Category: Kriminal

  • Bakıda 76 yaşlı kişi öldürülüb

    Bakıda qətl hadisəsi törədilib.

    Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

    Rayon sakini, 76 yaşlı Ələsgər Dadaşov yaşadığı evdə boğularaq öldürülüb.

    Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

    Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

  • 50 manata görə xalası oğlunu bıçaqladı

    Abşeron polisi bir müddətdir axtarışda olan şəxsi yaxalayıb.

    Median.Az Report-a istinadla xəbər verir ki, 50 manat pul üstündə xalası oğluna qarşı cinayət törədən İlham Qədirov tutularaq Abşeron Polis İdarəsinə gətirilib.

    Əvvəllər məhkumluq həyatı yaşayan İlham Qədirov cinayəti Müşviq qəsəbəsində törətdiyini etiraf edib. O, xalası oğlunun yaşadığı evə gəlib və 3 gün əvvəl borc kimi verdiyi 50 manat pulu tələb edib. Onlar məsələni yeyib-içdikdən sonra həll etmək qərarına gəliblər. İ.Qədirov içki məclisi zamanı Xəyyam Babayevi bıçaqlayaraq hadisə yerindən qaçıb.

    Hazırda saxlanılan şəxs barəsində zəruri istintaq tədbirləri davam etdirilir.

  • “Qadın qanlar içində küçədə sürünürdü…” – Bakıdakı dəhşətli qətlin təfərrüatları

    İki gün əvvəl axşam saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində, Sadıxcan küçəsi 13 ünvanında dəhşətli qətl hadisəsi baş verib.

    Hadisə zamanı 1963-cü il təvəllüdlü Esmira Cəfərova və onun qızı 2001-ci il təvəllüdlü Cəfərova Aytən ov tüfəngindən açılan atəş nəticəsində ağır yaralanıblar. Ana və qız 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər 17 yaşlı A.Cəfərovanın həyatını xilas edə bilməyiblər.
     
    Median.Az xəbər verir ki, musavat.com-un müxbiri hadisənin təfərrüatlarını öyrənmək üçün adıçəkilən ərazidə olub, hadisənin şahidlərini dinləyib. Mərhum Aytən Cəfərovanın yaşadığı məhəlləyə daxil olan zaman hər kəs hadisənin şokunu yaşayırdı. Qonşuları bizə hadisənin baş verdiyi evi göstərərək, qətl hadisəsinin necə baş verməsindən danışdılar.

    Cəfərovaların evində dəfn hazırlıqlarının getdiyinin şahidi olduq. Qapının önündə üzərinə qırmızı örtülmüş tabut qoyulmuşdu. Mərhumun yaxınları və qonşuları evin önündə toplanmışdı. Evə daxil olub, A.Cəfərovanın yaxınları ilə həmsöhbət olmaq istəsək də, bu, mümkün olmadı. Onlar hadisə barədə mətbuata danışmaq istəmədiklərini bildirdilər. Qeyd etdilər ki, mərhum saat 16:00-da Balaxanı qəbiristanlığında dəfn ediləcək. 

     
    Ətraflı məlumatı yalnız qonşulardan öyrənə bildik. Adının çəkilməsini istəməyən qonşu hadisənin baş verdiyi anı belə xatırlayır: “Hamımız evdə idik. Axşam saat 10 radələrində qəfildən güclü səs eşitdik. Aydın idi ki, bu, tüfəng səsidir. Qonşu Nəriman kişinin evindən hay-haray qopdu. Nə baş verdiyini öyrənmək üçün onlara getdik. Çöldə asfaltın üstündə bir qadın qanlar içində sürünüb, çığırır, imdad diləyirdi. Yaxınlaşdıqda qadının qanlar içində olduğunu gördük. Üzü spis vəziyyətdə idi. Bir neçə dəqiqədən sonra Təcili Tibbi Yardım gəldi. Qızın anası Esmira xanım vurulduqlarını qonşulara xəbər vermək üçün sürünə-sürünə evdən çıxmışdı. Hadisə zamanı atası evdə deyildi, həmin an onu görmədik”.

    Digər şahidlərin dediyinə görə, hadisəni törədən şəxs Balaxanı sakini Sabir Qədimovdur. Məlumata görə, o, qətlə yetirilən Aytən Cəfərovanın nişanlısı olub.
     
    Qətlin baş verməsinə səbəb isə onların arasında qısqanclıq zəminində yaranmış mübahisə olub. Öyrəndik ki, Sabir Qədimov Cəfərovlar ailəsinin yaşadığı evin yaxınlığında ərzaq marketi işlədirmiş.

     
    Sakinlərin dediyinə görə, S.Qədimov qətli ov tüfəngi ilə törədib. Ov tüfənginin qundağı və lüləsi kəsik formada olub. İçəriyə daxil olaraq, ilk öncə qızı, daha sonra isə anasını vurub: “Hadisədən sonra dərhal yardım üçün qonşunun evinə getdik. Açılan atəş qızın kürəyini parçalamışdı. Çox güman ki, atəş yaxın məsafədən və sinəsindən dəymişdi. Ov tüfənglərinin xüsusiyyəti belədir ki, öndən dəyib, arxa hissəni parçalayıb çıxır. Eşitdiyimizə görə, atəş zamanı tüfəngdən sıçrayan qəlpələr anasının üzünə dəyib. Onun da ciddi zədə aldığını dedilər. Mətbuatda hətta qadının çiynindən və ayağından vurulduğu yazılmışdı. Anası Esmira Cəfərova hələ xəstəxanadadır, vəziyyəti ağırdır və qızı Aytacın ölümündən xəbəri yoxdur. Çünki hadisə zamanı yaralı vəziyyətdə çölə çıxaraq, küçədə huşunu itirmişdi”.

    Məlumata görə, hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

    Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Onun həyatını xilas etmək mümkün olub, lakin sağ əlinin üç barmağı travmatik amputasiya edilib. 

    A.Cəfərova isə xəstəxanaya aqonal vəziyyətdə daxil olub. O, kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

    Bu gün isə qətl hadisəsi törədən Sabiq Qədimov saxlanılıb. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29-cu, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat zamanı cinayətdə istifadə edilən qoşalüləli ov tüfəngi aşkar edilərək, götürülüb.

  • “Qadın qanlar içində küçədə sürünürdü…” – Bakıdakı dəhşətli qətlin təfərrüatları – FOTO

    Sabunçu rayonu, Balaxanı qəsəbəsində, Sadıxcan küçəsi 13 ünvanında baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.

    Qeyd edək ki, hadisə zamanı 1963-cü il təvəllüdlü Esmira Cəfərova və onun qızı 2001-ci il təvəllüdlü Cəfərova Aytən ov tüfəngindən açılan atəş nəticəsində ağır yaralanıblar.

    Ana və qız 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər 17 yaşlı A.Cəfərovanın həyatını xilas edə bilməyiblər.

    BAKU.WS xəbər verir ki, “Musavat.com”un müxbiri hadisənin təfərrüatlarını öyrənmək üçün adıçəkilən ərazidə olub, hadisənin şahidlərini dinləyib. Mərhum Aytən Cəfərovanın yaşadığı məhəlləyə daxil olan zaman hər kəs hadisənin şokunu yaşayırdı. Qonşuları bizə hadisənin baş verdiyi evi göstərərək, qətl hadisəsinin necə baş verməsindən danışdılar.

    Cəfərovaların evində dəfn hazırlıqlarının getdiyinin şahidi olduq. Qapının önündə üzərinə qırmızı örtülmüş tabut qoyulmuşdu. Mərhumun yaxınları və qonşuları evin önündə toplanmışdı. Evə daxil olub, A.Cəfərovanın yaxınları ilə həmsöhbət olmaq istəsək də, bu, mümkün olmadı. Onlar hadisə barədə mətbuata danışmaq istəmədiklərini bildirdilər. Qeyd etdilər ki, mərhum saat 16:00-da Balaxanı qəbiristanlığında dəfn ediləcək.

    Ətraflı məlumatı yalnız qonşulardan öyrənə bildik. Adının çəkilməsini istəməyən qonşu hadisənin baş verdiyi anı belə xatırlayır: “Hamımız evdə idik. Axşam saat 10 radələrində qəfildən güclü səs eşitdik. Aydın idi ki, bu, tüfəng səsidir. Qonşu Nəriman kişinin evindən hay-haray qopdu. Nə baş verdiyini öyrənmək üçün onlara getdik. Çöldə asfaltın üstündə bir qadın qanlar içində sürünüb, çığırır, imdad diləyirdi.

    Yaxınlaşdıqda qadının qanlar içində olduğunu gördük. Üzü spis vəziyyətdə idi. Bir neçə dəqiqədən sonra Təcili Tibbi Yardım gəldi. Qızın anası Esmira xanım vurulduqlarını qonşulara xəbər vermək üçün sürünə-sürünə evdən çıxmışdı. Hadisə zamanı atası evdə deyildi, həmin an onu görmədik”.

    Digər şahidlərin dediyinə görə, hadisəni törədən şəxs Balaxanı sakini Sabir Qədimovdur. Məlumata görə, o, qətlə yetirilən Aytən Cəfərovanın nişanlısı olub. Qətlin baş verməsinə səbəb isə onların arasında qısqanclıq zəminində yaranmış mübahisə olub. Öyrəndik ki, Sabir Qədimov Cəfərovlar ailəsinin yaşadığı evin yaxınlığında ərzaq marketi işlədirmiş.

    Sakinlərin dediyinə görə, S.Qədimov qətli ov tüfəngi ilə törədib. Ov tüfənginin qundağı və lüləsi kəsik formada olub. İçəriyə daxil olaraq, ilk öncə qızı, daha sonra isə anasını vurub:

    “Hadisədən sonra dərhal yardım üçün qonşunun evinə getdik. Açılan atəş qızın kürəyini parçalamışdı. Çox güman ki, atəş yaxın məsafədən və sinəsindən dəymişdi. Ov tüfənglərinin xüsusiyyəti belədir ki, öndən dəyib, arxa hissəni parçalayıb çıxır. Eşitdiyimizə görə, atəş zamanı tüfəngdən sıçrayan qəlpələr anasının üzünə dəyib. Onun da ciddi zədə aldığını dedilər. Mətbuatda hətta qadının çiynindən və ayağından vurulduğu yazılmışdı. Anası Esmira Cəfərova hələ xəstəxanadadır, vəziyyəti ağırdır və qızı Aytacın ölümündən xəbəri yoxdur. Çünki hadisə zamanı yaralı vəziyyətdə çölə çıxaraq, küçədə huşunu itirmişdi”.

    Məlumata görə, hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

    Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Onun həyatını xilas etmək mümkün olub, lakin sağ əlinin üç barmağı travmatik amputasiya edilib.

    A.Cəfərova isə xəstəxanaya aqonal vəziyyətdə daxil olub. O, kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

    Bu gün isə qətl hadisəsi törədən Sabiq Qədimov saxlanılıb. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29-cu, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat zamanı cinayətdə istifadə edilən qoşalüləli ov tüfəngi aşkar edilərək, götürülüb.




  • Bakıda tiryək taciri tutuldu

    Bakıda narkotik alverçisi tutulub.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

    Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Əhmədov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan 309 qram heroin, həmçinin tiryək və metadon aşkar edilib.

    Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Bakıda gənc qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb

    Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    1-ci Mədən qəsəbəsində yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Məmmədova Aysun Rəşad qızını “Lada Qrand” markalı avtomobil vurub.

    Piyadanı vuran maşın daha sonra idarəetmədən çıxaraq yol kənarında dayanmış “Mercedes” markalı taksiyə çırpılıb. “Lada”nın sürücüsü avtomobildən düşərək ərazidən uzaqlaşıb. Yaralı təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. (Report)

  • “AzTV” sədrini öldürməyə cəhd edən şəxsin qızı məhkəmədə ifadə verdi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Ş. Əkbərovun vəkili Ruslan Həsənov vəsatətlə çıxış edərək, məhkəmə tərkibinə etiraz edib. O, vəsatətini məhkəmə kollegiyasının işə qərəzli yanaşması ilə əsaslandırıb.

    Məhkəmə vəsatəti baxılmamış saxlanılıb.

    Sonra Ş. Əkbərovun digər vəkili İmanqulu Həsənov vəsatət verib və məhkəmədən Şamaxıda yenidən hadisə yerinə və torpaq sahələrinə baxış keçirilməsini istəyib.

    Məhkəmə verilən vəsatəti təmin etməyib.

    Sonra təqsirləndirilən Aqşin Hüseynov ifadə verib. O deyib ki, Ş. Əkbərovun əvvəllər torpaq sahələri olmayıb və hamısı zərərçəkmiş Arif Alışanova məxsus olub: “Məni verdiyim ifadəyə görə şantaj edir”.

    Bu zaman Ş. Əkbərov A. Hüseynovun danışığına etiraz edib. Onlar arasında mübahisə düşüb.

    Sonra A. Hüseynov vəkili Nüşabə Ağayevə hüquqlarını müdafiə etdiyi şəxsin Ş. Əkbərov və digərləri tərəfindən özü və ailəsi ilə təhdid olunduğunu bildirib.

    Ş. Əkbərovun vəkili bildirib ki, təqsirləndirilən şəxs Aqşin Hüseynovun ifadəsi qərəzli olduğundan sübutlar siyahısından çıxarılmalıdır.

    Hakim isə deyib ki, bu məsələyə müşavirə otağında qiymət veriləcək.

    Təqsirləndirilən Aqşin Hüseynov isə heç kim tərəfindən öyrədilmədiyini, sərbəst ifadə verdiyini qeyd edib.

    Sonra təqsirləndirilən Ş. Əkbərovun qızı Cəmilə Ağayeva ifadəsində deyib ki, A. Alışanovla atası dost olub: “Neçə illərdir, ailəvi, yaxın dost olublar. Bu iş lap başından saxtadır. Atam 22 il Şamaxıda işləyib. Deyirlər, atamın heç nəyi yoxdur. Bunlar yalandır. İstintaqda yazılıb ki, guya mən atamın adam öldürməyə cəhd etməsini bilmişəm. Halbuki, belə bir şey olmayıb. Mənə Xırdalanda evi və avtomobili atam almayıb. Bunların hamısını həyat yoldaşımla birlikdə işləyib qazanmışam”.

    Zərərçəkmiş Dəyanət Cəfərov şahid Cəmilə Ağayevaya sual verib. O deyib ki, Ş. Əkbərov həbs olunanda C. Ağayeva AZTV-yə məktub yazaraq atasının bağışlanmasını istəyib. O, şahiddən atasının nə üçün bağışlanmağını istəməsinin səbəbini soruşub.

    C. Ağayeva isə atası həbs olunan vaxt hadisədən xəbərsiz olduğunu, nə baş verdiyini anlamadığı üçün atasının bağışlanmasını istədiyini vurğulayıb.

    Proses iyunun 8-də davam etdiriləcək.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

  • Bakıda kafedəki partlayışla bağlı vəzifəli şəxs həbs edilib

    Bakıda dörd nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı bir nəfər həbs edilib.

    Bakı şəhər Prokurorluğundanverilən məlumata görə, mayın 21-də Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) həyətində fəaliyyət göstərən çayxanada 4 nəfərin ölümü ilə nəticələnən partlayışla əlaqədar başlanmış cinayət işi üzrə həmin ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, mayın 21-də, saat 15 radələrində Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin həyətində fəaliyyət göstərən çayxanada propan qaz balonlarının partlaması nəticəsində iki nəfər hadisə yerində, xəsarət almış iki nəfər isə xəstəxanada ölüb.

    Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

  • Bakıda elçiliyə gələn oğlan qızı və anasını güllələyib – TƏFƏRRÜAT

    Sabunçu rayonunda gənc oğlan qızı və anasını güllələyib.

    “Report”un əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, olay Qılman Salahov 15 ünvanında baş verib.

    Belə ki, ötən gecə Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi 2001-ci il təvəllüdlü Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gəlib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.

    A. Cəfərovanın atası Mehman Cəfərov “Report” a bildirib ki, hadisə o evdə olmadığı vaxt baş verib. S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.

    Hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

    Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxananın növbətçi həkimi İlham Qəmbərov “Report”a bildirib ki, E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub. E. Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib.

    A.Cəfərova isə xəstəxanaya aqonal vəziyyətdə daxil olub. O, kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsində cinayət işi başlanılıb. Hazırda polis əməkdaşları S.Qədimovu axtarır.

  • Bakıda evə silahlı hücum: ana və qızı güllələnib

    Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində güllələnmə baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki,  insident zamanı ana ilə qızı güllələnib.

    Sadıxcan küçəsi 13 ünvanında qeydə alınmış hadisə nəticəsində paytaxt sakini, 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    Onların hər ikisinin üzərində cərrahi əməliyyat aparılsa da, həkimlər A.Cəfərovanın həyatını xilas edə bilməyib.

    Bildirilir ki, ana ilə qızını A.Cəfərovanın nişanlısı olduğu ehtimal edilən şəxs güllələyib.

    Cütlüyün arasında münaqişə yaranıb və oğlan onların yaşadığı evə gələrək hər ikisini güllələyib.
    Hadisənin təfərrüatını Sabunçu polisi araşdırır. Silahlı şəxsin saxlanıldığı bildirilir.