Category: Kriminal

  • Qaynanası tərəfindən yatdığı yerdə “kislota” ilə yandırılan Tərlan danışdı – VİDEO

    Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində müzakirəyə çıxarılan dəhşətli cinayət gündəmi zəbt edib.

    Əsədova Kəmalə Kamil qızının gecə saatlarında kürəkəninin evinə gələrək, yatdığı yerdə onu “kislota” ilə yandırması tamaşaçıları dəhşətə gətirib.

    Hazırda xəstəxanada yatan Tərlanın vəziyyəti olduqca ağırdır. Anası Sahilə xanımın sözlərinə görə, sirkə turşusu onun bədənini o dərəcədə əridib ki, kürək hissədən bağırsaqları görünür. Gözləri də tutulan Tərlan ağrılar səbəbindən çətinliklə danışa bilir.

    O, hadisə barədə ancaq bunları söyləyə bilib: “2015-ci ildə Sumqayıt şəhərində doğulub-böyüyən Əsədova Gülər Ərşad qızı ilə ailə qurmuşam və Oğuza gətirmişəm. Oğuz rayonunda davasız-problemsiz yaşamışıq. Bir müddətdən sonra anası Sumqayıtdakı evlərini satıb övladlarını ayırmaq istədi”.

    Ağrılar ona fikrini tamamlamağa imkan verməyib.

    Qeyd edək ki, hadisə polis tərəfindən araşdırılır. Qaynananın – Əsədova Kəmalə Kamil qızının ruhi xəstəxanaya yerləşdiriləcəyi təxmin edilir./baku.ws

  • Məsciddə kişi ilə görüşdü, intim videosunu əldə etdi və… – Masallıda qadından AĞLASIĞMAZ ƏMƏL

    Masallı rayonunda kişin intim görüntüləri ilə şantaj etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Aytən Şahbazovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, Aytən Şahbazova özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Əlihəsən Hüseynovu şantaj edib.

    Rüsvay etməklə şantaj

    Aytən Şahbazova Əlihəsən Hüseynovu tanımadığı qadını bədəninin müxtəlif nahiyələrini yalaması barədə onda videogörüntünün olması haqqında rüsvayedici məlumatları yaymaqla hədələyib.

    O, 2015-ci ilin yanvar ayından 2016-cı ilin mayın ayının əvvəllərinə kimi olan dövr ərzində ayrı-ayrı vaxtlarda hədə-qorxu ilə tələb edərək, Əlihəsən Hüseynovdan 29.700 manat alıb.

    Dəfələrlə şantaj

    Aytən Şahbazova axırıncı dəfə isə 16 may 2016-cı ildə Əlihəsən Hüseynova hədə-qorxu gəlib. Həmin gün saat 12 radələrində 1400 manat məbləğində pulu Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Qızlaküçə kənd məscidinin içərisində sonuncudan alıb.

    Məsciddə hədələdi, polis həbs etdi

    Dərhal sonra Masallı rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış, üzərinə baxış keçirilərkən Aytən Şahbazova cinayət başında yaxalanıb. Bununla da o, Əlihəsən Hüseynova ümumilikdə 31100 manat məbləğində maddi ziyan vurub.

    10 il həbs cəzası

    İstintaq orqanı tərəfindən Aytən Şahbazovanın barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytən Şahbazova 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Narazılıq edildi, hökm dəyişdirildi

    Hökmdən narazı qalan Aytən Şahbazova apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ədalətli qərar qəbul edilməsini istəyib.

    Şirvan Apelyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

    Apelyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

    Yeni hökmə əsasən, Aytən Şahbazovanın əməlində dəyişiklik edib. Yuxarı instansiya məhkəməsinin hakimləri ittiham aktında hədə-qorxu yolu ilə əldə olunan pulların məbləğini dəyişdirib.

    Qadın şantaj etdiyi kişidən nə qədər pul alıb?

    Apelyasiya instansiyasının qərarından görünür ki, Aytən Şahbazova zərərçəkmiş şəxs Əlihəsən Hüseynovdan ayrı-ayrı vaxtlarda hədə-qorxu ilə tələb edək, ondan cəmi 29.700 manat, axırıncı dəfə isə 16 may 2016-cı il tarixdə 1.400 manat məbləğində pulu almaqla zərərçəkmişə ümumilikdə 31.100 manat məbləğində maddi ziyan vurulması ilə bağlı müddəa dəyişdirilib.

    Müəyyən edilib ki, Aytən Şahbazovanın zərərçəkmiş Əlihəsən Hüseynovdan ayrı-ayrı vaxtlarda hədə-qorxu yolu ilə ondan cəmi 20.660 manat, axırıncı dəfə isə 16 may 2016-cı il tarixdə 1.400 manat məbləğində pulu almaqla zərərçəkmişə ümumilikdə 22.060 manat məbləğində maddi ziyan vurub.

    İttihamın mahiyyəti dəyişdi, cəza dəyişmədi

    Apelyasiya instansiya məhkəməsinin hakimləri tərəfindən ittihamın mahiyyətində dəyişiklik etsələr də, cəza ilə bağlı hökm dəyişdirilmədən saxlanılıb.

    Bu qərardan narazı qalan Aytən Şahbazova kasasiya şikayəti verib. O bildirib ki, apelyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur:

    “Belə ki, hər iki məhkəmə instansiyaları ibtidai istintaq materiallarına əsaslanaraq iş üzrə olan halları, faktları və sübutları tam və hərtərəfli araşdırmadan düzgün nəticəyə gəlməyiblər. İbtidai istintaq zamanı verdiyim ifadələrə oxumadan imza atmışam.

    Həmçinin şahidlər Azad İmaməliyevin və Mirvaleh Bəşirovun ifadələri həqiqətə uyğun deyil”.

    Kasasiya şikayətində məhkum Aytən Şahbazova törədilən cinayətin əsl təqsirkarlarının Azad İmaməliyev və Mirvaleh Bəşirov olduğunu bildirib.

    O, bundan başqa məhkəmələr cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsdən yalnız 5.000 manat pul aldığını nəzərə almayaraq ona ağır cəza təyin edildiyini bildirib.

    Cəza 6 ilə endirildi

    Aytən Şahbazovanın kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiya Şirvan Apelyasiya Məhkəməsinin qərarını dəyişdirib.

    Aytən Şahbazovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi həmin məcəllənin 182.2.4-cü (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu yolu ilə tələb etmə) maddəsinə tövsif edilib. Ona 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.(publika.az)

  • Naməlum şəxs 57 yaşlı qadını bıçaqladı – SUMQAYITDA

    Sumqayıt şəhərində 57 yaşlı qadın bıçaqlanıb.

    Median.Az xəbər verir ki, hadisə 15-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxanada baş verib.

    Belə ki, Sumqayıt şəhər sakini 1961-ci təvəllüdlü Bədəlova Mətanət Məhəmməd qızı naməlum şəxs tərəfindən bıçaqlanıb.

    57 yaşı qadın çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər.

    Faktla bağlı araşdırma aparılır./report/

  • “Bandotdel” Bakıda əməliyyat keçirdi – FOTO

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan vətəndaşı Elimxan Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

    Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Pistol Modell 27” markalı tapança və 6,123 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

    Baş İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Şirvan şəhər sakini Ağami Seyidhüseynov tutulub. Onun Şirvan şəhərində yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus sandıqça və 41 ədəd patron aşkar olunaraq götürülüb.

    Qeyd edilən faktlarla bağlı Baş İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.





  • Bakıda şok: bəy gəlini toyda döydü

    Aprelin 25-i Bakıda inanılmaz hadisə baş verib.

    Median.Az-ın verdiyi məlumata görə “Xudafərin” şadlıq sarayında keçirilən toyda bəyin gəlini hamının gözləri qarşısında döydüyü bildirilir. Mənbənin qeydlərinə görə, bəy qəflətən gəlinə hücum çəkib, ona ardıcıl zərbələr endirib və həyat yoldaşı olacaq xanım huşunu itirib.

    Davaya gəlinin qohumları müdaxilə edərək bəyi sakitləşdirməyə çalışıblar və gəlini bəyin əlindən zorla xilas ediblər. Lakin qohumlar arasında qarşıdurma yaranıb və kütləvi dava gecə saat 01 radələrinə qədər davam edib.

    Bəyin gəlini döyməsinin səbəbləri açıqlanmır. Ehtimal olunur ki, məclisə gələn qonaqlardan biri bəy tərəfindən arzuolunmaz şəxs imiş və onu gördükdən sonra gəlinlə bəy arasında mübahisə yaranıb. Məlumatda deyilir ki, Azərbaycanda kuryoz hadisə sayıla biləcək bu insidentlə bağlı restoran rəhbərliyi tədbir görə bilmədiyini anlayıb və polisə xəbər verib.

    Şadlıq sarayına Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları gəlib. Hadisə zamanı 30 nəfər saxlanıb, bəy də daxil olmaqla polisə aparılıb./axar.az

  • Bakıda gecə klubunda işləyən qadını türk müştərisi döydü

    Nəsimi rayonunda gecə klubunda fahişəlik edən qadın Türkiyə vətəndaşından polisə şikayət edib. Criminal.az saytının məlumatına görə, T.M-nın şikayətinə səbəb Türkiyə vətəndaşı Mehmet Frat İnsan Dalın qadını həm döyməsi, həm də intim münasibətdə olub pulunu verməməsi olub.

    Belə ki, fahişəlik edən T.M-ova gecə klubunda türklə tanış olub və aralarında yaxın münasibət yaranıb. Sonra isə 100 manat qarşılığında türklə intim münasibətdə olmağa razılıq verib. İntim münasibətdən sonra içkili olan Mehmet Frat pulu vermək əvəzinə fahişəni döyməyə başlayıb.

    22-ci polis bölməsinə şikayət edən T.M-ova məhkəmə-tibbi ekspertizasından da keçib. Ekspertizanın verəcəyi rəydən sonra fakta hüquqi qiymət veriləcək.

  • Azərbaycanla sərhəddə antiterror əməliyyatı – 11 İŞİD-Çİ MƏHV EDİLDİ (VIDEO)

    Dağıstanın Azərbaycanla həmsərhəd Dərbənd şəhərində 23-24 aprel tarixlərində keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib.

    APA TV-nin verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.

    Məlumata görə, məhv edilən şəxslər Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıbmışlar.

    Qeyd olunan tarixdə ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Saxlanılan zaman silahlı müqavimət göstərmiş İŞİD tərəfdarları cavab atəşi ilə məhv edilib. Onların üzərindən xeyli sayda silah-sursat götürülüb.

  • Sumqayıt sakini qayınanasını döyüb – FOTO

    Sumqayıt şəhərində qayınana kürəkəni tərəfindən döyülüb.

    “Report”un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mikrorayonda baş verib.
    Belə ki, Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Əntiqə Nurbala qızı Orucova kürəkəni, şəhər sakini, 1975- ci il təvəllüdlü Elşən Çərkəz oğlu Babayev tərəfindən döyülüb.

    57 yaşlı qadın ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

  • Bakıda şirkətə silahlı basqın edilib – TƏFƏRRÜAT – VİDEO

    Bakıda turizm şirkətinə basqın olub. Maskalı şəxs şirkətin mühasibinə 10-a yaxın bıçaq zərbəsi vurub.

    Hadisə ötən gün paytaxtın Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsi 15 ünvanındakı turizm şirkətinin ofisinin qarşısında baş verib. Məlumata görə, şirkətin mühasibi Tərxan Namazov külli miqdarda pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxs ona hücum edərək bıçaqla bir neçə zərbə vurub. Əlindəki pul olan çantanı alıb qaçmaq istəsə də, Tərxan ona müqavimət göstərib. Bu səbəbdən də o, çox bıçaq zərbəsi alıb.

    Ağır yaralı Tərxan Namazovu yaxınlıqdakı taksi sürücülərindən biri dərhal 1 saylı şəhər kliniki tibbi mərkəzə aparıb. O, dərhal əməliyyat edilib. Həkimlərin verdiyi məlumata görə, onun bədəninin müxtəlif nahiyyələrindən 10-a yaxın bıçaq zərbələri aşkar edilib. Hazırda Tərxan Namazov reanimasiya şöbəsində həkim nəzarəti altındadır.

    Tərxan Namazova bıçaqla hücum edəndən sonra qaçan şəxsin dalınca başqa bir taksi sürücüsü qaçsa da, tuta bilməyib. Məlumata görə, maskalı cinayətkar hündür boylu və qarabuğdayı olub. Hadisə barədə 27-ci polis bölməsinə məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gələrək araşdırmalara başlayıblar.

    Turizm şirkətinin müdiri Vəli Dünyamalıyevin sözlərinə görə, ilkin ehtimal kimi həmin şəxs onun əlində pulun olduğunu bilərək basqın edib.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsindən verilən məlumata görə, hadisə ilə əlaqədar hələ ki, saxlanılan yoxdur. Amma əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Şəhid qızını avtomobillə vuraraq öldürən biznesmen oğlu məhkəməyə gəlmədi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    “Report”un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəməyə gətirilmədiyi elan olunub.

    Hakim bildirib ki, Bakı İstintaq Təcridxanasından məhkəməyə məktub daxil olub.

    Məktubda qeyd edilib ki, R.Rəhimovun səhhətində problem yaranıb, onun qızdırması var. O, tibb müəssisəsində müalicə alır.

    Məhkəmə prosesi mayın 3-dək təxirə salınıb.

    Xatırladaq ki, dövlət ittihamçısı çıxışında R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, Bakı şəhər prokurorluğunun və şəhər Baş Polis İdarəsinin ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

    Belə ki, ötən ilin noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan – 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

    Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.