Category: Kriminal

  • Bakıda ev yiyəsindən xadiməyə qarşı ƏXLAQSIZLIQ-İNTİM MESAJLAR

    Uzun illər polis orqanlarında müxtəlif vəzifələrdə çalışan, təqaüddə olan sabiq müstəntiq “Birja” qəzetində xəstəyə baxmaq və evində işləmək üçün gülərüz, mehriban xanım axtarması ilə bağlı elan verir. İşə ehtiyacı olan gənc qadın elanı görüb əlaqə saxlayır. Amma cəmi bir neçə gün həmin evdə işləyir.

    Ev sahibinin ona yazdığı mesajları sevgilisi oxuyur və…

    Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Quliyev və Vüsal Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org-un xəbərinə görə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 52-də yaşayan 62 yaşlı Yaqub Sultanov ötən il avqustun 18-də DİN-in 102 xidmətinə zəng vuraraq yaşadığı evdə iki nəfərin ona basqın edib döydüklərini, qıymətli əşyalar, pul tələb etdiklərini bildirib. İstintaq zamanı müəyyən olunub ki, Y.Sultanovun evinə basqın edənlər Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev olub. 

    Sözügedən ünvana gecə saat 03:30 radələrində təşrif buyuran “çağırılmamış qonaqlar” ev sahibini yerə yıxıblar, ağzını skoçla bağlayıblar, bundan əvvəl isə evdəki pulların, qızılların yerini deməyi tələb ediblər. Əks təqdirdə, öldürəcəkləri ilə hədələyiblər. Bədəninin müxtəlif nahiyələrinə yumruq-təpiklə zərbələr endiriblər. Keçmiş polis əməkdaşı olan ev sahibinin cevikliyi – əli ilə skoçu açıb qışqırması, köməyə adam çağırması R.Quliyevlə V.Abdullayevin planlarını məhv edib. Qonşuların səsə gələcəyindən ehtiyatlanan dostlar tez-tələsik hadisə yerindən qaçıblar.

    “Biz ondan pul, qızıl tələb etməmişik”

    Təqsirləndirilən Vüsal Abdullayev ifadəsində uzun illərdir paytaxtda yaşadığını, avtobus sürücüsü işlədiyini, hadisədən bir gün əvvəl həmyerlisi Rasimlə rastlaşdığını göstərib: “Yanında azyaşlı qız uşağı vardı. Neçə gündür məni axtardığını dedi. Səbəbini soruşduqda bir nəfər çoxlu pulu olan, tək yaşayan yaşlı kişinin evini “aparmağı” təklif etdi. İşsiz olduğumdan təklif cəlbedici gəldi, razılaşdım”. 

    V.Abdullayevin ifadəsinə görə, R.Quliyev onu yağmalanması planlaşdırılan evin yerləşdiyi küçəyə aparıb. Ətrafda gəzişib, mənzilə necə girəcəklərini götür-qoy ediblər. Nəhayət, küçə qapısının üstündən keçməklə həyətə girməyi qərara alıblar. Bundan sonra isə aptekdən iki cüt rezin əlcək, mağazadan skoç alıb gecənin düşməsini gözləyiblər: “Gecə saat 2 radələrində həyətə keçib küçə qapısını arxadan bağladıq. Pəncərədən baxanda gördük kişi hələ yatmayıb. Bir saat həyətdə qapının yanında durduq. Birdən hansımızınsa ayağı dəmirə dəyib səs saldı. Kişi həyətə çıxanda Rasim onu yumruqla vurub dəhlizdə yerə yıxdı, skoçla ağzını bağladı. Mən də əllərini tutmağa kömək etdim. Bu vaxt küçə qapısı döyüldü. Əlcəkləri, skoçu orada qoyub hasardan aşıb qonşunun həyətinə, oradan da küçəyə çıxıb qaçdıq. Ev sahibindən heç nə tələb edə bilmədik”.

    İki uşaq anası, xadimə qadın və uğursuz münasibət Təqsirləndirilən Rasim Quliyev ifadəsində həyat yoldaşından ayrılan, anasının tanışı, iki azyaşlı qızı olan Esmira adlı qadınla aralarında sevgi münasibəti yarandığını deyib. Bir-birləri ilə əvvəlcə telefonla əlaqə saxlasalar da, sonradan bir yerdə yaşamağa qərar veriblər. Rayonda dolanışığı pis olduğundan, Esmiraya uşaqlarını da götürüb Bakıya köçüb, bir yerdə yaşamağı təklif edib. Esmira da onun dedikləri ilə razılaşıb. Ötən ilin iyun ayında R.Quliyev Mehdiabad qəsəbəsində mənzil kirayələyib. Bir neçə gün sonra isə Esmira azyaşlı qızlarını da götürərək rayondan onun yanına köçüb. Amma cəmi yarım ay bir yerdə yaşayıblar. Uğursuz münasibət nəticəsində qadın rayona, Rasim isə həbsxanaya yollanıb: “İş axtarırdım, tapa bilmirdim. Esmira xəstə ər-arvada baxmaq üçün iş tapmışdı. Bir neçə gün getdi, sonra dedi ki, pulumu vermirlər, daha getməyəcəyəm. Mən də əsəbiləşib dedim elədirsə, bir də getmə ora”.

    “Əxlaqsız təkliflər etmişdi deyə onu cəzalandırmaq istədim”

    R.Quliyevin ifadəsinə görə, Esmiranın işlədiyi evin sahibi bir neçə dəfə onun mobil telefonuna intim məzmunlu mesajlar göndərib. Hadisədən bir gün öncə Esmiranın telefonuna növbəti dəfə eyni məzmunlu mesaj gəlib: “Mesajı açıb oxudum. Esmiraya əxlasqız təkliflər edirdi. Buna dözməyib onu cəzalandırmaq qərarına gəldim. Vüsala danışdım, dedim bir kişi var, Esmiranı işlədib evində pulunu verməyib, gedək onu cəzalandıraq. Razılaşdıq, gecə həmin ünvana gəldik. Pəncərəni döyüb səs saldıq. Kişi qapını açıb həyətə çıxan zaman sifətindən vurub dəhlizdə yerə uzatdım, skoçla ağzını bağladım. Qonşuların səs-küyünü eşidib qaçdıq”.

    Hadisədən dörd gün sonra Vüsalla Rasim Xırdalan dairəsi yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıblar: “Vüsalda nə bıçaq, nə də başqa silah olub. Yaqubun evində pul olmağından da məlumatım olmayıb. Yalan deyir, ondan pul, qızıl tələb etməmişik. Onun evinə gedəcəyimizdən Esmiranın xəbəri olmayıb”.

    “Polis işçisi olmusan, çoxlu pulun var, bizə verməlisən, yoxsa səni öldürəcəyik”

    Zərərçəkmiş Yaqub Soltanov 1979-cu ildən 2004-cü ilə qədər daxili işlər orqanlarında müstəntiq, baş müstəntiq, bölmə rəisi vəzifələrində işlədiyini, üç ildir ki, təqaüdə çıxdığını göstərib: “Həyat yoldaşımdan 17 il əvvəl ayrılmışam. İki il əvvəl həyat yoldaşım rəhmətə getdi. Həmin vaxtdan oğlanlarım Türkiyədə, qızım isə Almaniyada yaşayır. Tək yaşayıram”. 

    Y.Soltanov ifadəsində gecə saatlarında həyətdəki su çəninin üstündən səs gəldiyini, pişiklərin səs saldığını güman edib, həyətə çıxdıqda iki nəfər oğlanın onu sinəsindən itələyib dəhlizə saldıqlarını deyib: “Zərbənin təsirindən yerə yıxıldım. Onlar içəri girib qapını bağladılar. Üstümdə oturdular, biri əllərimi tutdu, o biri isə skoçla ağzımı, boğazımı bağladı. Müqavimət göstərməyə çalışdım, əlimlə skoçu dartıb qırdım. Mənə “sən polis işçisi olmusan, çoxlu pulun, qızılın var, bizə verməlisən, yoxsa səni öldürəcəyik” dedilər. Dedim pensiyaçı adamam, uzaq başı 200-300 manat pulum var. Məni silləylə, təpiklə vurmağa başladılar, ağzımdakı skoçu zorla aralamağa imkan tapıb qonşuları köməyə çağırdım”.

    “O qadın yalan danışır”

    Sabiq polis əməkdaşı hadisə ilə bağlı dərhal DİN-in 102 xidmətinə zəng vurub, iki nəfər silahlı şəxsin evinə basqın etdiklərini bildirib: “Nə özümün, nə də ailəmin kiminləsə düşmənçiliyi, ədavəti olmayıb. Əksinə, hamıyla münasibətimiz yaxşı olub. Sadəcə, təxminən bir neçə gün əvvəl evimi təmizləyən və mənə iynə vuran Esmira adlı qızla maaşa görə aramızda inciklik yaranmışdı”. O, həmçinin Esmiraya sataşmadığını, aralarında dayı-bala münasibəti olduğunu göstərib: “Xəstəliyimlə əlaqədar Esmira mənə iynə vururdu. Buna görə də, ona pul verirdim. Təqaüdümü alanda 50 manat verəcəkdim. Heç vaxt Esmiraya əxlaqsız sözlər deməmişəm, pis təkliflər etməmişəm. Esmira hamısını yalan deyir”. 

    “Onun pulu olsaydı, mənim gündəlik 20 manatımı verərdi”

    Şahid qismində dindirilən Esmira Musayeva ifadəsində “Birja” qəzetindəki elanı oxuyub Yaqub Soltanova zəng vurduğunu, işləmək üçün razılığa gəldiyini göstərib: “Rasimə dedim ki, yaşlı ər-arvad var, onlara qulluq edəcəyəm. Əks halda, qısqanclıq edib qoymayacaqdı ora getməyə. Bir neçə gün Yaqub kişinin yanında işlədikdən sonra mənə söz atmağa, sataşmağa başladı. Bir neçə dəfə telefonuma da belə mesajlar yazırdı. Gecə vaxtı Rasim telefona baxarkən Yaqub kişidən mesaj gəldi, açıb oxudu. Mən də hər şeyi açıb ona danışdım. Onun evində pul, qızıl görməmişəm. Əgər pulu olsaydı, gündəlik 20 manatımı verərdi”. Məhkəmənin hökmü ilə Rasim Quliyev və Vüsal Abdullayev hər ikisi 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

  • Nənəsinin evini soyan nəvə və dostları saxlanıldı

    Tovuz rayonunda nəvə dostları ilə birgə nənəsinin evindən oğurluq edib.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 1400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi və onun tanışı olan iki yeniyetmə saxlanılıb.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • Bakıda keçmiş arvadını öldürən şəxs könüllü təslim oldu

    Bakıda keçmiş arvadını öldürən, tanışını isə bıçaqlayan şəxs polisə təslim olub. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, mayın 1-də paytaxtın Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadənin münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk etməsi, nəticədə Z.İbrahimovanın hadisə yerində ölməsi, E.Əliyevin isə xəstəxanaya yerləşdirilməsi faktı ilə əlaqədar dərhal rayon polis idarəsi və prokurorluğunun əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
    Görülmüş tədbirlər nəticəsində R.İbrahimzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək təslim olub, cinayətin aləti olan bıçağı da polisə təqdim edib.
    Avtosfer.az

  • Sumqayıtda restoran sahibi intihar edib

    Sumqayıt şəhərində “Lalə” restoranının sahibi intihar edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakini, 1966-cı il təvəllüdlü Baxşəliyev Mahir Əhməd oğlu özünü bıçaqlayaq intihar edib.

    İntiharın səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırma aparır.

  • İmişli sakini evində 18 kq heroin saxlayırmış

    İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    DİN mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Akif Şirinovun yaşadığı evdən ümumi çəkisi 18, 570 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

    Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

  • 16 yaşlı oğlan məktəbin həyətində azyaşlı qızı zorladı, evinə getdi, sonra dəfələrlə… – Günəşlidə biabırçılıq

    Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Füzuli rayon sakini, 1997-ci il təvəllüdlü Bədəl Əliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Bədəl Əliyev 2013-cü ilin dekabrında yetkinlik yaşına çatmayan Vəfa Səlimovaya qarşı seksual xarakterli hərəkətlər edib.

    Məktəbin həyətində intim münasibət

    O, Vəfa Səlimovanın yetkinlik yaşına çatmadığını bilərək, onunla cinsi əlaqədə olmaq qərarına gəlib. Bədəl Əliyev Vəfanı Suraxanı rayonu ərazisində yerləşən 282 saylı məktəbin həyətində olan ağacın arxasına aparıb. Orada soyunduraraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, seksual xarakterli hərəkətlər edib.

    Qızı aldadıb evinə apardı, əxlaqsız etdi

    Daha sonra Bədəl Əliyev Vəfa Səlimova ilə 6 iyun 2014-cü il tarixdə intim əlaqədə olub. O, Vəfanı yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki evlərinə aparıb.

    Evlərində Vəfaya zor tətbiq edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra o, Vəfanı əxlaqsız hərəkətlərə vadar edib.

    İstintaqa cəlb edildi, ittiham verildi

    Bundan sonra Vəfa Səlimovanın valideynləri baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Bədəl Əliyev saxlanılaraq, istintaqa cəlb olunub.

    İstintaq orqanı tərəfindən Bədəl Əliyevin barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

    “Əxlaqsız hərəkətlər etməmişəm”

    Təqsirləndirilən şəxs qismində ifadə verən Bədəl Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Vəfa Səlimova ilə aralarında sevgi-məhəbbət münasibətləri olub: “Bizim aramızda sevgi-məhəbbət münasibəti yaranıb. Bu səbəbdən biz tez-tez görüşmüşük. Amma Vəfa ilə heç vaxt qeyri-təbii yolla cinsi əlaqədə olmamışam, ona qarşı hər hansı digər əxlaqsız hərəkətlər etməmişəm”.

    “Mənimlə cinsi əlaqədə oldu”

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Vəfa Səlimova bildirib ki, ona etiraz etməsinə baxmayaraq, Bədəl Əliyev onun qolundan tutub və ağacın arxasına aparıb: “Bədəl orada mənim şalvarımı soyundurdu və sonra mənimlə arxadan cinsi əlaqədə oldu”.

    “6 ayda 5 dəfə cinsi əlaqədə olduq”

    Vəfa Səlimova qeyd edib ki, sonradan təqsirləndirilən şəxs onu şantaj etməyə başlayıb: “Cinsi əlaqədə olandan bir neçə gün sonra mənə SMS yazdı ki, əgər onunla olmasam, məni məktəbdə biabır edəcək. Qorxduğumdan Bədəlin dediyini yerinə yetirdim. Altı ay ərzində Bədəl beş dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Bədəl mənimlə aral və oral yolla cinsi əlaqədə olur, mənə qarşı əxlaqsız, pozğun hərəkətlər edirdi”.

    “Dedi ki, heç yerə getmə, gəlib cinsi əlaqədə olacam”

    Vəfa Səlimovanın sözlərinə görə, Bədəl Əliyevin öz cinsi istəklərini yerinə yetirmədiyi halda, bu barədə hamıya danışacağı ilə ona hədə-qorxu gəlib: “2014-cü ilin iyunun 6-da anam və qardaşımla dənizə getməyə hazırlaşırdıq. Bununla bağlı Bədələ Feysbuk sosial şəbəkəsində bildirdim. Bədəl də dənizə getməyimi qadağan etdi və dedi ki, heç yerə getməyim, bir neçə dəqiqədən sonra gələrək, səninlə qeyri-təbii yolla cinsi əlaqədə olacam”.

    Vəfa Səlimova qeyd edib ki, anasına və qardaşına yalandan ayın 8-də keçiriləcək buraxılış imtahanına hazırlaşmaq üçün onlarla dənizə gedə bilməyəcəyini bildirib: “Anam dənizə getdikdən sonra Bədəl bizə gəldi. Mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu”.

    5 il cəza

    Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2017-ci il hökmü ilə Bədəl Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Hökmdən narazı qalan Bədəl Əliyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Həmçinin prokuror da apelyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin barəsində olan hökmün ləğv edilməsini, onun cəzasının ağırlaşdırılmasını istəyib. Eyni tələblə zərərçəkmiş Vəfa Səlimovanın da nümayəndəsi apelyasiya şikayəti verib.

    Tərəflər şikayətçi oldu, hökm qüvvədə qaldı

    Tərəflərin şikayətləri daha sonra Bakı Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti tərəflərin şikayətlərinin təmin edilməməsi barədə qərar çıxarıb.

    Bu qərardan narazı qalan Bədəl Əliyevin vəkili kasasiya şikayəti verib. Həmçinin prokuror və zərərçəkmiş tərəfdə eyni şikayətlə çıxış edib.

    Onların şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda tərəflərin kasasiya şikayətləri üzrə qərar elan olunub.

    Qərara görə, prokurorun protesti, zərərçəkmiş tərəfin və təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.//Publika.az

  • “Nəsimi” parkında oğlandan sevdiyi qıza qarşı BİABIRÇI ƏMƏL

    Sumqayıt şəhərində qəsdən sağlamlığa zərərvurmaqda təqsirli bilinən 1997-ci il təvəllüdlü Hüseyn Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hüseyn Kazımov 11 avqust 2017-ci ildə, saat 20.30-da Sumqayıt şəhərində yerləşən “Nəsimi” adına parkda olarkən tanışı Mehriban Quliyeva ilə mübahisə edib.

    Mübahisənin baş verməsinə səbəb Mehribanın sosial şəbəkədə Hüseyn Kazımovun ünvanına söyüşlər yazması olub.

    Hüseyn Kazımov bu yazışmanı parkda olarkən Mehribana iradını bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb.

    Mübahisə zamanı Hüseyn Kazımov dalaşaraq Mehriban Quliyevanın bədənini müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vurub, ona xəsarət yetirib.

    İstintaq orqanı tərəfindən Hüseyn Kazımovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.

    Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Hüseyn Kazımov qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

    Hökmdən narazı qalan zərərçəkmiş Mehriban Quliyeva apelyasiya şikayəti verib. O, Hüseyn Kazımovun barəsində olan hökm ləğv edilməli, onun əməli Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərərvurma) və 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddələrində nəzərdə tutulmuş cəzaya məhkum edilməsini və ya onun haqqında cinayət işinin əlavə istintaqa qaytarılması barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş edib.

    Zərərçəkmiş şikayəti belə əsaslandırıb ki, məhkəmə hökmü ədalətsiz, heç bir sübuta əsaslanmayan hallara istinad edilməklə prosessual hüquq normalarının pozulması ilə çıxarılıb: “İstər ibtidai araşdırma, istərsə də məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırılmasına və həqiqətin müəyyən olunmasına nail olunmayıb”.

    O, təqsirləndirilən Hüseyn Kazımov tərəfındən vəhşicəsinə döyüldüyünü, sağlamlığına onun tərəfındən qəsdən ağır zərər vurulduğunu bildirib, onun layiq olduğu cəzaya məhkum olunmasını xahiş edib.

    Zərərçəkmişin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib. Qərara görə zərərçəkmişin şikayəti təmin olunmayıb.(Publika)

  • Arvadının xəyanət etdiyini öyrənən ərin dəhşətli əməli: “Mentalitetdən kənara çıxdı” – VİDEO

    ARB TV-nin “Rezonans” verilişi Aldost Talıbovun həbsxana hekayələrini təqdim edir.

    Aldost Talıbov cinayət törətdiyi üçün 10 il həbs cəzası alıb:

    “Vəkil kimi fəaliyyət göstərmişəm. Ailəliyəm 3 övladım var. El adəti ilə evlənmişəm. Ona dedim ki, həyatında ancaq mən olacam. O da, qanının mənə halal olduğunu bildirdi. Rəsmi şəkildə ikinci dəfə evlənəndə isə yoldaşım razılaşdı. 20 il sonra xəyanətdə şübhələndim. Mən dözə bilmədim. Hətta onu bir neçə dəfə təqib etdim. Oğulluğunu da çağırıb başa saldım. 9 ilim artıq geridə qalıb. Hadisəni törədib birbaşa polisə təslim oldum. Tutulandan sonra ailəm yanıma gəlib-gedirlər. İnsan taleyihi yazan Allahdır. Tam səmimi bildirirəm ki, çox şey öyrənmişəm”.

  • Narkoloji Mərkəzin direktoru həbs edildi

    Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və daha bir vəzifəli şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və onların barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    T. Məmmədhəsənov da daxil olmaqla, hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 225. 2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

    2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Fakt üzrə dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, həmçinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

    Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin daxil olan birgə məlumatında qeyd olunur ki, hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı prezidentin tapşırığına əsasən, təxirəsalınmaz prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslər və Mərkəzin tibb personalı şahid qismində dindirilib, zəruri ekspertizalar təyin edilib.

    Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.

    İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

    Bu məqsədlə mart ayının 2-si saat 06:00 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

    Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.

    Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, eləcə də, kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

  • “Odessa Teyyub”: Polislər imkan vermədi, tiryəkin tamına baxım – VİDEO

    Şirvanda kriminal dairələrdə “Odessa Teyyub” ləqəbi ilə tanınan narkotacir saxlanılıb.

    Median.Az APA TV-yə istinadən xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları əvvəllər Ukrayna, Moldova, Belarus və Azərbaycanda adam oğurluğu, insan alveri və oğurluq maddələri bir neçə dəfə məhkum olunmuş, 1966-cı il təvəllüdlü Teyyub Eyyub oğlu Tağıyevi saxlayıb.

    Polis tədqiqatçısı İlqar Fərəczadə bildirib ki, kriminal dairələrdə “Odessa Teyyub” ləqəbi ilə tanınan Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Teyyub Eyyub oğlu Tağıyevin polis şöbəsində üzərinə baxış zamanı ondan bir ədəd bükümdə ümumi çəkisi 36,136 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

    Teyyub Tağıyev narkotik maddəni Kürün sahilindən tapdığını bildirib:

    “Kür qırağında gəzirdim, gördüm yerdə nəsə var, maraqlı gəldi, götürdüm. Bildim ki, tiryəkdir. Arabir tiryəkdən istifadə edirəm, tamına baxıram. Mənimki dad-tamdır, başqa şey deyil. Tiryəkin də tamına baxmaq istəyirdim, Allah kömək olmuş polislər imkan vermədi, tiryəkin tamına baxım”.

    Qeyd edək ki, bir müddət əvvəl T.Tağıyev kriminal mübahisə zamanı digər cinayətkar qrupun üzvü tərəfindən ayağından güllələnib. Hadisədə iştirakçı olan dörd nəfər həbs edilib.

    Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.