevi və daha bir neçə nəfər tanışını Çindən Dubaya, Türkiyəyə və digər Avropa ölkələrinə mobil telefonlar, elektrik- avadanlıqlarının ticarəti ilə məşğul olduğuna, yaxşı pul qazandığına inandırıb.

    Və bu  ticarətə maya  qoyacaqları təqdirdə əldə olunan gəlirdən onlara da yaxşı gəlir verəcəyini vəd edib. Bu minvalla Orxan Süleymanlının 205 min dollarını, İlkin Tağıyevin  isə 112 min manat pulunu ələ keçirib. Növbəti dələduzluğa isə Sehran Məmmədov və Abbas Rəsullu ilə birgə “imza atıb”.  Onlarla əlbir olaraq Emil Əliyevin 148 min manat, Ruslan Babayev və Mübariz Babayevin 177 min manat pulunu alıblar.  

    İş üzrə zərərçəkmiş şəxslərin sayı cəmi 12 nəfərdir.

     

    “Pulları Aleksisə göndərirdim”

     

    Təqsirləndirilən Bəhruz Muradov ifadəsində göstərib ki, Orxan Süleymanovu onun qohumu, İsmayıl Musayevin vasitəsilə tanıyıb. Birlikdə hərbi xidmətdə olublar. 2014-2015-ci illər “ST finans” kredit təşkilatında direktor müavini işləsə də, kredit təşkilatının təsisçilərinin qərarı ilə işdən azad olunub. Bundan sonra xırda bizneslə, telefon aksessuarlarının satışı ilə məşğul olmağa başlayıb. Sonradan işini genişləndirmək qərarına gəlib. Bu məqsədlə Dubaya üz tutub. İlk vaxtlar on-beş iyirmi ədəd telefon gətirərək Bakıda yaxşı qiymətə sata bilib.

    Dubaya üçüncü səfərində ABŞ vətəndaşı Aleksis Vizardla  tanış olub. Çox pul qoyub daha çox gəlir əldə etmək istəyən B.Muradova Aleksis  topdansatış ucuz telefon aksesuarları tapa biləciyini söyləyib.

     “Aleksis təklif etdi ki, pul qoyub çoxlu qazanc əldə edək,  mən də ona inandım. Birgə ticarət üçün pul qoydum. Çünki bir neçə dəfə ucuz qiymətə topdansatış telefon tapmışdı. Malları haradan götürməsi ilə maraqlanmamışdım. Bakıya gələndə İsmayıla danışdım, yaşadığı evi girov qoyub bu işə maya qoya biləcəyini dedi. İsmayıl həmin işi Orxana da təklif etdi, razılaşdıq. Belə qərara gəldik ki, çoxlu sayda “İphone” markalı mobil telefonlar gətirib Azərbaycanda sataq. Orxan 173 min dollar verdi. Həmin puldan qazancı kimi Orxana da verdim, mayanı saxladım. Orxana qazancla birgə verməli olduğum məbləğ 205 500 dollar, götürdüyüm məbləğ isə 173 min dollar olub”-təqsirləndirilən ifadəsində belə nəql edib.

    Lakin Muradov “Aleksis Vizard” adlı adamın ümumiyyətlə mövcud olduğuna dair hansısa sübutlar, dəlillər təqdim etməyib. Bu baxımdan istisna deyil ki, mifik amerikalı barədə deyilənlər onun dələduzluq sxeminin bir hissəsidir. İstintaq isə təbii ki, “Aleksis Vizard” adlı adamı axtarmayıb, yaxud axtarsa da tapa bilməyib.

     

    “Onun nə zamansa yoxa çıxacağını düşünmürdüm”

     

    B.Muradovun ifadəsinə inansaq, bütün pulları Aleksisə verib. Həmin pulların müqabilində alınan və satışı təşkil edilən, müxtəlif ölkələrə daşınan malların hesabatı və maliyyə sənədlərini görməyib. “Skype” vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıblar, amma bir müddət sonra Aleksis  müəmmalı şəkildə yoxa çıxıb.

    Muradovun müstəntiqlərə danışdıqlarından:  “Bir neçə dəfə böyük qoşqulu yük maşınlarında mobil telefonlar göstərib özünün olduğunu demişdi. Azərbaycandan pulların köçürülməsi ilə bağlı heç bir sənəd təqdim edə bilmərəm. Çünki pulları qara bazar vasitəlilə Dubaya Aleksisə göndərirdim. Bu işlə məşğul olan şəxslər vardı. Onların xidmət haqqı ümumi məbləğin 0,5 faizini təşkil edirdi. Özüm də üstümdə Dubaya pul aparırdım. Aleksislə böyük həcimli ticarət quranda sadəcə ona pul verirdim, malların gəlməsi, daşınması və satışını bilmirdim. Amma hər dəfə 10-15 gün ərzində Aleksis  vəd etdiyi vaxtda qazancla birlikdə pulları qaytarırdı. Nə vaxtsa yoxa çıxacağını düşünməmişdim. Onun barəsində başqa heç bir məlumatım yoxdur”.

    B.Muradovun ifadəsinə görə, İlkin Tağıyevi uzun illərdir ki, tanıyıb. Gördüyü işlərlə bağlı İlkini də məlumatlandırıb və birgə iş qurmağı təklif edib:”İlkindən 99 min dollar almışam. Qazanc olaraq 12 min dollar vermişəm”.

     

    “Pulların Bəhruza hansı formada çatdırılmasından xəbərim olmayıb”

     

    Təqsirləndirilən Sehran Məmmədov ifadəsində 2012-2015-ci illərdə FHN-də sürücü işlədiyini, Bəhruzun atası Raqif Muradovun onların rəisi olduğunu, sonradan öz ərizəsi ilə işdən azad edildiyini göstərib:”Bəhruzu orta məktəb vaxtlarından tanıyıram. 2016-cı ildə Nərimanovda görüşəndə dedi ki, Çindən Dubaya, Dubaydan İstanbula elektrik mallarının daşınması və satışı ilə məşğul olur. Bu ticarətdən yüksək gəlir əldə etmək mümkün olduğunu dedi. Bəhruzla bir neçə nəfəri tanış etdim. Əldə olunan gəlirdən mənə 200-300 manat verirdi. Pulların Bəhruza hansı formada çatdırılmasından xəbərim olmayıb”.

    Təqsirləndirilən Abbas Süleymanlı ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində telefon satışı ilə məşğul olan B.Muradovu İsmayılın vasitəsilə tanıdığını göstərib. Bəhruzun ticarətini təşkil edən sənədləri, dovriyyədə olan malları görməsə də, İsmayıla etibar etdiyi üçün bu işin varlığına inanıb.

    Süleymanlının ifadəsindən: “İsmayıl həm dostluqda, həm də işdə etibarlı adam idi. Sehranı bu prosesin gedişi zamanı tanımışam. Sehran Bəhruzun xahişi ilə müxtəlif şəxlərdən pul alıb ona çatdırırdı. Bunun müqabilində ona 200-300 manat müqabilində şirinlik verirdi. 2016-cı ildə Emil adlı şəxslə görüşüb ondan aldığım 5 min dolları aparıb Bəhruza vermişəm. Sonra da qazanc kimi on gün sonra Bəhruzun verdiyi 5500 doları Eminin özünə qaytarmışam. Mənim bu işdə heç bir marağım olmayıb. Aramızdakı dostluğa görə Bəhruzun xahişini yerinə yetrimişəm. 2017-ci ilin yanvarında  ticarətə pul qoymaq üçün Ruslan adlı şəxsdən 57 min 600 manat alıb Bəhruza verdim. Pulun qaytarılmasında problem yarananda Bəhruzun arxasınca Türkiyəyə getdim. Tezliklə ödəniş eləyəcəyini dedi”.

     

    “Daha böyük işlər görmək zamanıdır”

     

    Zərərçəkmiş Orxan Süleymanov ifadəsində göstərib ki, dostu İsmayıl ona qohumu Bəhruzun karqo işi ilə məşğul olduğunu, yuxarı dairələrdə olan şəxslərinin əmanətlərinin Azərbaycana gətirilməsini təşkil etdiyini deyib:”Bəhruz işlədiyi şirkətinin rəhbərinin Aleksey (Aleksis)  adlı şəxsin milliyyətcə gürcü olduğunu deyirdi. Alekseylə Dubayda, Sinqapurda, Türkiyədə və Çində olan ofislərində fəaliyyət göstəriblər. Bu şəxs haqqında deyirdi ki, çox nüfuzlu adamdır, ona heç kim bata bilməz. Sonradan başa düşdüm ki, Bəhruz bu sözləri gələcəkdə həyata keçirəcəyi əməlləri törətdikdən sonra hüquq-mühafizə orqanlarına müraciət etməyimin qarşısını almaq üçün deyirmiş. Bəhruzun səmimiyyətinə inansam da, karqo şirkətinin rəsmi sənədlərini göstərmirdi. Pulu vaxtında qaytarırdı deyə irad tutmurdum”.

    Bir müddət sonra B.Muradov O.Süleymanova daha böyük işlər görməyin vaxtı çatdığını söyləyib:”Azərbaycana çoxlu sayda telefon gətirib satışını təşkil edəcəyini, daha çox qazanc əldə olunacağını dedi. Öz dostlarıma da müraciət etdim. Bəhruz məndən 223 min dollar alıb. Həmin puldan cəmi 20 min 500 dollar qaytarıb”.

    Zərərçəkmiş Ruslan Babayev Bəhruzu Sehranın vasitəsilə tanıdığını, onun özünü çox nüfuzlu adam kimi təqdim etdiyini deyib. Sitat: “Sehran deyirdi ki, özü də bu işə pul qoyub yaxşı qazanc əldə edir. Guya Aleksis adlı bir şəxsin rəhbərliyi altında malların həm daşınmasını, həm də Türkiyə, Azərbaycan və Avropa ölkələrində satışını təşkil edirdi. Abbası bizə özünün şəriki kimi təqdim etmişdi. Bəhruz və onunla əlbir olan şəxslər mənimlə qardaşım Mübarizin 153 min manatını dələduzluqla ələ keçirdilər. Hər ikimizə külli miqdarda ziyan dəyib”.

    Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız B.Muradov həbsdədir, digər iki nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.