Category: Kriminal

  • Azərbaycanda bacanaqlar arasında dava – Baldızını boşadığı üçün bıçaqladı

    Bacanaqlar arasında düşən mübahisə, sonda onlardan birinin bıçaqlanması ilə nəticələnib

    APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Astara şəhərində qeydə alınıb.

    Kakalos kənd sakini Emin Əkbərov şəxsi münaqişə zəminində bacanağı 64 yaşlı Həbib Məmmədovu bıçaqlayaraq ona ağır bədən xəsarəti yetirib. Bıçaq yarası alan Həbib Məmmədov dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

    Həbib Məmmədovun yaxınlarının sözlərinə görə, hadisə Emin Əkbərovun yoldaşı ilə boşanmaq üçün keçirilən məhkəmə prosesindən sonra tərəflər arasında yaranan mübahisə zamanı baş verib.

    Emin Əkbərov bacanağını bıçaqladığını etiraf edib. Hazırda baş verən hadisə ilə bağlı Astara rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.

  • Gömrükdə it narkotik tapıb

    Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran ərazisindən Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib.

    Dövlət Gömrük Komitəsindən (DGK) oxu.az-a verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti it avtobusun iki sərnişin oturacağına reaksiya verib.

    Xidməti itin reaksiyasına əsasən, həmin oturacaqların ətrafı əsaslı yoxlanılıb.

    Nəticədə, avtobusun yan divarına tərəf olan oturacağın üzlüyünün altında iki ədəd bükümdə, xalis çəkisi 93,18 qram olan narkotik vasitə – heroin aşkar edilib.

  • Bıçaqlama üstündə tutulmuş güləşçi azadlığa buraxıldı – VİDEO

    Bakı Ağır Cinayətlər Məhkəməsində yunan-Roma güləşində gənclər üzrə Azərbaycan yığmasının üzvü Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Son sözlə çıxış edən güləşçimiz əməlindən peşman olduğunu deyib:

    “Mən vətənimin bayrağını hər zaman zirvələrdə tutmuşam. Aprel döyüşlərində şücaətlə döyüşmüşəm. Hərbi hissədən arayış ala bilərsiniz, həmin döyüşlər zamanı baş kəşfiyyatçı olmuşam. Bunları nəzərə almağınızı istəyirəm”.

    Prosesdə hökm elan edilib. Hakimlər Kollegiyasının hökmünə əsasən, Tuncay Vəzirzadənin barəsində üç il azadlıqdan məhrumetmə ilə bağlı qərar çıxarılıb. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və təyin olunmuş cəza şərti hesab edilərək, müttəhim məhkəmə zalından azadlığa buraxılıb.

    İttiham aktına görə, Vəzirzadə 7 oktyabr 2017-ci ildə Bakı şəhəri Yasamal rayonu ərazisində qardaşı Eltunla əvvəllər tanımadığı Rüfət Həziyev arasındakı dava zamanı “Topaz” kontorundan bıçaq götürüb və Rüfəti bıçaqlayıb. Xəstəxanaya çatdırılan Həziyevin həyatını xilas etmək mümkün olub.

    Qeyd edək ki, Tuncay Vəzirzadənin 2011-ci ildə yeniyetmələr üzrə Avropa çempionu olduğu qeyd olunsa da, əslində onun nəinki qızıl medalı var, o heç mükafatçılar sırasına düşməyib. “Neftçi” İdman Klubunun üzvü olan Vəzirzadə ötən il Azərbaycan çempionu olaraq Almaniyanın Dortmund şəhərində keçirilmiş gənclər üzrə Avropa çempionatında iştirak edib. O, 84 kq çəki dərəcəsində V yeri tutub. Həmçinin bıçaqlanmış Rüfət Həziyevin də güləşçi olduğu bildirilir.//oxu.az

  • Bakıda avtomat satmaq istəyən şəxs tutulub – FOTO

    Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə Bayıl qəsəbəsi ərazisində Abzər adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması, gəzdirməsi və satmaq istəməsi barədə məlumat daxil olub.

    Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abzər Abzərov saxlanılıb.

    Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 21 ədəd patron “AK-74” markalı avtomat aşkar olunaraq götürülüb.

    A.Abzərov maddi sübutlarla birgə istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində odlu silahı satmaq məqsədi ilə Bayıl qəsəbəsinə gətirdiyini bildirib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

    Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

  • Yeddi oğlan maşının şüşəsini qırıb tələbə qızı qaçırdı – VİDEO

    Ağcabədi rayonunda 21 yaşlı tələbə qızı qaçırılıb.

    Median.Az-ın Xəzər TV-yə istinadən məlumatəna görə, hadisə üç gün əvvəl qızın dərsdən evə qayıtdığı zaman baş verib.

    Yeddi oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıblar, ona zor tətbiq edərək qaçırıblar.

    Bildirilir ki, Laçın rayonundan məcburi köçkün olan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.

    Bir müddət əvvəl İsmayıllı rayonunda məskunlaşmış, Laçın rayonundan olan bir ailədən Sevinc Musayeva üçün elçiliyə gəliblər. Anası deyir ki, onlara yox cavabı veriləndən sonra bu hadisə yaşanıb. Hazırda qızı qaçıran tərəf Sevincin valideynlərinə gənclərin ailə qurmalarına icazə vermələrini xahiş edir. Amma Musayevlər ailəsi deyir ki, qızın özü də həmin ailəyə gəlin köçmək istəmir.

    Qızından xəbər ala bilməyən valideynlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. Rayon polis şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi açılıb. Həm qızın, həm də onu qaçıran oğlanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

  • “Atam birinin başını kəsdi, o birinə də 3-4 dənə soxdu” – Azərbaycanlı futbolçunun etirafları – VİDEO

    ARB TV-nin “Rezonans” verilişi bu dəfə məhbus Abdulla Xəlilovun həbsxana hekayələrini təqdim edib.

    Abdulla Xəlilov (cəzası 7 il):”Anam 1 yaşım olanda vəfat etdi. Atam ikinci dəfə evləndi. Futbol həyatımın mənasıdır. Uşaq vaxtı məhlədə polis-bandit oynayanda onları”podyez”ə salıb döyüb deyirdim ki, banditlik etməyin. Polis olmaq istəyirdim.

    Atamı ilk dəfə Bayıl həbsxanasında görmüşəm. 14-15 yaşım olanda isə Ukraynaya atamın yanına getdim. İlk dəfə narkotiki orada istifadə etdim. Atamınorada düşmənləri var idi. Bir gün pivəxanada oturmuşduq və bunlar gəldi. Söhbətləri uzandığı üçün atam məndən evə gedib bıçağı gətirməyimi istədi. Bıçağı ona verəndə atam birinin başını kəsdi, birinə isə 3-4 dənə soxdu. İkisini də öldürdü. Mən də yerimdə donub qaldım. Atam ondan əvvəl də həbsdə olmuşdu. Bu hadisədən sonra Bakıya qayıtdım. Bizim”kruq”un pis olduğunu deyirdi, amma qulaq asmırdım. Kaş ona qulaq asardım.

    Mənim mühitim pis oldu, ona görə dəyişdim. Oğurluq edirdik, qapazı vurub telefonunu, pulunualırdıq. Bura düşməyim böyük səhvdir. Uşaq həbsxanasında olanda 1 günlük şəhər gəzintim ən unudulmaz anımdır. Futbolçu olmuşam.”Bakı”,”İnter”,”Neftçi”kimi klublarda oynamışam. O günləri yadıma salıb, kaş ki,davam edə bilsəydim, deyirəm. Bir qızı sevirdim. Mənə görə çox problem yaşayıb. Tutulandan bura danışmamışam. Bir dəfə zəng edib səsinə qulaq asıb dəstəyi asmışam. Məktub yazırdım, üzüm gəlmirdi göndərməyə, cırıb atırdım. Çıxandan sonra hərbi xidmətə getmək istəyirəm”.

  • Azərbaycanda narkobaron maşınla qaçdı, polis təkərləriə atəş açsa da… – FOTO

    “Seyfi” ləqəbli şəxs polislərdən yayınmaq üçün qəbiristanlığa qaçıb Masallı rayonunda polisdən qaçan narkobaron yoxa çıxıb. Yenicag.az-a verilən məlumata görə, Masallı rayonundan olan “Seyfi” ləqəbli Seyfəddin Hüseynov polislərdən qaçaraq Mollaoba kəndindəki çayxanalardan birinə girib. Polis onu orada həbs etmək istəyərkən Seyfəttin Hüseynov avtomobilə əyləşərək həmin ərazidən qaçıb.

    Bu zaman o, “VAZ 2107” və “Mercedes” markalı maşınları əzib. “Seyfi” ləqəbli şəxs polislərdən yayınmaq üçün Mollaoba kəndinin qəbiristanlığı istiqamətə hərəkət edib. Polislər narkobaronun avtomobilini saxlamaq üçün maşının təkərlərinə atəş açsa da, Seyfəddin Hüseynov polislərdən yayına bilib.

    Seyfəddin Hüseynovun maşını daha sonra Mollaoba kəndində kanala düşüb, ancaq polis tərəfindən qovalanan şəxs maşından çıxmayıb. Mollaoba kəndindən verilən məlumata görə, kənddə çoxlu sayda polis cəmləşib. Seyfəddin Hüseynovun axtarışı davam edir.
    Əlavə məlumat olduqca diqqətinizə çatdıracağıq.

  • Binəqədi rayonunda kuryoz oğurluq – Qaçırdığı avtomobillə nişanlısı ilə görüşdü

    Binəqədi rayonunda qeyri-adi oğurluq faktı qeydı alınıb.
    “Ölkə.Az”a verilən məlumata görə, Ehtiram Vəliyev adlı şəxs polisə müraciət edərək bildirib ki, ona məxsus 99 PX 856 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobili oğurlanıb.

    Polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar və avtomobil Azadlıq prospektində saxlanılıb. İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, saxlanılan Xəyal Əliyev avtomobili qaçıraraq nişanlı olduğu qızı götürməyə gedib. Hətta qızı təzə maşın aldığına da inandırıb.

    Hazırda Binəqədi RPİ-də cinayət məcəlləsinin 185-ci (talama məqsədi olmadan nəqliyyat vasitələrini qaçırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

  • 18 günlük körpəni məhkəmə zalına atıb çıxdı – Məhkəmədə ŞOK OLAY

    Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə İsmayılov Xəyyam Bayram oğlu dindirilib. O, mərhum atası Bayram İsmayılovun hüquqi varisidir.

    İttihama görə, Bayram İsmayılov ev almaq üçün Gündüz Hüdeynova 14500 manat pul verib.

    Xəyyam İsmayılov söyləyib ki, atası jurnalistlər üçün tikilən binadan ev almaq üçün həmin pulu G.Hüseynova verib, amma sonradan nə ev, nə də pullarını geri ala bilməyiblər:

    “Bu iş uzanmağa başladı. Zəng eləsək də zənglərimizə cavab vermirdi. Telefonu söndürmüşdü. Biz də şikayət etdik. Atamın verdiyi puldan əlavə 18500 manat da özüm vermişəm. Notarius qaydada verdim pulları. Bunu təsdiq edən sənədi də məhkəməyə təqdim edə bilərəm”.

    Ötən məhkəmədə zərərçəkmişlərdən Xalidə İsmayılova da ifadə verərək ev almaq üçün 42 min manatı Gündüz Hüseynova verdiyini demişdi. Amma Gündüz Hüdeynov həmin pulu Xalidədən Xəyyamın aldığını söyləmişdi.

    Xəyyam İsmayılov bu iddiaya cavab verib və söyləyib ki, həmin puldan bir qəpiyi də ona çatmayıb.

    Məhkəmədə məlum olub ki, müğənni olan Xəyyam İsmayılov həm də “Zaman Press” qəzetinin işçisi olub. O da atası kimi Gündüz Hüseynovdan jurnalist vəsiqəsi alıb.

    Xəyyam İsmayılov ixtisasca jurnalist olmadığını ancaq bu işə həvəsli olduğunu söyləyib: “Həvəsim var idi. Həftədə bir dəfə qəzet çıxanda gedirdim. Yazıları oxuyub hərf səhvlərinə baxırdım. Sonra da satış köşklərinə gedib qəzetin satılıb-satılmadığını yoxlayırdım”.

    Məhkəmənin davamında təqsirləndirilən Gündüz Hüseynovun xanımı Yeganə Hüseynova zala daxil olub. O, qucağında 18 günlük körpəsini də məhkəməyə göstərərək söyləyib ki, yazdığı məktubun məhkəmə tərəfindən qəbul edilməsini istəyib.

    O, məhkəməyə təzyiq formasında bildirib ki, məktubu qəbul edilməyəcəyi təqdirdə uşağı elə bu zalda qoyaraq gedəcək. Yeganə Hüseynova sonra uşağı məhkəmə salonuna qoyaraq zaldan çıxıb. Hakim bunu məhkəməyə təzyiq və şantaj kimi qiymətləndirib. Nəzarətçilərin müdaxiləsindən sonra Y.Hüseynova körpəsini götürərək məhkəməni tərk edib.

    İttihama görə, Gündüz Hüseynov öz işçilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluqla almaqda ittiham olunur.

    Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

    Bildirək ki, “Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.

    Gündüz Hüseynov ayrı-ayrı şəxslərə qəzetin vəsiqəsini verib. Həmin şəxslərə jurnalistlər üçün tikilən binadan ev almasına kömək edəcəyini deyib

  • Azərbaycanda 5 yaşlı uşağı zorla soyundurdu, qeyri-təbii yolla əlaqəyə girdi

    Şabran rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Rəşad Şövlətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Rəşad Şövlətov Şabran rayonu Ağalıq kənd orta məktəbinin 8-ci sinif şagirdi olub. O, kəndlərində yerləşən evlərində özündən 10 yaş kiçik azyaşlı, 2012-ci il təvəllüdlü Sahib Babayevə (ad və soyad şərti verilib – red.) qarşı seksual zorakılıq hərəkətləri edib.

    Oyuncaq vermək adı ilə aldatdı

    Rəşad Şövlətov 17 may 2017-ci il tarixdə, saat 13.00-da yaşadığı evin yaxınlığında qonşusu Sahib Babayevin həyətdə oynadığını görüb. O, həmin vaxt Sahiblə intim əlaqədə olmaq niyyətinə düşüb.

    Bu niyyətini həyata keçirmək istəyən Rəşad Şövlətov Sahib Babayevin köməksiz vəziyyətindən istifadə edib və onu oyuncaq vermək adı ilə aldadıb.

    Döydü, cinsi əlaqədə oldu

    Sahib Babayev Rəşad Şövlətovun ona oyuncaq verməsinə inanıb və onların evinə gedib. O, Sahibi evdə yataq otağına salıb, onunla cinsi əlaqədə olmaq istədiyini deyib.

    Lakin Sahib Babayev onun bu istəyindən imtina edib. Bu zaman o, Sahib Babayevi döyərək, paltarını soyundurub. Sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

    İki maddəli cinayət işi

    İstintaq orqanı tərəfindən Rəşad Şövlətovun barəsində Cinayət Məcəlləsinin 150.3.2-ci (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham elan olunub.

    Azyaşlı təcavüz etdi, şərti cəza aldı

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Şövlətovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 7 il 8 ay 14 gün müddətinə şərti cəza verilib.

    Məhkəmənin qərarı ilə Rəşad Şövlətovun barəsində seçilmiş “başqa yerə getməmək haqqında haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

    Prokurordan etiraz

    Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində göstərib ki, hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə dəyişdirilməldir.

    Prokuror protestini onunla əsaslandırıb ki, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən məhkəmə cəzanı şərti hesab etməklə sınaq müddəti müəyyən edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla cəzanın fərdiləşməsinə xüsusi diqqət yetirməli, əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almalıdır.

    “Azyaşlı mənəvi psixoloji təsirə məruz qalıb”

    Prokurorun fikrincə, məhkəmə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını cəzanı yüngülləşdirən hal kimi qəbul etsə də, cinayətin azyaşlı köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı törədilməsini nəzərə almayıb: “Qeyd edilən cinayət hadisəsi zərərçəkmiş şəxsi mənəvi psixoloji təsirə məruz qoyub və mənəvi iztirablara düçar edib. Məhkəmə qeyd olunan cinayət əməlinin ağır nəticələrinə əhəmiyyət belə verməyib”.

    Prokurorun qeydinə görə, törədilmiş cinayət ağır cinayətlər kateqoriyasına aiddir: “Məhkəmə Cinayət Məcəlləsinin 58, 59, 70-ci maddələrinin tələblərinə formal yanaşaraq məhkuma cəza təyin edərkən, onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış və əsassız olaraq onun cəzaçəkmədən islah olunacağını hesab edib. Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxsin təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi onu cinayət məsuliyyətindən azad edə bilər ki, məhkumun hərəkətlərində isə könüllü gələrək təqsirini boynuna alma halı müəyyən edilməyib”.

    Prokurorun protesti təmin edilmədi

    Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə prokurorun apelyasiya protestinin dəlilləri araşdırılıb.

    Hakim heyəti apelyasiya protestinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorun protesti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb./Publika.az