Category: Kriminal

  • Bakıda ŞOK hadisə: Kürəkən ona sevişmə təklif edən qayınanasını öldürüb

    Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Prosesdə dustaq etiraz olaraq üzünü arxaya çevirməklə ayaq üstə dayanıb.

    O bildirib ki, istintaqda ona qarşı çox haqsızlıqlar edilib və məhkəmədən işinə ədalətli baxılmasını istəyib.

    Cavad İbrahimov hakimin suallarının heç birinə cavab verməyib.

    İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun “Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb.

    Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

    Qatilin Nigar Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum edilmiş kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

    Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Cavad İbrahimov istintaqa verdiyi ifadəsində bildirib ki, qaynanası ona əxlaqsız hərəkətlər etməyi təklifi edib. Onun ifadəsinə görə, qayınanası həmin zaman onunla sevişməyi təklif edib: “Bu təklifdən sonra qayınanamı döydüm. Lakin onu öldürmək niyyətim olmayıb”.

    Növbəti proses mayın 17-də davam edəcək.

  • Bərdədə ata-oğul bıçaqlanıb

    Bərdədə ata və oğlu bıçaqlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Məlumata əsasən, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da Yusif Əliyevə və atası Ramizə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Ağdam rayon sakini Adil İbrahimov saxlanılıb.

  • İnternet klubda 21 yaşlı barmenin başına gətirilən DƏHŞƏT – BAKIDA ŞOK

    Bakıda internet klubda tanışını ürəyindən vuraraq öldürməkdə təqsirli bilinən Zaur Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İttihama görə, 2017-ci il noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsindəki internet klublardan birində Bakı şəhər sakini Zaur Qasımov münaqişə zəminində Naxçıvan sakini, 21 yaşlı Xəyal Məmmədovu sinə nahiyəsindən bıçaqlayıb.

    Ürəyindən zədə alan Xəyal Məmmədov yerləşdirildiyi xəstəxanada ölüb.

    Məlum olub ki, 21 yaşlı Xəyal Məmmədov barmen işləyirmiş, həm də tələbə olub.

    Növbəti proses mayın 15-də davam edəcək.//publika.az

  • Adam oğurluğunda ittiham olunan “Qanuni oğru”nun qardaşının məhkəməsi başlayıb – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində Rafət Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimovun CM-nin 29,144 (adam oğurluğuna cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma, saxlama və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəəri şəxsi istahlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, ötən il iyulun 11-də Nəsimi RPİ-nə Rüfət adlı şəxsin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılıb. Baxış zamanı onun üzərindən “Makarov” markalı tapanca, bir ədəd darağ və 7 ədəd patron aşkar edilib.

    Saxlanılan şəxs bildirib ki, tapancanı bir neçə il əvvəl RF-da naməlum şəxsdən alıb və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirib.

    Araşdırma zamanı məlum olub ki, Əmirov adam oğurluğunda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin sorğusu əsasında İnterpol tərəfindən axtarışdadır.

    Həmçinin müəyyən edilib ki, o “Rafət Əlibayramlinski” kimi tanınan kriminal avtoritet Rafət Əmirovun qardaşıdır. Sonuncu isə “Lotu Quli”nin adamı kimi tanınıb.

    İstintaqın gedişatında cinayət məsuliyyətinə Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimov cəlb olunublar.

    Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış mayın 23-nə təyin edilib.






  • Bakıda məktəbdə iyrənc olay: 16 yaşlı qızı zorladılar

    Bakıdakı internat məktəblərindən birində zorlanma baş verməsi iddiası ilə hüquq-mühafizə orqanlarına şikayət edilib.

    Median.Az “Report” agentliyinə istinadən xəbər verir ki, paytaxt şəhər sakini C.A. polisə müraciət edərək Xəzər rayonunda yerləşən 8 nömrəli Sanatoriya tipli internat məktəbində qızı 16 yaşlı N.A.-nın döyüldüyünü və internatda yaşayan Ramin adlı şəxs tərəfindən zorlandığını bildirib.

    Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

  • Sumqayıtda 15 yaşlı qız zorlanıb

    Sumqayıt şəhərində 15 yaşlı qız zorlanıb.

    Median.Az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada baş verib.

    Belə ki, şəhər sakini 2003-cü il təvəllüdlü S.M-nin (ad şərtidir) qarın nahiyəsində kəskin ağrılar başlayıb. Bunu görən 15 yaşlı qızın atası Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət edib. İlkin müayinələrdən sonra yeniyetmə qız yoxlanış üçün Sumqayıt Şəhər 1 saylı Doğum Evinə göndərilib.

    Daha sonra qızın atası hüquq muhafizə orqanlarına məlumat verib.

    Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində araşdırmalara başlanılıb.

  • Yevlaxda külli miqdarda pul və qızıl oğurladılar

    Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini A.Süleymanovun evindən qızıl-zinət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıblar.

    DİN-dən verilən məlumata görə, araşdırmalara əsasən onların şəhər sakinləri Məhərrəm Aslanov və Vəfadar Pənəliyev olduqları müəyyən edilib.

    Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların aprelin 30-da digər həmyerliləri Rəşad Cabbarovla birgə şəhər ərazisindəki başqa bir evdə seyfdən 32 min ABŞ dolları pul və 18645 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

    Görülmüş tədbirlərlə qrupun digər üzvü – R.Cabbarov da saxlanılıb.

    Polis əməkdaşları tərəfindən 10 min ABŞ dolları və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi onlardan götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

  • Bakı sakini “Gənclik Mall”dan paltar oğurladı

    Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə “Gənclik Mall” ticarət mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub.

    DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Daşkəsəndə DƏHŞƏT: Ana özünü və 6 aylıq oğlunu yandırdı – TƏFƏRRÜAT – YENİLƏNDİ

    Daşkəsəndə evdə ana və 6 aylıq körpəsinin ölümü ilə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.
     
    “Report”un  məlumatına görə, Qabaqtəpə kəndində ata mülkündə yaşayan 1975-ci il təvəllüdlü Abdullayeva Lətifə Mürsəl qızı və 6 aylıq oğlu Həsənli Əli İlqar oğlunun meyiti yanmış halda 2 mərtəbəli evin birinci mərtəbəsindəki otaqların birində aşkar edilib.
     
    Körpənin meyiti yanmış uşaq arabasında, qadının cəsədi isə yerdə olub. Evdə yanğın əlaməti yalnız meyitlərin olduğu yerdə qeydə alınıb.
     
    2016-cı ildə Həsənov İlqar Eldar oğlu ilə ailə həyatı quran L.Abdullayeva yoldaşı ilə birgə ata evində yaşayıb. Həmin mülk atasının ölməmişdən əvvəl etdiyi nəsihətə görə, onun adına keçirilib.
     
    Qadının həyat yoldaşı bir gözündən əlildir. Ailə əlilliyə görə verilən əmək pensiyası və təsərrüfatdan gələn gəlir hesabına dolanıb.
     
    İ.Həsənov faciə baş verən zaman tanışları ilə birgə Daşkəsən şəhərində olduğunu, yoldaşı və övladının ölüm xəbərini isə yaxınlarından aldığını bildirib. Ailənin heç kimlə düşmənçiliyi olmayıb.
     
    Lakin qadın ilə qardaşları arasında atadan qalan mülkə görə narazılıq olub. L.Abdullayevanın 3 qardaşı var. Onlardan Rafiq Abdullayev adlı biri rayonun Astaf kəndində müəllim işləyir, Tofiq Abdullayev ad-soyadlı digər qardaş ticarətlə məşğuldur, başqa biri isə fiziki qüsurludur və Bayan kəndində yaşayır.
     
    Qardaşlardan, əsasən qonşuluqda yaşayan Rafiq Abdullayev və Tofiq Abdullayev bacılarının ata mülkündə öz həyat yoldaşı ilə yaşamasına əvvəllər bir neçə dəfə etiraz ediblər. Məhz bu səbəbdən L.Abdullayevanın sözügedən qardaşları ilə arasında soyuq münasibət yaranıb.
     
    Lakin onlar da baş verən faciədən xəbərsiz olduqlarını və hadisənin intihar məqsədi ilə törədildiyini düşündüklərini bildiriblər. L.Abdullayevanın anası və bacısı da hadisənin intihar olduğunu bildiriblər.
     
    Bununla belə, hadisənin kimsə tərəfindən qətl məqsədi ilə törədildiyi də istisna olunmur.
     
    Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

    * * * * *

    Daşkəsəndə ölüm hadisəsi baş verib.
     
    Median.Az
    APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində baş verib.
     
    Bu gün saat 18 radələrində kənd sakini, 1975-ci il təvəllüdlü Həsənova Lətifə Mürsəl qızı və onun 6 aylıq oğlu Əli İlqar oğlu Həsənovun yanmış meyitləri yaşadıqları evdə aşkarlanıb.
     
    Məlumata görə, qadın yataq otağının döşəməsində, uşaq isə beşikdə yanmış vəziyyətdə olub. Hadisənin qətl olduğu bildirilir.
     
    Kənddə Həsənovlar ailəsində ər arvadın mehriban olduqları və kiminləsə düşmənçilik etmədikləri bildirilir. Qətl törədilən gün qadının həyat yoldaşı Daşkəsən şəhərində olsa da, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları onu sorğu-sual edirlər.
     
    Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

  • Bakıda kişi arvadının üstünə benzin töküb yandırdı: “Qışqırığa qonşular gəldi”

    Arvadının üstünə benzin tökərək öldürməkdə təqsirli bilinən Mais Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

    Cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

    Aparılan istintaqla müəyyən edilib ki, Mais Həsənov ötən il iyulun 29-da həyat yoldaşı Güldəstə Ağayevanın qohumları tərəfindən inşa edilən və yaşaması üçün onlara təhvil verilən Binə qəsəbəsində olan mənzilə sərxoş halda gələrək arvadının axşam yeməyini gec hazırlamasını bəhanə edərək ona söyüşlər söyüb. Daha sonra Mais Həsənov arvadını öldürmək qərarına gəlib. O, həyətə çıxaraq avtomobilindən 5 litrlik plastik qabda olan benzini götürüb evə gələrək qapını arxadan bağlayıb. Təqsirləndirilən şəxs həmin ərəfədə mətbəxdə yemək hazırlayan Güldəstə Ağayevanın arxa tərəfdən üzərinə gedərək yanacağı onun üstünə töküb. Qadın üzərinə benzin töküldüyünü və qaz peçinin açıq olduğunu hiss edib və tez bir zamanda qazı söndürməyə cəhd edib. Lakin Mais Həsənov arvadını diri-diri öldürmək niyyətində olduğu üçün benzini yenidən az peçinin, arvadının və evin müxtəlif yerlərini səpib. Benzin alışmağa başlayıb və Güldəstə Ağayevə yanıq şoku keçirib. Qadın çətinliklə də olsa qapını açaraq qonşuları səsləyib. Hadisə yerinə gələn qonşular qadını və evi söndürə biliblər. Qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Hadisədən dərhal sonra Mais Həsənov polis tərəfindən saxlanılıb.

    Ona Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29.120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 29.186.2.2-ci(özgənin əmlakını yandırmaqla, partlatmaqla ziyan vurma) maddələri ilə ittiham verilib.

    Mais Həsənov ona verilən ittihamlar üzrə özünü təqsirli bilməyib. O, istintaqa ifadəsində bildirib ki, həmin günü evə axşam saatlarında gələrək, iki bokal pivə içib: “Həmin gün Güldəstə evdə olub, uşaqlar isə qohum evində qalıb. Axşam saatlarında evdən çölə çıxıb avtomobillinin şamını düzəltmişəm. Əlim mazutlu olduğu üçün maşından yanacaq götürüb əlimi yumaq üçün evə gətirdim. Evin mətbəxinə daxil olub, əlimi orda yumağa başladım. Güldəstə də yemək bişirirdi. Əlimi yuyanda Güldəstə benzinin iyini hiss edərək yanacaq ilə mətbəxə girdiyimə məni acılamağa başladıq. Həmin vaxt tutaşdıq, benzin də qazın üstünə töküldü. Qığılcım hər ikimizə sıçradığından həm biz, həm də mətbəx otağı alışmağa başladı. Mən həmin an benzin butulkasını və Güldəstəni götürüb çölə çıxdıq. Butulkanı tulladım. Hər ikimiz özümüzü söndürdük. Güldəstənin qışqırığına qonşular evə gəlib və mətbəxi söndürüblər”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, hər ikisi ayrı-ayrı avtomobildə 5 saylı Respublika Yanıq Şöbəsinə aparılıblar: “Xəstəxana bir neçə gün qaldıqdan sonra pulum olmadığı üçün Lerikə getdim. Sonradan yenidən xəstəxanaya qayıtdım. Çünki ayaqlarımda problem vardı. Bir neçə dəfə əməliyyat olundum. Əməliyyatdan sonra da Lerikə qayıtdım. Lakin polis əməkdaşları mənim istintaqdan gizləndiyimi zənn edərək axtarışa veriblər. Amma mən rayona müalicəmi ev şəraitində davam etdirmək üçün getmişəm. Heç kimdən qaçmaq fikrim olmayıb. Hadisədən bir ay keçəndən sonra Maştağada yaşayan qardaşıımgilə gələndə yolda polis əməkdaşları tərəfindən saxlanıldım və bölməyə gətirildim”.

    Mais Həsənov hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib: “Mənim Güldəstəni öldürmək, kimisə həyatdan məhrum etmək fikrim olmayıb. Bunların hamısı bir anda baş verib. Ehtiyatsızlıq eləmişəm”.///Lent.az