Category: Kriminal

  • Maşınla qardaşını vurub öldürdükdən sonra cinayəti gizlətmək istəyən şəxs tutulub

    Bərdə rayonunun Vəliuşağı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Pənah Ağayev adlı kənd sakini “VAZ-2106” markalı avtomobili geri verərkən 47 yaşlı qardaşı Zabil Ağayevi vurub.

    Zərərçəkmiş aldığı ağır bədən xəsarətləri nəticəsində qəza yerində ölüb.

    Bədbəxt hadisədən sonra Ağayevlər ailəsi baş vermiş insidenti gizlətmək qərarına gəliblər. Mərhum ailə üzvlərinin iştirakı ilə kənd qəbiristanlığında dəfn edilib.

    Lakin Bərdə rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb və P. Ağayev məsuliyyətə cəlb olunub.

    Faktla bağlı rayon polisində araşdırma aparılır.//report

  • Qonağı öldürən ər-arvada ağır cəza verilib – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Eşqin Rəsulov və Ramella Əlmuradovanın CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Cinayət ötən il noyabrın 25-də Quba rayonun Alpan kəndində baş verib.

    Kənd sakini, 28 yaşlı Anar Babayev axşam saatlarında siqaret almaq üçün
    evdən çıxıb və bir daha geri qayıtmayıb. Səhər isə yaxınları onun ölüm xəbərini eşidiblər.

    Məlum olub ki, o həmkəndlisi və uşaqlıq dostu, əvvəllər məhkum olunan Eşqin Rəsulov tərəfindən qətlə yetirilib. Həmin gün şübhəli şəxs qismində onu və qeyri-rəsmi nigahda yaşadığı Ramella Əlmuradovanı Quba RPŞ-nin əməkdaşları saxlayıblar.

    İttihama görə, Eşqin Rəsulov Anar Babayevi evinə dəvət edib, orada birlikdə spirtli içki qəbul edərək, qumar oynayıblar. Oyunun gedişatında Anar Eşqini təhqir edib. buna görə sonuncu qonağını yerə yıxaraq, ona yumruq və təpik zərbələri endirib. Balayev müqavimət göstərdiyi üçün Rəsulov arvadına, dostunun əl qolunu bağlamaq üçün ip gətirməsini deyib. Ramella ipi gətirəndən sonra, Eşqinin Anarın əl-qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

    Qeyd edək ki, Eşqin Rəsulov ilkin ifadəsində, dostunu, arvadını zorlamaq istədiyi üçün qətlə yetirdiyini bildirib, lakin istintaqın gedişatında qətlin qumar üstündə baş verməsi məlum olub.

    Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər, lakin ifadə verməkdən imtina ediblər. Bildiriblər ki, ittiham aktında hər şey göstərilib.

    Zərərçəkmişin hüquqi varisi Lalə Babayeva məhkəmədən təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edib.

    Məhkəmənin hökmü ilə E.Rəsulov 18, R.Əlmuradova 17 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
    /oxu.az

  • Öncə bıçaqlandı, sonra avtomobillə vuruldu… – Ağstafada

    Median.Az “Report”a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Qazax rayon sakini Dağkəsəmən kəndində qohumunun toy məclisindən çıxdıqdan sonra taksi kimi fəaliyyət göstərən 1974-cü il təvəllüdlü Ağstafa sakini Rövşən Allahverdiyevə yaxınlaşaraq onu aparmasını istəyib.

    Daha sonra onların arasında mübahisə düşüb. Bu zaman sürücü sərnişini bıçaqla vurub. Ardınca maşına minən R.Allahverdiyev idarə etdiyi “Naz Lifan” markalı avtomobil ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən, maşınla Q.Ocaqquliyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda növbəti dəhşət – Ər arvadını döyə-döyə öldürdü

    Samuxda qətl hadisəsi törədilib.

    APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində baş verib.

    Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.

    Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var.

    A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.

    Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

  • Bakının mərkəzində gənc qızı öldürdülər

    Paytaxtın Nərimanov rayonunda qətl hadisəsi qeydə alınıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 10:00 radələrində “Şərq” bazarı yaxınlığında baş verib.

    Şəxsiyyəti hələ istintaqa məlum olmayan gənc qız bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib.

    Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

    Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.

    Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

  • Azərbaycanlı ana öz uşaqlarını öldürdü – FOTO + VİDEO

    Rusiyanın Nijni-Novqorod şəhərində dəhşətli hadisə baş verib. Ana öz uşaqlarını xüsusi amansızlıqla öldürüb.

    Median.Az NTV telekanalına istinadla xəbər verir ki, 27 yaşlı Yelena Kərimova kirayə götürdüyü avtomobildə dörd yaşlı qızı Xədicəni və iki yaşlı oğlu Süleymanı boğub.

    Daha sonra o, uşaqların cəsədini şəhərdən kənara çıxararaq, yandırıb.

    Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib.

    Uşaqların qalıqlarından onların cinsini müəyyən etmək mümkün olmayıb.

    Araşdırmalar zamanı hadisədən əvvəl 27 yaşlı qadının yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən benzil aldığı müəyyənləşib. O, benzini aldıqdan sonra Semenovsk rayonundakı meşəyə gedib.

    Ancaq mühafizəçilərin onu tuta biləcəyindən qorxan qadın oradan uzaqlaşıb və uzun müddətdir istifadə edilməyən tərəvəz bazasına gəlib.

    Saxlanılandan sonra Nijne-Novqorod sakini olan qadın olanları etiraf edib və bildirib ki, o, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün azyaşlıları öldürmək qərarına gəlib.

    İstintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb.

    Sosial şəbəkədə isə Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları sevdiyini bildirib.

    “O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır”, – Kərimova aprelin 21-də paylaşıb.

    Amansız cinayətlə əlaqədar “Azyaşlıların qətli” ittihamı ilə cinayət işi başlanılıb. Qadını ömürlük həbs cəzası gözləyir./oxu.az

  • “Oğlumu namus üstündə öldürübsə, bağışlayıram”

    Dostunu amansızlıqla öldürməkdə təqsirləndirilən Amal Zülfqarovun cinayət işi üzrə məhkəmə davam edib.
     
    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elvin Osmanov ifadə verib. O bildirib ki, hadisə baş verən kafedə işləyib.
     
    Hadisə baş verən zaman mətbəxdə olduğunu deyən şahid səs-küy başlayan zaman zala gəldiyini bildirib: “İşdən çıxanda hadisə baş vermişdi. Yaralılardan Tələtin yanında idim. Onları sakitləşdirməyə çalışırdıq. Amal heç kimi yaxına buraxmırdı. Tələt çölə çıxanda onun arxasıca çıxdım. Nə baş verdiyini görmədim”.
     
    Mərhumun anası şahiddən soruşub ki, Amal oğlunu vurmasının səbəbini deyibmi?: “Əgər həqiqətən oğlum namus üstündə öldürülübsə, araşdırılsın. Amalın bacısı, yaxını ilə yazışması varsa, onu bağışlayaram. Amma oğlum günahsız yerə öldürülübsə, 9 il də gözləyərəm ki, iş araşdırılsın. Oğlumu 9 aydır itirmişəm”.
     
    Məhkəmədə təqsirləndirilən şəxsin atası Mahir Zülfüqarov da ifadə verib. O bildirib ki, oğlu Nabrandan gələndən sonra gərgin və fikirli olub: “Danışmırdı, yemək də yemirdi. Elə bir xasiyyəti də var idi ki, sözü olanda danışmırdı. Həmin gecə evə zəng gələndə bildim ki, hadisə baş verib”.
     
    Mahir Zülfüqarov isə söyləyib ki, hadisədən sonra oğlu ilə mərhum arasındakı mübahisə barədə bunları eşidib: “Nabrana gedəndə mərhum Qismət yolda müasir geyimli xanım haqqında xoşagəlməz ifadə işlədib. Oğlum da buna iradını bildirib, deyib ki, bir xanım haqqında bu sözləri işlətmə. Çünki həmin qadın hamımızın yaxını ola bilər”.
     
    Mahir Zülfüqarov qeyd edib ki, oğlu Amal Almaniyada olan bacısının hicaba keçməsini istəyib: “Yanımda olan qızım hicablıdır. Amal namaz qılandan sonra istəyirdi ki, bacısı da hicab bağlasın”.
     
    İttihama görə, Amal Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra Amal dostu Qismətin onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib. Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman arxadan Qismətə yaxınlaşaraq onun boyun və sinə nahiyyələrinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.
     
    Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq onu boğmağa başlayıb. Kafedə olanfa Tələt Hüseynov və Haldun Nəbizadə onu tutaraq əlindən bıçağı almaq istəyiblər. Amma onlara da bıçaq zərbəsi endirərək yenidən qismətə hücum edib və ürək, boğaz, sinə və qarın nahiyyələrinə bir neçə zərbə də endirib.
     
    Amal Zülfüqarov xüsusi amansızlıq, xuliqanlıq niyyəti ilə köməksiz vəziyyəytdə olan şəxsi öldürməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 221-ci maddələri ilə ittiham irəli sürülüb.
    Xatırladaq ki, Amal Zülfüqarov SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.

  • Bakıda “qoçu”lar yolun ortasında adam döyür – VİDEO

    Bakıda yolun ortasında dava düşdü, “qoçu”lar dinc dayanmır.

    Median.Az xəbər verir ki, aprelin 29-da Bakı-Sumqayıt yolunda (Beynəlxalq Avtovağzalın qarşısında) dava edən şəxslərin görüntüləri avtosfer.az-ın kamerasına düşüb. 99-KH-411 dövlət nömrə nişanlı taksidən düşən sərnişinlər gənc oğlanı yerə yıxaraq döyüblər. Görüntülərdən aydın olur ki, döyülən şəxs təkdir. Onu üç nəfər yerə yıxaraq bədəninin müxtəlif nahiyələrində, başına və ağzına təpiklə, yumruqla zərbələr endiriblər.

    Onu döydükdən sonra həmin taksiyə əyləşərək hadisə yerini tərk ediblər. Döyülən şəxs isə 99-EL-215 qeydiyyat nişanlı taksiyə oturaraq ərazidən uzaqlaşıb.

    Hələlik hadisənin səbəbi bilinmir. Bu barədə Avtosfer.az-ın əməkdaşı DİN-in 102 zəng mərkəzinə məlumat verib. Faktla bağlı Binəqədi rayon 40-cı polis bölməsində araşdırma aparılır.

  • Bakıda 72 yaşı kişi mağazadan şokolad oğurladı, polisə verildi

    Bakıda mağazada oğurluğa cəhd etmiş 72 yaşlı kişi tutulub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, Xətai rayonu Neapol küçəsində yerləşən “Səbət” marketin sahibi 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 1946-cı il təvəllüdlü Ağabala Göyüşovu 3 ədəd şokolad oğurlayarkən tutub.

    Mağaza sahibi cinayət başında yaxaladığı 72 yaşlı kişini polisə təhvil verib.

    Araşdırma aparılır.

  • Bakıda 72 yaşı kişi mağazadan şokolad oğurayarkən tutuldu

    Bakıda mağazada oğurluğa cəhd etmiş 72 yaşlı kişi tutulub.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Neapol küçəsində yerləşən “Səbət” marketin sahibi 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 1946-cı il təvəllüdlü Ağabala Göyüşovu 3 ədəd şokolad oğurlayarkən tutub. Mağaza sahibi cinayət başında yaxaladığı 72 yaşlı kişini polisə təhvil verib.