Category: Kriminal

  • Gəncədə oğlan əlili soyundurdu, videoya çəkdi, butulka ilə əxlaqsızlıq etdi

    Gəncə şəhərində hədə-qorxu yolu ilə pul və əmlak tələb etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Ziyad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az publika.az-a istinadla xəbər verir ki, Ziyad Mustafayev 2017-ci il iyulun 17-də, saat 21.30-da əvvəllər tanıdığı və həmyaşıdı olan Sahib Babayevlə (ad və soyad şərti verilib – red.) rastlaşıb.

    Tanıdığı həmyaşıdını sahibsiz yerə gətirdi

    O, həmin vaxt Sahib Babayevi şəhərin Gülüstan qəsəbəsi Əziz Əliyev prospektində yerləşən “Benzin” adlı fəaliyyəti dayandırılmış, ətrafı dəmir örtüklə çəpərlənmiş yanacaqdoldurma məntəqəsinə gətirib.

    Orada Ziyad Mustafayev Sahib Babayevi əvvəlcə döyüb, ondan pul verməsini tələb edib. Amma Sahib ona verəcək pulu olmadığını deyib.

    Döydü və soyundurdu

    Bundan əsəbiləşən Ziyad Mustafayev Sahib Babayevin sifətinə bir neçə dəfə əli ilə vurub və üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə onu öldürməklə hədələyib.

    Sonra o, Sahib Babayevin qollarını və ayaqlarını özü ilə gətirdiyi narıncı rəngli lentlə bağlayıb, əynindəki şalvarını soyundurub.

    Əxlaqsız hərəkət

    Daha sonra o, Sahib Babayevə qarşı özü ilə gətirdiyi bir litirlik “Bonaqua” markalı içərisi yarıya kimi su ilə dolu olan plastik su qabı ilə əxlaqsız, çirkin hərəkətlər edib. Ziyad Mustafayev həmin hərəkətləri öz mobil telefonu vasitəsi ilə videoya çəkib.

    Şantaj və pul tələbi

    Sonra Ziyad Mustafayev həmin videonu yaymaqla, Sahib Babayevi biabir edəcəyi ilə hədələyib. Bu videonu yaymamaq üçün Ziyad Mustafayev ondan pul verməsini tələb edib.

    Həmin vaxt Sahib Babayevin ona verməyə pulu olmayıb. Ziyad Mustafayev onu hadisə yerindən buraxıb və pulu gətirmək üçün ona bir gün vaxt verib.


    İki gün vaxt verildi

    Ertəsi gün Sahib Babayev Ziyad Mustafayevin təyin etdiyi görüş yerinə gəlib, ona pulu olmadığını deyib. Sahib Babayev həmin vaxt ona hər birinin dəyəri 120 manat olan 2 ədəd “Samsung Grand 2” markalı mobil telefonunu verib.

    Amma Ziyad Mustafayev bununla razılaşmayıb. O, Sahib Babayevə daha iki gün möhlət verib. Deyib ki, iki gün ərzində onu qane edən pulu gətirməsə, həmin videonu yayacaq, sosial şəbəkəyə yerləşdirəcək, onu rüsvay edəcək.

    1000 manat tələb etdi, yaxalandı

    Əlil olan gənc iki gün sonra, yəni iyulun 20-də təqaüd kartına yüklənən 141 manat məbləğində pulu bankomatdan çıxarıb və Ziyad Mustafayevə verib.

    Daha sonra o, Sahib Babayevdən 1000 manat verməsini tələb edib. Bundan sonra Sahib Babayev hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında keçirilmiş əməliyyat nəticəsində Ziyad Mustafayev yaxalanıb.

    İstintaq orqanı tərəfindən Ziyad Mustafayevin barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə; zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

    Şantaj etdi, cəzasını aldı

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ziyad Mustafayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

    Hökmdən narazı qalan Ziyad Mustafayev apelyasiya şikayəti verib. O, şikayətində barəsində olan hökmün ləğv edilməsini, cinayət işinə xitam verilməsini istəyib.

    Ziyad Mustafayevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Əlizamin Abdullayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Ziyad Mustafayevin apelyasiya şikayəti təmin olunmayıb.

  • Azərbaycanda inanılmaz oğurluq – Yaşlı kişi viskini şalvarının içinə saldı… (VİDEO)

    Ucarda mağazadan oğurluq kameraya düşüb.

    Baku.ws-in WhatsApp nömrəsinə göndərilən videodan göründüyü kimi yaşlı kişi ərzaq mağazasından spirtli içki götürür.

    Mağaza sahibi Ayaz Həmidov bildirir ki, müştəri mağazadan viski götürüb. Oğuluq hadisəsi mağazanın təhlükəsizlik kamerasına tuş gəlib.

    Yaşlı kişi viskini şalvarının içərisinə qoyur və dərhal mağazanı tərk edir.

    Mağaza sahibi artıq polisə müraciət etdiyini bildirib.

    Oğurluq hadisəsinin görüntüsünü təqdim edirik:

  • Bakıda qadın xarici vətəndaşın 77 min manatını mənimsəyib

    İyunun 7-də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş 2017-ci ilin fevral ayından cari il mart ayınadək olan müddətdə Sevinc adlı şəxsin paytaxt ərazisində onun alması üçün ev tapacağı adı ilə aldadaraq 77 000 manatını aldığını bildirib.

    DİN mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda 70 min dollarlıq oğurluq – FOTO

    Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cari ilin yanvarında Şamil Şirinovun evindən 70 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri – Elgün Yusifov, Elşad Nazmzaov və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıb.

    Daxili İşlər Nazirliyi mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub.

    Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbriləri və istintaq hərəkətləri davam etdirilir.


  • Qayınatadan gəlininə qarşı DƏHŞƏTLİ HƏRƏKƏT: hamamda intim əlaqədə olarkən… – Bakıda

    Bakıda qətl törətməkdə təqsirli bilinən 1958-ci il təvəllüdlü Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İttihama görə, ötən il dekabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəminində ov tüfəngi ilə gəlini Aysel Məmmədovanı qətlə yetirib.

    Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində Seyidmalik Məmmədov könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gələrək istintaqa təslim olub.

    Onun istifadə etdiyi, müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi hadisə yerindən götürülüb.

    1993-cü il təvəllüdlü Aysel Məmmədova qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib. Bunu bilən qayınatası gəlinini gecə yarısı qoşalülə tüfənglə başından güllələyərək qətlə yetirib.

    İstintaqla məlum olub ki, Seyidmalik Məmmədov oktyabr ayında gəlinini öz evinin hamamında qonşuluqda yaşayan Təhmasib adlı şəxslə intim əlaqədə olan zaman yaxalayıb. Ancaq həmin vaxt nə gəlininə, nə də qonşu oğlana xəsarət yetirib.

    Hətta oğluna da bu barədə bir söz deməyib. Ancaq kənd yeri olduğundan söhbətin böyüdüyünü görən Seyidmalik Məmmədov dekabrın 11-də, gecə evə daxil olaraq odlu silahla gəlininin həyatına son qoyub.

    Qətlə yetirilən şəxsin 1 azyaşlı övladı qalıb.

    Növbəti proses iyunun 13-də davam edəcək.//publik.az

  • Deputat oğlunun pulunu ələ keçirən məhkəmə qarşısında

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elnur İbrahimovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Təqsirləndirilən şəxs vətəndaş Elvin Vəliyev, Zaur Səfərov, Fərman Məmmədov, Həbib Axundov və digərlərinin etibarından sui-istifadə edərək, onlara birgə biznes qurmağı təklif edib.

    Bu bəhanə ilə zərərçəkmişləri aldadaraq, onların ümumilikdə 1.000.000 manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaqın gedişatında məlum olub ki, iş üzrə zərərçəkmiş şəxslərdən biri Həbib Axundov millət vəkili Elmira Axundovanın oğludur.

    Məhkəmə prosesində zərərçəkmişlərdən birinin müdafiəçisi cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət verib. O, qeyd edib ki, istintaq qeyri-obyektiv aparılıb.

    Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

    İş üzrə baxış ayın 14-nə təyin edilib.

  • Çağırış yerinə yubanan həkimlər döyüldülər

    Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib.

    Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

    Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

    Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

  • Ərəb olduqlarını deyib, kassanı yardılar – VİDEO

    Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində qeyri-adi qarət hadisəsi baş verib.

    Median.Az “xezerxeber.az”a istinadən xəbər verir ki,zərərçəkmiş Qurban Qurbanov ərazi üzrə 10-cu polis bölməsinə qarətlə bağlı şikayət edib.

    Məlumata görə, onun yataq dəsti satılan mağazasında özlərini Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları kimi təqədim edən şəxslər kassadan 1200 manat pul oğurlayıblar.

    Mağazanın təhlükəsizlik kamerasına baxış zamanı polis həqiqətən də iki nəfər şəxsin satıcı ilə danışdığını əks etdirən görüntüləri görüb. Xanım işçiyə ərəb olduqlarını bildirən həmin şəxslər yataq dəsti almaq istədiklərini deyiblər.

    Kadrlardan aydın olur ki, onlardan biri satıcının başını qatır, digəri isə mağazada gəzir.

    Həmin vaxt o, fürsətdən istifadə edib, kassada olan pulları götürərək aradan çıxıb. İndi görüntülər əsasında polis hər iki şəxsi axtarır.

    Qeyd edək ki, hadisənin müşahidə kamerasına düşmüş görüntüsü videonun 1.15 dəqiqəsindən başlayır.

  • Bakıda film kimi cinayət – Ürəyindən bıçaqlanan sürücü …

    Bakının Nəsimi rayonunda bir nəfər avtomobilində naməlum şəraitdə bıçaqlanıb.

    Median.Az “Report” agentliyinə istinadən xəbər verir ki, hadisə İbrahim Əbilov 81 ünvanında baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Hüseynov Rəşad Ədalət oğlu idarə etdiyi “Saipa” markalı avtomobili ilə yaşadığı “Kubinka” kimi tanınan əraziyə gəlib.

    O, yaralı halda qonşularının köməkliyi ilə 1 saylı Kliniki Tibbi mərkəzə yerləşdirilib.

    Məlum olub ki, R.Hüseynovun ürək nahiyəsinə iti alətlə xəsarət yetirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

    Hadisənin dəqiq harda, kim yaxud kimlər tərəfindən törədildiyi araşdırılır.

  • Azərbaycanda avtoritetlər arasında atışma – Yaralananlar var

    Şamaxı rayonunda silahlı insident olub.

    Hadisə iyunun 6-da baş verib. Kriminal aləmin 10-a yaxın üzvü arasında baş verən atışmada bir neçə nəfər yaralanıb.

    Şamaxı Rayon Prokurorluğundan qafqazinfo-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir. Prokurorluq hadisə bağlı əlavə məlumat verməkdən imtina edib.