Category: Kriminal

  • Abşeronda xadimə evdən 20 min manatlıq qızıl oğurlayıb

    Abşeronda evdən 20 min manatlıq qızıl oğurlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 1-də nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının oğurlandığını bildirib.

    Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

    Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 15-də həmin mənzildən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin evdə xadimə işləyən Xırdalan şəhər sakini Zivər Rəhimova tərəfindən oğurlandığına əsaslı şübhələr yarandığından o saxlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda cinsi azlıq nümayəndəsi bıçaqlanıb

    Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

    1994- cü il təvəllüdlü Qurbanov Şükran Bəkir oğlu Azadlıq prospektində naməlum şəxslə əlbəyaxa dava edib. Nəticədə Ş.Qurbanov boğazından bıçaqlanıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.

    Hadisə cinsi azlıq nümayəndəsi olan zərərçəkmişin naməlum şəxsə əxlaqdan kənar təklif etməsi səbəb olub./report

  • Aygün Bəylərin qardaşına və qeyrilərinə hökm oxunub – FOTO

    ATV-nin “Qanunla biz” verilişinin aparıcısı Zülfiyyə Bayramova xərçəng xəstəliyinə düçar olub.

    Aparıcı cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb.

    Z.Bayramova əməliyyatın uğurlu alındığını deyir: “Onkoloji xəstəlik xəbəri eşidirsən və qarşına səni o xəstəlikdən xilas edəcəyinə iddialı və gülərüz həkım çıxır. Bax onda yaşayacağına əmin olursan və ona etibar edirsən. Elə bizim onkoloq-cərrah Rasim Abdullayev kimi. Nə yaxşı ki, ölkəmizdə belə həkimlər var. Təşəkkürlər doktor! Hörmətli insanlar, heç bir xəstəlikdən qorxmayın, sadəcə həkiminizi düzgün seçin və onunla əlbir olub xəstəliyinizin üstünə gedin. Bilin ki, xəstəlik it kimidi, qorxsan üstünə gələcək, sən onun üstünə getsən qaçacaq. Allah bütün xəstələrə şəfa versin. Həkimimin məsləhətilə mən düzgün müayinə və əməliyyat oldum. Ağır onkoloji əməliyyatımda özü iştirak etdi. Mənə elə bir mənəvi dəstək oldu ki, bunu sözlə ifadə etmək olmaz. O anda yanımda olan bütün dostlarıma təşəkkür edirəm.

    Qeyd edək ki, Zülfiyyə Bayramova tanınmış aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.
    /baku.ws










  • Azərbaycanda dəhşət: Oğul anasını döyə-döyə öldürdü

    Ağcabədi rayon sakini Mahirə Azadova yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib

    Ağcabədi rayonunda oğul anasını döyərək qətlə yetirib. DİN-dən Sputnik Azərbaycan-a verilmiş məlumatda deyilir ki, mayın 2-də saat 1 radələrində Ağcabədi rayon sakini Mahirə Azadova yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib.

    Hadisə barədə Ağcabədi Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Azadovanın həmin gün oğlu, əvvəllər məhkum olunmuş Elman Kərimovla aralarında münaqişə olması, Elmanın sərxoş halda anasını, habelə qardaşı oğlu Bağdan Kərimovu döyməsi müəyyən edilib.

    Cinayəti törətməkdə şübhəli bilinən E.Kərimov polis əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.

  • Bakıda keçmiş arvadını öldürən şəxs könüllü təslim oldu

    Bakıda keçmiş arvadını öldürən, tanışını isə bıçaqlayan şəxs polisə təslim olub.

    Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, mayın 1-də paytaxtın Nərimanov rayonu Xətai prospektindəki evlərin birinin qarşısında Gəncə şəhər sakini Rəşad İbrahimzadənin münaqişə zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk etməsi, nəticədə Z.İbrahimovanın hadisə yerində ölməsi, E.Əliyevin isə xəstəxanaya yerləşdirilməsi faktı ilə əlaqədar dərhal rayon polis idarəsi və prokurorluğunun əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    Görülmüş tədbirlər nəticəsində R.İbrahimzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək təslim olub, cinayətin aləti olan bıçağı da polisə təqdim edib.

  • Hədələyərək 50 min dollar tələb edən şəxslər tutulub – FOTO

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən məşhur sərinləşdirici energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbəri Məmməd və Fikrət adlı iki nəfərin istehsal etdikləri içkinin içərisindən guya ölü siçan çıxması barədə video çəkəcəkləri və həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə onu hədələdiyi barədə məlumat verib.

    DİN-dən Avtosfer.az-a verilən məlumata görə, həmin şəxslər bu böhtan xarakterli, həqiqətə uyğun olmayan videonun yayılmaması üçün şirkət rəhbərindən 50000 ABŞ dollar pul tələb ediblər.

    Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxslər, Bakı şəhər sakinləri – Məmməd Abbasov və Fikrət Abdullayev şirkət rəhbərindən tələb etdikləri pulun 10000 ABŞ dollarını alan zaman saxlanılıblar. M.Abbasovun üzərində şəxsi axtarış aparılan zaman ondan hədə-qorxu gələrək aldıqları pul vəsaitləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər ifadələrində törətdikləri etiraf ediblər.

    Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat tədbirləri davam etdirilir.


  • Bərdədə ŞOK HADİSƏ: Qardaşını öldürdü, bütün ailə cinayəti gizlətdi – VİDEO

    Bərdə rayonunun Vəliuşağı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Pənah Ağayev adlı kənd sakini “VAZ-2106” markalı avtomobili geri verərkən 47 yaşlı qardaşı Zabil Ağayevi vurub.

    Zərərçəkmiş aldığı ağır bədən xəsarətləri nəticəsində qəza yerində ölüb.

    Bədbəxt hadisədən sonra Ağayevlər ailəsi baş vermiş insidenti gizlətmək qərarına gəliblər. Mərhum ailə üzvlərinin iştirakı ilə kənd qəbiristanlığında dəfn edilib.

    Lakin Bərdə rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb və P. Ağayev məsuliyyətə cəlb olunub.

    Faktla bağlı rayon polisində araşdırma aparılır.

  • Uşaqlar Birliyinin sədrinin məhkəməsi başladı

    Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-isifadə etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Prosesdə təqsirləndirilən Kəmalə Ağazadə ittiham aktı ilə tanış olmaq istədiyini bildirib.

    Buna görə hazırlıq iclasının davamı mayın 7-dək təxirə salınıb.

    Qeyd edək ki, istintaq dövründə K.Ağazadə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

    Cinayət işinin materiallarına əsasən, o, vəzifəsindən sui-istifadə etməklə bir neçə vətəndaşı aldadaraq, onlara məxsus 7800 manat pulu ələ keçirib.

    K.Ağazadə 1998-ci ildən Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində çalışır./oxu.az

  • Rusiyada azərbaycanlı qətlə yetirildi

    Mayın 2-si, gecə saatlarında Rusiyanın Ryazan şəhərində taksi sürücüsü qətlə yetirilib.

    Median.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, bununla bağlı qətlə yetirilənin dostu məlumat verib.

    “Gecə saatlarında mənim dostum öldürüldü. Onun boğazını kəsdilər. O, taksi sürücüsü işləyirdi. Hadisənin səbəbi sifarişin ödənilməsi olub.

    O, azərbaycanlıdır. Dörd aylıq qızı vardı. Cinayətkarlardan birini gecə tutdular”, – mənbə məlumat verib.

    İstintaq komitəsi baş verən hadisəni təsdiqləyib.

  • Həyətin ortasında 7 yaşlı uşağı soyundurdu və zorla… – Azərbaycanda biabırçılıq

    Sabirabad rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Seymur Canalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, Seymur Canalıyev Sabirabad rayonunun Şəhriyar kəndinin sakini olub. Həbs olunan zaman həmin kəndin orta məktəbinin 11-ci sinfində oxuyub.

    Qohumunun evinə gəldi, azyaşlını gördü

    İttihama görə, Seymur Canalıyev 11 sentyabr 2017-ci ildə, saat 15-də Sabirabad rayonunun Şəhriyar kəndində yaşayan qohumu və həmkəndlisi Rüstəm Həmidovun (Cinayət işində adı keçən zərərçəkmişin, onun qohumlarının ad və soyadları şərti verilib – red.) yaşadığı evə gəlib.

    Həmin vaxt Seymur Canalıyev Rüstəm Həmidovun nəvəsi, 2011-ci il təvəllüdlü Sahib Həmidovu orada görüb. Bu zaman o, Sadiqə Həmidovanın xahişinə əsasən Sahibi yaxınlıqda olan evlərinə aparıb.

    Cinsi əlaqədə olmaq istəyini dedi

    Seymur Canalıyev kənddaxili yolda Sahib Həmidovun azyaşlı və sadəlövh olmasından istifadə edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib. O, bu istəyini azyaşlıya çatdırıb.

    Daha sonra Seymur Canalıyev azyaşlı Sahib Həmidovu həmkəndliləri – Samir Babayevə (ad və soyad şərti verilib – red.) məxsus Sabirabad rayonunun Şəhriyar kəndindəki yaşayış olmayan evin həyət bağçasındakı əncir ağacının altına aparıb.

    Əncir ağacının altında intim əlaqə

    Orada Seymur Canalıyev Sahib Həmidovdan əynindəki şortikini soyunmasını tələb edib. Sonuncu ona qarşı olan seksual hərəkətin mahiyyətini dərk etməyərək onun tələblərini yerinə yetirib.

    Bundan sonra Seymur Canalıyev azyaşlı Sahib Həmidovla qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt azyaşlı ona müqavimət göstərib.

    Bu səbəbdən o, Sahib Həmidova zorakılıq hərəkətləri edərək, müqavimət göstərməsinin qarşısını alıb. O, zorla Sahib Həmidovla cinsi əlaqədə olub. Həmin zaman Seymur Canalıyev Sahib Həmidova sağlamlığa az ağır zərərvurma xəsarətləri də yetirib.

    Həbs və cəza

    Azyaşlının valideynlərinin polisə şikayət etməsindən sonra Seymur Canalıyev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Canalıyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 12 sentyabr 2017-ci ildən hesablanması qərara alınıb.

    Hökmdən narazı qalan Seymur Canalıyevin qanuni nümayəndəsi – atası apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, məhkəmənin oğlu ilə bağlı çıxardığı hökm çox sərtdir.

    Ata oğluna verilən cəzadan narazılıq etdi

    Oğlun yetkinlik yaşın çatmadığını göstərən nümayəndə bildirib ki, onun törətdiyi bu cinayət həyatında ilk dəfədir ki, törədir: “Bundan əlavə, oğlum heç bir cinayət əməli törətməyib. Məhkəmə iclasında oğlum təqsirini etiraf etməklə, əməlindən peşmançılıq keçirməsini, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin onu bağışlamasını, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə yaxın qohum olmasını, ilk məhkumluğunu nəzərə alınmasını xahiş edib. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi məhkəməyə müraciət edərək, barışdıqlarını, oğluma qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirib, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş ediblər”.

    Nümayəndə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Seymur Canalıyevə həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

    Nümayəndənin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Seymur Canalıyevin atasının verdiyi apelyasiya şikayəti təmin olunmayıb.