Category: Kriminal

  • Xaçmazda DƏHŞƏTLİ cinayətin üstü açıldı – VİDEO

    Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıblar.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

    Həmin şəxsin 51 yaşlı Əzizov Mirzağa Bədəl oğlu olduğu müəyyənləşib.
    Etibar Əzizov (mərhumun qardaşı): “Keçən ayın 21-i evdə olub. Görmüşəm. Bu gün eşitdim. Öldürüb, orada basdırıblar”.

    Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, ilkin müayinələrlə meyiti tapılan şəxsin 15 gün əvvəl öldürüldüyü məlum olub. Onun başına balta ilə vurularaq, öldürüldüyü bildirilir.

    Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

  • Jurnalisti öldürən şəxs yenidən məhkəməyə müraciət etdi — SƏBƏB

    Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Samir Mustafayev barəsində olan hökmdən yenidən kassasiya şikayəti verib.

    Ali Məhkəmədə keçiriləcək iclas iyunun 13-nə təyin edilib.

    Kassasiya şikayətinə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

    Xatırladaq ki, S.Mustafayev daha əvvəl kassasiya şikayəti versə də, sonradan ərizəsini geri götürüb.
    Qeyd edək ki, Bakı şəhər sakini, “Ann.tv”-nin əməkdaşı Rasim Məmmədəli oğlu Əliyev 2015-ci il avqustun 8-də Bakı şəhərinin Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    2015-ci il dekabrın 22-də Bakı şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmənin hökmü ilə E.İsmayılov 13 il, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikakayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib. Daha sonra S.Mustafayev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

    Xatırladaq ki, cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb. “Qəbələ”nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılıb və o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin edib və C.Hüseynovun cəzası 1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən, C.Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.//olke.az

  • Bakıda 1 milyonluq dələduzluq edən qadına hökm oxundu

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    O, məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

    O, vətəndaşlar – Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların ümumilikdə 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

    Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.

    İstintaq və məhkəmə istintaq dövründə V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməmişdi. Daha sonra o, məhkəmə iclaslarından yayındığı üçün həbs edilib.

    Məhkəmədə o, ittiham üzrə V.Osmanlı özünü qismən təqsirli bildiyini deyib.

    Xatırladaq ki, V.Osmanlı əvvəllər Azərbaycan İqtisad Universitetində tyuitor vəzifəsində çalışıb.

  • “Sevgilim 2-3 dəfə ərə getdi” – 7 yaşlı uşağı öldürən ömürlük məhbus – VİDEO

    ARB TV-nin “Rezonans” verilişində bu dəfə məhbus Elbrus Əhmədovun həbsxana hekayələrindən bəhs olunub.

    Elbrus Əhmədov (ömürlük məhbus) törətdiyi cinayətdən danışıb: 

    “Orta məktəbi bitirdikdən sonra Ukraynaya getmişəm. Balıqçı işləyirdim. İlk tutduğum balığ 35-40 kq idi. Bir oğlan var idi. Onunla yeyib-içdik. Ümumiyyətlə, içki içən olmamışam. Birdən-birə oldu. 25 il əvvəl olub. Çox şeyi xatırlamıram. Səhər ayılanda polislər gələndə xəbərim oldu ki, 7-8 yaşlı uşağı öldürmüşəm. Mənə ölüm cəzası verildi. Çox dəhşətli anlar idi. Ölüm cəzasının qorxusunu çox çəkmişəm. Ölüm hökmü ləğv olanda çox sevindim. Ata-anama köməyim dəymədi. Atam rəhmətə gedəndə basdıra bilmədim. 2 qardaşım da illər öncə vəfat etmişdi. Sevdiyim var idi. Mən tutulandan sonra 2-3 dəfə ərə getdi. Azadlığa çıxandan sonra anamın yanına gedəcəm. Elədiklərim üçün çox peşmanam”.

  • Bakıda silahlı insident törədən şəxs polisə təslim olub

    Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 8-də Yasamal rayonu ərazisindəki yeraltı avtomobil dayanacaqlarının birində Bakı şəhər sakini Rafət Nərimanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə Nizami Qasımovun çiyin nahiyəsinə xəsarət yetirib.

    Nəticədə N.Qasımov xəstəxanaya yerləşdirilib.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

    R.Nərimanov könüllü olaraq Yasamal RPİ 28-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “BPO-208” markalı tüfəngi təhvil verib.

  • Azərbaycanda məşhur müğənninin oğlu narkotikə görə saxlanıldı – FOTO

    Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.

    Median.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı mərhum müğənninin oğlu Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb.

    Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

    Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Azərbaycan Respublikası Cinayət məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.











  • Bakıda həbsxanada SİLAHLI İNSİDENT – YARALI VAR

    Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub.

    APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

    Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib: “Əsgərlərdən birinin əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində digər hərbçi yüngül yaralanıb”.

  • Bakıda qadın küçədə bıçaqlandı – Müəmmalı olay

    Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, Heydər Əliyev prospektində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Dilarə Quliyeva naməlum şəraitdə bıçaqlanıb.

    Yaralı xəstəxanaya yerləşdirilib, oan tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

    Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələ ki məlum deyil.

    Faktla bağlı cinayət işi başlanıb.

  • Biləsuvarda tanınmış falçı tutulub – FOTO

    Biləsuvar rayonunda vətəndaşları fala baxmaq adı ilə aldadaraq onların pul və qızıl-zinət əşyalarını mənimsəyən qadın saxlanılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Elena Pavlovna Kalaşnikova Biləsuvar rayon sakinlərinin polis şöbəsinə etiyi mürəciət əsasında aparılan axtarışlar zamanı cinayəti törədən şübhəli şəxs qismində saxlanılıb.

    Aparılan istintaq zamanı məlum olub ki, özünü sakinlərə Emilya kimi təqdim edən fırıldaqçı qadın müxtəlif vaxtlarda Astara, Şirvan , Sabirabad və Xaçmaz rayonlarında, eləcə də Bakı şəhərində də xeyli sayda oxşar cinayət əməlləri törədərək vətəndaşların pul və qızıl zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib. Elena Pavlovna istintaqa verdiyi ilkin ifadə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

    Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də dələduzluq və soyğunçuluqda ittiham edilərək 9 il məhkumluq həyatı yaşayıb.

    Biləsuvar Rayon Polis Şöbəsindən (RPŞ) “Report”un yerli bürosuna bildirilib ki, Elena Pavlovnanın oxşar cinyət əməllərindən zərəçəkən şəxslərin Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə zəng etmələri xahiş olunur.

    Faktla ağlı araşdırmalar aparılır.

  • “Barı Naxçıvan” mahnısına görə Bakıda qan töküldü HƏYATIN DİBİ

    Gündüzlər müştərilərin üzünə bağlı, axşamlar açıq olan “Dəli Kür” kafesinə təşrif buyuranların əksəriyyəti nəm qoxuyan alaqaranlıq daxmalarda gecəsi 2-3 manata kirayə qalanlar olub. Günəmuzd fəhləlik edib qazandıqları qəpik-quruşu xərcləmək üçün bura toplananları həyat get-gedə daha da dibə doğru çəkib…

    Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə ittiham olunan Cəbrayıl rayon sakini 24 yaşlı Həsən Ağayev və Ağdaş rayon sakini 23 yaşlı Elvin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Dəli Kür” kafesində baş verib. Kafedə rəqs üstündə yaranmış münaqişə qanla sonuclanıb. Belə ki, Fatma Abdullayevanın rəqs etməsinə irad bildirməsi Tofiq Mehtiyevin bıçaqlanmasına səbəb olub. Yaralı xəstəxanaya çatdırıldığından, onun həyatını xilas etmək mümkün olub.

    Törətdikləri cinayət əməlinə görə H.Ağayev və E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlı) maddələri ilə ittiham irəli sürülüb. Barələrində Nəsimi rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Təqsirləndirilən Həsən Ağayevin ifadəsinə görə, o, “Papanin”də gecəsi 2 manata kirayə qalıb. Hadisə baş verən gün dönər yeyib spirtli içki qəbul edən H.Ağayev əvvəlcə internet-kluba gedərək sosial şəbəkələrdə vaxtını “öldürüb”. Gecəyarısı taksi sürücüsü olan “Malış” ləqəbli dostu ilə yolunu yenidən “doğma məkan”a salıb. Kafeyə girərkən Fatma adlı tanışının iki kişi ilə stol arxasında əyləşdiyini görüb. Bir qədər keçmiş Fatma yanındakı kişilərlə birgə “Barı Naxçıvan” mahnısını rəqs etməyə başlayıb: “Sonradan adını bildiyim Tofiq Mehtiyev Fatmaya əli ilə nəsə işarə edib dedi. Əl-üzümü yumaq üçün bayıra çıxıb geri qayıdanda Fatmanın uca səslə kimisə söydüyünü eşitdim. Səs-küy saldığına görə onu silləylə vurdum. Fatma “məni niyə vurursan, kişiliyin çatırsa, get onu vur” dedi. Tofiqi nəzərdə tutduğunu başa düşdüm. Tofiqə əlimlə işarə edib onu küçəyə çağırdım, əhəmiyyət vermədi. Yanına gəlib dedim ki, gəl çıxaq çölə, səninlə söhbətim var. Köynəyim yuxarı qalxdığından mənim bıçaq çıxarmaq istədiyimi güman edib biləyimdən yapışdı, mübahisə etdik. Bıçağın tiyəsini açıb Tofiqə sinəsindən və belindən bir neçə zərbə endirdim. Kafedə olanlar bizi araladılar, bıçaq əlimdən düşdü, məni zaldan çıxardılar. Təkrar zala qayıdıb hələ ayaq üstə olan Tofiqin sinəsinə təpiklə vurdum, yerə yıxıldı”.

    H.Ağayev ifadəsində Elvin Əliyevlə dostluq münasibətləri olmadığını, onu kafeyə-gəlib gedən müştəri kimi tanıdığını göstərib. F.Abdullayevə gəlincə isə, onunla iki-üç il əvvəl tanış olduqlarını, hətta qısa müddət Xırdalanda bir yerdə kirayə yaşadıqlarını bildirib: “Hadisə vaxtı ətrafda çoxlu adam olduğundan, Elvinin hansı hərəkətlərə yol verdiyini xatırlamıram. Evə gəlib yatdım. Səhər yuxudan oyananda axşam nə hadisə baş verdiyini dəqiqləşdirmək üçün “20 Yanvar“a – “Malış”ı axtarmağa getdim, tapa bilmədim. Elə bu vaxt polis əməkdaşları məni tutub polis bölməsinə apardılar”.

    Təqsirləndirilən Elvin Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində “Meyvəli” bazarında işlədiyini, “Papanin”də gecəlik kirayə qaldığını göstərib: “İşdən çıxandan sonra dostum Sənanın ad gününü qeyd etməyə getmişdim. Sənangillə birgə “Dəli Kür”ə gələndə “Fatoş” kimi tanıdığım, yüngül həyat tərzi sürən qadın orada iki kişi ilə oturmuşdu. Adını sonradan bildiyim, başına butulka vurduğum Tofiqi isə əvvəllər tanımamışam. Sənangil getdikdən sonra bayıra çıxanda “Fatoş”un nəyəsə görə deyindiyini, Həsənlə Tofiqin isə zalda tutuşdıqlarını gördüm. Tez zala girib onları ayırdım. Tofiq nalayiq söyüşlər söyüb məni təhqir etdi. Əsəbləşib onu yumruqla vurdum. Mühafizəçilər məni tutub kənarlaşdırdılar. Onların əlindən çıxıb stolun üstündəki pivə bokalını Tofiqin başına vurdum. Həsənlə birgə “Malış”ın maşınına oturduq, hara gedəcəyimizi bilmirdik. Səhərə yaxın “Meyvəli”yə getdim. Ancaq özümdə olmadığıma görə işləyə bilmədim”.

    Zərərçəkmiş Tofiq Mehtiyev ifadəsində iş yoldaşları ilə birgə bir neçə dəfə “Dəli Kür”ə gəldiyini, kafedə “Fatoş” kimi çağırılan qadının müxtəlif kişilərlə əyləndiyini, müştəri tapıb harasa apardığını, sonradan qayıdıb gəldiyini, hətta bir dəfə ona da yaxınlaşdığını, amma xidmətlərindən imtina etdiyini göstərib: “Həmin gün “Fatoş” iki kişi ilə oturmuşdu. Arada gəlib bizim stolda əyləşmək istəsə də, mən icazə vermədim. Təxminən saat 3-də “Fatoş” yanındakı kişilərlə Naxçıvana aid mahnıya oynamağa başladı. Mahnını milli rəqs kimi yox, disko rəqsi kimi oynamağı xoşuma gəlmədi. Oynayıb qurtarandan sonra əlimlə yanıma çağırıb “Barı Naxçıvan” mahnısına belə əcaib formada oynamasına irad tutdum”.

    Zərərçəkmişin ifadəsinə görə, F.Abdullayevanın milli musiqiyə hörmətsizlik etməsinə irad bildirdikdə sonuncu “əcəb edirəm” deyib: “Söyüş söyə-söyə gedib yerində oturdu. Mənə tərəf baxır, nəsə danışır, başa düşürdüm ki, söyür. Əlimlə yenə çağırdım, amma gəlmədi. Bir qədər sonra Həsən bizim stola yaxınlaşıb məni çölə çağırdı. Cibindən bıçaq çıxarmaq istədikdə əllərindən tutdum. Məni “yox edəcəyi”, “məhv edəcəyi” ilə hədələməyə başladı. Biz mübahisə edərkən Elvin də Həsənə qoşuldu. Həsən məni bıçaqla vuranda Elvin də yumruq-təpiklə vururdu. Kafedəkilər bizi zorla ayırdılar. Məni xəstəxanaya apardılar, əməliyyat olundum”.

    Məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilir.