Category: Kriminal

  • Tanınmış QHT rəhbəri həbs olundu – Məhkəməyə əli qandallı gətirildi

    Korrupsiyaya qarşı Mübarizə Fondunun təsisçisi Vasif Mövsümov həbs olunub. O, Səbail rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

    Həmin məhkəmədə Vasif Mövsümov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; təkrar törədildikdə) maddəsi üzrə məhkəmə prosesi gedirdi.

    Bundan başqa hazırda Binəqədi rayon məhkəməsində V.Mövsümovun məhkəmə prosesi gedir. Cinayət işində Mustafayev Səxavət Nurəhməd oğlu, İbrahimova Sədaqət Ədil qızı və Həsənova M.K. qızı zərərçəkmiş qismində tanınıb. V. Mövsümov həmin məhkəməyə də əlləri qandallı gətirilib.

    Xatırladaq ki, Vasif Mövsümov barəsində Bakının bir neçə rayon məhkəməsində məhkəmə prosesi gedir. Belə ki, Nəsimi Rayon Məhkəməsində də analoji cinayət faktı ilə bağlı məhkəmə prosesi olub və cərimə cəzasına məhkum edilib.

    Qeyd edək ki, Mövsümov Vasif Seyidəli oğlu 2010-cu ildə Salyan seçki dairəsindən bitərəf kimi deputatlığa namizəd olub. Korrupsiyaya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilib və Vasif Mövsümov bu fondun icraçı direktoru olub. 2015-ci ildən isə Fondun təsisçisidir.(Criminal.az)

  • 1500 pivə bokalı oğurlayan Şüvəlan sakini saxlanılıb

    Şüvəlan sakini 1500-dən çox pivə bakalı oğurlayıb.

    Daxili İşlər Nazirliyindən oxu.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törədən şəxs saxlanılıb.

    Saxalnılan şəxsin Şüvəlan qəsəbə sakini Atif Məmmədov olduğu bildirilir. O, mayın 15-dən iyunun 15-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki bağ evlərindən birinin həyətindən 1512 ədəd pivə bakalı oğurlamaqda şübhəli bilinir.

  • Məhərrəmov iş yoldaşını qətlə yetirib

    Samux rayonunda qətl hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.

    Kənddə yerləşən qazpaylayıcı stansiyada nəzarətçi işləyən, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov iş yoldaşı 1966-cı il təvəllüdlü Əhmədov İntiqam İmamverdi oğlu ilə birgə kafedə yemək yeyəndən sonra onu bıçaqlayaraq qətlə yetirib.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    R. Məhərrəmov saxlanılıb.

    Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

  • Dəhşət: Azərbaycanlı ər və arvad 4 yaşlı qızlarını pornoroliklərə çəkib satırmışlar – FOTO

    Ukraynanın Poltava şəhər məhkəməsi azərbaycanlı ər və arvad barəsində 60 günlük həbs qərarı çıxarıb.

    Musavat.com-un yerli KİV-lərə istinadən məlumatına görə, əmiqızı və əmioğlu olan cütlük iki ildir ki, 4 yaşlı qızlarını cinsi istismara məruz qoyaraq onu porno filmlərə çəkirmişlər. Həmin pornovideolar isə Mərkəzi Asiyadan olan şəxslərə 100 dollara satılırmış.

    Məlumata görə, 29 yaşlı ər kompüter proqramçısı olub. 30 yaşlı arvadı isə yüngül əxlaqlı hərəkətləri ilə tanınırmış. Onlar bu işə qızları hələ iki yaşındaykən başlayıblar.

    Məhkəmədə hakimin “Özünüzün və qızınızın gələcəyini necə görürsünüz?” sualına əxlaqsız cütlük belə cavab verib: “Bizim gələcəyimiz yoxdur”.

    Yerli qanunlara görə, onları 12 ilədək həbs gözləyir.

  • Pozğun qadının əcaib rəqsi iki dostu qanlı davaya saldı – TƏFƏRRÜATLAR

    “Barı Naxçıvan” mahnısını düzgün oynamamaq davaya səbəb olub. Dava kafedə baş verib. Zərərçəkmişə əvvəlcə bıçaqla, daha sonra is pivə bakalı ilə zərbə endiriblər.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham olunan 24 yaşlı Həsən Ağayev və 23 yaşlı Elvin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə həbs edilən şəxslər, zərərçəkmiş və şahidlər ifadə verib.

    Əvvəlcə qeyd edək ki, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonundakı “Dəli Kür” kafesində baş verib. Kafedə rəqs üstündə yaranmış münaqişə qanla sonuclanıb. Belə ki, Fatma Abdullayeva kafedə rəqs edib. Tofiq Mehtiyev isə buna etiraz edib və sonda iki nəfər tərəfindən bıçaqlanıb.

    Onu bıçaqlamaqda ittiham edilən H.Ağayev və E.Əliyev həbs ediliblər. Həbs edilən Həsən Ağayev ifadəsində “Papanin”də gecəsi 2 manat olan evdə kirayədə qaldığını deyib. O, bildirib ki, hadisə baş verən gün dönər yeyib, spirtli içki içib, sonra da internet-kluba gedib.

    Bir neçə saat sonra isə taksi sürücüsü olan “Malış” ləqəbli dostu Elvin Əliyevlə “Dəli Kür” kafesinə gediblər: “Ora gedəndə Fatmanın iki kişi ilə stol arxasında əyləşdiyini gördüm. Bir qədər keçmiş Fatma yanındakı kişilərlə birgə “Barı Naxçıvan” mahnısını rəqs etməyə başladı. Sonradan adını bildiyim Tofiq Mehtiyev Fatmaya əli ilə nəsə işarə elədi. Əl-üzümü yumaq üçün bayıra çıxıb geri qayıdanda Fatmanın uca səslə kimisə söydüyünü eşitdim. Səs-küy saldığına görə onu silləylə vurdum. Fatma da dedi ki, kişiliyin çatırsa, get onu vur. Tofiqi nəzərdə tuturdu. Tofiqi küçəyə çağırdım. Əhəmiyyət vermədi. Yanına gəlib dedim ki, gəl çıxaq çölə, səninlə söhbətim var. Köynəyim yuxarı qalxdığından mənim bıçaq çıxarmaq istədiyimi güman edib biləyimdən yapışdı, mübahisə etdik. Bıçağın tiyəsini açıb Tofiqə sinəsindən və belindən bir neçə zərbə endirdim. Kafedə olanlar bizi araladılar, bıçaq əlimdən düşdü, məni zaldan çıxardılar. Təkrar zala qayıdıb hələ ayaq üstə olan Tofiqin sinəsinə təpiklə vurdum, yerə yıxıldı”.

    H.Ağayev ifadəsində Elvin Əliyevlə dostluq münasibətlərini inkar edib, onu sadəcə kafedən tanıdığını deyib. Digər təqsirləndirilən Elvin Əliyev isə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

    “Meyvəli” bazarında işləyən Elvin Əliyev də “Papanin”də gecəsi 2 manat olan evdə kirayə qaldığını deyib: “İşdən çıxandan sonra dostum Sənanın ad gününü qeyd etməyə getmişdim. Sənangillə birgə “Dəli Kür”ə gələndə “Fatoş” kimi tanıdığım, yüngül həyat tərzi sürən qadın Fatma orada iki kişi ilə oturmuşdu. Adını sonradan bildiyim, başına butulka vurduğum Tofiqi isə əvvəllər tanımamışam. Sənangil getdikdən sonra bayıra çıxanda “Fatoş”un nəyəsə görə deyindiyini, Həsənlə Tofiqin isə zalda tutuşduqlarını gördüm. Tez zala girib onları ayırdım. Tofiq nalayiq söyüşlər söyüb məni təhqir etdi. Əsəbləşib onu yumruqla vurdum. Mühafizəçilər məni tutub kənarlaşdırdılar. Onların əlindən çıxıb stolun üstündəki pivə bokalını Tofiqin başına vurdum”.

    İş üzrə zərərçəkmiş kimi tanınan Tofiq Mehtiyev də dindirilib. O, ifadəsində kafedə “Fatoş” kimi tanıdığı qadınla münasibətindən danışıb: “O, müxtəlif kişilərlə əylənir, müştəri tapıb harasa aparırdı. Gəlib mənə də yaxınlaşdı. Amma xidmətlərindən imtina etdim. Həmin gün “Fatoş” iki kişi ilə oturmuşdu. Arada gəlib bizim stolda əyləşmək istəsə də, mən icazə vermədim. Təxminən saat 3-də “Fatoş” yanındakı kişilərlə Naxçıvana aid mahnıya oynamağa başladı. Mahnını milli rəqs kimi yox, disko rəqsi kimi oynamağı xoşuma gəlmədi. Oynayıb qurtarandan sonra əlimlə yanıma çağırıb dedim ki, “Barı Naxçıvan”ı belə əcaib formada oynamazlar”.

    Onun dediyinə görə, “Fatoş” bu hərəkəti ilə milli musiqiyə hörmətsizlik edib: “Bunu deyəndə “əcəb edirəm” dedi. Söyüş söyə-söyə gedib yerində oturdu. Mənə tərəf baxır, nəsə danışırdı. Başa düşürdüm ki, söyür. Əlimlə yenə çağırdım, amma gəlmədi. Bir qədər sonra Həsən bizim stola yaxınlaşıb məni çölə çağırdı. Cibindən bıçaq çıxarmaq istədikdə əllərindən tutdum. Biz mübahisə edərkən Elvin də Həsənə qoşuldu. Həsən məni bıçaqla vuranda Elvin də yumruq-təpiklə vururdu. Kafedəkilər bizi zorla ayırdılar. Məni xəstəxanaya apardılar, əməliyyat olundum”.

    Şahid qismində dindirilən Fatma Abdullayeva isə dindirilən zaman həmin gün hadisə baş verən kafedə istirahət etdiyini deyib: “Rəqs edən zaman Həsən məni çölə çıxardıb, sillə ilə vurdu. Dedi ki, “səs eləmə”. Mən də ona “gücün mənə çatır, kişiliyin varsa, get sözünü ona de” deyib, “102”-yə zəng edəcəyimi söylədim. Sonra oradan uzaqlaşdım, bıçaqlanma hadisəsini görməmişəm”.

    F.Abdullayevanın istintaqa verdiyi ifadəsi elan edilib. O, ilkin dindirilməsində bildirib ki, kafedə baş verən hadisəni pəncərədən izləyib, sonra hadisə yerindən taksi ilə uzaqlaşıb.

    Törətdikləri cinayət əməlinə görə H.Ağayev və E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Onların barələrində Nəsimi rayon məhkəməsi tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

  • Jurnalisti avtomobillə vuraraq öldürən sürücüyə hökm oxundu

    Rusiyanın Həştərxan şəhərində azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) avtomobillə vuraraq öldürən sürücü Rüstəm Jaksakovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ü.Şamilqızının hüquqi varisinin vəkili Fərid Həsənov deyib.

    Vəkil bildirib ki, Həştərxan vilayətinin Turusov Rayon Məhkəməsi iş üzrə hökmü elan edib. Hökmə əsasən, R.Jaksakov 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin 3 il sürücülük hüququndan məhrum edilməsi barədə də qərar çıxarıb.

    Qeyd edək ki, bu il yanvarın 24-də Rusiyanın Həştərxan şəhərində azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını avtomobil vurub. Ağır bədən xəsarətləri alan jurnalist hadisə yerində ölüb. Aparılan tibbi ekspertizanın yekun rəyinə əsasən, Ü.Şamilqızı hadisə baş verəndən 30 dəqiqə sonra keçinib.

    Rəydə qeyd olunub ki, Ü.Şamilqızının aldığı bədən xəsarətləri və travmalar ilə sağ qalmaq ümidi olub: “Təcili Tibbi Yardım maşını hadisə baş verən əraziyə gec gəlib. Huşsuz halda üzüyuxarı vəziyyətdə uzanan Ülviyyə Məmmədovanın boğazına qan yığılıb və o, öz qanında boğularaq ölüb”.

    Ekspertizanın rəyində həmçinin qeyd olunub ki, hadisə Rusiya Federasiyası vaxtı ilə 18:20-də baş verib: “Hadisədən sonra qəzanı törədən sürücüyə məxsus mobil nömrədən saat 18:24-də Təcili Tibbi Yardım Stansiyasına (TTYS) zəng olunub. Bir qədər sonra – 18:36-da TTYS-dan qəzanı törədən şəxsin mobil nömrəsinə zəng olunub və tibbi yardım maşınını idarə edən sürücünün qəza baş verən ərazini tapa bilməməsi deyilib. Qəzanı törədən sürücü yenidən saat 18:40-da TTYS-ə zəng edib və Təcili Tibbi Yardım maşınının niyə gəlmədiyini soruşub. Təcili tibbi yardım maşını hadisə yerinə saat 19:00 radələrində – Ülviyyə Məmmədova dünyasını dəyişəndən sonra gəlib çatıb” – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydə bildirilib.

    Mərhum Gəncə şəhərində torpağa tapşırılıb.

    Xatırladaq ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ü.Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

  • Fədayə Laçından XƏBƏR VAR

    Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının cinayət işinin məhkəməyə göndəriləcəyi tarix məlum olub.

    Median.Az xəbər verir ki. vəkil Türkel Süleymanlının APA-ya verdiyi məlumata görə, F. Laçının cinayət işində artıq əksər istintaq hərəkətləri yekunlaşıb, yalnız müəyyən ekspertiza məsələləri qalıb: “Buna görə də güman ki, istintaq avqust ayında bitəcək və iş baxılması üçün ərazi üzrə məhkəməyə göndəriləcək”.

    Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

    Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

    Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçınvə Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.

  • Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü – ŞOK TƏFƏRRÜAT

    Bu ilin yanvar ayında baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

    Yanvarın 10-da Yasamal rayonu Qanlı göl ərazisində həyət evində 1958-ci il təvəllüdlü N.N-nın meyiti tapılıb.

    Aparılan araşdırmalar zamanı qadının öldürüldüyü üzə çıxıb. Hadisəni törədən Ağdaş rayon sakini, 1983-cü il təvəllüdlü İ. C tutulub. Məlum olub ki o, daha əvvəl də məhkumluq həyatı yaşayıb.

    Hadisənin hansı səbəblərdən baş verdiyi isə araşdırmalardan sonra məlum olub, Bu barədə tanınmış kriminal müxbir Ramilə İbrahimxəlilova “minval.az” saytına danışıb. O, bildirib ki, qadını kürəkəni qətlə yetirib. Hadisə isə qaynana ilə kürəkənin cinsi münasibətdə olduğu zaman qeydə alınıb.

    Qadın kürəkəni ilə qeyri-ənənəvi halda cinsi əlaqədə olarkən onda qıcolma baş verib. Bu vaxt qadın dişləri ilə kürəkəninin cinsi orqanına dişləyib. Kişi də qaynanasının dişlərindən xilas olmaq üçün onun başına vurub. Məhz zərbənin təsirindən qadın dünyasını dəyişib.

    Qeyd edək ki, 3 uşaq atası olan İ.C mərhumun qızı ilə 6 il öncə ailə qurub. Birgə nikahdan 3 övladları var. 15 ilə yaxındır ki, Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şikrətlərində fəhləliklə məşğul olub. Ailəsi ilə birgə Yasamalda kirayə yaşayıb. Çox keçməyib ki, qaynanası N da onların yanına köçüb. Onların münasibəti də həmin dövrdən başlayıb.

    Kürəkən ilk ifadəsində hadisənin baş vermə səbəblərini gizlədib. O, yalandan məhkəməyə ifadə verib və qaynanasını əxlaqsız təklif etdiyi üçün öldürdüyünü deyib./azxeber.com

  • Bakıda evindən 1 milyon manata yaxın oğurluq edilən alimdən YENİ XƏBƏR

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pul və qızıl zinət əşyaları oğurlamaqda təqsirləndiriləm Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə bəzi şahidlərin və zərərçəkmişlərin məhkəməyə gəlmədiyi elan olunub.

    Məhkəmə həmin şəxslərin və zərərçəkmişlərin barəsində məcburi gətirilmə qərarı çıxarıb.

    Məhkəmənin növbəti iclası iyunun 27-nə təyin edilib.

    Qeyd edək ki, ittiham aktına əsasən, X.Zeynalova zərərçəkmiş Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyevanın Nəsimi rayonunda yerləşən mənzilində qulluqçu işləyib.

    Cinayət işi materiallarında X.Zeynalovanın 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər işlədiyi məmzildən ümumilikdə 539 min dollar və 179 min manat məbləğində qızıl-zinət əşyaları oğurladığı qeyd edilir.

    Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    İstintaq zamanı məlum okub ki, X.Zeynalova cinayəti tanışı A.Qəhrəmanovla birlikdə törətdib.

    Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilir.

    Xatırladaq ki, X.Zeynalovanın atası Əbdüləli Zeynalov mətbuata müraciət edərək qızının günahsız olduğunu deyib. O bildirib ki, qızı 2010-2014-cü illərdə A.Əliyevanın evində xidmətçi işləyib. Bu müddətdə X.Zeynalova A.Əliyevanın qızı, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olan Gülşən Əliyeva ilə münasibəti yaxşı olub: “Qızım Xanım bir neçə dəfə Gülşənə ailə məsələlərində kömək edib, bunun müqabilində isə o, qızıma 2 qızıl zinət əşyasını verib. Onu da qeyd edim ki, evimizdə yoxlanış aparılan zaman elə həmin qızıllar sübut kimi göstərilib. Sonradan ailə arasında tez-tez xoşagəlməz mübahisələr yaranmağa başlayıb. Odur ki, Xanım işindən ayrılıb”.

    Ə.Zeynalov deyib ki, qızı həbs edilən zaman Bakı Metropolitenində işləyib.

  • Azərbaycanda dəhşət – Qohumunun üzərinə benzin töküb yandırdı

    Gəncə şəhər sakini qohumunun üzərinə benzin tökərək onu yandırıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1954-cü il təvəllüdlü Fikrət Əmiraslanov özünə məxsus ət dükanında olan zaman qohumu Rabid Abdinov sərxoş vəziyyətdə dükana gəlib və onunla mübahisə edib.

    Mübahisə zəmnində R.Abidinov özüylə plastik qabda gətiridiyi benzini qəfildən F.Əmiraslanovun üzərinə səpərək alışdırıb.

    Müxtəlif yanıq xəsarətləri alan F.Əmiraslanov xəstəxanaya yerləşdirilib.

    Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, F.Əmiraslanov hadisəni törədən şəxsin bacısı qızının qayınatasıdır və hadisəyə ailələr arasında olan münaqişə səbəb olub.

    Faktla bağlı araşdırma aparılır.