Category: Kriminal

  • Azərbaycanda maraqlı hadisə: Rüşvət vermək üçün 20 min yığdı, onu da dələduz apardı

    Lombardda yığılıb qalan borclarını bağlamaq üçün ona güvənən insanları hədəf seçib. Toruna düşənlərdən birinə qızıl işinə girişdiyini, Dubaydan qızıl gətizdirib Bakıda satdıracağını, digərinə isə yaşadığı mənzili obyektə çevirmək üçün sənədləşmə işlərində rəsmi icazə alacağına söz verərək pullarını dələduzluq yolu ilə ələ keçirib. Sonda məlum olub ki, nə qızıl biznesində əli, rəsmi qurumlarla əlaqəsi varmış.

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Sabirabad rayon sakini 52 yaşlı Vüqar Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Virtualaz.org-un xəbərinə görə, V.Hümbətov tanışı Bəşir Məmmədova qızıl alveri ilə məşğul olduğunu, Birləşmiş Ərəb Əmirliklərindən qızıl-zinət əşyaları gətirəcəyini, əldə olunan qazancdan ona da verəcəyini vəd etməklə külli miqdarda pullarını alıb. Digər tanışı Faiq Zeynalzadənin bankda depozitdə pulunun olduğunu bilərək, həmin məbləği də dələduzluq yolu ilə mənimsəyib. Hər iki şəxsə qarşı 2014-cü ildə dələduzluq edən V.Hümbətovun barəsində axtarış elan olunub. O, Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.

    Təqsirləndirilən Vüqar Hümbətov ifadəsində bir neçə dəfə Bəşir Məmmədovdan borc pul alıb qaytardığını, müqavilə əsasında icarəyə işlətdiyi mağazaya mal almaq üçün lombarda borcu olduğunu, pulu verə bilmədiyinə görə Bəşiri aldadıb ondan pul qoparmaq fikrinə düşüb. Zəng vurub görüşmək istədiyini deyib. B.Məmmədovun idman zalında olduğunu öyrəndikdən sonra yanına yollanıb. Görüş zamanı yalandan Dubaydan qızıl gətizdirmək istədiyini, amma əlində mayası olmadığını deyərək 10 min manat borc pul istəyib: “Qızıl alveri ilə məşğul olduğumu, on gün ərzində Bakıya qızıl gətizdirəcəyimi, xeyri yarı böləcəyimizi dedim. Ertəsi gün Bəşir pulu gətirdi. Həmin puldan lombarda olan borcumun bir hissəsini ödədim, yerdə qalanına isə market üçün ərzaq malları aldım”.

    B.Məmmədovun etibarından sui-istifadə edən V.Hümbətov ona qızılların hazır olduğunu, Bakıda satış yerləri ilə danışdığını, əlavə 10 min manat da lazım olduğunu bildirib. Onun sözlərinə inanan B.Məmmədov həmin məbləği də verib: “Lombarda olan borclarımı ödədim. Dubaydan qızıl gətizdirməmişəm, qızıl alveri ilə məşğul olmamışam”.

    Həmyerlisi, məktəb illərindən tanıdığı Faiq Zeynalzadə də V.Hümbətovun toruna düşüb. Faiqdən 30 min manat borc istəyən V.Hümbətov onun bankda pulu olduğunu öyrənib. F.Zeynalzadə həmin pula Binəqədidəki mənzilini obyekt kimi işlətmək üçün razılıq alınmasına və sənədləşmə işlərinin aparılmasına görə saxladığını deyib. V.Hümbətov öz növbəsində Bakı şəhər İcra Hakimiyyətində və Binəqədi rayon İcra Hakimiyyətində tanışları olduğunu, bu məsələni düzüb-qoşacağına, icra orqanlarından rəsmi icazə alacağına inandırıb. Onun sözlərinə inanan həmyerlisi ertəsi gün pulu bankdan çıxarıb elə oradaca V.Hümbətova verib.

    Zərərçəkmiş Bəşir Məmmədov ifadəsində göstərib ki, bir neçə dəfə borc pul alıb qaytardığına görə V.Hümbətova etibar edib. Onun Dubaydan qızıl gətizdirəcəyinə, qazancı yarı böləcəklərinə, bir sözlə Vüqarın şirkikləndirici vədlərinə inanıb: “İyirmi min manat pulumu alandan sonra telefonları söndürdü. Bir daha Vüqarın nə səsini eşitdim, nə də üzünü gördüm, əlaqəni tamam kəsdi. Vüqar o puldan mənə nəinki qazanc, heç pulun özünü də qaytarmadı. Onun məqsədi məni aldatmaq olub. Sonradan Vüqar haqqında soraqlaşıb öyrəndim ki, heç qızıl alveri ilə də məşğul olmurmuş”.

    Zərərçəkmiş Faiq Zeynalzadə ifadəsində Vüqar Hümbətovu uşaqlıqdan tanıdığını, bir dəfə Vüqarın ondan borc pul alıb qaytardığını, bu səbəbdən etibar etdiyini göstərib: “Binəqədi rayonu, M.Cəlal küçəsindəki mənzilimi obyektə çevirmək və dükan kimi istifadə etmək üçün sənədləşmə işləri aparmaq üçün icazə ala bilmirdim. Bankda hesabımda 20 min manat vardı. Həmin pulu sənədləşmə işləri aparmaq üçün saxlamışdım. Vüqar mənə rəsmi icazə ala biləcəyini dedi. Mən də inandım. Pulu bankdan çıxarıb hamısını Vüqara verdim. Vüqar uzağı ay yarıma kimi Bakı şəhər İcra Hakimiyyətindən və Binəqədi rayon İcra Hakimiyyətindən rəsmi icazə alacağına söz verdi. Hər dəfə zəng vuranda “məşğulam, danışıqlar aparılır, razılıq veriblər, narahat olma” deyirdi. Sonradan isə telefonlara cavab vermədi. Vüqarı nə qədər axtarsam da tapa bilmədim”.

    Məhkəmənin hökmü ilə Vüqar Hümbətov 3 il müddətinə azadlıqdan məhrum edilib.

  • Salyan sakini arvadını yastıqla boğub öldürdü

    Salyan rayonunda ailə münqişəsi zəminində qətl hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumt verilib.

    Mayın 25-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən bir qadın Buzovna qəsəbəsində kirayədə yaşayan rəfiqəsi Kifayətlə əlaqə saxlaya bilmədiyini, onun əri Anara zəng etdikdə isə Kifayəti öldürdüyünü deməsini bildirib.

    Məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Anar Yusifov saxlanılıb.

    O, izahatında mayın 25-də Buzovna qəsəbəsi ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində arvadı Kifayəti yastıqla boğaraq qətlə yetirdiyini və meyitini Salyan şəhərinə aparıb oradakı qəbristanlıqda dəfn etdiyini bildirib.

    Meyit eksqumasiya edilib.

    Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.

  • Axtarışda olan şəxs saxlanılarkən polisə silah çəkdi

    Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edilib.

    DİN-dən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyib.

    Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək şöbəyə gətirilib.

    Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.

  • Sosial şəbəkələrdə qadınları şantaj edən kişi ələ keçdi – FOTO

    Sosial şəbəkələrdə qadınların etimadını qazanan və daha sonra onları hədələyərək qanunsuz olaraq pul tələb edən şəxs daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Nizami Rayon Polis İdarəsinə müraciət edən N.Q. adlı qadın sosial şəbəkədə tanış olduğu Aslan adlı şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyər bir il ərzində 4000 ABŞ dolları və 200 manat pulunu aldığını bildirib.

    İdarədə araşdırma aparılan zaman həmin şəxsin Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Aslan Əzizov olduğu müəyyən edilib.

    Həmin şəxs dəfələrlə istintaqa çağırılsa da məsuliyyətdən yayınmağa cəhd göstərib.

    Bu səbəbdən barəsində axtarış elan edilən A.Əzizov Nizami Rayon Polis İdarəsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunub.

    A.Əzizov ifadəsində 2017-ci lin ilin oktyabr ayından saxlanılana qədər həmin qadından hədə-qorxu yolu ilə 4000 ABŞ dolları və 200 manat aldığını etiraf edib.

    Saxlanılan şəxsin telefonuna baxış keçirilən zaman başqa qadınlara qarşı da analoji cinayətlər etdiyi məlum olub.

    Göstərilən faktla bağlı Nizami Rayom Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, hədə-qorxu gələrək qadınlardan pul tələb edən A.Əzizovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Nizami Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

    Analoji cinayətlərlə bağlı müraciət edənlərin anonimliyi qorunur.

  • Azərbaycanda dəhşət – Ər arvadını “kislota”yla yandırdı – VİDEO

    Azərbaycanda ər arvadını kislotayla yandırıb.
     
    Bakıda kişi arvadının üstünə “kislota” töküb. Vəziyyətinin ağır olduğunu görən qadının yaxınları təcili tibbi yardıma zəng vurublar. Hadisə şahidləri sosial mediada qadının təcili tibbi yardımla xəstəxanaya aparıldığı anın videosunu çəkərək yayıblar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, ilkin versiyada qısqanclıq zəminində olduğu söylənilir.
     
    Hadisəylə bağlı araşdırma aparılır.
     
    Sizə həmin anın videosunu təqdim edirik:
    /yenicag.az

  • Bakıda gecə klubu qarşısında kütləvi dava olub

    Bakının Səbail rayonunda dava zamanı 1 nəfər döyülüb.

    Median.Az “Report”a istinadən bildirir ki, 1977-ci il təvəllüdlü Nadirov Aslan Ələddin oğlu “Otto” gecə klubunun qarşısında digər 3 nəfər taksi sürücüsü ilə mübahisə edib.

    Nəticədə A.Nadirov 3 nəfər tərəfindən döyülüb. Müxtəlif xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, A.Nadirov taksi fəaliyyətinə yeni başlayıb. O, digər taksi sürücüləri ilə müştəriyə görə dava edib.

    Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Davada iştirak edənlər məsuliyyətə cəlb edilib.

  • “Azərsu”nun sabiq rəis müavinindən 25 minlik CİNAYƏT – VİDEO

    Yanvar ayının 6-da Murad Eyvazov Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Elbrus adlı şəxsin ondan ərzaq məhsulları sifariş edib Qax rayonuna göndərilməsini istəmiş, həmin məhsulların pulunu verəcəyinə inandırıb, etibarından sui-istifadə edərək ona 2500 manat dəyərində maddi ziyan vurduğunu bildirib.

    ARB Şəki xəbər verir ki, məsələ araşdırılması üçün aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

    Qax və Göygöl polis şöbələrinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində axtarışda olan Bakı şəhər sakini Göygöl rayonu Mixaylovka kəndində saxlanılaraq Qax RPŞ-nə gətirilib.

    Qax RPŞ-nin əməkdaşlarının apardıqları əməliyyat tədbiri nəticəsində həmin şəxsin əvvəllər də dələduzluq maddəsi ilə məhkum olunmuş və cinayət məcəlləsinin müvafiq maddələri ilə barəsində axtarış elan olunmuş Bakı şəhər sakini Babək Vahid oğlu Həsənov olduğu müəyyən edilib.

    İlkin istintaq zamanı məlum olub ki, Babək Həsənov 2017-ci ildə Bakı şəhər sakinləri Əliyev İlham Məmmədağa oğluna qarşı özünü “Azərsu MMC”nin əməkdaşı kimi təqdim edərək 16000 manatlıq, Bağırov Namiq Nizami oğluna qarşı isə özünü gömrük xidmətinin əməkdaşı kimi təqdim edərək 5000 manatlıq dələduzluq edib.

    Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb.

    Babək Həsənovun digər cinayət faktlarının törədilməsində iştirakının olub-olmaması arşdırılır.

    Rayon Polis şöbəsinin məlumatına görə, Babək Həsənov ixtisasca hüquqşünasdır, əvvəllər “Azərsu ASC”nin hüquq departamentində rəis müavini işləyib.

  • Sumqayıtda iş adamı “Gül Vüqar” öldürüldü – TƏFƏRRÜAT, FOTO

    Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Belə ki, hadisə Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub. 

    Median.Az-in məlumatına görə, xeberle.com-a istinadən verdiyi Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi tərəfindən bıçaqlanıb. 

    O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

    Xeberle.com-a hadisənin bəzi təfərrüatları məlum olub. Məlumata görə, mərhum Vüqar Quliyevin Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı var. O, Sumqayıtda “Gül Vüqar” kimi tanınırdı.

    Hadisəyə gəldikdə isə V.Quliyevi keçmiş işçisi qətlə yetirib. Həmin şəxs bir müddət əvvəl işdən çıxarılıbmış. Axşam saatlarında dükana gələn şəxs ona kürək nahiyəsindən bıçaqla zərbələr endirib. Qətli törədən şəxsin psixi problemlərinin olduğu deyilir.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



  • Sumqayıtda satıcı müdirini qətlə yetirib

    Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 7,8,12 birləşmiş məhəllə deyilən ərazisində, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub.

    Belə ki, Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu şəxsi meyvə tərəvəz dükanında öz işçisi tərəfindən bıçaqlanıb.O ,Sumqayıt şəhər təcili tibbi yardım şöbəsinə çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.

    Mərhumun meyidi Sumqayıt şəhər morquna təhvil verilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

  • Bələdiyyə sədrinin oğlu arvadını bıçaqlayıb başını kəsmək istədi — ŞOK TƏFƏRRÜAT

    Şəki Ağır Cinayətlər Məhkəməsində arvadının başını kəsmək istəyən şəxsin məhkəməsi başlayıb.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 29.120 (ölümə cəhd) maddəsi ilə təqsirləndirilən Həşimov Rəşad Fikrət oğlunun məhkəməsinə hakim Xəqani Səmədov sədrlik edəcək.

    İttiham aktına görə, bu ilin yanvar ayında Göyçay rayonunun Kürdəmiş kənd sakini olan 42 yaşlı Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızı ilə mübahisə edib. Sonra Rəşad Həşimov Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayandan sonra onun başını kəsməyə çalışıb.

    İlkin araşdırma zamanı məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan R.Həşimova ətrafdakı insanlar mane olub. Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisədən sonra bıçaqla özünə ağır xəsarət yetirən R.Həşimov da həmin xəstəxanaya aparılıb.

    Rəşad Həşimov sabiq bələdiyyə sədrinin oğludur. Vüsalə ilə ailə həyatı qurandan sonra onunla yola getməyib, birgə nikahdan 1 övladları var. Ancaq ayrı yaşayıblar. Rəşad çox vaxt Bakıda olub, orada işləyib.