Category: Kriminal

  • “Səs yazısı ilə həkimi şantaj etməyə başladı” — Reket jurnalistlərin işi

    “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəfli, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Mustafa Muradov ifadə verib.

    O, bildirib ki, Mingəçevir Telekommunikasiya Qovşağında rəis olub. Onun sözlərinə görə, təqsirləndirilən Surxay Əliyev ilə bir dəfə görüşüb və 10 dəqiqə söhbət edib.

    Təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyən zərərçəkmiş bildirib ki, rəhbəri olduğu qovşaqda xidməti otağında jurnalistlər olub:

    “Yanıma o qədər jurnalist gəlib, heç birini xatırlamıram. Jurnalistlər deyirdilər ki, maşınınımız xarab olub, müharibə zonasına gedirik, kömək edin. Biz imkan daxilində köməklik göstəridik”.

    Mustafa Muradovun sözlərinə görə, Rabitə Nazirliyi ilə bağlı gedən cinayət işi ilə bağlı qəzetlərdə onların barəsində yazılar dərc olunub:

    “Surxay zəng edərək ki, Rabitə işi ilə bağlı tutulan şəxslərlə bağlılığın var. Dedim elə şey ola bilməz. Surxay bildiridi ki, əlimizdə materiallar var, qəzetdə dər edəcəyik. Mən qayıtdım ki, namaz qılıb, Quran oxuyan adamam. Yenə də öz dediyini dedi. Ona yalvardım, yaxardım, amma xeyri olmadı. Məndən materialın dərc olunmaması üçün 5 min manat istədilər. Sonra həmin rəqəm 3 minə düşdü. Dedim ki, bu qədər pulum yoxdur. Sonda 600 manata razılaşdıq. Yevlax rayonunda yol polisinin postunun yaxınlığında pulu onlara verdim. Pulu verməkdə məqsədim ondan ibarət idi ki, istəmirdimm adıma nəsə yazılsın”.

    Daha sonra şahid qismində Gülsarə Xəlilova ifadə verib. O bildirib ki, qızı xəstə olduğu üçün həkimə müraciət edib:

    “Həkimlər hamısı pul istədilər. Qızım əməliyyat olunmalı idi, amma maddi imkanımız yox idi. Sonra nəşriyyata getdim. Orada polislər mənə məsləhət etdilər ki, Maarif Abbasovla görüşüm. Maarif müəllimlə görüşdük, ona dərdimi dedim. Həkimlərin yanına getdik. Orda pul söhbəti olmadı. Maarif müəllim heç kimdən pul istəmədi”.

    Prokurorun suallarına cavab verən zaman şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında kəskin ziddiyyət yaranıb.

    Bu səbəbdən onun ibtidai istintaq ifadəsi elan edilib. Şahid istintaqa verdiyi ifadəsində göstərib ki, qızının xəstəliyi ilə bağlı xəstəxanada həkim Həzrət Abbasovanın yanına gediblər:

    “Əməliyyat olunmalı idi. Həkim məndən əməliyyat üçün 100 manat pul lazım olduğunu dedi. Mən həkimin səsini yazdım və Maarif müəllim verdim. O da həmin səs yazısı ilə həkimi şantaj etməyə başladı. Orda mənə Maarif dedi ki, pul alsa, mənə də maddi köməklik edəcəkdi”.

    Şahidin ifadəsindən məlum olur ki, daha sonda qəzetlərdə “Sabunçuda şok rüşvət” adlı yazılar çap edilib: “Həzrət həkimin xəstələrdən pul aldığı yazıda qeyd edilmişdi. Daha sonra pulun alıb-alınmasından xəbərim olmayıb”.

    Hakim bildirib ki, şahidin bilə-bilə yalan ifadə verməsi ilə bağlı barəsində xüsusi qərar çıxarılacaq.

    İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.

    Aparılan araşdırmalarla “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.

    İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

  • Nişanlı oğlanı ata bağlayıb sürüdülər- AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ

    Cəlilabad rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    İlkin araşdırmalardan sonra Musalı kənd sakini, 21 yaşlı Nəsirov Sirus İlham oğlunun həmkəndlisi, 33 yaşlı Seymur Məmmədov tərəfindən qısqanclıq zəminində öldürüldüyü məlum olub.

    Bildirilir ki, martın 2-də S.Məmmədov Sirusun onun həyat yoldaşına yazdığı mesajları gördükdən sonra onu küt alətlə döyərək öldürüb. Daha sonra Seymur öldürdüyü gəncin meyitini kənddən kənarda qoyaraq qaçıb. Meyiti dünən ərazidəki çobanlar aşkarlayıb.

    Qətlə yetirilən gəncin yaxınları bildiriblər ki, Sirus nişanlı olub. Onun gələcək xanımı qonşu kənddə yaşayır və mobil telefonu yoxdur. Bu səbəbdən gənc sevgililər Seymurun həyat yoldaşının telefonu vasitəsi ilə əlaqə saxlayırmış.

    Sirusun yaxınları iddia ediblər ki, Seymur Məmmədov Sirusu döyəndən sonra onu ata bağlayaraq xeyli sürüyüb.

    Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis tərəfindən tutulan S.Məmmədov qətli qısqanclıq zəminində törətdiyini etiraf edib.//lent.az

  • Dispanserdə 25 nəfəri bu adam yandırıb – ŞOK TƏFƏRRÜAT

    Daxili İşlər Nazirliyi 2018-ci il mart ayının 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində coxsaylı insan tələfatı ilə nəticələnən yanğın barədə məlumat yayıb. Fakt üzrə dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, həmçinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən təxirəsalınmaz prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslər və Mərkəzin tibb personalı şahid qismində dindirilmiş, zəruri ekspertizalar təyin edilib.

    Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

    Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.

    Məhəmməd Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunub.
    Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
    Nəticələri barədə əlavə məlumat veriləcək./bizimyol.info

  • Bakıda DƏHŞƏT: 81 yaşlı kişi küçənin ortasında 13 yaşlı qıza təcavüz etdi

    Bakının Binəqədi rayonunda ağlasığmaz seksual təcavüz baş verib. Hadisə ona görə ağlasığmazdır ki, təcavüzü törətməkdə günahlandırılan şəxsin 81, onun qurbanı olan qızın isə 13 yaşı var.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, hadisə martın 5-i saat 16:00 radələrində, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroy detal küçəsində yerləşən 52 saylı evin qarşısında baş verib.

    Bakı şəhər sakini, 1937-ci il təvəllüdlü K.H. 2005-ci il təvəllüdlü N.M.-ya qarşı seksual xarakterli hərəkətlər edib. Təcavüz faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlayıb.

    Faktla bağlı Binəqədi rayon prokurorluğu araşdırma aparır.

  • FHN-in baş leytenantı həbs olundu: 4 il cəza çəkəcək

    Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Nicat Əliyev dörd il azadlıqdan məhrum edilib. Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

    Median.Az gununsesi.info-ya istinadən xəbər verir ki, baş leytenant oğurluqda təqsirləndirilir. 27 yaşlı Nicat Əliyev Bakıdakı bir çox evlərdən, obyektlərdən oğurluq ittihamı ilə məhkəmə qarşısına daha beş nəfərlə birlikdə çıxarılıb. Digər təqsirləndirilən şəxslərdən Orxan Quliyev 5 il, Təhməz Əsgərov, Rişan Bayramov və Camal Heydərovun hər biri 4 il, Cavid İsazadə isə 1 il 6 ay azadlıqdan məhrum edilib. Cavid İsazadə oğurluqda yox, qarət olunmuş əşyaları almaqda təqsirləndirilir. O, istintaq və məhkəmə dövründə ev dustaqlığında olub. Martın 5-də hökmün elanından sonra məhkəmə zalında həbs edilib.

    Təqsirləndirilənlər arasında FHN əməkdaşı olduğu kimi, zərərçəkmişlər arasında da dövlət qulluqçuları var. Məsələn, evindən 215 manatlıq bijuteriya və 200 manat pul oğurlanmış Vüqar Əliyev Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsində bölmə rəisidir.

    Həyət evindən 17 min 526 manatlıq qızıl oğurlanmış Mərahim Ələkbərov “Azəravtoyol” ASC-nin Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, mənzilindən 2 min 500 manat dəyərində məişət avadanlıqları qarət olunmuş Mübariz Qəhrəmanov isə “Tirmə” firmasının direktorudur. Heydər Əliyev adına liseydə ingilis dilini tədris edən Ayna Sadıqovanın evindən 21 min 343 manatlıq, “Azəriqazbank”ın əməkdaşı Azad Əliyevin evindən isə 12 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

    Təqsirləndirilən baş leytenant istintaqa ifadəsində özünü qismən təqsirli bilib. Müəyyən oğurluq epizodlarında iştirakını təsdiqləsə də, oğurlanmış pulun miqdarı və əşyaların dəyəri məsələsində razılaşmır. Onun sözlərinə görə, pulların məbləği və əşyaların dəyəri çox şişirdilib.

  • Azərbaycanlı İCRA başçısı həbs edildi – FOTO

    Dağıstan Respublikasının Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qərarı çıxarılıb.

    APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.

    İstintaqın məlumatına görə, 2015-ci ildə M. Cəlilov vəzifə səlahiyyətlərini aşaraq iki yerli sakinə hər biri bir hektar olmaqla həyatyanı sahənin verilməsi haqqında qanunsuz qərar çıxarıb. Bununla da o, Dərbənd bələdiyyəsinə 2’2 milyon rubl ziyan vurmuş olub.

    Qeyd edək ki, Dağıstan Rusiyanın ən kasıb regionlarından biridir. Hazırda Dağıstanda Moskvadan olan güc strukturlarından ibarət komissiya fəaliyyət göstərir. Bundan əvvəl regionda korrupsiya cinayətləri ilə əlaqədar hökumətin yüksək vəzifəli şəxsləri, baş nazir, onun iki müavini və təhsil naziri, eləcə də Mahaçqala meri və baş memarı həbs olunublar.

  • Xətai rayonunda keçirilən əməliyyat tədbiri zamanı 2 polis əməkdaşı yaralandı

    Xətai rayonunda cinayətkarı saxlamaq üçün keçirilən əməliyyat tədbirləri zamanı 2 polis əməkdaşı yaralanıb.

    “Ölkə.Az”a verilən məlumata görə, Xətai RPİ-nin əməkdaşları 1989-cu il təvəllüdlü Həzili Pərviz Rövşən oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobili saxlatdırmaq istəyən zaman sonuncu avtomobili polis əməkdaşlarının idarə etdiyi “Lada” və “Nissan” markalı avtomobilə vurub. Sonra isə üzərində gəzdiridiyi cib bıçağı ilə 2 polis əməkdaşının əl nahiyyəsinə xəsarət yetirib. Ancaq polislərin çevikliyi nəticəsində P.Həzili zərərsizləşdirilib. Onun avtomobilinə baxış keçirən zaman isə oradan 1 ədəd tapança, 3 ədəd soyuq silah hesab edilən bıçaq və narkotik vasitə aşkar olunaraq götürülüb.

    Faktla bağlı Xətai RPİ-də cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb və P.Həzili şübhəli şəxs qismində həbs edilib.

  • Direktor müavini 15 yaşlı şagirdini zorladı – ŞAMAXIDA

    Şamaxı rayonunda seksual xarakterli zorakılıq hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Elnur İbrahimov Şamaxı rayonu Pirbəhli kənd orta məktəbində dərs hissə müdiri-direktor müavini vəzifəsində işləyib. Onun təcavüz etdiyi 2000-ci il təvəllüdlü Sahibə Babayeva (ad və soyad şərti verilib – red.) da həmin məktəbin şagirdi olub.

    Gecə vaxtı intim münasibət

    İstintaq sənədlərinə görə, Elnur İbrahimov 2015-ci ilin iyun ayında orta məktəbin 9-cu sinfini bitirən, yəni yetkinlik yaşına çatmayan Sahibə Babayeva ilə intim münasibətdə olub.

    Müəyyən edilib ki, Elnur İbrahimov 2015-ci ilin sentyabr ayının ortalarında gecə vaxtı Sahibə Babayevanın yaşadığı evin həyətinə gəlib. O, həmin evin həyətində Sahibə Babayeva ilə cinsi əlaqədə olub.

    Müəllimindən hamilə qaldı

    Bir neçə aydan sonra Sahibə Babayeva hamilə qalıb. Xəstəxanadan qızın hamilə qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

    Müraciət əsasında Elnur İbrahimov cinayət məsuliyyətinə cəlb olunub. İstintaq orqanı tərəfindən Elnur İbrahimovun barəsində Cinayət Məcəlləsinin 152.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    5 il 6 ay cəza

    Şamaxı rayon Məhkəməsinin hökmü ilə Elnur İbrahimov 2 il 6 ay müddətə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası alıb. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Cəza 1 ilə endirildi

    Elnur İbrahimovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayətə hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb.

    Hakim kollegiyasının qərarı ilə Elnur İbrahimovun əməli Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsif edilib və cəzası bir ilə salınıb.

    Prokurordan etiraz

    Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.

    Prokurorun protestinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorun protestini təmin edib.

    Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar verilib.

    Məktəbliyə təcavüz edən axtarışa verildi

    Apelyasiya instansiyasında şikayət bu dəfə hakim Fərmayıl Zeynalının sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası işə baxan zaman təqsirləndirilən şəxs proseslərə gəlməyib.

    Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində bu ilin yanvarın 30-da axtarış elan edilib. Təqsirləndirilən şəxsin yerinin müəyyən edilməsi üçün müvafiq qurumlara müraciət olunub.

    Apelyasiya şikayətinə baxılmasının icraatı dayandırılıb.

    Qeyd edək ki, Elnur İbrahimov ailəlidir, iki uşaq atasıdır.(publika.az)

  • Bakıda keçmiş məhkumlardan silah götürülüb

    Bakıda əvvəllər məhkum olunmuş şəxslərdən silahlar aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan bir ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, bir ədəd patron darağı və beş ədəd patron götürülüb.

    Bundan başqa, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədovdan “Makarov” markalı tapança, bir ədəd patron darağı və səkkiz ədəd patron götürülüb.

  • Salyanda DYP postuna hücum edən şəxs həbs olundu

    Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlamasında deyib.

    E.Suıtanov bildirib ki, fakta görə Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, Bağırov Orxan Cahangir oğlu təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, hadisə martın 2-də Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsindəki postda, baş verib. Salyan şəhər Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək silahdan atəş açıb və sonra özünə məxsus minik avtomobili ilə hadisə yerindən uzaqlaşıb.

    Salyan şəhərində isə ona yol polisləri tərəfindən “saxla” əmri verilsə də, o, buna məhəl qoymayıb və maşınla Kürsəngi kənd sakini, 1982-ci il təvvəllüdlü polis əməkdaşı Dəmirov Raqib Həmdulla oğluna xəsarət yetirib. Nəhayət həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.