Category: Kriminal

  • Mağazaya girib, kassir qızın başında “butulka” sındıran şəxs ələ keçdi VİDEO

    Şirvanda mağazaya basqın edən şəxs saxlanılıb. O, marketin 2 nəfər işçisinə butulka ilə xəsarət yetirib və kassadan pul götürə bilmədikdə oradan qaçıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə mağazadakı müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

    Əvvəlcə şüşə butulkanı əlinə alıb baxır. Sonra isə butulkanı mağaza işçisinin başına vuraraq onu yerə yıxır.

    Ardınca isə kassaya tərəf gedir və oradakı xanıma zərbə endirir. Kassada heçnə tapmadıqda və səs-küy yarandığını gördükdə isə qaçaraq oradan uzaqlaşır. Mağazalardan birinin müşahidə kameraları tərəfindən qeydə alınan bu hadisə Şirvanda baş verib.

    Polis əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisəni törədən şəxsin şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Vaqif Şirinov olduğu müəyyənləşib. O, Paytaxtın Qaradağ rayonu ərazisində Əlahiddə Çevik Polis Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şirvan polisinə təhvil verilib.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb

    Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb.

    Median.Az “Report” agentliyinə istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

    Mərdəkan qəsəbəsində 1966-cı il təvəllüdlü Qurbanov Emil Aydın oğlu 20 yaşlı sevgilisi kimi təqdim etdiyi xanımla mübahisə edib. O, mübahisə zamanı kürəyindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

    Maraqlısı odur ki, polisə izahat verən E.Qurbanov qadının onu bilərəkdən bıçaqlamadığını deyib. Yaralı polisə bildirib ki, qızın əlindəki bıçaq ehtiyatsızlıqdan onun kürəyinə batıb.

    Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

  • Azərbaycanda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

    Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli mübarizə davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 18-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat nəticəsində Gəncə şəhər sakini Rövşən Zeynalov narkotik vasitə olan heroini şəhər ərazisində 100 manata satarkən cinayət başında yaxalanıb.

    Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qədimovdan 420 qram marixuana, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Müslümidən heroin və 295 qramdan artıq marixuana aşkar edilib.

    Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 18-nə keçən gecə Şorəlli kəndindəki evlərin birindən 750 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Səmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evdən əlavə olaraq 345 qram marixuana aşkar edilərək götürülüb.

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ağcabədi rayon sakini Tural Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və “Metamfetamin” aşkar edilib.

    Araşdırmalarla onların narkotiki əldə etdikləri mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da saxlanılıb. Ondan 44 qramdan artıq heroin, “Metamfetamin” və 70 ədəd “Tramadol” həbləri aşkar edilib. Ş.Səmədovanın bacısının evində keçirilən əməliyyat-axtarış tədbirləri ilə oradan əlavə olaraq 44 qram heroin, “Metafetamin” və “AMB-Fubinaca” adlı narkotik vasitə aşkar edilərək götürülüb.

    Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

  • Arvadının üzərinə yanacaq töküb, onu öldürəmək istəyən şəxs 14 il 6 ay cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Mais Həsənovun CM-nin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29.186.2.2-ci (əmlakı qəsdən məhv etməyə və ya zədələməyə cəhd, yandırmaqla, partlatmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, istintaqla müəyyən edilib ki, ötən il iyulun 29-da Mais Həsənov həyat yoldaşı Güldəstə Ağayevanın, qohumları tərəfindən inşa edilən və yaşaması üçün onlara təhvil verilən Binə qəsəbəsində olan evə sərxoş halda gələrək, arvadının axşam yeməyini gec hazırlamasını bəhanə edərək ünvanına söyüşlər söyüb. Ardınca həyətə çıxaraq avtomobilindən plastik qabda olan benzini götürüb, evə qayıdıb və qapını arxadan bağlayıb. Mətbəxdə yemək hazırlayan qadına arxadan yaxınlaşaraq, üzərinə yanacağı töküb. Ağayeva üzərinə benzin töküldüyünü və qaz sobasının açıq olduğunu hiss edərək, dərhal qazı söndürməyə cəhd edib. Lakin Həsənov arvadını diri-diri öldürmək niyyətində olduğu üçün, benzini yenidən sobanın və zərərçəkmişin üsütünə töküb. Yanacaq alovlanıb və Güldəstə yanıq şoku keçirib. Qadın çətinliklə də olsa qapını açaraq, qonşuları səsləyib. Hadisə yerinə gələn şahidlər Ağayevanı və evi söndürə biliblər. Zərərçəkmiş 5 saylı şəhər xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas edə biliblər.

    Fakta görə ilkin olaraq cinayət işi Xəzər RPİ İstintaq şöbəsində başlanılıb, daha sonra istintaq rayon prokurorluğu tərəfindən aparılıb. Mais Həsənov barəsində axtarış elan olunub, o bir aydan sonra Sabunçu rayonu ərazisində saxlanılıb.

    Məhkəmə prosesində Mais Həsənov ittihamlar üzrə özünü təqsirli bilməyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib, onun sözlərinə görə, Güldəstə Ağayevanı öldürmək niyyəti olmayıb, sadəcə hadisə bir anda baş verib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Mağazaya basqın edib butulka ilə işçilərin başına vurdu – AZƏRBAYCANDA

    Şirvanda törədilmiş quldurluq cinayətinin üstü açılıb.

    Median.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 22-də Şirvan Şəhər Polis Şöbəsinə həmin gün saat 19 radələrində T.İsmayılov küçəsində yerləşən marketlərin birində naməlum şəxsin 2 işçinin baş nahiyəsinə şüşə qabla xəsarət yetirib pul verməsini tələb etməsi, səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxdığı barədə müraciət daxil olub.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və qısa müddətdə cinayətin şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Şirinov tərəfindən törədilməsi müəyyən edilib.

    Görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən V.Şirinov Qaradağ rayonu ərazisində Əlahiddə Çevik Polis Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şirvan ŞPŞ-yə təhvil verilib.

  • Bakıda işə düzəltmək adı ilə 4 nəfərin 17000 manatını ələ keçirən şəxs saxlanılıb

    Mayın 14-də Bakı şəhər sakinləri olan 4 nəfər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edərək 2017-ci ilin avqust-oktyabr aylarında Elmir adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 17.000 manat pullarının alındığını bildiriblər.

    Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, dərhal polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elmir Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun həmin şəxsləri müxtəlif nazirliklərdə işə düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə pullarını aldığı müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

    Polis əməkdaşları dələduzluqda şübhəli bilinən bu şəxsin digər analoji cinayətdə iştirakını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə və ya Binəqədi RPİ-yə müraciət edə bilərlər.

  • Barda qızla tanış olub əylənmək istədi – 5 min manatı getdi

    Türkiyə vətəndaşının 5 min manat pulunu quldurluq yolu ilə ələ keçirən şəxs cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.

    Median.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilən İslamov Ruslan Vaqif oğlunun məhkəmə prosesi may ayının 23-də hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək.

    Xatırladaq ki, hadisə 2013-cü ilin aprel ayında Bakının Xətai rayonu ərazisində qeydə alınıb. Türk kişi öz ağılsız məhəbbətinin toruna düşüb. O, əylənməyi düşünsə də, bunun əvəzinə başqalarını əyləndirib.

    Xətai Rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin əməliyyatçıları “isti izlərlə” çox sadə sxemlə işləyən quldurların cinayətinin üstünü açıb və onların dəstəsini zərərsizləşdiriblər. Bu quldur dəstəsi öz qurbanlarını tələyə salmaq üçün gözəl bir qızdan – Bakının mərkəzində yerləşən, məşhur “Şamdan” gecə barının işçisindən istifadə ediblər.

    Quldurların növbəti qurbanı Türkiyə vətəndaşı olub. 1972-ci il təvəllüdlü türk Sezgin Yılmaz Mehmet gecə “Şamdan” barında istirahət etmək qərarına gəlib. Kişi özünə içki sifariş verib masa arxasında əyləşən kimi, barın işçisi ona yaxınlaşıb və birlikdə əyləşməyi təklif edib. Yəqin, həmin qızın seks sənayesinin nümayəndəsi olduğunu söyləmək artıqdır.
    Türkü spritli içki ilə kefləndirən qız özü üçün faydalı məlumat toplamağa başlayıb və öyrənib ki, kişinin üstündə 5 000 manat pul var. Beş dəqiqəlik bayıra çıxacağını deyən qız əlbir olduğu şəxslərə zəng edərək, tapıntısı – üzərində 5 min pul olan Türkiyə vətəndaşı barədə məlumat verib. Dəstənin üzvləri bildiriblər ki, qızı Nobel prospektində “NZS” qəsəbəsinin yaxınlığında gözləyəcəklər.

    Darıxan türkün yanına qayıdan qız ona unudulmaz kef bəxş edəcəyini bildirərək, türkü evinə dəvət edib. Təklifi qəbul edən kişi avtomobilə əyləşərək, zövq alacağı ümidilə qızın evinə yola düşüb.

    Lakin onlar evə çata bilməyiblər, “NZS” qəsəbəsinin yaxınlığında iki gənc insan qarşılarını kəsərək, içkili Yılmazı döyüb, onun burnu və dodağını əzib, üzərində olan bütün pulları götürərək qaçıblar. Türkü yolun kənarında qoyan cinayətkarlar “uğurlu” işlərini paytaxtın gecə klublarından birində qeyd etmək üçün şəhərin mərkəzinə yola düşüblər.

    Bu arada Sezgin Yılmaz 37-ci polis bölməsinə gələrək, hücum barədə məlumat verib.

    Səhərə yaxın əməliyyatçılar dəstənin izinə düşüblər və onların hər üçünü ələ keçiriblər. Quldurlar 1986-cı il təvəllüdlü Gürcüstan vətəndaşı Şahanə Hacıyeva, 1984-cü il təvəllüdlü Azərbaycan vətəndaşları Əliyev Elgiz Elşad oğlu və 1988-ci il təvəllüdlü İslamov Ruslan Vaqif oğlu olublar.

  • Bakıda qaynanasını öldürən şəxsdən ŞOK SÖZLƏR: “Cinsi əlaqədə olmaq istəyirdi”

    Bakıda qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə davam edir.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi hakim Eldar İsmayılovun icraatına araşdırılır.

    İstintaqla müəyyən edilib ki, Cavad İbrahimov ailə qurduqdan bir müddət sonra spirtli içki içərək ailədə heç bir səbəb olmadan evdə mübahisə yaratmağa başlayıb. Tüfeyli həyatı sürən Cavad İbrahimovun bu səbəbdən qaynanası Nigar Niftəliyeva ilə problemləri yaranıb. Belə ki, təqsirləndirilən şəxs epilepsiya xəstəsi olan qaynanasını dəfələrlə döyüb. Bir neçə dəfə Nigar Niftəliyeva huşunu itirib. Sonuncu dəfə isə Cavad İbrahimov bu il yanvar ayında yaşadıqları Yasamal rayonunda qaynanası Nigar Niftəliyevanı azyaşlı oğlu Camalın göz qarşısında yumruq və təpiklə döyməyə başlayıb. Aldığı zərbələrdən yerdə qalan Nigar Niftəliyevanın öldüyü məlum olub.

    Təqsirləndirilən şəxs qismində istintaqda dindirilən Cavad İbrahimov ittiham üzr özünü qismən təqsirli bilib. O ifadəsində bildirib ki, qaynanası Nigar Niftəliyevanı öldürmək niyyəti olmayıb: “Nigarın qızı Arzu ilə 2012-ci ildə ailə qurmuşam. Həmin nikahdan 3 azyaşlı övladım var. 2005-ci ildən Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şirkətlərində çalışıb fəhləlik etmişəm. Bir müddət sonra bütün ailəmiz Bakıya gəlib və Yasamal rayonunda kirayədə yaşamışıq. Ailəsi ilə qalan zaman rayondan qaynanam Nigar da bizlə yaşamağa başladı. Qaynanam sakit, heç kimlə problemi olmayan adam idi. Mənim müəyyən xəstəliklərdən əziyyət çəkirdim. Yoldaşım Arzu da qonşuluqda olan smetan sexində işləyirdi. Yoldaşım işlədiyindən ev işlərini qaynanam edirdi. Evimizdə qaz olmadığından qaynanam hər gün evin yaxınlığında olan zibillikdən odun tapıb evi qızdırırdı. O evdə darıxdığı üçün odun dalınca getdiyini deyirdi. Yaşlı olduğundan bir neçə başı gicəllənib yıxılıb, özünə xəsarət yetirmişdi. Ona görə, bir neçə dəfə Nigara odun dalınca getməməsini demişdim”.

    Cavad İbrahimov bildirib ki, qaynanası ona əxlaqsız təklif edib: “15-20 gün sonra Nigar əxlaqsız qadın olduğunu və mənimlə cinsi münasibətdə olmaq istədiyini, seksual hərəkətlər etməyi təklif etdi. Buna kəskin etiraz etdim, tənbeh etdim ki, bir daha belə söhbət eləməsin. Yoldaşım evə gələndə anasının mənə təklif etdiyi məsələni dedim. Arzu anası ilə mübahisə elədi, Nigar söz verdi ki, bir də belə hal baş verməyəcək. Bu söhbətdən 3-4 gün sonra yenidən qaynanam sevişmək istədiyini dedi. Etirazımı bildirib, onu itələdim. Başı divara dəydi. Başının arxasından xəsarət aldı. Yerə yıxıldı. Lakin huşu özündəydi, divana uzatdım. Paltarlarını çıxartdım ki, rahat olsun. Gördüm ki, dişlərini qıcayıb. Tez əlimdə dişlərini araladım ki, birdən dilə qatlanar. Həmin vaxt ola bilər ki, güc tətbiq etmişəm. Çənəsinə və damağına xəsarət yetirmişəm. Telefonum yox idi. Uşaqları evə qoyub qaçıb təcili yardım çağırmışam. 20 dəqiqə sonra təcili yardım evə gəldi. Nigarı müayinə edən zaman məlum oldu ki, artıq ölüb. Mənim onu öldürmək kimi bir niyyətim olmayıb. Bircə onun mənə elədiyi təkliflərdən əsəbiləşib itələmişəm, başı divara dəyib. Onu heç vaxt döyməmişəm”.

    Mərhumun qardaşı, hüquqi varis qismində M.Osmanov ifadə verib. O deyib ki, C.İbrahimov daha əvvəl də bacısını döyüb. “Bacımı döydüyü üçün biz bundan bir neçə dəfə şikayət etdik. O zaman Ağdaşda yaşayırdıq. Bacım və qızı xahiş elədilər ki, şikayət etməyək. Mən də şikayət etmədim. Sonuncu dəfə də rayonda oğurluq elədi. Bakıya qaçdı. Sonra bacım və qızı da Bakıya gəldi. Bir müddət sonra ölüm xəbərini eşitdik”.

    M.Osmanov qeyd edib ki, bacısının ölüm xəbərini eşidəndə Bakıya gəlməyə maddi imkan olmayıb: “Hadisəni eşidəndə 20 manatım var idi. Bakıya gələ bilmirdim. Gedib bunun atasına və qardaşına dedim ki, oğlunuz belə bir hadisə törədib. Kömək edin ki, gedim meyiti gətirim. Amma yiyə durmadılar. Sonra qohumlarımız meyiti Bakıdan kəndə göndərdilər”.

    M.Osmanov C.İbrahimovun dediklərinin doğru olmadığını deyib: “Bacım təmiz və namuslu qadın olub. O, bizim böyüyümüz idi, 60 yaşı vardı, bizə ana əvəzi idi. Cavadın dediklərinin hamısı yalandır”.

  • “Qoca”nın qaçırılmasında günahlandırılan Fədayə Laçına PİS XƏBƏR

    Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti yenidən uzadılıb.

    Median.Az-in məlumatına görə, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.

    Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsi istintaq orqanının təqdimatı əsasında F.Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb. Həbs müddəti avqustun 23-dək artırılıb.

    Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan qabaq, F. Laçın barədə olan həbs qərarı bir dəfə uzadılıb və onun həbs müddəti mayın 23-də başa çatırdı.

  • Bakıda ödəmə aparatını kəsib, pulu apardılar FOTO

    Bakıda daha bir oğurluq hadisəsi baş verib.

    Median.Az “femida.az”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Əbdürrəhim Bəy Haqverdiyev küçəsində yerləşən dayanacaqda baş verib.

    Gecə saatlarında ödəmə terminalına müdaxilə edən naməlum şəxs (yaxud şəxslər) pulları aparıb.Hadisə zamanı ödəmə aparatına ciddi ziyan dəyib.

    Əraziyə polis əməkdaşları gəlib və araşdırma başlanılıb.